Azerbaycan folklorunun çAĞDAŞ durumu ismayilov, Hüseyin



Yüklə 41,42 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü41,42 Kb.
#31508


889

AZERBAYCAN FOLKLORUNUN ÇAĞDAŞ DURUMU

İSMAYILOV, Hüseyin

AZERBAYCAN/AZERBAIJAN/

АЗЕРБАЙДЖАН

Folklor – xalqın yaddışıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı 

və xalq yaddaşı... 

Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur...

Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə öz yaşamını 

gerçəkləşdirən  xalqın  fiziki-mənəvi  mövcudluğunun  fövqünə  qalxır: 

yaddaşı  yaradan  xalqın  mövcudluğu  yenə  də  birbaşa  onun  yaddaşına 

müncər olunur... 

Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər 

bir fərdin taleyindən də keçib gələcəyə gedir... 

Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə 

dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər 

içində millət edən zirvəyə qalxa bilir...

Hər  bir  xalqın  bir  millət  kimi  bütövlüyü,  ölkə  kimi  tamlığı  və 

təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından 

birbaşa asılıdır...

Azərbaycan  folklorşünaslığının  müasir  durumunu  obyektiv  şəkildə 

səciyyələndirmək üçün onun işini ilk növbədə keçən əsrdə görülmüş işlərlə 

müqayisə etmək lazım gəlir.

Beləliklə,  Azərbaycan  folklorşünaslığı  XX  əsrə  bu  nəzəri-praktiki 

nəticələrlə yekun vurdu:

–  Əsrin  əvvəllərində  Azərbaycan  folklorunun  toplanması  uğrunda 

millətin  fədai  ziyalıları,  sözün  gerçək  anlamında,  ağır  bir  mübarizə 

apardılar. «Yoxdur millətimin xətti bu imzalar içində» məfkurəsini əldə 

rəhbər  tutub,  millətimizin  mənəviyyat  imzasını  imzalar  içində  bərqərar 

etmək  üçün  hər  cür  çətinliyə  sinə  gərdilər.  Çoxsaylı  folklor  mətnləri 

toplandı və çap edildi.

–  20-30-cu  illərdə Azərbaycan  folklorşünaslıq  elmi  nəzəri  baxımdan 




890

inkişaf  etdi. Azərbaycana  dəvət  edilmiş  sovet  alimləri  burada  özlərinin 

tədqiqatlarını  davam  etdirməklə  gənc  Azərbaycan  folklorşünaslarının 

nəzəri biliklərinin formalaşmasına həm mənəvi, həm də təcrübi baxımdan 

istiqamət verdilər. 

–  30-cu  illərdə  millətin  intellektual  potensialının  qaymaqları,  o 

cümlədən  folklorşünasları  amansız  şəkildə  məhv  edildi  və Azərbaycan 

folklorşünaslığının  bütün  səviyyələr  üzrə  mütərəqqi  inkişafına  balta 

çalındı.

– Elə həmin illərdən başlamaqla sovet imperiyasına sədaqətlə qulluq 

edən manqurt folklorşünaslar formalaşdırılmağa başladı. Onların vəzifəsi 

Azərbaycan  folklorunu  sovet-sosialist  ideologiyasının  standartlarına 

uyğunlaşdırmaqdan,  bu  alınmadıqda  isə,  ümumiyyətlə,  saxta  folklor 

mətnləri yaratmaqdan ibarət idi. 

–  Həmin    dövrdə  Azərbaycanın  mütərəqqi  folklorşünasları  öz 

fəaliyyətləri  çərçivəsində  folkloru  və  folklorşünaslığımızı  xilas  etməyə 

cəhd göstərsələr də, onların təşəbbüsləri kütləvi fəaliyyətə çevrilməyərək, 

azsaylı folklor nəşrləri və tədqiqatlarından irəli getmədi.

– XX əsrin 70-80-ci illərindən rejimdə yumşalma hiss olunmağa başlasa 

da, folklorşünaslıqda kök atmış və hər yanı bürümüş «avtoritetlərin» sovet 

elmi düşüncə stereotipləri dirçəlməyə imkan vermədi. Folklor mətnlərinin 

saxtalaşdırılması, ümumiyyətlə, əsli olmayan yalançı mətnlərin yaradılması 

təcrübəsi daha da inkişaf etdi.

– Azərbaycan  folkloru  və  folklorşünaslığını  məhv  girdabından  əsrin 

sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci rolunu 

oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin arasında dayanıb, 

bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcəyinə gedən işıqlı 

yolun əsasını qoydu.

Azərbaycan  Respublikasının  mərhum  prezidenti,  ulu  öndər  Heydər 

Əliyevin iradəsi ilə yaradılmış AMEA-nın Folklor İnstitutu təkcə xalqın 

folklorunun  keşiyində  durmamışdır:  o  həm  də  sovet  imperiyasının 

qurbanları  olmuş  folklor  fədailərinin  ruhlarının  keşiyində  durmuşdur. 

«İlkin folklor nəşrləri» seriyasından neçə-neçə kitablar çap edilib xalqa 

qaytarılmışdır. Xüsusilə 30-cu illərin qanlı repressiyalarının qurbanı olmuş 

S.Mümtaz,  Ə.Abid,  H.Əlizadə,  V.Xüluflu,  B.Behcət  və  bu  kimi  millət 

fədailərinin folklorşünaslıq irsi çap olunmaqda və haqlarında tədqiqatlar 

aparılmaqdadır.



891

XX əsr Azərbaycan folklorşünaslığının əldə etdiyi elmi-nəzəri təcrübə 

AMEA-nın  Folklor  İnstitutu  üçün  heç  də  onun  biganə  qaldığı  mərhələ 

yox,  məhz  üz  tutduğu,  öyrəndiyi,  intellektual  fəaliyyətini    onun  bütün 

tərəfləri  səviyyəsində  modelləşdirib  müasirləşdirdiyi  təcrübədir.  Elə  bir 

təcrübə ki, özünün bütün uğurlu və qüsurlu, yararlı və yararsız, faydalı və 

zərərli tərəfləri ilə bu gün aktualdır. Folklor İnstitutu XX əsr Azərbaycan 

folklorşünaslığının  bütün  mütərəqqi  ənənələrinin  varisi  və  davamçısı, 

bütün naqisliklərinin inkarçısıdır.

AMEA Folklor İnstitutu yarandığı gündən çox böyük işlərə imza atmış, 

folklorumuzun toplanması, nəşri və tədqiqi istiqamətlərində çoxsaylı işlər 

görmüşdür. Həmin işlərin sayı və çeşidi zəngindir. Biz onlara qısa şhəkildə 

toxunmamışdan qabaq sonuncu nəhəng işimizdən söhbət açmaq istəyirik. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutu  milli 

hədəflər naminə, millətin hədəfləri naminə, bizi bir fərd kimi millətləşdirən 

hədəflər  naminə  Uca  Tanrının  adını  çağıraraq  Azərbaycan  elminin 

miladın III minlilliyində qarşısında duran ən uca hədəflərindən biri olan 

«Azərbaycan Folkloru Killiyyatı»nın nəşrinə başlamış və ilk altı cildi 

çapdan buraxmışdır.

  «Azərbaycan  Folkloru  Külliyyatı»  öz  cari  hədəfində  yeni  əsrin, 

strateji hədəfində isə minilliyin proyektidir. Bu ilk cildlərlə Azərbaycan 

folklorşünaslığının bütöv XX əsr boyu arzusunda olduğu, lakin heç bir 

vaxt reallaşdıra bilmədiyi milli proyektin bünövrəsini qoyulmuüşdur. Elə 

bir etibarlı bünövrə başlanmışdır ki, millətin mənəviyyatı dünya durduqca 

onun üzərində dura bilsin...

Beləliklə, «Azərbaycan Folkloru Külliyyatı» milli mədəniyyətin folklor 

kodunun  total  mətn  korpusu  kimi  mükəmməl,  sistemli,  müasir  dünya 

nəzəri-intellektual səviyyəsinə uyarlı folklorşünaslıq baxışlarını özündə əks 

etdirən proyekt olaraq reallaşdırılmağa başlımışdır. Proyektlə aşağıdakı 



məqsəd və vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1. İlk növbədə Azərbaycan xalqının folklor yaradıcılığının indiyə qədər 

əldə edilən bütün mətn fondunun çap edilib yazılı mətnə keçirilməsi. Ona 

görə də «Azərbaycan Folkloru Külliyyatı» kəmiyyət vahidi ilə – rəqəmlə (50 

cildlik, 100 cildlik və s.) ölçülməyən nəşr kimi planlaşdırılmışdır. Bu, təkcə 

Azərbaycan folklorunun təcrübəsində deyil, eləcə də dünya təcrübəsində 

analoqu olmayan açıq nəşr sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, 

AMEA-nın  Folklor  İnstitutunun  hazırkı  kollektivi,  proyektin  redaksiya 

heyəti sadəcə olaraq bu işi başlamağı, milli folklorumuzu kəmiyyət həddi 



892

qoymadan  çap  etməyi  qərara  almışdır.  Proyektin  neçə  cilddən  ibarət 

olacağını zaman müəyyənləşdirəcək: bu fundamental layihə Azərbaycan 

xalqının yeni əsr və minillikdəki milli-mənəvi ehtiyacının ifadəsi olaraq 

yarandığı kimi, onun nə vaxt və neçənci cildlə tamamlanacağını yenə də 

milli-mənəvi tələbat, zamanın konkret tələbləri müəyyənləşdirəcək.

2.  «Azərbaycan  Folkloru  Külliyyatı»nın  nə  vaxtsa  poliqrafik-fiziki 

baxımdan  tamamlanması  mümkündür.  Lakin  xalqımızın  mənəvi-milli 

həyatının ən böyük hadisələrindən biri olacaq bu proyektin fəlsəfi baxımdan 

tamamlanması mümkünsüzdür: Azərbaycan xalqının folklor yaradıcılığı 

bitməz-təkənməzdir.

3.  «Külliyyat»da  Azərbaycan  folklorunun  sistemli  təqdimi  nəzərdə 

tutulmuşdur. Həmin nəşr sistemi aşağıdakı göstəricələri nəzər tutur:

–  Azərbaycan folklorunun onun bütün mətn növləri və janrları üzrə 

nəşr edilməsi;

–  Azərbaycan folklorunun bütün tarixi mətn fondunun çap edilməsi;

–  Azərbaycan  folklorunun  variant  və  versiyalar  sistemi  üzrə  çap 

edilməsi;

–  Tarixi  Azərbaycan  folklorunun  çap  edilməsi  işinin  həyata 

keçirilməsi;

–  Azərbaycan folklorunun dil-dialekt koloritinin saxlanılmaqla çap 

edilməsi;

–  Azərbaycan folklorunun mətn təhriflərindən və saxtalaşdırılmalardan 

təmizlənməsi və s.

4.  Azərbaycan  folklorunun  bütün  mətn  növləri  və  janrları  üzrə  çap 

edilməsi  «folklor  mətni»  anlayışının  bütün  struktur  səviyyələrini  əhatə 

edəcəkdir.  XX  əsr  Azərbaycan  folklorşünaslığındakı  «folklorun  növ 

və  janrları»  anlayışının  yalnız  yazılı  ədəbiyyatın  kateqorial  sistemi 

səviyyəsində qəbul edilməsi praktikasına «Külliyyat»da son veriləcək və 

«növ-janr-forma-şəkil» kateqorial sisteminin folklor mətninindəki poetik 

spesifikası əsas götürüləcəkdir. Bu, folkloru yalnız «şifahi xalq ədəbiyyatı» 

(yaxud «ağız ədəbiyyatı») olmaq statusundan çıxarıb, söz-hərəkət-sənət 

sisteminə müncər olunan gerçək mahiyyəti səviyyəsində təqdim etməyə 

imkan verəcəkdir. Bu halda folklorumuz bütün mətn növləri, tipləri, janrları, 

forma və şəkilləri səviyyəsində çap olunacaqdır. Folklorumuzun gerçək 

mahiyyəti və bədii-estetik möhtəşəmliyinin üzə çıxarılması onun «janr» 

səviyyəsində məkəmməl çapını hava və su kimi tələb edir. Azərbaycan 

folklorşünaslığının  bu  sahədə  mövcud  olan  ənənəvi  janrları  təqdim 

etmək  təcrübəsi  folklorumuzun  neçə-neçə  janrını  onların  gerçək  poetik 



893

təbiəti səviyyəsində təqdim etməyə imkan verməmiş, bir çox paremioloji 

janrlar,  ümumiyyətlə,  nəşrdən  qıraqda  qalmışdır.  «Azərbaycan  Folkloru 

Külliyyatı»  mətnlərin  janrlar  üzrə  çapı  zamanı  bu  sahədəki  meyarların 

maksimum səviyyədə tətbiqini nəzərdə tutmuşdur.

5.  Azərbaycan  folklorunun  tarixi  mətn  fondunun  çap  edilməsi 

«Külliyyat»ın  qarşısına  qoyduğu  əsas  məqsədlərdəndir.  Bu  məqsədin 

həyata keçirilməsi iki səviyyəni əhatə edir:

6.  Azərbaycan  folklorunun  variant  və  versiyalar  üzrə  çap  olunması 

«Külliyyat»ın qarşısında duran ən mühüm vəzifələrdəndir və s.

İndi  isə AMEA  Folklor  İnstitutunun  yarandığı  gündən  gördüyü  işlər 

barəsində qısaca məlumat vermək istərdim. 

AMEA Folklor İnstitutu respublikamızda folklorun toplanması, nəşri və 

öyrənilməsi ilə bağlı rəsmi dövlət qurumu, Milli Elmlər Akademiyasının 

müstəqil institutudur. Ölkədə aparılan folklorşünaslıq işlərinin hamısı bu 

institutda koordinasiya olunur. Bu baxımdan, Azərbaycan folklorşünaslıq 

elminin müasir simasını bütün səviyyələr üzrə bizim institutumuz təşkil 

edir.


İnstitutda  Dissertasiya  Şurası  fəaliyyət  göstərir  və  şuranın  fəaliyyətə 

başladığı  bir  il  ərzində  artıq  onlarla  sanballı  tədqiqat  işləri  müdafiə 

olunmuşdur.  Bu  baxımdan,  AMEA  Folklor  İnstitutu  Azərbaycanda 

folklorşünas kadrların hazırlandığı mərkəzdir.

İnstitut  yarandığı  gündən  coşğun  şəkildə  Azərbaycan  folklorunun 

toplanması, nəşri və tədqiqi işi ilə məşğuldur. İnstitutda çox zəngin folklor 

arxivi yaradılmışdır.

AMEA Folklor İnstitutu folklor mətnlərini çapını iki əsas nəşrlə həyata 

keçirir:

1. «Azərbaycan Folkloru Antologiyası»

Bu,  regional-məhəlli  folklor  antologiyasıdır.  Artıq  çoxsaylı  cildləri 

çapdan çıxmışdır. Burada Azərbaycanın Göyçə, Şirvan, Naxçıvan, Şəki, 

Qaraqoyunlu,  Gəncəbasar  və  s.  bölgələrinin  folkloru  həmin  folklor 

mühitləri üçün xarakterik olan bütün janrlar səviyyəsində təqdim olunur.

2. «Azərbaycan Folkloru Külliyyatı».

Bu nəhəng nəşr haqqında yuxarıda kifayət qədər məlumat verdik.

AMEA Folklor İnstitutu respublikada folklora dair aparılmış tədqiatları 



894

iki nəşrlə gerçəkləşdirir:



1. «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər».

Bu məcmuə keçən əsrin 60-cı illərinin əvvəlində fəaliyyətə başlamışdır. 

Sovet  dönəmində  cəmi  yeddi  sayı  çapdan  çıxmışdır.  AMEA  Folklor 

İnstitutu yaradıldıqdan sonra artıq məcmuənin XXII cildi çap olunmuşdur. 

Bu, Azərbaycanda folklorşünaslıq sahəsində ən nüfuzlu akademik nəşrdir. 

Burada  çap  olunan  tədqiqat  işləri  Azərbaycan  folklorşünaslıq  elminin 

simasını təşkil edir.

2. «Dədə Qorqud» Dərgisi.

Dərgi yeni əsrin əvvəlindən nəşrə başlamışdır. Burada folklorşünaslıq 

tədqiqatları, folklor mətnləri çap olunur. Jurnal həm də Azərbaycan və türk 

dünyasının folklor həyatını işılandırır.

Xüsusi şəkildə qeyd etmək istəyirik ki, institutumuz hər il «Ortaq türk 

keçmişindən ortaq türk gələcəyinə» adlı beynəlxalq folklor konfransı 

(simpoziyumu) keçirir. Buraya dünyanın hər yerindən folklorşünas alimlər 

dəvət  olunur.  Konfransın    materialları  dərhal  çap  olunaraq  oxucuların 

ixtiyarına verilir. Folklor İnstitutu bu konfransla dünya folklorşünaslarını 

bir araya gətirir və ümumtüurk folklorşünaslığının inkişafına böyük təkan 

verir.


Qarşıda  böyük  vəzifələr  durur.  Azərbaycan  respublikasının  dövlət 

müsətəqilliyi möhkəmləndikcə onun milli-mənəvi dayaqlarından biri olan 



folklorşünaslıq elmi də durmadan inkişaf edir.

Yüklə 41,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə