Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə7/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   2   3   4   5   6   7   8   9   10   ...   47

 
- 16 - 
elmi iki yerə bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Buna görə də, onlar 
camaatı  xeyirli  elmlərin  mənimsənilməsindən  çəkindirirlər.  Onlar  başa  düşmürlər 
ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur…»
1
         
Şərq və Qərb düşüncə tərzlərini, qarşılıqlı maraqları üzvi surətdə birləşdirən 
sintetik  təfəkkür  siyasət  sahəsində,  beynəlxalq  münasibətlər  sahəsində  həqiqətən 
yeni hadisədir... 
Lakin  daha  geniş  miqyasda  götürdükdə,  həyatımızın  bütün  sahələrini  məhz 
bu yeni təfəkkür işığında nəzərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş 
yerdə yaranmamış, min illərdən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi 
kimi meydana gəlmişdir.  
Bu  gün  qarşıda  duran  vəzifə  idrak  sahəsində  müvəffəqiyyətlərin  rəhni  olan 
dialektik təfəkkür tərzinin praktik tətbiqinə nail olmaqdan, fəaliyyət proqramını bu 
təfəkkür əsasında qurmaqdan, dialektikanı “xalis zəka” sahəsindən “praktik zəka” 
sahəsinə keçirməkdən ibarətdir.  
Sintetik  siyasi  təfəkkür  dialektik  idrak  metodunun  dövlət  siyasətinə  tətbiqi 
deməkdir.  Miqyaslar  arasındakı  uçurumun  aradan  götürülməsi,  tam  ilə  hissənin 
əlaqələndirilməsi,  fərdi  problemlərin  qlobal  hadisələr  kontekstində  nəzərdən 
keçirilməsi  və  əksinə,  qlobal  hadisələrin  həllində  hər  bir  adamın  mənafeyinin 
nəzərə alınması sintetik təfəkkürün mühüm tərkib hissəsidir.  
Dialektik  təfəkkürün  əsasında  hərtərəflilik  prinsipi,  sintetiklik  dayanır. 
Əksliklər  müəyyən  olunur,  ancaq  onlar  mütləqləşdirilmir,  vəhdətdə  nəzərdən 
keçirilir. 
Bir  fikir  başqa  fikirləri  istisna  etmir,  əksinə,  bir-birini  qarşılıqlı  surətdə 
tamamlayır.  Sintetik  təfəkkür  müxtəlif  konseptual  sistemlərin  dialektik  sintezi 
olmaqla yanaşı, müxtəlif təfəkkür tərzlərini də özündə birləşdirir. O, Şərq və Qərb 
təfəkkür  tərzlərinin,  milli  şüarların  bir-birini  zənginləşdirməsini  nəzərdə  tutduğu 
kimi, elmi və bədii təfəkkürün vəhdəti üçün də meydan açır.  
Ya  yalnız  sosial-mənəvi  həyatın  anlayışlarla  inikasından  çıxış  edərək  bədii 
ədəbiyyatdan,  obrazlı  təsvirdən  imtina  etmək,  ya  da  yalnız  bədii  ədəbiyyat  və 
təxəyyül  hüdudunda  qalaraq  real  həyatın  məntiqi  inikasına  biganə  qalmaq  –  hər 
ikisi  birtərəfli  və  metafizik  yaxınlaşmadır.  Sintetik  təfəkkür  bunların  vəhdətini 
tələb edir.  
İnsan, onun mənəvi yüksəlişi, fərdi mənəvi dünya ilə ictimai həyat arasında 
qarşılıqlı əlaqə və ziddiyyət məsələləri əsrlər boyu yalnız fəlsəfənin deyil, həm də 
bədii  ədəbiyyatın,  incəsənətin  predmetinə  daxil  olmuşdur.  Lakin  fəlsəfənin 
məğzini, əsas məsələsini təşkil edən bu problem bədii ədəbiyyatda bir növ dolayısı 
ilə, daha doğrusu, təzahürlər vasitəsilə işıqlandırılmışdır. 
                                                 
1
 Yenə orada, səh. 32. 


 
- 17 - 
Bəli,  bədii  ədəbiyyat  İnsan–Dünya,  İnsan–Təbiət,  İnsan–Cəmiyyət  prob-
lemlərini ən ümumi şəkildə qoymur. Lakin bununla belə bədii ədəbiyyat üçün mü-
əyyən  ümumiləşdirmə  (tipikləşdirmə)  səciyyəvidir.  Burada  Aristotelin  poeziya 
haqqında  məşhur  fikrini  xatırlamamaq  mümkün  deyil“.  ...Poeziya  tarixdən  daha 
fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir.”
1
  
Lakin  bədii  ədəbiyyat,  poeziya  nümunələri  ümumilik  dərəcəsinə  görə 
müxtəlifdir.  Bədii  əsər  tarixdə  olduğu  kimi  konkret  bir  hadisənin  təfərrüatını, 
spesifikasını,  təkrarlanmazlığını,    unikallığını  də  əks  etdirə  bilər.    Daha  doğrusu, 
bədii əsər bunsuz mümkün deyil. Zira o, əslində yalnız təkcəni və ya yalnız ümu-
mini  deyil,  təkcə,  xüsusi  və  ümuminin  vəhdətini  əks  etdirir.  Dəqiq  ünvanlı  təbiət 
guşələrinin, konkret tarixi hadisələrin və ayrı-ayrı şəxsiyyətlərin bədii tərənnümünə 
həsr  olunmuş  əsərlər  çox  vaxt  məhz  fərdilikdən,  təkrarlanmazlıqdan, 
özünəməxsusluqdan çıxış edir ki, bu da həmin əsərləri məhz tarixlə yaxınlaşdırır. 
Məsələn,  Homerin  poemaları,  “Dədə  Qorqud”,  “Manas”  və  s.  bəlkə  də  bədii 
nümunə olmaqdan daha çox tarixi informasiya mənbəyi kimi, həmin dövrün adət-
ənənələri, həyat tərzi, təfəkkür üslubu və dil xüsusiyyətləri haqqında heç bir tarix 
kitabından  ala  bilməyəcəyimiz  dərəcədə  məlumat  verən  mədəni-mənəvi  irs  kimi 
qiymətlidir.  Beləliklə,  bəzi  eposlar,  tarixi  poema  və  romanlar  ictimai  həyatın 
müəyyən bir dövrünü daha dolğun əks etdirməklə tarixi abidəyə çevrilir. Digər tə-
rəfdən, bədii formada yazılmış fəlsəfi əsərlər də bədii əsər kimi deyil, məhz fəlsəfi 
baxımdan  maraq  doğurur.  Məsələn,  Lukretsi  Karın  “Şeylərin  təbiəti  haqqında” 
poeması, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisi... 
Ədəbiyyat  adı  altında  elə  müxtəlif  əsərlər  palitrası  əhatə  olunur  ki,  burada 
ifrat  konkretlik  və  təsvirçilikdən  ifrat  ümumiləşdirmə  və  mücərrədliyə  qədər  hər 
cür  əsər  tapmaq  mümkündür.  Bəli,  poeziya  tarixə  nisbətən  ümumi,  fəlsəfəyə 
nisbətən  xüsusidir.  Bu  iki  qütb  arasındakı  geniş  sahədə  isə  ümumilik  dərəcəsinə 
görə  bir-birindən  ciddi  surətdə  fərqlənən  müxtəlif    əsərlər    yerləşir.    Onların  bir 
qismi tarixə, digər qismi isə fəlsəfəyə yaxındır. İfrat hallar yuxarıda dediyimiz kimi 
nəzmlə  yazılmış  tarix  və  nəzmlə  yazılmış  fəlsəfədir.  Bunların  heç  biri  əslində 
poeziya deyil. Bunların heç biri elm də deyil. İstər elm, istərsə də bədii ədəbiyyat 
və  incəsənət  tarixdən  fəlsəfəyə,  hadisələr  dünyasından  mahiyyətlər  dünyasına 
gedən yolun müxtəlif məntəqələridir. Daha doğrusu, söhbət eyni başlanğıcdan eyni 
sonluğa, nəticəyə aparan iki müxtəlif yoldan gedir. Bu yolların birini məntiq, digərini 
hiss şöləsi işıqlandırır, birində anlayışlar, digərində hissi obrazlar bələdçidir.  
Bəzən bədii əsərlər sinkretik xarakter daşıyır və əsərin əsas qayəsinin, fəlsəfi 
konsepsiyanın  açılışına  aparan  bu  iki  yolun  birindən  o  birinə  müvəqqəti  keçidlər 
edilir.  Məsələn,  Nizaminin  poemaları  belə  sinkretiklik  baxımından  səciyyəvidir. 
                                                 
1
 Aristotel. Poetika, Bakı, 1974, səh. 63. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə