Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə8/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

 
- 18 - 
Nəzmlə  yazılmış  elmi  ricətlər  ümumi  struktura  daxil  olur.  Müəllif  ümumi  fəlsəfi 
konsepsiyanın  açılışına  gedən  yolların  hər  ikisini  işıqlandırmağa  çalışır.  “Xosrov 
və  Şirin”də  insani  məhəbbətin  ümumdünya  cazibəsi  kontekstində  şərh  olunması 
mənəvi  və  maddi  dünyanın  vahid  qanunlara  tabe  olması,  dünyanın  vəhdəti  və 
ahəngdarlığı, daxili tamlığı ideyasını ifadə edir. Beləliklə, sufi fəlsəfəsinin mühüm 
məqamlarından biri olan vəhdəti-vücud təlimi, təbiət qanunları ilə mənəviyyat qa-
nunlarının eyniyyəti ideyası Nizami yaradıcılığında həm elm, həm poeziya və həm 
də  fəlsəfi  fikir  vasitəsilə  ifadə  olunur.  Nizaminin  poemalarında  ümumi  fəlsəfi 
qayənin  açılışına  xidmət  edən  bədii  təhkiyədən  bir  sıra  kənaraçıxmalar,  elmi 
şərhlər  və  bilavasitə  fəlsəfi  ricətlər  vardır  ki,  bunlar  mülki  tarix,  elm  tarixi  və 
fəlsəfə tarixi baxımından maraq doğurur və ilk baxışda ümumi kontekstdən kənara 
çıxır.  Lakin  diqqətlə  yanaşıldıqda  bu  ricətlər  təhkiyə  ilə,  süjetlə  bilavasitə  bağlı 
olmasa da, məhz ümumi fəlsəfi kontekstə uyğundur və bu baxımdan, əsərin daxili 
ahəngi  və  bütövlüyü  pozulmur.  Nizami  əsərlərinin  belə  sinkretik,  çoxmərtəbəli 
quruluşu  bu  poemaları  müxtəlif  tədqiqat  sahələrinin  obyektinə  çevirir.  Alim  və 
mütəfəkkir Nizaminin elmi və fəlsəfi fikirlərini bilavasitə ifadə edən nisbi müstəqil 
parçalar,  beytlər  elm  tarixçiləri  və  filosoflar  tərəfindən  tədqiq  olunmaqdadır.  Bu 
baxımdan,  professor  Camal  Mustafayevin  tədqiqatları  xüsusi  diqqətə  layiqdir. 
Nizami  poeziyasının  mürəkkəb,  sinkretik  tərkibi  alim  Nizaminin,  tarixçi  Ni-
zaminin,  filosof  Nizaminin  və  nəhayət,  şair  Nizaminin  ayrı-ayrılıqda,  hər  bir 
sahənin  öz  tədqiqatçısı  tərəfindən  öyrənilməsinə  imkan  verir.  Lakin  Nizami 
əsərlərinin  bir  spesifik  cəhəti  də  vardır  ki,  burada  bədii  ideya  özü  fəlsəfi 
ümumiləşmə  səviyyəsinə  qaldırılır,  yəni  bədiiliklə  fəlsəfəlik  vəhdət  halında 
olduğundan təkcə filosof Nizaminin deyil, şair Nizaminin də filosoflar tərəfindən 
öyrənilməsinə ehtiyac yaranır.  
Bu  gün  sintetik  təfəkkür  ancaq  tarix,  poeziya,  elm  və  fəlsəfə  üçün  deyil, 
ədəbi tənqid və publisistika üçün də zəruridir.  
Ədəbi tənqid bədii ədəbiyyatı izləməklə məhdudlaşmırsa, onun önündə get-
mək,  ona  yol  göstərmək  istəyirsə,  onda  gərək  yalnız  ədəbiyyatdan  deyil,  sosial-
mənəvi gerçəkliyin məntiqi təhlilindən, elmi-fəlsəfi fikirdən də bəhrələnsin.  
Müasir  dövrdə  sintetik  təfəkkürün  ədəbi  tənqiddə  təzahürü  özünü  tənqidin 
sintetik  funksiyasında:  obrazlı  təfəkkürlə  məntiqi  təfəkkürü  üzvi  surətdə 
birləşdirmək imkanında tapmalıdır. 
Lakin təəssüf ki, bu gün ədəbi tənqid sintetik təfəkkürə, fəlsəfi təhlilə deyil, 
publisistikaya  meyl  edir  və  ya  publisistik  düşüncə  tərəfindən  sadəcə  sıxışdırılıb 
aradan çıxarılır.  
Müstəqillik dövründə gerçəkliyin, ictimai həyatın bilavasitə inikası üçün şə-
rait yarandığından publisistika sürətlə inkişaf etməkdədir. Lakin bu inkişaf əsasən 
ekstensiv  xarakter  daşıyır.  O  qədər  “bakirə”  mövzular  var  ki,  publisistika  mövzu 


 
- 19 - 
meydanında at səyirdir. Lakin tez-tez atdan düşüb atlanır və ya bir yerdə fırlandı-
ğından heç bir sahədə dərinə nüfuz edə bilmir, mahiyyətləri aça bilmir. Ona görə 
də  müasir  publisistika  çoxlu  problemlərə  toxunsa  da,  əsasən  təsvirçi  səciyyə  da-
şıyır.  
Yığılıb  qalmış  sosial,  ekoloji,  demoqrafik,  mənəvi  problemlərin  əsil  ciddi 
bədii  həllini  vermək  xüsusi  sənətkarlıq  axtarışları  tələb  etdiyi  kimi,  onların  elmi 
təhlili də o saat konkret nəticələrə gətirmir. Lakin ədəbi prosesin istiqaməti elədir 
ki, müasir dövr üçün səciyyəvi olan təsvirçilik meyli ciddi bədii və elmi axtarışlar 
müstəvisinə  keçdikdə  ədəbi  tənqid  də  sintetik  təfəkkür  səviyyəsinə  yüksəlmək 
imkanı əldə edəcəkdir. 
 
* * *  
 
Fəlsəfə  elmlə  müqayisədə  milliliyi,  sənətlə  müqayisədə  ümumbəşəriliyi  ilə 
fərqlənir.  
Milli  fəlsəfi  fikir  dövlətçiliyin  təməl  daşlarından  biridir.  Özünü  dərk 
etməyən xalqın Vətən idealı ola bilməz.  
Torpaq, ərazi o zaman vətənə çevrilir ki, o milli ideyanın daşıyıcısı olsun.  
Empirik  bilik  və  ibtidai  duyğu  səviyyəsindəki  vətəndaşlıq  və  vətən  sevgisi 
dayanıqlı  ola  bilməz.  İnsan  xarici  ölkələrə  səfər  edərkən  şüurlu  olaraq  və  ya 
təhtəlşüur səviyyəsində öz yetişdiyi mühitlə, artıq içində olanlarla yeni gördükləri 
arasında müqayisələr aparır. Müqayisə apara bilmək, özünü məhz öz ölkəsi timsa-
lında  fərqləndirə  bilmək  üçün,  heç  şübhəsiz,  əvvəlcə  milli  Məni,  Vətəni  həm 
duyğu,  həm  də  təfəkkür  səviyyəsində  tanımaq  tələb  olunur.  Özündən  (öz 
ölkəsindən)  ayrılmaq,  başqa  diyar,  başqa  ölkə  ilə  tanışlıq  duyğu  səviyyəsində  bir 
nisgil, vətən həsrəti yaradırsa, təfəkkür səviyyəsində özünə kənardan baxmaq şansı 
verməklə özünüdərk üçün obyektiv şərait yaratmış olur.     
Əks  halda  doğma  və  yadı  fərqləndirmək,  sənə  məxsus  olanı  başqalarına 
məxsus  olandan  ayırmaq  mümkün  olmaz.  Təəssüf  ki,  əksər  adamlar  özünü  (öz 
milli  varlığını)  ya  heç  fərqləndirə  bilmir,  ya  da  ancaq  duyğu  səviyyəsində 
fərqləndirir. Öz ölkəsi üçün darıxır, vətənini sevir, lakin bunun səbəbini dərk etmir. 
Öz  vətəni, öz xalqı üçün nə isə etmək istəyir, lakin məhz nə etməli olduğunu bil-
mir. Əlbəttə, kimə isə elə gəlir ki, bilir; lakin bilmədiyini dərk etmək bildiyini zənn 
etməkdən  yaxşıdır.  Çünki  müxtəlif  adamların  ayrı-ayrılıqda,  öz  ağlı  ilə,  öz  vətən 
modeli  əsasında  gördüyü  işlər,  vahid  bir  istiqamətə  yönəlməyərək,  bir-birinin 
üzərinə toplanmaq əvəzinə, çox vaxt bir-birinə qarşı dayanır. 
Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur. 
Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da 
vurmaq  mümkündür.  Vətənin,  millətin  nə  ilə  fərqləndiyini  bilmədikdə,  onun  ra-


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə