Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   2   3   4   5   6   7   8   9   ...   47

 
- 5 - 
olunmalı  və  insanlara  kənardan  gələn  yad  bir  bilik  kimi  deyil,  onların  daxili 
aləmini  ifadə  edən  biliklər  sistemi  kimi  formalaşmalıdır.  Biz  hələ  bu  işin 
öhdəsindən gələ bilməmişik və ona görə də, Qərb fəlsəfi bilik strukturlarını təqdim 
etmək məcburiyyətindəyik. 
İndi bizim qarşımızda iki əsas vəzifə durur. Bir tərəfdən təhsil işçiləri olaraq 
Azərbaycan  təhsil  sistemində  fəlsəfəyə  pozitiv  münasibətin  bərpa  olunmasına, 
fəlsəfi  fənlərin  təhsil  planlarına  daxil  edilməsinə,  orta  məktəblərin  yuxarı  sinif-
lərində  «fəlsəfənin  əsasları»nın  tədris  edilməsinə,  ali  məktəblərdə  ixtisas  fəl-
səfəsinin  və  elmlərin  metodologiyasının  öyrənilməsinə  nail  olmaq  və  bununla 
əlaqədar  yuxarı  təşkilatlar  qarşısında  məsələ  qaldırmaq.  Digər  tərəfdən,  fəlsəfi 
fənləri  istər  universitetlərdə,  istərsə  orta  məktəblərdə  tədris  edə  biləcək  kadrların 
hazırlanması  işini  təkmilləşdirmək  və  bununla  əlaqədar  yeni  tədris  planları 
hazırlamaq. Hər iki vəzifənin öhdəsindən gəlmək üçün isə əvvəlcə milli fəlsəfi fikir 
və  onun  insan  həyatında  və  dövlətçilikdə  rolu  haqqında  mükəmməl  konsepsiya 
hazırlamaq  tələb  olunur.  Belə  ki,  bizim  fikrimizə  görə,  müvafiq  dövlət 
strukturlarında  fəlsəfi  fənlərə  münasibətin  dəyişməsi,  bir  sıra  ali  məktəblərdə 
fəlsəfənin  təhsil  planlarından  çıxarılması  və  ya  ona  ayrılan  saatları  azaldılması 
əslində  ənənəvi  ideoloji  fəlsəfəyə  –  Marksizm-leninizm  fəlsəfəsinə  münasibətin 
davamı kimi ortaya çıxır. Deməli, ilk növbədə bizə nə kimi fəlsəfə lazım olduğunu 
və  bunun  nə  üçün  lazım  olduğunu  müəyyənləşdirmək,  bununla  bağlı  mükəmməl 
konsepsiya  hazırlamaq  tələb  olunur.  İkincisi,  qloballaşma  şəraitində  Qərb 
düşüncəsinin  onsuz  da  hakim  kəsildiyi  bir  vaxtda  ənənəvi  Qərb  fəlsəfi 
strukturlarına alternativ fəlsəfi sistem hazırlaya bilmək üçün bütün türk dünyası və 
bütövlükdə  İslam  bölgəsinin  mütərəqqi  qüvvələri  birləşməli,  bu  məqsədlə  ortaq 
fəlsəfi  araşdırmalar  mərkəzi  yaradılmalıdır.  Son  illərdə  türk  dünyasının  fəlsəfə 
tədqiqatçılarının  belə  bir  mərkəzinin  yaradılması  istiqamətində  müəyyən  təşkilati 
işlər  görülmüşdür.  2003-cü  ildə  Ümumdünya  Fəlsəfə  Konqresinin  İstanbulda 
keçirilməsindən  faydalanaraq  bir  sıra  türk  Cümhuriyyətlərindən  gəlmiş 
nümayəndələr  bu  məqsədlə  təşkilat  qrupu  yaratmış  və  keçən  müddət  ərzində  bu 
istiqamətdə  xeyli  iş  görülmüşdür.  Lakin  əsas  məqsəd  fəlsəfə  tədqiqatçılarının 
əlaqəli  iş  aparması,  təşkilatlanması  və  ortaq  fəlsəfə  jurnalının  çap  olunması  ilə 
yanaşı, milli fəlsəfi fikir konsepsiyasının yaradılmasıdır.  
Son  zamanlar  Azərbaycanda  Avropa  təhsil  sisteminə  inteqrasiya  meylləri 
haqqında,  xüsusən  Bolonya  prosesi  ilə  əlaqədar  tələm-tələsik  addımlar  atılmışdır. 
Lakin əsas məqsəd hansı isə başqa ölkənin təhsil standartlarını, təşkilati formalarını 
və meyarlarını, qiymətləndirmə sxemlərini kor-koranə götürmək və ya təqlid etmək 
yox,  öz  təhsil  sistemimizin  daxili  məntiqindən  və  milli  təhsil  konsepsiyasından 
çıxış etməklə, mahiyyəti qurban vermədən inteqrasiya olunmaqdır.  


 
- 6 - 
Avropanın əksər ali məktəblərində ümumi fəlsəfə kursu ona görə keçilmir ki, 
həmin kurs liseylərdə artıq tədris olunmuşdur. Orta təhsil müddəti əsasən 12 il olan 
Avropa  ölkələrində  fəlsəfənin  əsaslarının  məhz  litseylərdə  tədris  olunması  onunla 
əlaqədardır ki, bu kurs ixtisas sahəsindən və ali təhsil alıb-almamasından asılı ol-
mayaraq,  bütün  insanlara  lazımdır.  Həm  də  Avropada  fəlsəfə  sadələşdirilmiş 
şəkildə,  mədəniyyətin  tərkib  hissəsi,  dünyagörüşünün  əsası  kimi  keçilir.  Məqsəd 
məhz  yeniyetməlik  dövründə,  xarakterin  və  dünyagörüşün  ilkin  formalaşma 
mərhələsində  gəncləri  həyatın  mənası  haqqında,  fəzilət  və  ədalət  haqqında 
düşünməyə  sövq  etmək,  öz  əməlləri  üçün  məsuliyyət  hissi aşılamaqdan ibarətdir. 
Əsas  məsələ  budur  ki,  fəlsəfi  dünyagörüşü  və  fəlsəfi  düşüncə  tərzi  fəlsəfi 
cərəyanlarla, bu sahədəki tədqiqat işləri ilə qarışıq salınmasın. Sonuncular, əlbəttə, 
çox çətindir və nəinki məktəb, hətta ali təhsil səviyyəsi üçün də çox mürəkkəb və 
əlçatmazdır.  Dərslik  yazanlardan  da  elə  bu  tələb  olunur  ki,  müxtəlif  fəlsəfi 
sistemlərin  təfərrüatları  deyil,  fəlsəfənin  əqli  tərbiyədə  rolu,  ümümən  tərbiyəvi 
funksiyası ön plana çəkilsin.  
Təsadüfi  deyildir  ki,  Avropada  nəinki  orta  məktəblərdə,  hətta  ibtidai 
siniflərdə və məktəbəqədər yaşlı uşaqlar üçün də fəlsəfi düşüncənin xüsusi önəmi 
nəzərə  alınır.  Hətta  son  vaxtlar  «uşaqlar  üçün  fəlsəfə»  beynəlxalq  miqyasda  ən 
aktual problemlərdən birinə çevrilmişdir.  
ABŞ-da Uşaqlar üçün Fəlsəfə İnstitutu fəaliyyət göstərir. Tanınmış rus fəl-
səfəçisi  N.Yulina  1993-cü  ildə  Harvard  Universitetində  bu  məsələ  ilə  əlaqədar 
aparılan  tədqiqatların  nəticəsinə  əsaslanaraq,  bu  praktikanın  Rusiya  üçün  də 
əhəmiyyətli  olduğunu  qeyd  edir.  O,  ABŞ  alimi  M.Lipmana  istinadən  bildirir  ki, 
uşaqların insan və dünya haqqında, mənalı ömür haqqında düşünmələri, fəlsəfi fikir 
tərzinə  çox  erkən  yiyələnmələri  onların  pis  əməllərə  qurşanmasının  qarşısını  ala 
biləcək ən gözəl vasitələrdən biridir. Fəlsəfi sistemlər haqqında mürəkkəb biliklər 
yox,  fəlsəfi  suallar  qoymaq,  «filosofluq»  vərdişləri  aşılamaq,  daha  doğrusu, 
uşaqlarda  öz-özünə,  təbii  yolla  yaranan  bu  düşüncə  tərzinin  qarşısını  almamaq, 
məhdudlaşdırmamaq, əksinə, ona meydan açmaq tövsiyə olunur. Yeni təhsil para-
diqmasına, «gələcəyin təhsilinə» keçid də bu problemlə əlaqələndirilir.
1
             
Qabaqcıl xarici ölkələrin ali məktəblərində, xüsusən magistraturada isə ümu-
mi fəlsəfə deyil, ixtisasın fəlsəfəsi, sosiologiya, ixtisas etikası və s. praktik fəlsəfi 
kurslar  öyrədilir.  Lakin  təəssüf  ki,  bizdə  müxtəlif  ixtisas  sahələrinin  fəlsəfi 
əsaslarını öyrətmək üçün nə proqram, nə dərslik, nə də müəllim vardır. Bu sahədə 
vəziyyəti  düzəltmək  istiqamətində  heç  hazırlıq işi  də  aparılmır.  Orta  məktəblərdə 
keçilən «insan və cəmiyyət» fənni də «fəlsəfənin əsasları» fənnini ehtiva etmir. Bu 
                                                 
1
 Н.С.Юлина. Программа «Философия для детей» и профилактика деструктивного 
поведения молодежи. – Вопросы философии, 1999, № 3, стр. 37-41.    


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə