Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   2   3   4   5   6   7   8   9   ...   47

 
- 12 - 
özündə birləşdirdiyindən bu ziddiyyət, heç olmazsa, formal surətdə aradan götürül-
müşdür.  Bunun  səbəbi  islamda  dinlə  hüququn  vəhdətdə  olması,  şəriətdə  (fiqhdə) 
ehtiva olunması idi.  
İslam  özü  sinkretik  səciyyə  daşıyırdı  və  ona  görə  də  hüquq,  əxlaq  və 
mədəniyyət  də  vəhdət  halında  idi.  Din  həm  də  həyat  tərzi  olmaqla,  millilik 
elementlərinin müstəqil inkişafına yol vermirdi.  
Nəticədə, Avropada dövlətlər dindən ayrılaraq, milli dövlətçilik mərhələsinə 
keçdiyi dövrdə islam dünyası hələ də dinin təsiri altında idi.  
Müasir  dövrdə  Avropa  artıq  antitezis  mərhələsini  başa  vurub  inkarı  inkar 
məqamına,  yenidən  hüquqi  dövlət  mərhələsinə  qədəm  qoyduğu  və  bu  əsasda 
birləşmək  əzmində  olduğu  bir  vaxtda  şərq  dünyası  hələ  təzə-təzə  milli  dövlət 
quruculuğu mərhələsinə yeni qədəm qoyur.  
Bu addımı islam dünyasında ilk dəfə Azərbaycan (1918-ci ildə), daha sonra 
isə Türkiyə (1923-cü ildə) atmışdır. Bundan sonra Azərbaycan dövlətçiliyi yetmiş 
il ərzində müstəqilliyini itirsə də, bu gün yenə  məhz  Azərbaycan Avropanın daha 
əvvəl keçmiş olduğu yolu qısa müddətdə qət etmək əzmində olduğunu sübut edir. 
Ona görə də, müasir dövrün tələblərinə uyğun ideologiyanın formalaşması da məhz 
Azərbaycanda həyata keçir.  
Azərbaycan  artıq  iki  əsrdir  ki,  Qərb  dünyası  ilə,  Qərb  mədəniyyəti  ilə  sıx 
təmasdadır. Və Qərblə Şərqin sintezi deyilən möcüzə üçün Yaponiyadan sonra ən 
gözəl şərait məhz Azərbaycandadır. 
Azərbaycanın müstəqil respublika olmasından cəmi on il keçib. On il tarix 
üçün kiçik müddətdir. Lakin indi zaman sürətlə keçir. Bu gün biz  gözümüzü açıb 
özümüzü  Avropanın  qoynunda  görürük.  Biz  özümüzü  bu  yeni  ampluada  dərk 
edənə  qədər  Avropa  əlimizdən  dartıb  bizi  yeni  dünyaya  aparır.  Proseslər  bizim 
götür-qoy  etməyimizi,  ölçüb-biçməyimizi  gözləmir.  Ona  görə  də  ya  biz  özümüzü 
sadəcə  olaraq  yedəyə  verərək  rahatlanmalı,  ya  da  bütün  intellektual  gücümüzü 
toplayıb keçməli olduğumuz yolu öz idrakımız və öz iradəmizlə qət etməliyik.  
Və  bu  zaman  bu  yolu  yaxın  Şərqdə  ilk  dəfə  (Türkiyə  ilə  təxminən  eyni 
vaxtda və ola bilsin ki, ondan da əvvəl, çünki indi Türkiyə Respublikası da Avropa 
ilə  münasibətdə  eyni  psixoloji  və  ideoloji  baryerlərlə  üzləşmişdir  və  hələ  irəliyə 
gedə  bilmir)  keçmək  istəyən  tərəf  gərək  bütövlükdə  Şərq-Qərb  münasibətlərinə 
aydınlıq  gətirsin,  bütövlükdə  islama  münasibətdən  doğan  təbəddüatları  aradan 
qaldırmaq missiyasını da öz üzərinə götürsün.    
Bu  gün  Azərbaycana təkcə  öz  daxili  problemləri  çərçivəsində  baxmaq  düz-
gün  deyil.  Azərbaycanın  seçdiyi,  həyata  keçirməyə  çalışdığı  siyasi  kurs,  inkişaf 
yolu  –  onun  Şərq  dünyasında,  xüsusən,  islam  ölkələri  içərisində  mövQeyinin  və 
rolunun  ilkin  müəyyənliyini  tələb  edir.  Şərq  ilə  Qərb  arasında  vəhdət  modelinin 
təbii nümunəsi olmaqla, Azərbaycan xüsusi strateji mövqeyə malikdir.  


 
- 13 - 
 
İslam  dünyasının  qabaqcıl  ölkələrində  gedən  ictimai-siyasi  və  ideoloji 
proseslərin mahiyyətini Qərb prizmasından görmək çox çətindir. Ona görə də, Qərb 
siyasətçiləri  hüquqi  dövlətə,  vətəndaş  cəmiyyətinə  doğru  üz  tutmuş  bir  sıra 
ölkələrin spesifik problemlərini və xüsusiyyətlərini nəzərə ala bilmirlər. Onlar bu 
ölkələri sadəcə olaraq Qərb standartlarına uyğunlaşdırmaq siyasəti yürüdürlər. Nə-
ticədə  öz  daxillərində  ideologiyasızlaşdırma  tərəfdarları  olan  Qərb  dövlətləri,  ola 
bilsin  ki,  bizə  yeni  ideologiya  təlqin  etdiklərini  ağıllarına  da  gətirmirlər.  Belə  ki, 
inkişaf  etmiş  Qərb  ölkələrində  artıq  ictimai  gerçəkliyə  çevrilmiş  siyasi-hüquqi 
dəyərlər sistemi bizə kənardan təlqin olunarkən, həm də nəzəri səviyyədə yox, artıq 
konkret tətbiqi reseptlər şəklində təlqin olunarkən məhz ideologiya rolunu oynayır.  
Əslində  isə  başqa  ünvandan  transfer  olunan  hər  hansı  bir  ideologiya  yox, 
konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb 
olunur.  Burada  milli  siyasi  liderin  üzərinə  Şərq  düşüncə  tərzi  ilə  Qərb  düşüncə 
tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə 
salmaq  kimi  çətin  bir  vəzifə  düşür.  Bu  vəzifə  Şərqlə  Qərb  arasında  İpək  yolunu 
bərpa etmək qədər və bəlkə ondan daha çətindir. 
Müasir  dövrdə  qərbləşmək,  Avropaya  qatılmaq  istəyən  ölkələr  qarşısında 
duran vəzifələrdən biri də elm və texnologiyanın inkişaf etdirilməsindən ibarətdir. 
Lakin milli fəlsəfi fikir olmadan, sadəcə Qərbin elmi mühitinə daxil olmaq və onu 
təqlid  etməklə  ictimai  inkişafa  nail  olmaq  mümkündürmü?  Hələ  XIX  əsrin 
axırlarında böyük  mütəfəkkir Cəmaləddin Əfqani bu  məsələyə toxunaraq yazırdı: 
«Bir  millətdə  fəlsəfə  yoxdursa,  əgər  o  millətin  hamısı  alim  olsa  da,  o  millətdə 
elmlər  intişar  tapa  bilməz  və  həmin  millət  ayrı-ayrı  elmlərdən  lazımi  nəticə 
çıxarmaqda  çətinlik  çəkər»
1
.  C.Əfqani  öz  fikrini  Şərq  ölkələrinin  praktikasına 
müraciətlə əsaslandırır: «Osmanlı dövləti, eləcə də Misir 60 ildir ki, elmlərin təlimi 
üçün məktəblər açmışdır və hələ də ondan bir xeyir götürməmişdir.»
2
 Səbəbini isə 
o, haqlı olaraq, fəlsəfi ruhun çatışmamasında görür. 
Elmi  biliklər  pozitiv  ictimai  qüvvəyə  o  zaman  çevrilir  ki,  onları  düzgün 
yönəldən, ictimai tələbatla uzlaşdıran istiqamətləndirici fəlsəfi ideya olsun. Bütün 
zamanlar  və  xalqlar  üçün  ümumi  olan  ümumbəşəri  fəlsəfi  fikirdən  fərqli  olaraq, 
burada söhbət məhz milli fəlsəfi özünüdərkdən gedir. 
 
Həm    fərdi,  həm  milli,  həm  də  ümumbəşəri  inkişafın  təməlində  ideya 
dayanır.  Bu  bölgüdə  milli,  bir  növ  keçid  mərhələsidir.  Milli  ideya  səviyyəsinə 
qalxmadan,  ümumbəşəri  ideyaya  yiyələnmək  və  onu  şüurlu  surətdə  təmsil  etmək 
                                                 
1
 Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29. 
2
 Yenə orada. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə