Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix23.11.2017
ölçüsü5,03 Kb.
#12131
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 
70 
mənimdir  –  S.H.)  mərkəzi  ünsürü  dil  və  dindir.”
1
 Dil  və  din  milli  mə-
dəniyyətlərin (kültürün) inkişafında doğrudan  da çox  əhəmiyyətlidir.  Lakin 
Hantinqton bu amillərin məhz mədəniyyət, yoxsa sivilizasiya üçün həlledici 
rol  oynadığını  konkretləşdirmir.  Bu  anlayışların  məzmunundakı  qeyri-mü-
əyyənlik buna imkan vermədiyindən Hantinqton da məsələni açıq qoyur. 
Elmi  baxımdan  daha  məqbul  yanaşmaya  görə,  sivilizasiya  ictimai  tə-
rəqqini  milli  və  dini  identifikasiya  xaricində  ifadə  edir.  Burada  insanın  in-
tellektual keyfiyyəti üzə çıxır. A.Tofflerə görə, sivilizasiyanın inkişafı üçün 
əsas  meyar  rolunu  ictimai  tərəqqinin  hərəkətverici  qüvvəsi  oynayır.  Məsə-
lən,  sivilizasiyanın  birinci  dalğası  kənd  təsərrüfatının  meydana  gəlməsi  ilə 
bağlı  idisə,  sənaye  inqilabı  ikinci  dalğa  kimi  dəyərləndirilir.  Bu  sırada  o, 
müasir dövrü səciyyələndirən üçüncü dalğanın mahiyyətini aydınlaşdırmağa 
çalışır.
2
 Deməli, Toffler sivilizasiyanın inkişafını üfqi müstəvi üzərində, böl-
gələr  üzrə  deyil,  vertikal  xətt  üzrə  modelləşdirir.  Belə  yanaşma  metodoloji 
baxımdan marksizmin formasiyalar təliminə uyğun gəlir. Amma Toffler özü 
məsələnin  nəzəri  və  metodoloji  aspektlərini  araşdırmır.  Necə  deyərlər,  al-
ternativ  dünyagörüşü  olaraq  meydanda  yenə  də  ancaq  marksist  me-
todologiya qalır.  
Mədəniyyət (kültür mənasında) müxtəlif xalqlarda nə qədər fərqli olsa 
da,  milli  və  dini  amillər  nə  qədər  mühüm  rol  oynasa  da,  sivilizasiya  daha 
çox dərəcədə bütün bəşəriyyət üçün səciyyəvi olan bir prosesdir və o, insan-
ların  mənəvi-əxlaqi  həyatından  öncə,  təsərrüfat  həyatını,  ruhi-mənəvi 
sferada isə əsasən intellektual aspekti əhatə edir.  
Bəli, dəyişkənlik baxımından müxtəlif bölgələrdə, fərqli tarixi-coğrafi 
şəraitlərdə yaranan birgəyaşayış formaları zahiri əlamətlərinə görə bir-birinə 
az bənzəyirlər. Amma bütün insanlara xas olan ümumu cəhətlər də vardır və 
buna  görə  də  müxtəlif  bölgələrdəki  ictimai  inkişaf  proseslərinin  mərkəzi 
xətti,  əsas hərəkətverici  qüvvələri və hətta keçilmiş  yolun  əsas  məntəqələri 
                                                 
1
 Хантингтон Сaмуел. Столкновение цивилизаций, M: АСТ, 2003, s. 80. 
2
 Bax: A.Toffler. Üçüncü dalğa. İstanbul, Koridor Yayıncılık, 2008. 


Sosial fəlsəfə 
 
 
71 
hər yerdə eyni olmuşdur. Sivilizasiya anlayışı ilə əlaqədar biz belə bir para-
doksla qarşılaşırıq ki, o, bir tərəfdən, ictimai tərəqqinin formasiyalar üzrə in-
kişafı  haqqında  təlimə  alternativ  kimi  götürülür  və  bütün  bölgələrdə  inki-
şafın  eyni  bir  mexanizm  üzrə  həyata  keçdiyini  iddia  edən  marksizmdən 
fərqli olaraq, burada guya müxtəliflik önə çəkilir. Amma bizcə, sivilizasiya-
ların bu cür fərqləndirilməsi  əslində lokal sivilizasiyaların  mahiyyətini  anl-
amamaqdan  irəli  gəlir.  Dərindən  təhlil  edildikdə  bu  zahiri  rəngarəngliyin 
arxasında eyni bir prosesin dayandığı aşkar olur. Sadəcə olaraq bu yeni pro-
ses çılpaq qalma-yaraq hər bir bölgədə və hər bir tarixi dövrdə mövcud mə-
dəniyyətlərin  əbasına  bürünür.  Dini  dəyərlər  də,  əxlaqi,  mədəni-estetik  xü-
susiyyətlər  də,  etnik  özünəməxsusluqlar  da,  –  bunlar  hamısı  həmin  əbanın 
rənglərində və formasında özünü göstərir.  
 Erol  Güngör  bu  problemin  bizim  üçün  xüsusi  əhəmiyyətini  vurğu-
layaraq  yazır: “Kültür mədəniyyət ayırımı biz türkler üçün sadəcə sosioloji 
kavram  məsələsi  deyildir;  millət  həyatına  necə  bir  yön  verəcəyimiz  konu-
sundakı  istəklərimizə  obyektiv  və  ya  elmi  dəstək  bulmaq  cəhdidir.”
1
 Ma-
ləsəf  bu  problem  bir  qayda  olaraq  sosioloji  və  antropoloji  kontekstlərdə  a-
raşdırılmış,  fəlsəfi  müstəvidə  yetərincə  öyrənilməmişdir.  Bundan  irəli  gəlir 
ki, tədqiqatçıların əksəriyyəti “mədəniyyət” və “sivilizasiya” anlayışları ara-
sında fərqi hələ də yetərincə nəzərə almırlar. 
Biz
 
ancaq “mədəniyyət” və “kültür” anlayışlarını deyil, həm də “sivi-
lizasiya”  və  “mədəniyyət”  anlayışlarını  fərqləndirmək  mövqeyindən  çıxış 
edirik. Belə ki, sözlərin etimologiyası arasındakı fərq, heç də təsadüfi olma-
yıb,  iki  fərqli  hadisənin  ifadəsidir.  “Şəhərləşmə”  hadisəsi  əslində  həm  də 
“sənayeləşmə” hadisəsinin ekvivalenti olub, təməlində elmi və texnoloji in-
kişafın dayandığı bir prosesdir. Dilin, dinin bura ciddi bir aidiyyəti  yoxdur. 
Sosiallaşma, “sivilləşmə” isə cəmiyyətin formalaşması, təşkilatlanması pro-
sesini ifadə ediyi üçün “sivilizasiya” anlayışına uyğundur.  
Biz  bu  iki  hadisəni  nə  üçün  fərqləndirməyə  çalışırıq?  Avropa,  bir  tə-
                                                 
1
 Erol Güngör. Kültür degişmesi ve milliyetçilik, s. 9  


Fəlsəfə və sosial-siyasi elmlər – 2015, № 1 
 
 
 
72 
rəfdən “sənayeləşmə”,  yüksək elmi-texniki inkişaf səviyyəsi ilə fərqlənirsə, 
digər tərəfdən demokratiya, insan haqları, hüquqi dövlət, sekulyarlıq (layiq-
lik)  kimi  dəyərlərlə  səciyyələnir.  Məhz  cəmiyyətin  təşkilatlanması  hadisə-
sində mühüm rol oynadığına görə, din də bu mənada sivilizasiyanın aparıcı 
amillərindən biri kimi göstərilir. Daha sonra isə ictimai təşkilatlanma forma-
ları arasındakı fərqlər sanki dinlərin fərqindən irəli gəlirmiş kimi qələmə ve-
rilir. Bu iki anlayış birləşdirildikdə isə elmi və texnoloji nailiyyətlər də sanki 
hansı isə dinin özünəməxsusluğu, üstünlüyü kimi “ortaya çıxır”.  
Bizcə,  anlayışlarla  belə  manipulyasiya  bəlli  bir  ideolojinin  şüurlara 
yeridilməsinə  xidmət  etmişdir.  Gerçək  tarix  elə  bir  yozumda  təqdim  olun-
muşdur  ki,  bütün  müasirlik  və  bütün  pozitiv  medeniyyet  “Avropa-xristian 
medeniyyeti” deyilən bir fenomendə ehtiva olunmuşdur. Çağdaş Türk tədqi-
qatçılarının əsərlərində Ziya Gökalp konsepsiyasında bir növ açıq qalmış bir 
məsələ  –  dinin  mədəniyyətə  aid  olub-olmaması  məsələsi  yenidən  gündəmə 
gətirilir.  Bu  məsələnin  aktuallaşması  həm  də  Qərb  ideoloqlarının  Avropa 
sivilizasiyasını xristianlıqla əlaqələndirmək cəhdlərindən irəli gəlir.  
“Xristian  mədəniyyəti”  deyilən  bir  şey  varmı?  Bunun  Avropa  mə-
dəniyyəti ilə nə kimi bir əlaqəsi var? “Bax, indi bizim malik olduğumuz hər 
şey,  bütün  müasir  mədəniyyət  xristian  mədəniyyətidir,  siz  də  islam  mədə-
niyyətinin nə olduğunu araşdırıb ortaya çıxarın” – müraciəti ilə atılmış tora 
düşməmək  və  naəlac  qalıb  özümüzü  Orta  əsrlərdə  axtarmamaq  üçün  fikrin 
labirintlərində  bəlkə  də  məqsədyönlü  surətdə  edilmiş  bir  dolaşıqlığı  aradan 
qaldırmaq  məcburiyyətindəyik.  Əks  təqdirdə  müasirliyi  məhz  Avropa  kimi 
və  dolayısı  ilə  xristian  mədəniyyəti  kimi  qəbul  etməklə,  biz  öz  milli  var-
lığımızın  keçmişdə  qaldığını  qəbul  etmiş  oluruq.  Maləsəf,  müasir  araşdır-
maçıların  çoxu  bu  tora  düşür  və  “islam  mədəniyyəti”  deyən  kimi  orta 
əsrlərdən yapışır, müasirliyi isə məhz Avropa (xristianlıq) ilə eyniləşdirirlər.  
Onu  da  qeyd  edək  ki,  indi  bizimkilərin  də  rahatca  qəbul  etdiyi  bu 
mövqe  milli  zehniyyətimizin  təməli  təzə-təzə  qoyulan  vaxtlarda  ciddi 
müqavimətlə  qarşılanmışdır.  Nəinki  Toynbi  və  Hantiqtondan,  hələ 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə