Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
- 31 - 
haqqında, ədəbiyyatçı olmasa da Homer, Nizami, Şekspir, Viktor  Hüqo haqqında 
müəyyən məlumatlara malikdir, eləcə də Sokrat, Aristotel, Bəhmənyar, Con Lokk, 
Kant və onların ideyaları haqqında müəyyən bilgilərə malik olmaq «mədəni adam» 
olmağın  əsas  şərtləri  sırasına  daxildir.  Digər  tərəfdən,  ideyaların  inkişaf  tarixini 
bilmədən sivilizasiyanın da tarixini mənimsəmək mümkün deyil. 
İkincisi,  fəlsəfi  biliklər  elmdən  fərqli  olaraq  zaman  keçdikcə  köhnəlmir. 
Əgər fizikada, riyaziyyatda hər bir yeni nəsl əvvəlki nəslin çiyinləri üzərində qərar 
tutursa, fəlsəfədə sonra gələnlər əvvəlkilərlə yanaşı dayanmaq məcburiyyətindədir. 
Bu  gün  sıravi  bir  fizik  Nyutondan  daha  çox  bildiyi  halda,  fəlsəfə  üzrə  ən  məşhur 
akademikin belə fəlsəfəni Aristoteldən daha yaxşı bildiyini düşünmək sadəlövhlük 
olardı.  Biz  bu  gün  də  Platonu,  Aristoteli,  Hegeli  çətinliklə  başa  düşür  (əgər  başa 
düşürüksə) və onların baş vurduğu dərinliyə girməyə cəsarət göstərmirik. 
Fəlsəfə klassikləri bizim müasirlərimizdir. Görünür, ona görədir ki, fizika ilə 
məşğul  olan  alimlər  özünə  rahatca  «fizik»  deyə  bilir,  amma  fəlsəfə  ilə  məşğul 
olanlar özü haqqında «filosof» deməyə çəkinirlər. 
Fəlsəfə  sahəsində tədqiqatlar aparmaq, yeni söz demək çox  çətindir. Çünki 
burada  birbaryer  var.  Hər  fəlsəfə  klassikinin  düzəliş  etməyə,  başqasının  sistemi 
daxilində yeni söz deməyə isə sadəcə mənəvi haqqımız yoxdur. Yeni fəlsəfi sistem 
yaratmaq isə çox çətindir və bu baryeri ancaq fitrən filosof olanlar keçə bilərlər. 
Fəlsəfənin  rolu  və  əhəmiyyəti  haqqında  danışarkən  müxtəlif  fəlsəfi 
nəzəriyyələr  haqqında  məlumatla,  fəlsəfi  biliklərin  sistemli  təqdimatı  ilə  yanaşı, 
fəlsəfi düşüncə qabiliyyətinin formalaşdırılması məsələsi nisbi müstəqil bir vəzifə 
kimi ayrılıqda nəzərdən keçirilməlidir. Belə ki, ola bilsin, müxtəlif fəlsəfi təlimləri 
öyrənmək  heç  də  hamıya  lazım  deyil.  Lakin  fəlsəfi  düşüncə  tərzi  təfəkkür 
mədəniyyətinin arylımaz tərkib hissəsidir və hamı üçün faydalı ola bilər. 
Fərdi  fəlsəfi  düşüncələr,  insanın  dünyadakı  gözəllik  və  harmoniya 
təzahürləri  qarşısındakı  heyrətindən  doğan  suallar,  insanın  özü  ilə  və  dünya  ilə 
təkbətək  söhbətləri  –  kamilliyə  aparan  yolun  məqamlarıdır.  Bu  məqamlar  özünü 
maddi  dünyadan  ayıran,  fərqli  bir  mahiyyətin  təmsilçisi  olduğunu  dərk  edən  və 
özündə  dünyaya  qarşı  dura  biləcək  bir  mənəvi  güc,  ideya  qaynağı  tapan  və  bu 
qaynaqdan  müntəzəm  surətdə  bəhrələnərək  daim  kamilləşən,  dünya  ilə,  cahan  ilə 
tən gələn və nəhayətdə, bu «cahana sığmayan» insan-filosofun və ya sözün həqiqi 
mənasında  insanın,  böyük  hərflə  İnsanın  həyat  məqamları,  idrakın  əzablı  və 
möhtəşəm  addımları,  mənəvi  yüksəliş  yaşantılarıdır.  Heyrətdən  başlanan  idrak 
yolunda əzab və sevincin, eşq və kədərin vəhdət məqamları… 
Əsl  böyük  həyatın  heyrətdən  başlandığını  etiraf  edən  Qərb  fəlsəfi  fikri, 
təəssüf  ki,  500  il  əvvəl  Füzulinin  poetik  zirvəyə  qaldırdığı  heyrətdən  başlanan 
məhəbbət  və  idrak  fəlsəfəsindən  hələ  də  xəbərsizdir.  Azərbaycan  fəlsəfi  fikri 
Avropa  üçün  hələ  də  açılmamışdır.  Nəinki  Avropa,  biz  heç  özümüz  də  vaxtilə 


 
- 32 - 
yaratdıqlarımızı  özümüzə  qaytarmağa  nail  olmamış,  onları  inkişaf  etdirmək  bir 
yana  dursun,  sadəcə  müasir  fəlsəfi  fikir  kontekstində  yenidən  mənimsəyə 
bilməmişik.  Təəssüf  ki,  heyrətdən  başlanan,  məhəbbətdən  keçən  və  fəlsəfi  idraka 
yüksələn mənəvi-əqli inkişaf yolunda son mərhələni unutmuş, neçə əsrlər boyu elə 
məhəbbətdət  də  ilişib  qalmışıq  və  bəzi  rəmzləri  hərfi  mənada  təfsir  etdiyimzdən, 
ulularımızın böyük ideyalarını da yarımçıq mənimsəmişik. 
Fəlsəfə təbiət elmlərindən fərqli olaraq, maddi dünyanın obyektiv qanunauy-
ğunluqlarını öyrənməklə məşğul olmur. Düzdür, bir çox filosoflar fəlsəfənin başqa 
elmlərdən  fərqini  sadəcə  miqyasla  izah  etməyə  çalışırlar.  Yəni  konkret  elmlər 
dünyadakı hadisələrin bu və ya digər qismini və cəhətlərini öyrəndiyi halda, fəlsəfə 
bütövlükdə  dünyanı,  onun  ən  ümumi  qanunauyğunluqlarını  öyrənirmiş…  Belə 
olduqda  fəlsəfə  son  nəticədə  yenə  də  elmlər  sırasına  daxil  edilir.  halbuki,  fəlsəfə 
ümumiyyətlə  elmdən  fərqli  olmaqla  dünyanı  (maddi  dünya  nəzərdə  tutulur) 
öyrənmək vəzifəsini qarşısına qoymur. Fəlsəfənin predmeti dünyadan kənara çıxır 
və özünü mənəvi bir varlın olaraq dünyadan ayırmış insanın dünya ilə münasibətini 
əks  etdirir.  Elm  obyektiv  dünyanı,  insansız  (mənsiz,  mənəvi  faktorsuz)  dünyanı 
öyrəndiyi  halda,  fəlsəfə  məhz  insanlı  dünyanı,  insaniləşmiş,  rəmziləşmiş  dünyanı 
öyrənir. İncəsənət də dünyanı ifadə edir, bədii obrazlarla, rəmzlərlə «əks etdirir». 
Lakin  burada  söhbət  elmdəki  mənada  inikasdan  deyil,  ideya-estetik  yaşantıdan 
gedir. 
Ədəbiyyat, incəsənət, elmə nisbətən fəlsəfəyə daha yaxındır. Elmdən fərqli 
olaraq  ədəbiyyat  və  incəsənət  bütün  xalqın  istifadəsinə  verildiyi  kimi,  fəlsəfə  də 
bütövlükdə  xalqın  dünyagörüşünün  formalaşmasında  əhəmiyyətli  dərəcədə iştirak 
edir.  Lakin  burada  fəlsəfənin  iki  müxtəlif  səviyyəsindən  söhbət  getdiyi  nəzərə 
alınmalıdır. Peşəkar fəlsəfə, elmi-fəlsəfi araşdırmalar, təbii ki, geniş kütlələr üçün 
nəzərdə  tutulmur.  Lakin  fəlsəfi  düşüncə  tərzinin,  ideya-mənəvi  yaşantı 
vərdişlərinin bütün insanlara aşılanması çox önəmlidir. Hər bir insan özünü maddi 
dünyadan  ayırmağı,  cari  hadisələrin  fövqünə  qalxmağı,  həyata  böyük  ideallar 
mövqeyindən  baxmağı  öyrənməlidir.  Həm  də  bunu  başqalarının  nəsihətləri 
şəklində deyil,  kənardan təsir  kimi  deyil,  özünün fərdi  mənəvi-psixoloji  yaşantısı 
kimi mənimsəməlidir. Bizim məqsədimiz insanlara sadəcə fəlsəfi biliklər öyrətmək 
yox,  fəlsəfi  düşüncə  tərzini  mənimsətməkdir  ki,  hər  bir  insan  öz  mənəvi-
intellektual  potensialının  verdiyi    imkan  çərçivəsində  filosoflaşa  bilsin,  İnsanlaşa 
bilsin.  Gənclərin  mənəvi  tərbiyəsini  didaktikanın,  pedaqogikanın  öhdəsinə  burax-
maq  böyük  sadəlövhlükdür.  Əgər  insanlar  dünyanın  ahəngini  duya  bilməsə,  təbii 
gözəllik qarşısında heyrətlənməsə, öz daxili mənəvi güc qaynağını kəşf etməsə, öz 
mənəviyyatını dünya ilə təmasda özünüdərk və refleksiya yolu ilə daim təkmilləş-
dirməsə,  kənarda  ülvi  olan,  gözəl  olan  nə  varsa  hamısının,  əslində,  öz  daxilində 
olanların təzahürü, ikinci həyatı olduğunu dərk etməsə, yəni özünə genetik imkan 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə