“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Yüklə 290,49 Kb.
tarix18.04.2018
ölçüsü290,49 Kb.
#39297


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini__________H.M. Əliyev

“___”___________________2015-ci il




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)


Bakalavr hazırlığı üçün
Azərbaycanın fiziki coğrafiyası”
fənnİnİn PROQRAMI
Fakültə: Hava nəqliyyatı

İxtisas: 050507 Hidrometeorologiya

İxtisas kafedrası: “Aviasiya meteorologiyası”

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kurs: 2

Semestr: 3

Fənnə ayrılan ümumi saatlar: 120

Auditoriya saatlarının cəmi: 45

o cümlədən

Mühazirələr: 30 saat

Laboratoriya: -

Seminar, praktiki məşğələ : 15 saat

Tələbənin auditoriyadan kənar işi: 75 saat

BAKI -2015

“Azərbaycanın coğrafiyası” fənn proqramı


Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
«___» ________ 2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«___» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
050507 – “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşması- “Aviasiya meteorologiyası”)

Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” dosenti_________________N.Ə.Paşayev

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur:
( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Kafedra müdiri, t.e.d.,prof._______________ N. Ş.Hüseynov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos. _________________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov



Mündəricat
Giriş....................................................................................................................................4

    1. 1.1 Fənnin tədrisinin məqsədi............................................................................................4

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri...................................................................................4

1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər.................................................................4

1.4 Fənnin digər fənlərlə əlaqəsi........................................................................................5

2. Fənnin məzmunu..........................................................................................................5

2.1 Fənn üzrə saatların bölüşdürülməsi..............................................................................5

2.2 Fənnin mövzular üzrə planı..........................................................................................6

2.3 Fənnin dərs növləri üzrə paylanması............................................................................7

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi.................................................................7

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi............................................12

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi......................................................13

2.3.4 Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri............................................14

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.....................................................16

3.1 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı*................16

3.2 Tövsiyə olunan ədəbiyyat..............................................................................................17

Əsas ədəbiyyat......................................................................................................................17

Əlavə ədəbiyyat.....................................................................................................................17

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050507 – Hidrometeorologiya ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.



    1. 1.1. Fənnin tədrisinin məqsədi

Kursun əsas məqsədi tələbələrdə Azərbaycanın həm ümumi, həm də ayrı-ayrı regionları üzrə hərtərəfli coğrafi təsəvvürlər yaratmaqdan ibarətdir. Bunun üçün ilk növbədə tələbələr Azərbaycanın coğrafi (fiziki-coğrafi və iqtisadi-sosial, siyasi-coğrafi və nəqliyyat coğrafi) mövqeyini, onun təbii ehtiyat potensialını düzgün qiymətləndirmə, hər bir təsərrüfat sahəsi haqqında geniş biliyə malik olmalıdır. Kursun ümumi quruluşu özündə bir neçə böyük mövzuları əhatə etməklə tələbələrdə respublikanın dövlət quruluşu, idarə olunması və bütövlükdə sosial-iqtisadi inkişafı haqqında dərin bilik əldə etməyə imkan verir. Azərbaycanın digər ölkələrə nisbətən coğrafi mövqeyinin müəyyənləşdirilməsində, onun təbii ehtiyatının təsərrüfat baxımından qiymətlənqdirilməsində, əhali və əmək ehtiyatlarının və ona aid olan problemlərin araşdırılmasında, ölkənin, sənaye, kənd təsərrüfatı, nəqliyyatı, xidmət sahələrinin və xarici iqtisadi əlaqələrinin öyrənilməsində bu kursun əhəmiyyəti böyükdür. Region üzrə hərtərəfli biliyə malik olub təhsil alan tələbələrin ixtisaslaşmasında «Azərbaycanın fiziki coğrafiyası» kursunun əhəmiyyəti böyükdür.






    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi

Kursun əsas vəzifəsi tələbələrdə bu fənn haqqında maraq oyatmaq, bununla əlaqədar mövcud olan nəzəri və tətbiqi xarakter daşıyan vasitələrdən istifadə etməkdir. Bunun üçün tələbələrdə:

1. İxtisas öləkələri, o cümlədən Azərbaycan respublikası haqqında dərin elmi-coğrafi biliklərin;



  1. Müasir şəraitdə Azərbaycan respublikasının dünya təsərrüfat sistemində yerini müəyyənləşdirilməsi kimi biliklərin aşılanması vacibdir.




1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Tələbələr ixtisas kursunun coğrafiyasını yaxşı mənimsəmək üçün aşağıdakıları bacarmalıdırlar;

- Azərbaycanın fiziki coğrafiyası kursunu yaxşı öyrənmək üçün müxtəlif yanaşma metod və vasitələrindən istifadə etməyi;

- ölkənin ümumi fiziki-coğrafi şəraitini, geosiyasi mövqeyini, idarə olunması formasını, təbii ehtiyat potensialını, əhalisini və əmək ehtiyatlarını, təsərrüfat sahələrinin geniş coğrafi səciyyəsini, xarici iqtisadi əlaqələrini;

-mühazirələrə aid olan ədəbiyyat və internet materiallarından sərbəst istifadə etməyi, diskusiya və müzakirələrə hazır olmağı;

-mühazirələrə aid bəzi məlumatları ana dilində və xarici dildə olan ədəbiyyatlardan əldə etməyi;

-coğrafiyaya aid olan internet saytlarından istifadəni.
1.4. Fənnin digər fənlərlə əlaqəsi




  1. Fənnin məzmunu


2.1. Fənn üzrə saatların bölüşdürülməsi
“Hidrometeorologiya” ixtisasının tədris planına uyğun olaraq «Azərbaycanın fiziki coğrafiyası» fənni üzrə tədris yükü II semestr üçün 45 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan da hər biri üçün 30 saat mühazirəyə, 15 saat isə praktiki məşğələyə (seminarlara) ayrılmışdır. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir. 10 bala isə tələbənin sərbəst işinə verilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmayıb. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.



Tədris yükünün 2-ci semestrlərdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 4.

2.2. Fənnin mövzular üzrə planı





Mövzunun adı

Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə

Məş-

ğələ

Labora-

toriya


TSİ*

Sİ**

yerinə

yetiril-

məsi

1

2

3

4

5

6

7

8

II semestr

1

Azərbaycan respublikasının coğrafi mövqeyi, sahəsi və sərhədləri.

4

2

-




2

-

2

Oroqrafiyası.

9

2

1




4

2

3

Geoloji quruluşu və faydalı qazıntıları.

9

2

1




4

2

4

1qlimi, ona təsir edən amillər. İqlim tipləri və onların yayılması.

9

2

1




4

2

5

Atmosfer təzyiqi və küləklər.

9

2

1




4

2




Kollokvium № 1

4

-

2




2

-

6

Daxili suları. Çayları, gölləri, süni su tutarları, yeraltı suları və bataqlıqları.

6

2

-




2

2

7

Xəzər dənizi və onun problemləri.

8

2

-




4

2

8

Torpaq və bitki örtüyü, landşaftları və onların şaquli differensiyasiyası

8

2

1




4

1

9

Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması.

7

2

-




4

1

10

Böyük Qafqaz vilayəti.

7

2

1




4

1




Kollokvium № 2

6

-

2




4

-

11

Kiçik Qafqaz vilayəti.

5

2

-




2

1

12

Kür çökəkliyi vilayəti.

6

2

1




2

1

13

Lənkaran və Orta Araz vilayəti.

6

2

-




3

1

14

Azərbaycanda təbiəti mühafizənin əsas problemləri.

8

2

1




4

1

15

Milli parkları, qoruqları və yasaqlıqları.

6

2

1




2

1




Kollokvium № 3

2

-

2







-




Fənn üzrə cəmi

120

30

15

-

55

20

TSİ*- tələbənin sərbəst işləməsi üçün tövsiyə olunan saatlar

Sİ**-sərbəst işlər

2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzu və ədəbiyyatın şifri


Auditoriya saatları

TSİ

(mühazi-

rələrə hazırlıq)

1

2

3

4

1.

Mövzu 1. Azərbaycan respublikasının coğrafi mövqeyi, sahəsi və sərhədləri.

Kursun predmeti, məqsəd və vəzifələri. Coğrafi mövqe anlayışı. Azərbaycanın quru və su sərhədləri. Xəzər dənizinin Azərbaycanın fiziki-coğrafi mövqeyində əhəmiyyəti.



2

2

2.

Mövzu 2. Oroqrafiyası. Relyefin ümumi səciyyəsi və ərazinin hipsometrik xüsusiyyətləri. Əsas relyef formaları: Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Arazyanı silsilələrin, Kür dağarası çökəkliyinin, Samur-Dəvəçi ovalığının və digər düzənliklərin inkişafı və yerləşməsi. Azərbaycan ərazisində mövcud olan əsas morfostruktur və morfosklupturların səciyyəsi.

2

4

3

Mövzu 3. Geoloji quruluşu və faydalı qazıntıları. Stratiqrafiyası. Arxey, Proterozoy, Paleozoy, Mezozoy və Kaynazoy dövrünün çöküntülərinin yayıldığı ərazilər. Ən qədim süxurların yayıldığı ərazilər. Azərbaycanda yanacaq, filiz və qeyri-filiz faydalı qazıntıların yayılması. Əsas mineral su yataqları və onların əhəmiyyəti.

2

2

4

Mövzu 4. 1qlimi, ona təsir edən amillər. İqlim tipləri və onların yayılması. Azərbaycanda əsas iqlim əmələ gətirən amillər-coğrafi enlik, günəş radiasiyası, atmosfer sirkulyasiyası, oroqrafiya, hava kütlələri, səth örtüyü, Xəzər dənizi. Aqroiqlim ehtiyatları. İqlim tiplərinin yayıldığı vilayətlər. İqlim tiplərinin qısa səciyyəsi. Sinoptik iqlim rayonlaşdırılmasının metodoloji əsasları. Sinoptik iqlim rayonlaşdırılması.

2

3

5

Mövzu 5. Atmosfer təzyiqi və küləklər. Havanın temperaturunun və yağıntıların coğrafi paylanması, atmosfer təzyiqi, küləklər. Rütubətlənmə şəraiti və mümkün buxarlanma.

2

2

6

Mövzu 6. Daxili suları. Çayları, gölləri, süni su tutarları, yeraltı suları və bataqlıqları. Ərazinin hidroloji xüsusiyyətləri və hidroqrafik şəbəkənin sıxlığı. Əsas çaylar və onların hidroloji xüsusiyyətləri. Çayların hövzələr üzrə qruplaşdırılması, onların qidalanma mənbələri və bu ələmətə görə təsnifatı. Axımın paylanması və su rejimi. Çay sularının kimyəvi tərkibi. Hidroloji rayonlaşdırma.

2

2

7

Mövzu 7. Xəzər dənizi və onun problemləri.

Xəzər dənizinin sahil xətləri. Adaları, yarımadaları və körfəzləri. Xəzər dənizinə tökülən əsas çaylar. Xəzərin canlı aləmi, onun problemləri və mühafizə məsələləri.



2

2

8

Mövzu 8. Torpaq və bitki örtüyü, landşaftları və onların şaquli differensiyasiyası. Azərbaycanda torpaqəmələgətirən əsas amillər və onun hündürlük qurşaqları üzrə yayılması. Torpaqların genetik təsnifatı. Azərbaycanın düzənlik və dağ torpaqları. Bitkilərin şaquli qurşaqlar üzrə yayılması və oroqrafik vahidlər üzrə oxşar və fərqli cəhətləri. Endemik və relikt bitkiləri və onların yayıldığı əsas ərazilər. Landşaft anlayışı və onun təsnifatı. Ərazinin landşaft-ekoloji xüsusiyyətləri. Azərbaycanın dağ və düzənlik geomorfoloji vahidlərində landşaft qurşaqlarının oxşar və fərqli xüsusiyyətləri. Təbii və antropogen landşaft tipləri.

2

2

9

Mövzu 9. Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması.

Fiziki-coğrafi rayonlaşdırmanın əsas komponentləri. Azərbaycanın böyük coğrafi vilayətləri. Hər bir təbii vilayətin fiziki-coğrafi rayonları.



2

2

10

Mövzu 10. Böyük Qafqaz vilayəti.

Böyük Qafqaza aid olan ən böyük geomorfoloji vahidlər. Onun torpaq-bitki örtüyü və heyvanlar aləmi. Faydalı qazıntıları. Fiziki-coğrafi rayonları və onların coğrafi səciyyəsi.





2


11

Mövzu 11. Kiçik Qafqaz vilayəti.

Kiçik Qafqaza aid olan ən böyük geomorfoloji vahidlər. Onun torpaq-bitki örtüyü və heyvanlar aləmi. Faydalı qazıntıları. Fiziki-coğrafi rayonları və onların coğrafi səciyyəsi.



2

2

12

Mövzu 12. Kür çökəkliyi vilayəti.

Kür çökəkliyinə aid olan ən böyük geomorfoloji vahidlər. Onun torpaq-bitki örtüyü və heyvanlar aləmi. Faydalı qazıntıları. Fiziki-coğrafi rayonları və onların coğrafi səciyyəsi. Ekoloji və hidroloji problemləri.



2

2

13

Mövzu 13. Lənkaran və Orta Araz vilayəti.

Lənkəran vilayətinə aid olan ən böyük geomorfoloji vahidlər. Onun torpaq-bitki örtüyü və heyvanlar aləmi. Fiziki-coğrafi rayonları və onların coğrafi səciyyəsi. Orta Araz vilayətinin ən böyük geomorfoloji vahidləri. Faydalı qazıntıları və problemləri.



2

2

14

Mövzu 14. Azərbaycanda təbiəti mühafizənin əsas problemləri.

Torpaq, bitki, heyvanlar aləmi və su hövzələrinin mühafizəsi. Respublikada təbiəti mühafizə haqqında dövlət qərarları və ondan irəli gələn vəzifələr.



2

2

15

Mövzu 22. Milli parkları, qoruqları və yasaqlıqları.

Respublikada mövcud olan əsas milli parklar. Onların yerləşdirilməsinin coğrafi problemləri. Dövlət qoruqları və onların əsas funksiyaları. Qoruqların ərazi təşkilinin əsas prinsip və qanunauyğunluqları. Yasaqlıq anlayışı və onların əhəmiyyəti.



2

2







30

33


2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi





Mövzunun adı

Auditoriya saatları

TSİ (məşğşlələrə hazırlıq)




II semestr







1

Azərbaycanın ümumi fiziki-coğrafi mövqeyinin, relyefinin, tektonik zonalarının və faydalı qazıntılarının xəritə üzərində öyrənilməsi.

2

4




Kollokvium №1

2

2

2

Ölkənin hidroqrafik şəbəkəsinin, torpaq-bitki örtüyünün və landşaft qurşaqlarının Azərbaycanın fiziki xəritəsi üzərində öyrənmək.

2

4




Kollokvium №2

2

2

3

Azərbaycanın fiziki xəritəsi üzərində təbii vilayətlərin və fiziki-coğrafi rayonlaşdırılmanın təhlil olunub, mənimsənilməsi.

2

4

4

Milli parkların, dövlət qoruqlarının və yasaqlıqların regionlar və bölgələr üzrə coğrafi yerləşdirmə qanunauyğunluqlarının təhlili və müəyyənləşdirilməsi.

3

4




Kollokvium №3

2

2




Cəmi

15

22



2.3.3. Tələbənin sərbəst işlərinin mövzuları və həcmi
Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş (Sİ) yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar Sİ-in hazırlanmasında öz əksini tapmalıdır.

Sərbəst işin həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst işin yerinə yetirilməsi tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (referat, mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama-cədvəl işləri və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir və fakültə dekanı tərəfindən təsdiq edilir.

Sərbəst işlər üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.


Sərbəst işlərin nümunəvi mövzuları




Mövzunun adı və ədəbiyyatın şifri

1

Azərbaycanın tektonik quruluşu

2

Neotektonik hərəkətlər

3

Seysmik hərəkətlər

4

Morfostrukturların səciyyəsi

5

Arid-denudasiya relyef formaları

6

Karst və düzəlmə relyefi

7

Qar və buzlaqların inkişafı və yayılması

8

Mümkün buxarlanma və rütubətlənmə şəraiti

9

İqlim ehtiyatları

10

Sinoptik iqlim rayonlaşdırılması

11

Böyük Qafqaz vilayətinin fiziki-coğrafi rayonları

12

Kiçik Qafqaz vilayətinin fiziki-coğrafi rayonları.

13

Kür çökəkliyi vilayətinin fiziki-coğrafi rayonları

14

Orta Araz vilayətinin fiziki-coğrafi rayonları

15

Lənkəran vilayətinin fiziki-coğrafi rayonları.



2.3.4. Tələbələrin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri

Həftənin

-si




Tələbənin sərbəst işinin məzmunu

TSİ-

nin həcmi (saat)

Nəzarətin növü

Nəzarət keçirilən həftənin №-si

1

2

3

4

5

II Semestr




1 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







2 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







3 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







4 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







1 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







6 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







7 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN







2 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







8 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN







1 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







1 №-li kollokviuma hazırlıq

2

CN*







9№-li mövzunun materiallarının öyrənilməsi

1

CN







3 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







10№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







11№-li mövzunun materiallarının öyrənilməsi

1

CN







4 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







12№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







13№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







14№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







5 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







2 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







15№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







16№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







6 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







2 №-li kollokviuma hazırlıq

2

CN*







17№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







18№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







7 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







3 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







19№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







8 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







20№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







9 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







21№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







22№-li mövzunun materiallarının öyrənilməsi

2

CN







10 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

2

Məqbul







4 №-li məşğələ dərsinə hazırlıq

2

CN*







3 №-li kollokviuma hazırlıq

2

CN*




*CN – cari nəzarət (məşğələ dərslərində cavabların və kollokviumların qiymətləndirilməsi)
3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı



İstifadə edilən əyani vəsaitlərin və tədris materiallarının adları

Fənnin mövzular üzrə planında mövzunun (mövzuların) №si

Mövzunun tədris olunduğu auditoriya

1

2

3

4

1

Azərbaycanın fiziki xəritəsi

1

İxtisaslaşdırılmış auditoriya №15

2

Azərbaycanın oroqrafiya xəritəsi

2




3

Azərbaycanın geoloji xəritəsi

3




4

Azərbaycan SSR-in atlası, Bakı, 1963, 215 səh.

4




5

Azərbaycanın faydalı qazıntıları xəritəsi

5




6

Azərbaycanın iqlim xəritəsi

6




7

Azərbaycanın fiziki xəritəsi 215 səh.

7




8

Atmosfer sirkulyasiyası xəritəsi.

Azərbaycan SSR-in atlası, Bakı, 1963, səh.57.



8




9

Hidroloji şədəkə və rayonlaşdırma. Azərbaycan SSR-in atlası, Bakı, 1963. Səh. 66-67.

9




10

Azərbaycan SSR-in atlası, Bakı, 1963, 215 səh.

10




11

Xəzər dənizinin xəritəsi.

11




12

Azərbaycanın torpaq xəritəsi.

12




13

Azərbaycanın bitki xəritəsi.

13




14

Əsas növ məməlilərin yayıldığı rayonların xəritəsi.

14




15

Azərbaycanın landşaft qurşaqları xəritəsi.

15




16

Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması xəritəsi.

16




17

Azərbaycanın fiziki və fiziki-coğrafi rayonlaşdırılması xəritələri.

17




18

Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması .xəritəsi.

18




19

Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması xəritəsi.

19




20

Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması xəritəsi.

20




21

Azərbaycanın ekoloji atlası və xəritəsi.

21




22

Azərbaycanın ekoloji atlası və xəritəsi.

22




23

Azərbaycanın inzibati xəritəsi.

23




24

Azərbaycanın faydalı qazıntıları xəritəsi.

24




25

Azərbaycanın ekoloji atlası və xəritəsi.

25




26

Azərbaycanın əhalisi xəritəsi.

26




27

Azərbaycanın neft, qaz və elektroenergetika xəritəsi.

27




28

Azərbaycanın sənaye xəritəsi.

28




29

Azərbaycanın sənaye xəritəsi

29




30

Azərbaycanın sənaye xəritəsi

30




31

Azərbaycanın sənaye xəritəsi

31




32

Azərbaycanın sənaye xəritəsi

32




33

Azərbaycanın kənd təsərrüfatı xəritəsi.

33




34

Azərbaycanın nəqliyyat xəritəsi.

34




35

Azərbaycanın beynəlxalq əlaqələr xəritəsi.

35




36

Azərbaycanın ümumi iqtisadi xəritəsi.

36




37

Azərbaycanın fiziki xəritəsi. Mineral su mənbələri. Azərbaycan SSR-in atlası, Bakı, 1963.

37




38

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

38




39

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

39




40

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

40




41

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

41




42

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

42




43

Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılması xəritəsi.

43




44

Azərbaycanın ekoloji atlası və xəritəsi. Baki, 2009.

44





Tədris olunan fəndən və həmin fənnin tədris-metodiki, texniki, əyani və laborator təminatından asılı olaraq, fənnin mövzuları üzrə 3.2. cədvəli tərtib edilməlidir.

3.2 Tövsiyə olunan ədəbiyyat

Əsas ədəbiyyat

  1. Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998, 400 s.

  2. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası: II-III cilddə, II c., Bakı: Elm, 2000, 246 s.

  3. Nadirov A.A, Məmmədov Q.Ş., Məmmədov R.M., Əfəndiyev V.Ə., Müseyibov M.A., Həsənov T.G., Babaxanov N.A., Paşayev N.Ə. və b. Azərbaycanın iqtisadi və sosial coğrafiyası (Ali məktəb üçün dərslik), Bakı-2010, 496 səh.

  4. Paşayev N.Ə., Əyyubov N.H.,.Eminov Z.N. Azərbaycan respublikasının iqtisadi-sosial və siyasi coğrafiyası. Bak, 2010, 416 səh.

  5. Abbasov C.R. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. Bakı: 2005, 123 s.

  6. Allahverdiyev N.N. Azərbaycan SSR iqtisadi və sosial coğrafiyası. Bakı: 1991, 272 s.

  7. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005, 560 s.

Əlavə ədəbiyyat

  1. Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı. “Azərbaycan” qəzeti, 29 sentyabr 2006-cı il.

  2. Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı. “Respublika” qəzeti, 25 mart 2006-cı il.

  3. Əhmədzadə Ə. H.Ə.Əliyev və Azərbaycanın su təsərrüfatı. Bakı, 2003.

  4. Təhlükəli hidrometeoroloji hadisələrə və ətraf mühitin ekstremal çirklənməsinə dair xülasə. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloqiya Departamenti Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu. Bakı-2002.

  5. Məmmədov Q.Ş. Azərbaycan Respublikasının dövlət torpaq kadastrı. Bakı-2003.

  6. Babaxanov N.A., Paşayev N.Ə. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Bakı, «Elm», 2004, 212 səh.

  7. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). Bakı: 2004.

  8. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-ci illər). Bakı: 2009.

  9. Məmmədov C.A., Soltanova H.B., Rəhimov S.H. Beynəlxalq turizmin coğrafiyası. Bakı: 2002, 547 s.



Yüklə 290,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə