“Azərbaycan Ferdasiyası – İsveç”in (AFİ) Qurultay Komitəsinin toplantı



Yüklə 12,78 Kb.
tarix21.06.2018
ölçüsü12,78 Kb.

“Azərbaycan Ferdasiyası – İsveç”in (AFİ) Qurultay Komitəsinin toplantı
Protokolu
Say 3
Tarix: 2009-08-13 saat: 20.00

Yer : Paltalk

Toplantını idarə etdi: Abdulla Əmir Haşimi (Cavanşir)

Toplantının katibi: Semed Niknam


Toplantıya qatılmışlar :


  1. Əli Mollazadə (“Ulduz”)

  2. Davud Savalanoğlu (AFI Idarə Heyətinin üzvü )

  3. Abdulla Əmir Haşimi (Cavanşir) (Azərbaycan Kültür Dərnəyi Qarabağ)

  4. Səməd Fərtaş (AFİ seçim qrupunun üzvü)

  5. Nasir Məhəmmədi (“Azərbaycan”)

  6. Salamat Dəşti (“22 May”)

  7. Səttar Sevigin (“Ərk”)

8 - Semed Niknam (“Turko-Az”)

9- Sadıq Musəvi (İsveç-Azərbaycan Dostluq Cəmiyyəti )


Gündəlik:

  1. “Babək-Linşöpinq” dərnəyinin, Qurultay Komitəsinə münasibəti haqda

  2. AFİ İH-nin fəaliyyətindən müxtəsər rapport

  3. Nizamnamə qrupu

  4. Mandat qrupu

  5. Qurultayın vaxtı və yeri


Müzakirələr:

1) Əli bəy Mollazadə çıxış edərək dedi: “Babək dərnəyinin məsulu iddia edir ki, AFİ-nin nizamnaməsi yoxdur, təəssüflə deməliyəm ki, bu dürüst ifadə deyil. AFİ İsveç qanunlarına uyğun müvafiq nazirlikdə və idarələrdə o sıradan İsveç vergi idarəsində qeydə alınıb”. Əli bəy çıxışına davam edərək bir daha qeyd etdi ki, “Hamı bilir ki, dövlət orqanlarında qeydiyyatdan keçmiş bir təşkilat müvafiq normativ sənədlərə malikdir, o sıradan Azərbaycan Fedrasiyası da, normativ sənədləri əsasında fəaliyyət göstərir”.
Cavanşir bəy, öz növbəsində, bir daha quzeyli-güneyli soydaşlarımızı və AFİ-yə üzv olan dərnək və fərdi şəxsləri Qurultay Komitəsində fəaliyyət edib, birgə qurultaya getməyin vacibliyini qeyd etdi. Və xatırlatdı ki, Linşöpinqdə yaranan Qurultay Komitəsi də həmin hazırki Komitənin sıralarında qəbul olunub və onun bəzi üzvləri də hazırkı Qurultay Komitəsində fəaliyyət etdiyi kimi, digər üzvlərinin də fəallıq göstərməsini təmin etməliyik. Qurultay Komitəsi açıq elan olunubdur, istənilən dərnək, İH üzvləri, NTK üzvləri, fərdlər, bu Komitəyə daxildirlər. Ümid ki, bütün soydaşlarımız, aktiv və müsbət mövqe ilə fəallıq göstərsinlər. “Babək-Linşöpinq” dərnəyi də, arzu edirik ki, AFİ-nin fəal və dəyərli üzvü olaraq, hamımızın bir yerdə olmağımız üçün səylərini çoxaltsınlar.
2) Öncə Səttar bəy Sevigin AFİ-nin 10-cu qurultayından sonra ortaya çıxan problemlərə toxundu. Səttar bəy eyni zamanda qeyd etdi ki, istefaya getmiş mali məsul, sənədləri versə də, bu günə qədər hesabat verməmişdir. Təbii ki, sənədlər təhvil verilərkən akt bağlanmasa və akt imzalanmasa, mali məsul xərclənən və bütövlükdə hesabdan çıxan mali vəsait haqda məsuliyyət daşıyır.
AFİ İH-nin üzvü Davud bəy Savalanoğlu çıxış edərək, İH-dən istefa verənləri qınadı və qeyd etdi ki, iş çətin olanda onu həll etməyə çalışmaq lazımdır. O eyni zamanda istefaya getmiş keçmiş İH üzvlərindən, vəzifələrini davam etmədiklərinə görə təəssüf hissi keçirdiyini toplantı iştirakçılarının diqqətinə çatdırdı.
3) AFİ nizamnaməsinə əlavə və dəyişikliklər etmək üçün işçi qrupu yarıdılsın. İşçi qrupunda işləmək üçün hələlik Məmməd bəy Azər razılıq verib. AFİ üzvlərindən bu işçi qrupunda işləmək istəyənlər varsa, Məmməd bəy Azər ilə əlaqə saxlasın.
4) Müzakirələrdən sonra Mandat Qrupu aşağıdakı tərkibdə yarandı:

Səriyyə xanım Ərdəbilli

Salamat Dəşti

Davud Savalanoğlu

Semed Niknam
5) AFİ-nin fövqəladə qurultayının keçirilməsi üçün, Stokholm və Jönşöpinq təklif olundu. Səs çoxluğu ilə, Stokholm seçildi. Müzakirələrdən sonra qərara alındı: AFi-nin fövqəladə 11-ci qurultayı sentyabrın 12-13 Stokholmda keçirilsin. Qurultayın yer və tarixini, AFİ-nin üzv dərnək və fərdlərin əksəriyyəti yenidən dəyişilməsini istəsələr, mümkündür.

Toplantıda iştirak edən AFİ “Seçim Qrupunun“ üzvü Səməd bəy Fərtaş dedi: Seçim Komitəsinin üzvləri qurultayda seçilib, buna baxmayaraq hər kəs istərsə bu komitənin işində iştirak edə bilər, biz bütün üzvlərin fikirlərini eşitməyə və təkliflərini dinləməyə hazırıq.




Növbəti iclasın zamanı: 31 avqust 2009, saat 20.00
Toplantını idarə etdi: Abdulla Əmir Haşimi (Cavanşir)

Toplantının katibi : Semed Niknam

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə