Azərbaycan Hava Yolları



Yüklə 155,29 Kb.
tarix23.01.2018
ölçüsü155,29 Kb.


Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası



Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən bəyənilmişdir

Direktor müavini____________H.M.Əliyev

“____” _________________ 2016-cı il


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin

­­­____ saylı “____” __________ 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № _____ )



Atmosfer fizikası”



fənninin proqramı

(magistratura səviyyəsi üçün)



İxtisas:

060507 - Hidrometeorologiya

İxtisaslaşma:

Aviasiya meteorologiyası

İxtisas kafedrası:

Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra:

Ümumi və tətbiqi fizika



Kurs:

1

Semestr:

2

Kreditlərin sayı:

4

Fənnə ayrılan ümumi saatlar:

120 saat

Auditoriya saatlarının cəmi:

60 saat

o cümlədən:




Mühazirələr:

30 saat

Laboratoriya:

- saat

Seminar, praktiki məşgələ:

30 saat

Magistrantın auditoriyadankənar işi:

60 saat


BAKI - 2016
“Atmosfer fizikası fənn proqramı Azərbaycan Respublikasısının Təhsil Nazirliyi tərəfindən
« 31 » avqust 2012-ci ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«14» aprel 2016 -cı ildə (protokol 131) MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş
060507- Hidrometeorologiya ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.
Fənn proqramını tərtib edənlər:
“Ümumi və tətbiqi fizika ” kafedrasının dosenti, t.e.n. ____________ V.Q.Məcidova

Fənn proqramı “Ümumi və tətbiqi fizika” kafedrasının iclasında müzakirə olunmuşdur:


( “____”____________2016-cı il tarixli iclas “____” №-li protokol)
Kafedra müdiri, f.-r.e.d., prof., akademik ____________________ B.H. Tağıyev

MAA-nın “Magistratura və doktorantura” şöbəsinin müdiri_______________ X.İ.Abdullayev

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir

( “____”____________2016-cı il tarixli iclas “____” №-li protokol)

Sədr, MAA-nın tədris işləri üzrə prorektoru, prof. _______________________Ə.S.Səmədov

Mündəricat



Giriş 5

1.Ümumi qaydalar 5

1.1. Fənnin tədrisinin məqsədi 5

1.2. Fənnin məsələləri: 5

1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər 5

1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri 5

2. Fənnin məzmunu 6

2.1. Fənn üzrə saatların bölüşdürülməsi 6

2.2. Fənnin mövzular üzrə planı 6

2.3. Fənnin dərs növləri üzrə paylanması 7

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi 7

2.3.3. Magistrantın sərbəst işinin - referatının mövzuları və həcmi 9

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat 10

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı 10




Giriş

Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 060507 -- Hidrometeorologiya ixtisası üzrə magistr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.



1.Ümumi qaydalar




1.1. Fənnin tədrisinin məqsədi


«Atmosfer fizikası » fənninin tədrisində əsas məqsəd tələbələrə hidrometeoroloqiya ixtisas fənlərini qavramaq üçün lazım olan biliklər vermək, bu biliklərdən gələcəkdə istifadə etmək üçün zəruri təcrübə və bacarıq formalaşdırmaqdan ibarətdir. Buna görə atmosfer fizikası, təhsil müəssisəsinin profili və ixtisasın spesifikası nəzərə alınmaqla tədris olunur. Tələbələr atmosfer fizikasını elə səviyyədə bilməlidirlər ki, öz gələcək fəaliyyətində elm və texnikanın yeniliklərini bacarıqla tətbiq edə bilsinlər.

1.2. Fənnin məsələləri:





  1. fiziki prinsiplər və onların hidrometeorologiyada tətbiq edilməsi haqqında bilikləri tələbələrə çatdırmaq;

  2. müxtəlif məsələlərin həllində fiziki qanunları yaradıcı surətdə tətbiq edərək, nəzəri və praktiki cəhətdən hazırlamaq.

1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər

Magistratura səviyyəsində təhsil alan tələbələr fənnin öyrənilməsi nəticəsində aşağıdakıları

-atmosferin tərkibini və quruluşunu;

-atmosfer statikasının əsas qanunlarını;

-atmosferdə adiabatik proseslərini;

-atmosferdə termodinamik proseslərini;

-atmosferdə radiasion proseslərini;

- atmosferdə təsir edən qüvvələrini;

-atmosferin ümumi sirkulyasiyasını;

-atmosfer optikasının elementlərini;

- atmosfer hadisələri ilə bağlı məsələlərin həllində fizika qanunlarından istifadə etmək bacarığı;

-bu və ya diğər atmosfer hadisəsinin hansı qüvvələrlə bağlı olduğunu düzgün qiymətləndirmək bacarığı;



1.4. Fənnin digər fənlərlə əlaqəsi və tədris prosesində yeri

Fənnin müvəffəqiyyətlə öyrənilməsi üçün tələbələr tərəfindən bakalavriat və magistratura səviyyəsində tədris olunan müvafiq ixtisaslaşma fənləri tam və uğurla mənimsəməlidirlər.

Fənnin öyrənilməsi nəticəsində əldə olunan biliklərin və bacarıqların daha sonra tədris olunan ixtisaslaşma fənlərin öyrənilməsində və magistr dissertasiyasının hazırlanmasında zəruri olaraq istifadə olunması nəzərdə tutulur.

2. Fənnin məzmunu




2.1. Fənn üzrə saatların bölüşdürülməsi



060507-Hidrometeorologiya ixtisasının tədris planına uyğun olaraq «Atmosfer fizikası » fənni üzrə auditoriya tədris yükü 62 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 30 saat praktiki məşğələlərə (seminarlara) və 2 saat referata ayrılmışdır.. Magistrantların sərbəst işi (MSİ və Sİ) 60 saat təşkil edir. Buraya daxildir: Sİ –referatın yerinə yetirilməsi və təhvil verilməsi, mühazirə və məşğələ dərslərinə hazırlıq. Referat magistr dissertasiyasının məqsədinə müvafiq qoyulan müəyyən məsələlərin həlli icmalını və perspektivlərinin özündə ehtiva edir və semestr ərzində yerinə yetirilərək cəmi 10 bal ilə qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, mühazirə dərsləri 20, məşğələ dərsləri isə 10 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə qalan 50 bal imtahana ayrılır.



Tədris yükünün 1-ci semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 4.

2.2. Fənnin mövzular üzrə planı







Mövzunun adı




Cəmi

Müha

zirə

Məş

ğələ

TSİ

Referatı

yerinə

yetiril

məsi

2

3

4

5

7

8

Atmosfer fizikasi haqqinda ümumi məlumat.

8

2

2

4




Atmosfer tozu və atmosferin çirklənməsi.

8

2

2

4




Atmosferdə su buxari, rutubətin paylanmasi.

8

2

2

4




Atmosfer statikasinin əsas qanunlari.

8

2

2

4




Atmosferdə adiabatik proseslər. Entropiya.Fön.

11

2

5

4




Kollokvium №1

3




1

2




Atmosferdə radiasion proseslər. Yerin albedosu.Radiasiya balansi.

8

2

2

4




Ömürlük torpağın donmuş halda olması.

Atmosferin torpağin üst qati ilə - yer səthi ilə qarşiliqli təsiri.



4

2

0

2




Okeanin atmosfer ilə qarşiliqli təsiri.

Böyükmiqyasli qarşiliqli təsir.



4

2

0

2




Atmosferin temperaturu. Istilik balansi. Yer kürəsində havanin temperaturunun ümumi paylanmasi.

12

2

4

6




Buludlar. Bulud formalarinin təsnifati.

Atmosferdə su buxarinin dövriyyəsi.



4

2

0

2




Kollokvium №2

3




1

2




Çöküntülər.Yer kürəsində çöküntülərin paylanmasi.

4

2

0

2




Külək və hava axinlarinin kinematikasi. Atmosferdə təsir edən qüvvələr, onların əsas hərəkət formaları. Atmosferin hərəkətinin ümumi tənliyi.

8

2

2

4




Hava kütlələrin harəkəti və onların mexanizmi. Siklon və antisiklonların yaranması.

4

2

0

2




Yerin süni peyklərindən sinoptik proseslərin müşahidələri. Havanin hidrodinamik proqnozu. Atmosferin ümumi sirkulyasiyasi. Atmosferdə temperaturun və küləyin orta paylanması.

8

2

2

4




Atmosfer optikasinin elementləri. Görmə məsafəsi.

12

2

4

4

2

Kollokvium №3

3




1

2




Cəmi

120

30

30

58

2



2.3. Fənnin dərs növləri üzrə paylanması




2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi








Mövzunun adı

Mühazirə

TSİ

(mühazi-

rələrə hazırlıq

1

2

3

4

1.

Atmosfer fizikasi haqqinda ümumi məlumat. Atmosferin tərkibi və quruluşu. Barometrik düstur. Aşaği atmosferdə hidrogenin dissipasiyasi. Yerin ekzosferasi. Atmosferin ionizasiyasi. Atmosfer ozonu.

2

2

2.

Atmosfer tozu və atmosferin çirklənməsi. Təbii və antropogen aerozollar. Qazvari çirklənmələr. Çirklənmələrin yayilmasi. Toz və qum tufanlari.

2

2

3.

Atmosferdə su buxari. Su buxarinin miqdari xarakteristikasi (ölçü vahidləri). Rutubətin atmosferdə - yerüstü təbəqədə, troposferdə, stratosferdə - paylanmasi.

2

2

4.

Atmosfer statikasinin əsas qanunlari. Müxtəlif hündürlüklərdə havanin təzyiqi və sixliği. Barometrik düsturdan istifadə. geopotensial səth. Dəniz səviyyəsində havanin təzyiqi.

2

2

5.

Atmosferdə adiabatik proseslər. Entropiya.Fön.Atmosferdə termodinamik dayaniqliq (dayaniqsizliq).Qravitasiya rəqsləra və dalğalari.

2

2

6.

Atmosferdə radiasion proseslər. Günəş şüalarinin yayilmasi və udulmasi. Yer səthinə çatan günəş radiasiyasi. Yerin albedosu. yer səthinin şüalanmasinin təbiəti. Radiasiya balansi.

2

2

7.

Atmosferin torpağin üst qati ilə - yer səthi ilə qarşiliqli təsiri. Torpağin yuxari qatlarinda istilik mübadiləsi. Qar örtüyü və torpağin temperaturu. Ömürlük torpağın donmuş halda olması.

2

2

8.

Okeanin atmosfer ilə qarşiliqli təsiri. Dəniz suyunun bəzi fiziki xassələri. Ayirma səthinin xassələri və maddələr mübadiləsi. Hərəkət mübadiləsi. Dalğalar. Buz örtüyü. dənizin səth təbəqələrində istilik mübadiləsi. Böyükmiqyasli qarşiliqli təsir.

2

2

9.

Atmosferin temperaturu. Istilik balansi. Yer kürəsində havanin temperaturunun ümumi paylanmasi. Bitki örtüyünün və ayazın təsiri. Inversiya. Standart və sorğu atmosfer.

2

2

10.

Atmosferdə su buxarinin dövriyyəsi. Su buxarinin qurudan və sudan buxarlanmasi və diffuziya prosesləri. Su buxarinin atmosferdə kondensasiyasi və sublimasiyasi. Buludlar. Bulud formalarinin təsnifati.

2

2

11.

Çöküntülər. Yağiş və çiskin. Qar və dənəciklər. Dolu. Yerüstü çöküntülər və təyyarələrin buz bağlanmasi. Yer kürəsində çöküntülərin paylanmasi.

2

2

12.

Külək və hava axinlarinin kinematikasi. Atmosferdə təsir edən qüvvələr, onların əsas hərəkət formaları. Atmosferin hərəkətinin ümumi tənliyi.

Atmosferin turbulentliyi, onun mexanizmi. Daxili sürtünmə qüvvəsi. Maqnitohidrodinamik qüvvələr.



2

2

13.

Cəbhələr və siklonlar. Hava kütlələrin harəkəti və onların mexanizmi. Soyuq və isti cəbhələr. Okklyuziya cəbhəsi. Siklon və antisiklonların yaranması.

2

2

14.

Yerin süni peyklərindən sinoptik proseslərin müşahidələri. Havanin hidrodinamik proqnozu. Atmosferin ümumi sirkulyasiyasi. Atmosferdə temperaturun və küləyin orta paylanması.

2

2

15.

Atmosfer optikasinin elementləri. Işiğin sinmasi. Atmosferdə işiğin səpələnməsi nəzəriyyəsinin əsaslari. Görmə məsafəsi. Göy qurşaği və qalo.

2

2




Cəmi

30

30


2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi.





Mövzunun adı

Məşğələ


TSİ

(seminara hazırlıq)

1

2

3

4

1.

Baromttrik düsturdan istifadə etməklə müxtəlif hündürlüklərdə atmosfer təzyiqinin təyinənə aid məsələ həlli.

2

2

2.

Stoks düsturundan istifadə etməklə atmosferi çirkləndirən zərrəciklərin yayılmasının təyini üzrə məsələlər.

2

2

3.

Müxtəlif hündürlüklərdə atmosferin rütubətinin təyinənə aid məsələ həlli.

2

2

4.

Geopotensial səthin təyini üçün barometrik düsturdan istifadə etməsi və dəniz səviyyəsində təzyiqin təyinənə aid məsələ həlli.

2

2

5.

Adiabatik proseslərə aid olan məsələlər.

1

1




Kollokvium №1

1

2

6.

Adiabatik proseslərə aid olan məsələlər.

2

1

7.

Entropiyaya aid olan məsələlər.

2

2

8.

Entropiyaya aid olan məsələlər.

2

2

9.

Yerin albedosunun, radiasiya proseslərinin təyini üçün məsələlərin həlli.

2

2

10

İstilik balans tənliklərə aid olan məsələlər.

1

1




Kollokvium №2

1

2

11.

Su buxarının sublimasiyası, kondensasiyası və buxarlanma proseslərə aid məsələlərin həlli.

2

1

12.

Koriolis və mərkəzdənqaçma qüvvələrə aid olan məsələlər.

2

2

13.

Müxtəlif hündürlüklərdə havanın temperaturunun təyini üzrə məsələlər.

2

2

14.

İşığın səpələnməsi və sınması üzrə məsələlərin həlli.

2

1

15.

İşığın səpələnməsi və sınması üzrə məsələlərin həlli.

1

1




Kollokvium №3

1

2




Fənn üzrə cəmi

30

30


2.3.3. Magistrantın sərbəst işinin - referatının mövzuları və həcmi

Fənn proqramında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə referat yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar magistr dissertasiyasının mövzusuna uyğun referatın hazırlanmasına köməklik məqsədini daşıyır.

Referatın həcmi, tərtibatı və qiymətləndirilməsinin meyarları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 1 referatın yerinə yetirilməsi üzrə tapşırıqlar verilir. Referatın tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama cədvəlləri, qrafiki işlər və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir.

Referat üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.

Referatın məqsədi: Hava gəmisinin uçuşuna və uçuş-enmə keyfiyyətinə tez tez rast gəlinən meteoroloji faktorların təsirinin öyrənilməsi, bundan başqa meteoroloji şəraitin dəyişməsinin Azərbaycan bölgələrində tədqiq edilib öyrənilməsi.Bu sahədə biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsi.



Referatın nümunəvi məzmunu:

- hava gəmisinin (HG) uçuşuna təsir edən atmosferin əsas parametrləri;

-hava gəmisinin (HG) uçuşuna təsir edən ən təhlükəli atmosfer hadisələri;

-uçuşun təhlükəsizliyinə güclü yağıntıların təsiri;

-hçuşun təhlükəsizliyinə güclü buludların təsiri;

- uçuşun təhlükəsizliyinə pis görünmə dərəcəsinin təsiri;

Referatın elmi-tədqiqat hissəsi

-atmosfer parametrlərinin dəyişmə üsulları;

-HG-nin uçuşuna təsir edən meteoroloji faktorlarının qiymətləndirilməsi;

-HG-nin buzbağlama intensivliyinə təsir edən meteoroloji faktorlar

-aeroportların sinoptik vəziyyətinin təyini

-atmosferi öyrənmək üçün aviasiyanın texniki imkanları

-HG-nin uçuş-enmə keyfiyyətinə temperaturun təsiri

Referatın tam həcmi 20-25 səhifə hesab-izahat yazıdan ibarətdir və nəticələri sonrakı tədris prosesində nəzərdə tutulan fənlər üzrə müxtəlif məsələlərin həllində istifadə olunur.


Referatların nümunəvi mövzuları




Mövzunun adı və ədəbiyyatın şifri

MSİ

(saat)

1.

Havanin temperaturunun ümumi paylanmasi. Inversiya. Standart və sorğu atmosfer.

2

2.

Atmosferdə təsir edən qüvvələr. Siklon və antisiklonlar yaranması.

2

3.

Atmosferdə optik hadisələr.

2

4.

Təhlükəli atmosfer hadisələrinin uçuşlara təsir.

2

5.

Yağışların, aşağı buludluğun və məhdud görünüşün təyyarələrinin uçuşlarına təsiri.

2

6.

Atmosfer parametrlərinin uçüşlara təsiri.

2



3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat




3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı



Tövsiyə olunan ədəbiyyat


  1. Под ред.О.П.Доронина «Физика океана», изд.Л. «Гидрометеоиздат», 1978г., 294 стр.

  2. А.Х.Хргиан «Физика атмосферы», «Гидрометеоиздат», том I, II,1978г., 800 стр.

  3. Л.Т.Мфевеев Курс общей метеорологии «Физика атмосферы», изд.Л. «Гидрометеоиздат», 1984г., 751 стр.

  4. Под ред.Л.М.Бреховских «Акустика океана», изд.М. «Наука», 1974г., 693 стр.

  5. Г.Т.Афанасьев, О.М.Здорик «Агростатное зондирование атмосферы», изд.Л. «Гидрометеоиздат», 1974г., 139 стр.

  6. Т.В.Сафонова," Авиационная метеорология"- учебное пособие, изд.УВАУ ГА(И), Ульяновск, 2005 г., 215 стр.

  7. Т.В.Сафонова," Авиационная метеорология" - учебник для высшей школы, изд.УВАУ ГА(И), Ульяновск, 2016 г., 240 стр.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə