Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,33 Mb.
səhifə16/18
tarix13.11.2017
ölçüsü1,33 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

Gözəlləmə
Səhər sübhü qafıl çıxdın qarşıma

Yıxdın atam öyünü ağ sarı köynək

Maral təki süzdün keşdin dərədən,

Dönüf bir öyçünə bax sarı köynək.


Sədrin “safalan” dayayılmış qarı

Köysünnən baş verən turşdu nardı

Camalın şöyləsi şəms qəmərdi

Salıfdı cahana şux sarı köynək.


Zabanın şəkərdi, dahanın məjə,

Ləbiyin şərvətinnən lütf ellə bizə

Qızıl üzük kəsdir qaşı firuzə

Nazik barmaxlara tax sarı köynək.


Yanağın lalası hərn zaman solmaz,

Şahmar zülfün çalan kimsə sağalmaz

Gedər bu gözəllik sana da qalmaz,

Vardı sənin kimi çox sarı köynək.

“Söyün” şükür ellər qadır sübhan

Behişdən gəlifdi bu hurəyi gılman

Kirpiyin almazdı, qaşdarın kaman

Vurufdu sinəmə ox sarı göynək.

Aşıq gözəlləməni oxuyannan sonra arvatdardan urusumunu alıf yoldaşının yanına gəldi. Hər ikisi nağılın qalığına başdadılar. Bul­lar nağılı qutaranda savah da açıldığınnan Qaçax Qala ca­ma­hatı Xasay xana və onun ata-bavasına lənət oxuyuf yerinə Allah­ver­di bəyi özdərinə divan tikdilər:

– Şan-şökətiniz artıx olsun. Allah sizi bizə çox görməsin. Aya­ğınız sayalı, başınız dölətdi olsun – deyif dağıldılar.

Allahverdi bəy Qaçax Qala mahalına divan tikdikdən sonra Xa­say xanın vaxtındakı qulları, xojaları və başqalarını azad elli­yif camahatın xarc-xəsrətini azaldıf adalatnan divannıx elə­məg­nən baravar munun bu mərtəvəyə çatmasına səbəb olan şannıları Bax­dıgül və pərilər Fatmasınnan var-dölət, cah-calal içərisində ağ günnərnən ömür sürməyə başdadı.
DƏRZİ QIZI DƏRDİYOXUN NAĞILI

Fatma Alı qızı

Qazax, 8 iyul, 1928
Bədir-bənd şəhərində Üzərindi addı, var-dölət sahavı bir paç­­çah var idi. Munun da Əsman addı bir gözəl və iyit oğlu var idi.

Paççahın yaxın qonşusu Dərdiyox addı bir dərzi qızı var idi. Dər­­­diyoxa xudavəndi aləmin kərəmi cuşa gəlif gözəlliy pay­lı­yan­­­da ilk qələmi çalınmışdı. Dərdiyoxnan paççahzada Əsman bir gündə anadan olmuşdular. Olar qapı qapıya qonşu ol­dux­la­rın­­­nan gözdərin açıf bir yerdə oynuya-gülə böyü­müşdülər. Hər iki­sinin ərkən oğlan bakirə qız olan vaxdıları idi.

Zarafatdaşa-zarafatdaşa oynaşıf gülüşürdülər. Buların göz­dəri bir-birin tutduğunnan örəyləri biri-birini söydüyünnən ölə­nə­­tən bir yerdə ömür sürmək niyyətində idilər. Paççahzada Əs­man bu niyyətnən atasının yanına adam göndərif, dərzi qızı Dər­di­­yoxu ona almasını bildirdi. Üzərindi paççah hər mahalda cah-ca­lalı və adı-sanınan manşır idi. O oğluna bir kasıf dərzinin qı­zını almağa layıx görmədi. Əsman halı belə görəndə nə atasının sö­zünnən çıxıf qızı ala bildi və nə könlünün söygüsünnən əl çək­di. O əhvalatı qıza söyləməknən baravar buyurdu:

– Ay cannar alan, atam irazı olmamağına baxma ya öləjəm və ya da səni alajam. Əmbə savır eləmək lazımdı.

Olar bir-birinə vədə verif gülə-oynaya dolanırdılar. Bir gün Əs­man söygüsü Dərdiyoxun yanına gəlif dil xoşduxnan ötrü on­nan bir cüt öpüşdən mərc gəldi. Bu mərcə Dərdiyox irazı ol­mu­yuf dedi:

– Paççahzada atalardan qalma misaldı: “Yüz tümən pulun ol­sa, mərcə girmə, bir qəpik də olmasa alışmadan qalma”.

İndi hərçənd bizimki zarafat üçündü, əmbə mən çalışaram apa­rım. Sən də çalıjaxsan məni apararsan. Bunun da axırı yaxşı ol­maz. Dərdiyoxun cavabında:

– Doğrudan da arvad xaylağı örəgsiz olarmış, qorxma dün­ya­da sənnən mənim aramda inciklik ola bilməz. Mərcimiz mərc­di.

Dərdiyox paççahzadanın xatırını sınmasın deyin nə əlaş ira­zı oldu. Dərdiyoxnan Əsman bir yerdə böyüdükləri və söyüş­dük­ləri üçün zarafatnan bir-birinə söz atardılar.

Bir gün hərəsi öz öylərinin üsdə çıxmışdı. Əsman üzünü söy­­güsünə tutuf:

Dərzi qızı-dərzi qızı!

Göydə ulduz neçədi.

Dərdiyox söygüsünnən bu sözü eşidif cavaf verdi:

Paççah oğlu-paççah oğlu!

Yerdə reyhan neçədi.

Əsman bir neçə belə zarafatdarnan Dərdiyoxu udmax is­də­disə də bajara bilmədi. Ona görə bir dəs halvaçı paltarı geyif hal­va sata-sata Dərdiyoxgilə gəldi. Dərdiyox oğlanı tanımadığınnan yanına gəlif halvanın qıymatını soruşdu.

Əsman cavabında “bir isdili bir cüt öpüşdür” dedi:

Dərdiyox bir qərif halvaçıdı nolajax deyif, bir isdili halvaya bir cüt öpüş verdi.

Əsman söygüsünü udduğunnan söyünə-söyünə tez öylərinə gə­lif paççahyana paltarını geyənnən sonra damlarının üsdünə çıx­dı. Bu yannan Dərdiyox söygülüsünü öyün üsdündə görən ki­mi o da öz damlarının üsdünə çıxır:

Paççah oğlu-paççah oğlu

Yerdə reyhan neçədi.

Əsman onun cavavında:

Dərzi qızı-dərzi qızı

Halva verif-öpüş almax nejədi...

Dərdiyox mərşdə uduzduğunu duyuf biykəf, biydamax dü­şüf öylərinə gəldi.

O atasına hər bir qotazınnan bir zınqırov asılmış kürk aldırdı. Və axşam həmən kürkü geyinif üzünü başını da eyvərcə bəzə­yən­­nən sonra paççahzada Əsmanın imaratına getdi. Əsman yat­dı­ğı üçün o bədənini silkələyəndə zınqıroylar elə səsdəndi ki, Əs­man sərsəm yuxudan oyandı və qorxa-qorxa onun kim ol­du­ğu­nu xavar aldı:

Dərdiyox hetbətdi səsnən cavaf verdi ki:

– Eşit və inan mən Allah taala tərəfinnən nazıl olan əz­ra­yı­lam. Sən pak və pakizə bir cavan olduğunnan çox yaşayıf günah qa­zanmamış canını almağa gəlmişəm. Canın əlimnən qurtarsın.

Əsman onu tanımıyıf can şirin özünü murdarradı.

Dərdiyox oğlanı udduğunnan söyünmuş öylərinə gəldi. O yan­­nan Əsman əzrayıl sandığı həm Dərdiyoxun qorxusunnan və həm də yediginnən irgəndiyi üçün naxoşdayıf doqquz gün yatdı. Na­xoşduxdan qalxıf dirçələnnən sonra dilxoşdux üçün öylərinin üs­dünə çıxdı. Elə o halda da onu göydə axdaran Dərdiyox öz öy­lə­rinin üsdə çıxdı.

Əsman söygüsünü o dəfədən də küsdürdüyü üçün gönlünü ələ almax isdədiyinnən:

Dərzi qızı-dərzi qızı!

Göydə yıldız neçədi.

Dərdiyox onun cavabında:

Paççah oğlu-paççah oğlu!

Əzrayıl oluf murdarramax nejədi.

Əsman işi anlayıf Dərdiyoxa qəzəb elləmək fikrinə düşdü. Ona görə biçaranı zindana saldırdı.

Əsman ona gündə bir parça çörək bir cəm su verif əzafnan öl­­dürməyə and işmişdi. Əmbə onun eşqinnən dəli-divana ol­muş­du. Ona görə şəhərdə dura bilmiyif dərdini uyutmax üçün “Cin çələbə”yə getdi.

Dərdiyox Əsmanın Cin çələbəyə getdiyini eşidən kimi bir dəs xanım yana livas geyif üzünü-gözünü bəzəyənnən sonra onun dalınca Cin çələbəyə getdi. Cin çələbədə Əsmannan ta­pı­şan­da Əsmanın xavardan-xavarı olmadığınnan onu dindirməz-söy­lətməz aldı. Əsman qırx gün Dərdiyoxnan kefə-damaxa məş­ğul olannan sonra şəhərə qayıdası oldu. Əsman atasının qor­xu­sun­nan onu özünnən gətirə bilmiyif dedi:

– Ay gözəl, indi mən vətənimə gedirəm. Al bu yaylıxnan bu qol­bağıyı. Havax qızım olsa yaylığı başına ört gəlif məni tapar. Yox oğlum olsa qolbağıyı qoluna bağla gəlif məni tapar.

Dərdiyox yaylığı, qolbağıyı alıf Əsmannan halallaşannan son­ra bir xəlvət yolnan düz şəhərə gəlif zindana girdi. O yannan Əs­man şəhərə gələndə dərzi qızının yanına getdi və onnan xavar aldı ki:

– Ay dərzi qızı ölürsənmi? Kefin nejədi?

Dərdiyox onun cavavında:

– Nejə qoyufsan elədi.

Əsman zindannan öylərinə qayıdıf munun dərdinnən bikəf do­lanırdı. Dərdiyox isə gündüzdər zindanda gejələr öylərində o qə­dər qaldı ki, axırda doqquz ay, doqquz saat, doqquz dəyqə ta­mam olannan sonra bir yaxşı oğlu oldu. Munun adını “Çələbi” qoy­du. Əsman gənə də şəhərdə dura bilmiyif bu dənə Laçın Çə­lə­biyə səfər ellədi. Dərdiyox gözdə-qulaxdaydı. Munu eşidən ki­mi onun dalınca davan basarax Laçın çələbiyə getdi. Gənə əv­vəl­­ki kimi qırx gün onnan kefdə-damaxda oluf, onun xavarı ol­ma­dığı halda zindana girdi.

Munnan davan basarax Əsman da öylərinə gəldi. Dərdiyox vax­dı çatanda bir qənirsiz gözəl qız doğdu. Bu qız Ağbağda ol­du­­­ğunnan adını Ağqızi qoydu. Ay keşdi, il keşdi. Dərdiyoxun uşax­­ları yeriyif yüyürəsi oldular. Anaları bullara yaxşı qulax asıf axır­­rarı nejə olajağını gözdüyürdü ki, o tərəfdən paççah oğlu Əs­ma­na Qanqan paççahının qızı Mənzəri almaq üçün toy qur­dur­mağa başdadı. Dərdiyox toyun şirin qurulduğu vaxt oğlannarının hər birini bir əlinnən tutduruf özü də xanımyana paltar gey­nən­nən sonra həmən toya getdi. O uşaxlara atalarını tanıtdığı kimi ata­ları da olları tanısın deyin:

“Cin çələbi, Laçın çələbi”

Ağbajının əlinnən tutun ağanıza gedək” –

dedi. Əsman bu sözü eşidən kimi uşaxlara buyurdu:

– Ay güllərim! Bir də indijə dediyinizi deyin görüm. Uşax­lar analarınnan həmən sözü öyrəndigləri üçün Əsmana başa-baş dedilər.

Əsman Dərdiyoxu və uşaxları tanıdığı üçün hər dördüynən öpü­­şüf görüşənnən sonra əhfalatı atasına nağıl elədi. Paççah Dər­­di­yoxun çöllərdə-zindanlarda gejə-gündüz zəhmət-məşəq­qət­­nən belə uşaxlar ərsiyə gətirdiyinnən və oğlu onu, o da oğ­lu­nu söydüyünnən həmən zaranqa-zaranqnan Qanqan paççahının qı­zı Mənzər xanıma vurdurduğu toyu muna vurduruf o iki söy­gü­lü bir-birinə tafşırıldı. Paççahzada Əsman lap uşaxlığınnan söydüyü şannısınnan mal-dölət, cah-calalnan ömür sürüf qırmızı gün keçirməyə başdadı.

QARI

Əli Rəhim oğlu

Qazax- İyun, 1928
Bir qarıjıx var idi,

Tumancığı dar idi,

Canınnan bezar idi,

Afdafa aldı ələ,

Getdi buz üsdə belə,

Buz üsdündə yoruldu,

Afdafası qırıldı

Asılana-asılana fağan ellədi:

Üzün tutuf buza söylədi:

– A buz sən nə zalımsan?

– Mən zalım olsaydum,

Gün məni əritməz idi.

– Gün sən nə zalımsan? – Mən zalım olsaydum,

Bulut qavağımı kəsməz idi.

– A bulut sən nə zalımsan?

– Mən zalım olsaydum

Yağış mənnən yağmazdı.

– A yağış sən nə zalımsan?

– Mən zalım olsaydum göy ot mənnen bitməzdi.

– Ay ot sən nə zalımsan?

– Mən zalım olsaydum, qoyunnar başımı üzməzdi

– A qoyunnar siz nə zalımsınız?

– Bir zalım olsaydux.

Cannavarrar bizi yeməz idi.

– Canavar sən nə zalımsan?

– Mən zalım olsaydum.

Qara köpək məni boğmaz idi.

– Qara köpək sən nə zalımsan?

– Mən zalım olsaydum

Siçannar çörəyimi yeməzdi.

– Ay siçannar siz nə zalımsınız?

– Biz zalım olsaydux,

Pişiklər bizi boğmazdı.

– Ay pişiklər siz nə zalımsınız?

– Biz zalımıx-zalım.

Yük üsdü yorğanımız,

Kürsü üsdü qışdağımız.

QIRXLAR QANNISI AĞ DÖYRÜŞÜN NAĞILI

Fatma Alı qızı

Qazax, 3 may, 1928
“Gül açan” mahalında “Safa” addı bir paççah var idi. Safa paç­­ça­hın “Bala ballı”, “Bəyim” və “Tərlan” addı üş arvadı var idi. Əm­bə hiş evladi yox idi. O hər mahala car çəkdirdi ki, mə­nim bu dər­dimə kim əlac eyləsə onu dünya malınnan qəni eylərəm. Bu xa­var “Qannı Qalaça”da Qırxlar qannısı ağ döyrüşə çat­dı. Döy­rü­şün peşəsi sehrikarrıx idi. O mahallardan adamları yı­ğıf – Mən yax­şı tanıram. Sizi “çərx davval”a aparram. Bax­dı­nı­za ellə şey çı­xar ki, bütün ölənə kimi dünyənin ləzətini çə­kər­si­niz.

Döyrüş çarx davval adına bir-bir, iki bir adama topluyurdu. Ey­lə ki, qırx adam oldu öyünə gətirərdi. Olara qonaxlix adına aş pişi­rif eylə yağ tökürdü ki, sehrin hökmünnən yeyən kimi şuş qı­zıl olurdular. Bu tamahkar döyrüş Safa paççahın “dünya ma­lın­nan qəni elləjəm” sözünə görə onun bargahına gəldi. Rəcz oxu­ya-oxuya paççahin hizurunə gələndə munun rəczi paççahın xo­şu­na gəldi. Ona bir qav qızıl verilməsini əmir elədi. Döyrüş ərz ey­lədi:

“Paççahim mən pay alan döyrüşdərdən döyləm, pay verən döy­rüşdərdənəm”, sənin evladin olmadığını bilif əlaj eyləməyə gəl­mişəm. Al bu iki armudnan bu bir narı arvatdarınnan baravar ye, gözə görünməz tanrının verməyinnən və mənim subuyimnən iki oğlun və bir qızın olajax. Oğlannar sənin, qız isə mənim nə­zi­rimdi.

Paççah cannan-başnan irazi oldu. Döyrüş ordan Qannı Qa­la­ça­ya gəlif gənə əvvəlki peşəsinə başdadı. Aylar, illər keşdi, paç­ça­­hın iki oğlu, bir qızı oldu. Bu uşaxlar var-dölət içində bö­yü­dü­lər. Beylə ki, oğlannar arvad alası, qız da ərə gedəsi oldu. Döy­rüş rəmil atıf bu işi bilən kimi paççahın yanına gəldi. Onnan nəz­rini isdəyəndə paççah verdiyi vədəyə görə qızını ona verdi. Döyrüş qızı götürüf öyünə gəldi. Qız döyrüşün xuy-xəsiyətini və peşə­sini bilməkdən ötəri bijdiknən:

– Bizdərdə ədətdi gərək oğlan qızı altı ay gözdəsin.

Döyrüş bu sözə inandığınnan çarx davval adına mahallara adam yığmağa getdi. O yüz min fırıldaxnan az vaxda qırx adam cəm elliyif öyünə gətirdi. Qız gördü ki, bu adamlar cürvəcür yer­rər­dən gəlmiş adamlardı. Döyrüşün bu qədər adamı yığıf gə­tir­mə­sinə onda şübhə oyandığınnan nə iş görəjəyini və nə fənd qu­ra­­ja­ğını bilmək üçün xəlvətdən onu pusmağa başdadı. Oyannan döy­rüş ədəti üzərə genə aş pişirif özünə ayrı və bütün qonaxlara bir çəkdi. Böyük küpədən yağ çıxardif qonaxlarınkına balaja kü­pə­dən özününkünə tökdü. Qonaxlar aşı yeyən kimi şuş qızıl ol­du­lar. Bu vaxt döyrüş olları qızıl ambarına doldurdu. Qız halı be­lə görəndə cannı qutarmax üçün döyrüşün başını batırmax fik­ri­nə düşdü:

– Ay kişi, bu nə işdi hər yerdə xörəyi-çörəyi arvat pişirər. Döy­ruş ha ellədi, başa gəlmədi. Axırda qızın xətrini çox istə­di­yin­nən nə əlaş onun xörək pişirməsinə irazı oldu. Qız bir yaxşı aş pişirif yağlamaq isdəyəndə döyrüş balaja küpədən yağ­la­ma­ğı­nı söylədi. Qız döyrüşü öldürmək üçün böyük küpədən yağladı və aşı qavaxlarına qoyanda mahnınan:

– Sən ye, mən də su gətirəm yeyim, diyif eşiyə çıxdı. Xa­var­dan-xavarı olmuyan döyrüş aşı yeyəndə şuş qızıl oldu. Qız mu­nu görəndə soyunmuş yanına gəlif həman o qızıl ellədiyi adam­ların içi nə apardı. Döyrüş ölənnən sonra qız əyninə bir dəs kişi pal­tarı geyif, adını da Şahzada Beyzar qoydu. Qannı Qalaçada tək dolanmadığınnan qızıllardan verif özünə qırx qul aldı. Bey­zar qullar da başında paççah yana dolanırdı ki, günnərin bir gü­nün­də bir gəzici döyrüş onun qapısına gəldi. Döyrüşün həm şux­nan qəsidə oxuması, həm də əzbərdən quranı bilməsi Beyzarın xo­şuna gəldiyinnən ona bir sini qızıl pay verdi. O hər yeri gəzən ol­duğuna görə xavar aldı ki: Qareyi quran döyrüş, hiş dünyadə mən­nən də hatəm səxavətdi paççaha rast gəlifsənmi?

Döyrüş onun cavavında:

– Hələ sən paççah dersən irahata da rast gəlmişəm. Eşit və inan: Qaynar dəryənin qırağında “Nadir Gül” addı bir cavan var ki, həmişə ağ pişirdif sini-sini dərəyə tökür. Beylə hatəm səxə­və­tin qavağında “balix bilsin, balix bilməsə xalıq bilər” deyir.

Beyzar bu sirrə mat-məəttəl qalif döyrüşə gənə də pay verif yola saldı.

Döyrüş il və il gəzə-gəzə gəlif Safa paççahın bargahına çıx­dı. Oxuyuf pay isdəyəndə paççah ona bir qızıl nəzir verdisə də o qı­zılı almıyıf ərz ellədi:

– Paççahım beylə nəzirrər sizin şanınza layıx döy. Mənə paç­çahlar çox nəzir verərlər. Nejə ki Qannı Qalaçada şahzada Bey­zar bir yol oxumağına bir sini qızıl verdi. Safa paççah döy­rüş­dən bu sözü eşidəndə Beyzarın bu qədər qızılı hardan alıf hər yetən dilənçə, döyrüşə paylamağının səbəbini bilmək üçün bir dəs döyrüş yana livas geyif qareyi quran döyrüşünnən baravar Qannı Qalaçada Beyzarın bargahına gəldi. Paççah və döyrüş Bey­zarın hizurundə qəsidə oxuyanda o hərəsinə bir sini qızıl ver­di. Bu vaxt paççah ərz etdi ki: – Cavan şahzada, bu sirrdən bi­zi agah eylə: gündə sizin bargahınıza neçə minlərnən döyrüş, di­lənçi və fağır, fuğara gəlir. Bullara xəzinənizi belə ki açıfsınız ha­vax dedi södada olsa genə genə tav elləməz. Beyzar onun ca­va­vında:

– Havax bu sirri bilmək isdəsəniz onda gedin qaynar dər­ya­nın qırağındakı Nadir Gülün sirrini mənə gətirin. Qareyi-quran döy­rüz Nadir Gülün yerini bilməsini paççaha söyləyəndə paççah Bey­zarın sirrini bilmək üçün onun yanına getmək fikrinə düşdü.

Ona görə hər iksi Nadir Gül sənsən deyən yola düzəldilər. Az getdilər üz getdilər, dərə-təpə düz getdilər, bir xeyli vaxtdan son­ra qaynar dəryanın qırağında Nadir Gülə yetişdilər. Gördülər ki, Nadir Gül pişirif dəryəyə tökür. Arabir də “Balıx bilsin, balx bil­məsə də xalix bilər” deyir. Safa paççah və döyrüş Nadir Gül­nən salamlaşif təmənnəşənnən sonra aşı dərəyə tökməyinin sə­bə­­bini xavar aldılar.

Nadir Gül ollara cavaf verdi ki, mənim sirrimi bilmək üçün gə­rək gedif yeddi yolun ayrıcında gözdəri kor, ağsaqqal qojanın sirri­ni mənə gətirəsiniz. Biz bu qədər yol gəlif zəhmət çək­diklə­rinnən boş qayıtmasınnar deyin oradan da kor qojaya tərəf yola rəvan oldular. Üş gün, üş gejə yol gedif yeddi yolun ayrıcında kor qojaya çatdılar. Ollar qojanın qavağında bir tum kül “Özüm-özü­mə ellədim, külü gözümə eylədim” deyif ah zarnan ağ­la­ma­sı­nı görəndə: – Ay qoja əmi, səni and veririk o gözə görünməz tan­riya bizi bu sirdən agah eylə.

Qoja ağlaya-ağlaya balalarım: “Mənim bu sirrim ürəyimdə gö­ra gedəjəydi, indi ki, siz and verdiniz açaram bu şərtnən ki, siz də gedif “Həyat” meşəsindəki sinəsində quran nə ölü, nə diri “Sə­daqət xan”ın sirrini mənbə gətirəsiniz”. Piyadəlix görməmiş Sa­­­fa paççah yorulduğuna baxmıyıf döyrüşnən həyat meşəsinə tə­­rəf getməyə başdadılar. Yoruldaxlarınnan ölüm, zülüm xeyli vaxt­­dan sonra meşədə Sədaqət xana yetişdilər. Bir qəd-qaməti mi­na, xəd xalı bənöfşə kimi qənirsiz gözəl cavan arxası üsdə nə ölü nə diri sinəsində quran görəndə qareyi-quran döyrüş üzünü haqqa tutuf raz niyaz eylədikdən sonra dizi üsdə çöküf onun si­nə­­sindəki quranı başdan-ayağa kimi oxuyuf çıxdı. Məlikənin sehri batil olduğuna görə Sədaqət xan asqırıf ayıldı. O paççahın və döyrüşün əl-ayağına tüşüf yalvara-yalvara siz məni ölümnən qurtardınız, mənnən aşası nə dərdiniz varsa deyin cannan-başnan əlaj eyliyim. Safa paççah əhvalatı əvvəldən axıra kimi ona nağıl ey­­lədi. Sə­da­qət xan əhvalatdan xavardar olanda ollar munu ölüm­­nən qurtar­dığına görə dinməz-söyləməz ollarnan baravar yo­la düşdü. Hər üçü bir müddətdən sonra kor qojaya yetişdilər. Paç­çah buyurdu: “Qoja əmi siz sözünü isdərdiniz, biz özünü də gə­­tirdik. İndi qulaq as Sədaqət xan sirrini aşsın”. Sədaqət xan üzü­­nü ollara tutuf:

– Eşidin və inanın, mən “Mehmannı” “Əyniullah” xanın oğ­lu, “Sədaqət” xanam, səkkiz, doqquz yaşdarımnan məçitdə oxu­ma­ğa başdadım. Lap öylənəsi vaxdıma kimi məçidə davam ey­lə­dim. Beylə ki, ən çox oxumuş səxtəlar sırasına keşdim. Genə bir gün məçidə getmişdim. Dərs vaxdı dərsimi oxudum, o axşam adı­na axşamı olduğunnan ölülərə quran oxumax üçün məçitdə qal­dım. Gejə quran oxuduğum vaxt qafıldan bir əl uzanif məni əlim­də quranı göyə götürdüm. Mən qorxumnən biyax özümnən get­dim. Bir vədə gözümü açanda özümü bir otaxda taxt üsdündə gör­düm. Otağı müşk ənbər qoxusu bürümüşdü. Başımın üs­dün­də bir qənirsiz gözəl pəri duruf deyirdi:

Ay bəni adam, qorxma səni bu yeddinci göydə məlikələr mə­kanına gətirən pərilər paççahının qızı “Xaqanı Məlikə”di. Sən bir pak bəni adam olduğunnan sana aşıq olmuşam. Onnan ötəri də səni buraya gətirmişəm. İndi istərsən ki, ömrüyün axırına ki­mi sağ, salamat mənnən eyş-işrətə məşğul olasan, onda qırx gün, qırx gejə mənnən bir yerdə eylə yatıf durarsan ki, hiş yerin mənə dəyməz.

Bu məlikələr tərəfinnən bəni adamları sınamaxdı. Havax bu sı­naxdan çıxdın sən mənimsən, mən də sənin. Çıxmadın ölümü gö­züyün altına al. Bu sınax onnan ötəridi ki, bəni adamlar ba­fa­sız olurlar. İndi görüm, sən də eyləsənmi.

Mən canımın qorxusunnan nə əlaş xaqanı məlikənin sözünə ira­zı oldum. Qırx gün, qırx gejə onnan yatıf durdum özümü yax­şı saxlamışdım, əmbə axırıncı gejə onnan bir yerdə şirin yuxuda yat­dığım vaxt məni şeytan alladıf dedi:

– Ay bəni adam, qırx gün, qırx gejə çoxdan təmam oluf niyə du­rursan. Mən ağılsız yuxuda olduğumnan şeytanın sözünə alla­nıf yuxulu-yuxulu xaqanıyı qucaqlayıf üzünnən-gözünnən öf­düm. Məlikə səksənmiş yuxudan duruf sehrnən məni bir bülbül ey­liyif qəfəsə saldı. Mən bir müddət qəfəsdə qaldım, bir gün xa­qa­nı öydə yoxdu, əmbə onun qarabaşı “Ziydə pəri” öydə idi. Mən bu tilsimnən nejə xılas ola biləyəyimi onnan xavar aldım. O xoş sufat və xoş xəsiyət məlikə mənə belə cavaf verdi:

– Sədaqət xan sana bəni adam demək olmaz. Çox pak oğ­lan­san, əmbə xaqanı heş bir iş olmadığı halda sana zülm eylədi. İn­di sənin tilsimnən xalasına birjə çara varsa, o da xaqanının ba­jı­lı­ğıdı. Xaqanı onun xətirini çox isdər, o da bəni adamları çox səvir. İndijə xaqanınnan baravar buraya gələjək, onda səs uja səs­nən bir gözəl mahnı oxu, onda o yaqın ki, səni bajılığınnan alıf aparajax. Bəlkə bu sürnən xaqanının tilsiminnən xilas olasan.

Mən Ziydə pərinin təybiri üzərə xaqanı bajılığınnan öyə gə­ləndə uja səsnən bir qəşəng mahnı oxudum.

Mənim oxumağım o məlikənin xoşuna getdiyi üçün məni xa­qanıdan alıf öz öyünə apardı. Bu da xaqanı kimi məni qırx gün sınayacağını söylədi. Mən baxdı qara munnan da otuz doq­quz gün bir yerdə yatıf, durdum, ona toxunmadım. Genə qırxıncı gü­nü onnan yatdığım vaxt vədə tamam olduğunu yuxuda gö­rən­də yuxulu-yuxulu əlimi atıf onun məməsini sıxdım. Məlikə yu­xu­dan ayılıf:

– Ay bəni adam, sən beylə bivafalıx etdin ki, dörə mənim əlim­nən bir beylə sehrə tüşdün:

– Get, nə ölu, nə diri, əmbə baxdın kəsif sinəyin üsdəki qu­ranı oxusalar mənim sehrim batil olsun, sən diril.

İndi sehri bu ağa döyrüşdər batil eyliyif məni diriltdilər. Mən də gəlif sirrini sana aşdım. Sən də sirrini bu döyrüşdərə aş.

Kor qoja Sədaqət xanın sirrini eşidəndə sözə başdadı:

– Ay balalarım, mən bir paççahın hamamçısı idim. Günnərin bir günü paççah hamama gəldi. Hamamda paltarını və tacını mə­nim yanımda qoyuf çimməyə girdi. Mən gül baxt onun gözəl­lik­də manşır olan arvadınnan o gejə kef çəkmək fikrinə tüşdüm. Ona görə paççahı hamamda qoyuf paltarını geydim və tajını da ba­şıma qoydum. Bütün qapıları qıfıllayıf paççahın hə­rəm­xa­nə­si­nə getdim. Xanım məni şah hesaf ellədiyinnən o gejəni onnan kef keçirdim.

Savah paççahın arvadı, uşağı, qohum-ağravası, camahat du­yuf tuşəjinnən qorxuf hamama gəldim. Hamamın qapısını açan ki­mi paççah məni tutdu. Eynimnən paltarı çıxardıf əyninə ge­yən­nən sora məni də götürüf öyünə gəldi. Öyündə cəllada mə­nim gözdərimi oyduruf buyurdu: – Apar munu yeddi yolun ay­rı­cı­na qoy, gələn də üzünə tüpürsün, gedən də. Cəllad paççahın hök­münə görə məni gətirif bu yeddi yolun ayrıcına qoyuf qayıtdı. İndi mən bir gejənin ləzətinnən ötəri gözdərimi bada verdimə peş­man oluf “özüm özümə eylədim, gülü gözümə eylədim” de­yi­rəm­sə də peşimançılıx fayda vermir. Sədaqət xanım onun korruğuna və qojalif əldən-ayaxdan tüşdüyünə irəhmi gəlif:

– Ay qoja əmi, qorxma mən səni ölənə kimi saxlayajam. Ol­lar qojanın sirrini bilənnən sora onu da götürüf qaynar dəryanın qı­rağında Nadir Gülün yanına gəldilər. Nadir Gül qojanın sir­ri­nən agah olannan sora öz sirrini açmağa başdadı.

Mən “Balıxlı” şenniyində dövlətinən manşır olan “Eldar”ın oğ­luyam. Uşax vaxdımda məçidə gedəndə yolum bu qaynar dər­ya­nın qırağınnan idi. Dəryanın dəyaz yerrərində çoxlu xırda qı­zıl balıxlar görünürdü. Mənim bullara xoşum olduğunnan evdən çö­rək götürüf hər məçidə gedif, gələndə çörək tökürdüm. Aylar-il­­lər keçdi, anam öldü, mənim də əlim oxumaxdan çıxdı. Üsdə gə­tirə bilmədimnən çox keçməzdən atamın dəvləti də tükəndi. Ka­sıflaşdığımnan nökər-nayif olmaxdan ötəri dos-tuşmanın di­na­zinnan uzax ovalara getmək fikrinən yola tüşdüm. Yolum dər­yə­nin qırağınnan idi. Yolnan getdiyim vaxt bir torçu kişi məni ya­nına çağıdı və xavar aldı ki “Ay bala, haraya gedirsən, nəçi və nə­ka­rəsən”. Mən nökər olmax üçün adam axdardığımı söylədim.

– Oğlum, çox əcəf, de görüm dəryə peşələrin hansını bi­lir­sən?

– Yaxşı qavvazçılıx bilirəm.

– Sənə iki dolu qızıl verərəm, əgər bu gün mənə dəryə işində işdəsən.

Mən bu sözə irazı oldum. Bu vaxta o qavvazdıx livasını gə­tir­di, mən əynimə geyindim və o kişi buyurdu ki, indi səni dər­yə­yə salladıxları yerdə hesafsız qızıl vardı. Sən dəryənin divinə tü­şəndə qı­zılnan dolu doldur, ipi tərpət, ta axşama kimi mən qı­zıl çəkim. Axşam ipi belinə bağla və tərpət, onda səni də çı­xar­dıf iki dolu haqqı­nı verif yola sallam. Onun buyurduğu kimi mən on gün ax­şa­ma tək qızıl doldurdum, o çəkdi. Axşam ipi be­li­mə bağlayıf tər­pət­dim ki, məni çək, o namərd ipi kəsif məni dər­yədə qoydu. Ölüm­lü vaxdımda bir də gördüm ki, həmən çö­rək verdiyim ba­lıx­lar gəlif məni qırağa çıxartdılar. Qıraxda liva­sı­mı dəyişif bir neçə günnən sora genə həmən torçunun yanına gəldim. Torçu məni ta­nı­­­madı. Genə peşəmi xavar alıf suya girməyimi söylədi. Mən onun cavavında qavvazçılığımı dandım. Havax siz dəryəyə girə bil­­­səniz mən qızıl çəkə bilərəm dedim. O irazı olduğunnan mən onu dəryəyə salladım, axşama kimi o dolu doldurdu, mən çəkdim. Ax­­­şam ipi belinə bağlıyıf tərpədəndə əlvə saat ipi kəsdim və qızıl­la­rı da öz öyümüzə apardım. İndi o günnən məni ölümnən qutaran və tökünməz çörək verən balıxlar olduğunnan mən də hər gün aş pi­şirif balıxlara tökürəm. İndi siz deyin, görüm, mənim sirrimi nə üçün bilmək isdərdiniz. Safa paççah əhvalatı ona nağıl eylədi. Nadir Gül dedi:

– Yaqın ki, onun bir sirri var. Gəlin yanına gedək.

Ordan hər beşi Qannı Qalaçaya yola tüşdülər. Bir xeyli vax­dan sora Qannı Qalaçada şahzada Beyzara yetişdilər. Beyzar döy­rüşdəri üş adamnan görəndə hər beşinnən görüşüf öyünə qo­nax apardı. Bullar yeyif, içənnən sonra paççah üzünü Beyzara tu­tuf:

– Ay şahzada, neçə möcüzdərdən, neçə sirrəri bildikdən və ne­çə illərnən zəhmət, zillət çəkdikdən sora siz sirr sözünü de­yir­di­niz, biz özünü də gətirdik. İndi siz də sirrinizdən bizi agah elə­yin”.

Beyzar Nadir Gülün sirrini bilənnən sonra özünün və həm də qırxlar qannısı ağ döyrüşün əhvalatını əvvəldən-axıra kimi ol­lara nağıl eylədi. Safa paççah əhvalatdan xavardar oluf qızını ta­nıdı. Onun üzünnən, gözünnən öpüf: “Qızım, doğrudan da As­da­nın ərkək, dişisi olmazmış”. Oların hər beşi bir qızın bir belə iş­dər görməyinə təciflənif bir müddət Qannı Qalaçada ona qonax ol­dular. Qırxlar qannısı ağ döyrüşün gördüyü işdərə tamaşa ey­lə­dilər. Axırda Beyzar atasının məsləhətinə görə başındakı qul­la­ra isdədikləri qədər ənam verif yola salannan sonra qırxlar qan­nı­sı ağ döyrüşün bu zülümdan azad olan cah, calalı viran xana qo­yuf onun bütün xəzinəsini götürüf atasıgilnən baravar Gül aça­na tərəf yola tüşdü. Olar şad, şadyana mənzil eyləyə-eyləyə Gül açana yetişdilər. Safa paççahın başında bir dəs adam gəlmək xa­varını vəzir, vəkil və oğlannarı eşidif olları pişvaza çıxdılar. Sa­lamlaşıf görüşənnən sonra şaddıxnan bargaha apardılar.

Safa paççah qonaxlarınan baravar yol yoğunnuğu alannan sora Gül açanı güllərnən, çiçəklərnən və xalı ziylilərnən bəzədif bir qəşəng toy məjlisi qurdurdu. Bütün Gül açan əhlini o məjlisə ça­ğırdı. Gül açan əhli uşaxdan böyüyə kimi paççahın toy məj­li­si­nə gəldilər. Paççah camahatı yığılmış görəndə özünün, qızının və bütün başındakı qonaxların başına gələn qəza-qədəri əvvəl­dən-axıra kimi nağıl eylədi. Camahat bu sirrlərə və mö­cizdərə mat, mətəl qalif, bulların belə ölümlü balalara düçar oluf, axırda sağ-salamat qurtarmaxlarına şükür eylədilər. Safa şah camahatın munun qonaxlarını beylə hörmətdi tutmaxlarının qavağında:

– Balalardan hifz olasınız, ay mənim rəyətim, siz mənim şa­nı­mın uja olmasını isdərsinizsə mən də sizinkini isdərəm. Çünki qo­yunun çovansız milyəti (hörməti) olmadığı kibi, çovanın da qo­­yunsuz milyəti olmaz. Keçən günnərimiz keşdi, gələn günnə­ri­miz­də daha da yaxşı, məhrivan dolanmaxdan ötəri mətləvə ke­çək:

– Ay həzarat, bilin və eşidin: Bu gələn qonaxlardan Sədaqət xan, Nadir Gül, Qareyi quran döyrüş içindədə mənim oğlan­na­rım, əriyəndilər (subaydurlər). İndi hər kimin gözdəri kor, qu­lax­ları kar, qılçaları topal qızdarı olsa oğlannarın və qızdarın ira­zılı­ğın­nan toy eyliyif muraddarına-mətləflərinə çatdırram. Camahat, xi­yalınız çaşmasın, kar, kor, topal qızdar, mən deyən kimi yox. Mən duyan kimi olmalıdı. Yanı (yəni) kar oluf qonşu qiyvatını və yalan sözdəri eşitməsin, kor oluf naməhrəmlər üzünə bax­ma­sın; topal oluf o qapı sənin bu qapı mənim gəzməsin. Şah bu sö­zü deyəndə hamıdan qavax vəzirnən vəkil cavaf verdi ki, eylə qız­dar bizdə vardi. Paççah qırx gün, qırx gejə toy vurduruf hər iki tərəfin irazılığınnan Beyzarın kəbinini Sədaqət xana, vəzirin bö­yük qızının kəvinini Nadir Gülə və vəkilin kiçicik qızının kə­vi­nini Qareyi quran döyrüşə, vəzirin qızının kəvinini kiçik oğ­lu­na, vəkilin böyuk qızının kəvinini böyuk oğluna kəsdirdi.

Gül açan camahatı toy məjlisində yeyif, içənnən sonra qız­da­ra, oğlannara: – Yıldızınız barışsın, uruzunuz göydən yağsın, yer­dən bitsin – deyif evlərinə dağıldılar.

Bu yannan Sədaqət xan və Nadir Gül qul qaravaşnan şannı­la­rını götürüf, mənzil eyləyə-eyləyə hər kəs öz öyünə getdi. Safa şah şahlığını dəvam eylədi, oğlannarı da var-dölət içində öz şannı­larınnan ömür sürməyə başdadılar...


: Folklore -> 2014
2014 -> Masalli folkloru 2
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari
2014 -> ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Азярбайъан милли елмляр академийасы
2014 -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
2014 -> Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR


Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə