Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   2   3   4   5   6   7   8   9   ...   47

 
- 7 - 
sahədə  vəziyyəti  düzəltmək  əvəzinə,  fəlsəfəni  fakultativ  fənn  etmək  təşəbbüsləri  
əlaqədar təşkilatın Bolonya prosesinin mahiyyətini anlamadığına dəlalət edir.  
Əksər xarici ölkələrdə fəlsəfi biliklərin əsasları orta məktəblərdə, liseylərdə, 
kolleclərdə tədris olunur. Yəni, hamı üçün zəruri sayılır. Bizdə isə fəlsəfənin tədrisi 
nə üçünsə ali məktəb pilləsində planlaşdırılmışdır. Yəni, ancaq ali təhsillilər fəlsəfi 
biliklərlə sistemli şəkildə tanış ola bilirlər.  
  Azərbaycanda fəlsəfi biliklərin təhsilin hansı pilləsində tədris olunması mə-
sələsi,  təəssüf  ki,  bir  problem  kimi  müzakirəyə  çıxarılmamışdır.  Fəlsəfənin  ali 
məktəblərdə tədrisi sovet dövründən qalmış bir ənənədir ki, biz onu sadəcə davam 
etdirirdik.  Lakin  xarici  ölkələrə  səfər  edərkən  oradakı  universitetlərin  bəzilərində 
fəlsəfənin tədris olunmadığını görən «modern düşüncəli» məmurlarımız Avropa ilə 
ayaqlaşmaq  naminə  fəlsəfəni  tədris  planından  çıxarmaq  və  ya  saatlarını  azaltmaq 
fikrinə  düşdülər.  Halbuki,  həmin  ölkələrdə  fəlsəfənin  əsaslarını  universitetlərə 
qədərki  mərhələdə  mənimsəmiş  gənclər  universitetlərdə  artıq  xüsusi  fəlsəfi 
elmlərin  –  sosiologiyanın,  etikanın,  ixtisas  metodologiyasının,  siyasi  biliklərin 
əsaslarını öyrənirlər. (Fəlsəfənin əsaslarını isə universitetə daxil olan da, olmayan 
da – hamı mənimsəmiş olur).  
Azərbaycanda fəlsəfi biliklərin əsaslarını orta məktəblərdə tədris etmək üçün 
müəllimlər hazırlanmadığından, yaxın gələcəkdə bu sahədə Avropa ilə ayaqlaşmaq 
çətin  ki,  mümkün  olsun.  Təəssüf  ki,  universitetlərdə  də  fəlsəfəni  tələb  olunan 
səviyyədə tədris edə biləcək mütəxəssislərimiz azdır. Ölkəmizdə fəaliyyət göstərən 
50-dən  artıq  universitetin  heç  birində  fəlsəfə  fakültəsinin  olmaması  (BDU-dakı 
kiçik  bir  şöbə istisna  olmaqla),  başqa  ixtisaslar  üzrə  təhsil  almış  gənclərin  fəlsəfə 
üzrə  magistraturaya  cəlb  olunması  üçün  şərait  yaradılmaması  Azərbaycanda 
fəlsəfənin inkişafına imkan vermir. Bu ixtisasa sosial sifarişin az olması isə səbəb 
kimi götürülə bilməz. Əksinə, bu fakt təhsil siyasətinin özünə və ictimai rəyin for-
malaşdırılmasında  iştirak  edən  qurumların  fəaliyyətinə  tənqidi  nəzər  salınmasını 
tələb edir.  
Hazırda ölkəmizin orta məktəblərində fəlsəfi biliklərin əsasları «İnsan və cə-
miyyət»  fənni  çərçivəsində  öyrədilir.  Lakin  öyrədilirmi?  Proqram  var,  dərsliklər 
var, lakin fənni tədris etmək üçün müəllimlər hazırlanmadığından, bu iş digər fənn 
müəllimlərinə  həvalə  edilir  ki,  bu  da,  təbii  olaraq,  gözlənilən  səmərəni  vermir. 
Nəticədə biz özümüzü aldatmış oluruq.  
Maraqlıdır  ki,  Təhsil  Nazirliyinin  atdığı  addımlardan  biri  də  «İnsan  və 
cəmiyyət» proqramını dəyişmək, onu əvvəlki fəlsəfi məzmundan «xilas etmək» – 
fəlsəfəsizləşdirmək olmuşdur. Son vaxtlar aspiranturada ixtisas fəlsəfəsi üzrə dərs-
lərin  keçilməsi  və  namizədlik  minimumunun  verilməsi  də  ixtisara  salınmışdır  ki, 
bu  da  fəlsəfəyə  münasibətin  müsbət  yox,  mənfi  istiqamətdə  dəyişdiyindən  xəbər 
verir. Görünür, Azərbaycanda fəlsəfəyə münasibət bəzən fəlsəfə üzrə elmi dərəcəsi 


 
- 8 - 
olan kadrların real səviyyəsindən, mənəvi keyfiyyətlərindən, elmi nüfuzundan asılı 
vəziyyətə  düşür.  Lakin  əgər  yüksək  ixtisaslı  filosoflarımız  azdırsa,  bunun  üçün 
fəlsəfəni məhdudlaşdırmaq yox, əksinə, ona diqqət və qayğını artırmaq lazımdır. 
Çağdaş təhsilimizin ən böyük problemlərindən biri də fəlsəfi elmlər sahəsində 
ali  məktəb  müəllimlərinin  hazırlanması,  təkmilləşdirilməsi  və  yenidən  ixtisaslaşması 
məsələsidir. Belə güman etmək olardı ki, bu iş hər bir ixtisas üzrə ən qabaqcıl sayılan 
ali məktəbəin bazasında təşkil oluna bilər və bütün universitetlərin və AMEA-nın da ən 
yaxşı mütəxəssisləri bura cəlb oluna bilər. Lakin təəssüf ki, hazırda Azərbaycanda ali 
məktəb müəllimləri ibtidai sinif müəllimi hazırlayan Müəllimlər İnstitutunun bazasında 
«təkmilləşdirilirlər».  
Ola bilsin ki, bəzi elm sahələri üzrə ali məktəb müəllimləri vaxtaşırı təkmilləşmə 
kursu  keçməsələr də, elə böyük faciə olmaz.  Çünki  dəqiq elmlər sahəsində  müəyyən 
yeniliklər  olsa  da,  onun  tədris  üçün  nəzərdə  tutulan  əsas  hissəsi,  demək  olar  ki, 
dəyişmir. Lakin elə sahələr də vardır ki, müstəqillik əldə etdikdən  və ideoloji sistem 
dəyişdikdən  sonra  onların  köklü  surətdə  dəyişilməsinə  və  bu  sahədəki  müəllimlərin 
yeni ideoloji prinsiplər əsasında təzədən hazırlanmasına böyük ehtiyac yaranmışdır. Bu 
deyilənlər ilk növbədə fəlsəfə və ictiami-siyasi fənn müəllimlərinə aiddir.  
Lakin  təəssüf  ki,  Azərbaycanda  yeni  ictimai-iqtisadi  sistemə  keçidlə  bağlı 
aparılan islahat  ancaq kafedraların adını dəyişmək və «marksist-leninçi fəlsəfə» əvə-
zinə – «fəlsəfənin əsasları»,  «elmi kommunizm» əvəzinə – «politologiya», «partiya ta-
rixi»  əvəzinə  –  əvvəlcə  «siyasi  tarix»,  sonra  isə  «Azərbaycan  tarixi»,  «elmi  atezim» 
əvəzinə – «dinşünaslıq» yazmaqla tamamlanmışdır. Proqramlar dəyişsə də, müəllimlə-
rin dünyagörüşünün və bilik dairəsinin dəyişmədiyi heç kimi narahat etməmişdir. Tə-
səvvür etmək çətindir ki, ömrü boyu Sov.İKP-nin necə yaranmasından, V.İ.Leninin hə-
yat və fəaliyyətindən, partiya qurultaylarının təfsilatından dərs keçmiş insanlar birdən-
birə  «siyasi  tarix»  kimi  yeni  və  mürəkkəb  bir  fənnin  tədrisinə  necə  keçə  bilərlər? 
Həmin müəllimlər 90 dəqiqə ərzində tələbə qarşısında nə isə demək məcburiyyətində 
olduğundan, yenə də əsasən partiya tarixindən bildiklərini danışmayacaqlarmı?  
Yaxud  dünyagörüşü  ateizmlə  yoğrulmuş  və  ancaq  ateistlərin  fikrini  bilən 
müəllim  dini  dəyərləri  necə  təbliğ  edə  bilər?  Əlbəttə,  öz  üzərində  çalışan  və  yeni 
ideoloji təməllərə əsaslanan bilikləri sərbəst surətdə mənimsəyən müəllimlər də vardır. 
Lakin belə mühim bir məsələni ayrı-ayrı şəxslərin insafına buraxmaq və bu fənlər üzrə 
«təkmilləşmə»,  daha doğrusu  yenidən ixtisaslaşma istiqamətində  yaxşı təşkil edilmiş, 
ümumdövlət səviyyəli iş aparmamaq faciəvi nəticələrə gətirə bilər.  
 Bəli,  ali  məktəblərdə  ictimai-siyasi  fənləri  tədris  edən  müəllimlərin  yenidən 
ixtisaslaşması  üçün  təxirəsalınmaz  tədbirlər  görülməlidir.  Əks  təqdirdə,  bu  fənlərin 
tədrisinin heç bir mənası yoxdur. Ali məktəb rəhbərlərininin və geniş ictimaiyyətin bu 
fənlərə mənfi münasibətlərini formalaşdıran səbəblərdən biri də budur.  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə