Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasinin qanunu



Yüklə 36,74 Kb.
Pdf görüntüsü
tarix29.11.2017
ölçüsü36,74 Kb.
#13106


Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli 

mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə 

əlaqədar yaranan münasibətləri tənzimləyir. 

I fəsil 


Ümumİ müddəalar 

Maddə 1.


 Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:  

1.0.1 Azərbaycan folkloru nümunələri (bundan sonra - folklor nümunələri) - Azərbaycan 

xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının 

ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik 

xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq 

musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada 

olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;  

1.0.2. folklor nümunələrinin hüquqi qorunması -folklor nümunələrinin hər hansı qeyri-qanuni 

istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması; 

1.0.3. folklor nümunələrindən qeyri-qanuni istifadə folklor nümunələrindən kommersiya 

məqsədi ilə ənənəvi və adi olmayan istifadə hallarında bu Qanunla müəyyən edilən tələblərin 

pozulması; 

1.0.4. folklor nümunələrinə zərər vuran hərəkətlər - folklor nümunələrindən bu Qanunla 

müəyyən edilən istifadə hallarında onun mənbəyinin, həmçinin yarandığı yerin coğrafi adının 

və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməməsi

1.0.5. folklor nümunələrindən ənənəvi istifadə -təbii mahiyyət, məzmun və forma 

xüsusiyyətləri saxlanılmaqla folklor nümunələrindən cəmiyyətin uzunmüddətli təcrübəsinə 

əsaslanan istifadə; 

1.0.6. folklor nümunələrindən adi istifadə - folklor nümunələrindən cəmiyyətin gündəlik 

tələbat və ehtiyaclarına uyğun istifadə; 

1.0.7. folklor nümunələrindən ənənəvi və adi olmayan istifadə - folklor nümunələrinin təbii 

mahiyyət, məzmun və ya məqsəd, təyinat və bədii formasının dəyişdirilməsi ilə istifadə; 

1.0.8. folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə - gəlir götürmək məqsədi ilə 

folklor nümunələrinin dərc olunması, surətinin çıxarılması, nüsxələrinin yayılması, kütləvi 

deklamasiyası və ifası, efirlə və ya kabellə verilməsi, habelə kütləyə çatdırılmaq üçün hər 

hansı kütləvi bildiriş formasında istifadə. 

Maddə 2. 



Qorunan folklor nümunələri 

2.1. Bu Qanunda qorunan folklor nümunələri bədii xalq yaradııcılığı, xalq sənətkardığı və 

tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı əsərlərdir:  



2.1.1. bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, 

əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, 

tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri; 

2.1.2. xalq mahnıları və rəqs melodiyaları, xalq-professional musiqisinə aid aşıq havaları, 

muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglər və başqa folklor musiqisi nümunələri;  

2.1.3. xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr; 

2.1.4. duyulan tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən qrafik sənət-şəkillər, 

rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil 

məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, 

xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənəti işləri, gəbələr, butalar, 

geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, 

memarlıq işləri və bu qəbildən olan başqa nümunələr. 

2.2. Bu qanunun 2.1-ci maddəsində göstərilən qorunan folklor nümunələrinin yaranması 

zamanla və məkanla məhdudlaşmır, yeni yaranan folklor nümunələri də qorunanların sırasına 

daxil edilir və onların hüquqi qorunması müddətsizdir.  

Maddə 3. 



Folklor_nümunələrindən_istifadəyə_tələblər'>Folklor_nümunələrinin_hüquqi_qorunması_haqqında_Azərbaycan__Respublikasının_qanunvericiliyi'>Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan 

Respublikasının qanunvericiliyi 

3.1. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının 

qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər 

normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrdən ibarətdir. 

3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr 

arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur. 

Maddə 4. 



Qanunun tətbiq sahəsi 

Bu Qanun Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub 

saxlanılan, bu Qanunun 2-ci maddəsində göstərilən folklor nümunələrinə şamil edilir. 

Maddə 5. 



Folklor_nümunələrindən_istifadə_zamanı_mənbənin_göstərilməsi'>Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin 

əsas istiqamətləri 

5.1. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri 

aşağıdakılardır: 

5.1.1. folklor nümunələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə 

çatdırılması; 

5.1.2. folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının 

yaradılması; 

5.1.3. Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində 

hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması. 

5.2. Folklor nümunələrinin hüquqi qorunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı öz 

səlahiyyətləri çərçivəsində: 



5.2.1. beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair 

təkliflər hazırlayır; 

5.2.2. folklor nümunələrinin hüquqi qorunması üzrə beynəlxalq təşkilatlarda Azərbaycan 

Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir; 

5.2.3. folklor nümunələrindən istifadəyə bu Qanunla qoyulan tələblərin pozulması hallarında 

dövlətin maraqlarını təmsil və müdafiə edir. 

II fəsil 

Folklor nümunələrİndən İstİfadə qaydaları 

Maddə 6. 

Folklor nümunələrindən istifadəyə tələblər 

6.1. Folklor nümunələrindən Azərbaycan Respublikası ərazisində ənənəvi və adi, o cümlədən 

kommersiya məqsədi ilə istifadə formaları sərbəstdir. 

6.2. Folklor nümunələrindən kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə zamanı 

hər hansı formada dərc olunması, surətinin çıxarılması və nüsxələrin yayılması, hər hansı 

kütləvi deklamasiya və ya ifa, efirlə və ya kabellə verilişlər, habelə kütləyə çatdırılma 

məqsədi ilə hər hansı digər kütləvi bildiriş formalarında onların təbii mahiyyət və məzmununa 

xələl gətirməməklə, məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər. 

Maddə 7. 

Folklor nümunələrindən istifadəyə istisnalar 

7.1. Aşağıdakı məqsədlər üçün folklor nümunələrinin istifadəsi ənənəvi və adi olmayan forma 

kimi qəbul edilmir:  

7.1.1. folklor nümunələri orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə; 

7.1.2. folklor nümunələrindən orijinal müəllif (müəlliflər) əsərində istifadənin 

məqsədəmüvafiq həcmdə illüstrasiya formasında istifadə edildikdə. 

7.2. Folklor nümunələrinin aşağıdakı təsadüfi istifadə formaları ənənəvi və adi olmayan hesab 

edilmir:  

7.2.1. fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür 

istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari 

hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadə edildikdə; 

7.2.2. sərbəst giriş üçün daim açıq olan yerlərdə özündə folklor nümunələrini saxlayan 

obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya verilişinə daxil edilməklə istifadəsi. 

Maddə 8. 



Folklor nümunələrindən istifadə zamanı mənbənin göstərilməsi 

8.1. Dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında 

onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və 

(və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir. 

8.2. Folklor nümunələrindən bu Qanunun 7-ci maddəsində göstərilən hallarda istifadə 

edildikdə 8.1-ci maddənin tələbləri tətbiq edilmir.  

Maddə 9. 

Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları 



9.1. Fiziki və hüquqi şəxslər tərəfindən folklor nümunələrindən istifadə edildikdə aşağıdakı 

hərəkətlər hüquq pozuntusu hesab edilir: 

9.1.1. folklor nümunələrindən istifadə edildikdə təsadüfi və ya bilərəkdən edilməsindən asılı 

olmayaraq, bu Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması; 

9.1.2. folklor nümunələrindən istifadə edilərkən bilərəkdən və ya ehtiyatsızlıqdan bu Qanunun 

8.1-ci maddəsinin tələblərinin pozulması; 

9.1.3. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrini bilərəkdən özününkü 

kimi qələmə verməklə və ya folklor nümunələrinin yaranma mənbəyinə münasibətdə kütləni 

yanlış fikrə istiqamətləndirmək və ya onları faktiki mənbəyi olmayan digər ölkənin 

nümunələri kimi təqdim etməklə, folklor nümunələrindən istifadə; 

9.1.4. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrinin bilərəkdən təhrif 

olunmaqla, ölkənin mədəni maraqlarına zərər vurulmaqla istifadəsi. 

9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla 

nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər dövlət büdcəsinə 

köçürülür və intellektual mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, müəllif 

hüququ sahəsində dövlət siyasətinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi 

qorunmasına yönəldilir. 

III fəsil 

Folklor nümunələrİnə əqlİ mülkİyyət hüquqlarının müdafİəsİ 

Maddə 10. 

Mülki‐hüquqi müdafiə vasitələri 

10.1. Müvafiq dövlət orqanları folklor nümunələrindən qanuni istifadə qaydalarını pozan və 

ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. 

10.2. Folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki­

hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq 

edilə bilər: 

10.2.1. pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin 

tutulması; 

10.2.2. gəlirin tutulması əvəzinə şərti maliyyə vahidinin yüz mislindən əlli min mislinədək 

məbləğdə kompensasiya ödənilməsi. 

10.3. Cinayət tərkibli pozuntulara qarşı sanksiyalar mülki-hüquqi müdafiə vasitələrinin 

tətbiqini istisna etmir.  

Maddə 11. 

Kontrafakt nüsxələr 

Bu Qanunla folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal 

olunan və ya yayılan hər hansı folklor obyekti nüsxələri kontrafakt nüsxələr sayılır və 

qanunvericilikdə müəyyən olunmuş qaydada müsadirə edilir. 

Maddə 12. 

Folklor nümunələrindən istifadəyə tələblərin pozulmasına görə 

məsuliyyət 



74 

Folklor nümunələrindən istifadə zamanı bu Qanunda nəzərdə tutulan tələblərin pozulmasında 

təqsirli olan şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

IV fəsil 

Yekun müddəaları 

Maddə 13. 



Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması 

Xarici dövlətlərin folklor nümunələrinin Azərbaycan Respublikasında, Azərbaycan folklor 

nümunələrinin xaricdə hüquqi qorunması Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələrə əsasən tənzimlənir. 

Maddə 14. 

Digər qorunma formalarına münasibət 

Bu Qanun müəllif-hüquq qanunvericiliyi, əqli və sənaye mülkiyyətinin digər növləri üzrə 

folklor nümunələrinə tətbiq oluna bilən, həmçinin folklor nümunələrinin qorunub 

saxlanılmasına aid digər normativ hüquqi aktlarda və Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan qorunma formalarını məhdudlaşdırmır. 

Maddə 15. 



Təfsir 

Bu Qanunla müəyyən edilən hüquqi qorunmanın folklor nümunələrinin yaradılmasına və 

onlardan normal istifadəyə mane olan forma kimi şərh edilməsi yolverilməzdir. 

Maddə 16. 



Qanunun qüvvəyə minməsi 

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.  

Heydər ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 16 may 2003-cü il  

№ 460-IIQ 



Document Outline

  • I fəsilÜmumİ müddəalar
    • Maddə 1. Əsas anlayışlar
    • Maddə 2. Qorunan folklor nümunələri
    • Maddə 3. Folklor nümunələrinin hüquqi qorunması haqqında AzərbaycanRespublikasının qanunvericiliyi
    • Maddə 4. Qanunun tətbiq sahəsi
    • Maddə 5. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətininəsas istiqamətləri
  • II fəsilFolklor nümunələrİndən İstİfadə qaydaları
    • Maddə 6. Folklor nümunələrindən istifadəyə tələblər
    • Maddə 7. Folklor nümunələrindən istifadəyə istisnalar
    • Maddə 8. Folklor nümunələrindən istifadə zamanı mənbənin göstərilməsi
    • Maddə 9. Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları
  • III fəsilFolklor nümunələrİnə əqlİ mülkİyyət hüquqlarının müdafİəsİ
    • Maddə 10. Mülki‐hüquqi müdafiə vasitələri
    • Maddə 11. Kontrafakt nüsxələr
    • Maddə 12. Folklor nümunələrindən istifadəyə tələblərin pozulmasına görəməsuliyyət
  • IV fəsilYekun müddəaları
    • Maddə 13. Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması
    • Maddə 14. Digər qorunma formalarına münasibət
    • Maddə 15. Təfsir
    • Maddə 16. Qanunun qüvvəyə minməsi

Yüklə 36,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə