Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

Hazırda  müvafiq  inzibati-iqtisadi  məhkəmələr  tərəfindən 
inzibati  icraat  qaydasında  belə  mübahisələrə  baxılır  və  həll 
olunur. 
Onu  da  qeyd  edək  ki,  mövcud  vəziyyət  Sizin  İnsan 
hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Avropa 
Konvensiyasının  8-ci  maddəsində  təsbit  olunmuş  şəxsi  həyata 
və  ailə  həyatına  hörmət  hüququnuzun  pozulması  ilə 
nəticələnmişdir.  Belə  ki,  adı  çəkilən  maddənin  1-ci  hissəsinə 
görə hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə 
hörmət  hüququna  malikdir.  Hazırda  Sizə  məxsus  mənzildə 
Sizinlə  əlaqəsi  olmayan  şəxslərin  iradəniz  əleyhinə  daimi 
qeydiyyatda  olması  və  Qanunun  9-cu  maddəsinin  1-ci 
hissəsinin  həmin  şəxslərin  mənziliniz  üzrə  qeydiyyatdan 
çıxarılmasına onlar yeni yaşayış yeri üzrə qeydiyyata düşmədən 
imkan  verməməsi,  bu  vəziyyətin  Sizin  üçün  bir  sıra  neqativ 
nəticələri  (həmin  şəxslərə  görə  əlavə  kommunal  haqqı 
ödəməyiniz,  mənzili  satacağınız  halda  onların  yazılı  razılıq 
ərizəsini  almalı  olmanız,  həmin  şəxslərə  ünvanlanacaq  poçt 
göndərişlərinin Sizin mənzilə gələcək olması və s.) bərabərində 
gətirməsi  şəxsi  həyata  və  ailə  həyatına  hörmət  hüququnuzun 
pozulmasına səbəb olmaqdadır. 
Məlumat  üçün  qeyd  edək  ki,  Avropa  İnsan  Hüquqları 
Məhkəməsinin  təcrübəsində  olmuş  ―Babilonova  Slovakiyaya 
qarşı‖  iş  (Şikayət  №  69146/01)  üzrə  ərizəçi  xanım 
Babilonovanın  qarşılaşdığı  problem  demək  olar  ki,  Sizin 
qarşınıza  çıxan  məsələ  ilə  eyniyyət  təşkil  etmişdir.  Avropa 
Məhkəməsi  bu  iş  üzrə  qəbul  etdiyi  20  iyun  2006-cı  il  tarixli 
Qərarında 
ərizəçi 
xanım 
Babilonovanın 
Avropa 


Konvensiyasının  8-ci  maddəsində  nəzərdə  tutulmuş  şəxsi 
həyata  və  ailə  həyatına  hörmət  hüququnun  pozulmasına  qərar 
vermişdir. 
 


 
 
S
OSİAL
 T
ƏMİNAT 
S
AHƏSİ 
Ü
ZRƏ 
S
UALLAR
 


Sual 1. İşçi işə başladığı vaxtdan nə qədər sonra ona 
dövlət sosial sığorta kartı verilməlidir? 
Cavab: Məlum olduğu kimi, 1  yanvar 2006-cı il tarixdən 
etibarən 
ölkəmizdə 
fərdi 
uçot 
sisteminin 
tətbiqinə 
başlanılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə 
Fondunun 440 saylı, 9 avqust 2006-cı il tarixli Əmri ilə təsdiq 
olunmuş və  Azərbaycan Respublikası Ədliyyə  Nazirliyində  17 
avqust  2006-cı  il  tarixdə  qeydiyyata  alınmış  (Qeydiyyat 
№3236)  ―Məcburi  dövlət  sosial  sığortası  üzrə  sığorta 
iştirakçılarının  uçotu  Qaydaları‖nın  29-cu  bəndinə  görə  əmək 
müqaviləsi (kontraktı) ilə işləyən sığortaolunanlar sığortaedənin 
uçotda olduğu DSMF orqanında məcburi dövlət sosial sığortası 
üzrə  fərdi  uçot  sistemində  uçota  alınmalıdırlar.  Həmin 
Qaydaların  31-ci  bəndinə  görə  sığortaedən  məcburi  dövlət 
sosial sığortası üzrə fərdi uçot sistemində uçotda olmayan yeni 
işçi  ilə  əmək  müqaviləsi  (kontraktı)  bağladığı  gündən  sonra  1 
(bir) ay ərzində müvafiq DSMF orqanına ərizə (Əlavə № 3) ilə 
müraciət etməlidir. 
Adı  çəkilən  Qaydaların  75-ci  bəndinə  görə  müəyyən 
olunmuş  müddətdə  uçota  durmayanlara  DSMF  orqanı 
tərəfindən yazılı xəbərdarlıq (Əlavə № 12) edilir. DSMF orqanı 
tərəfindən  sığortaedənlərdə  aparılan  səyyar  yoxlamalar  zamanı 
fərdi  uçot  sistemində  uçota  alınması  təmin  edilmədən  1  (bir) 
aydan  çox  fəaliyyət  göstərən  sığortaolunan  aşkar  olunarsa, 
xəbərdarlıq  etmədən  dövlət  sosial  sığorta  sistemində  fərdi  uçot 
haqqında  qanunvericiliyin  pozulmasına  görə  sığortaedənə 
inzibati cərimə tətbiq edilir.  


Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin 
257-4-cü 
maddəsinə 
əsasən 
sığortaedənlər 
tərəfindən 
qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  və  qaydada 
sığortaolunanlar 
haqqında 
məlumatların 
Azərbaycan 
Respublikasının  Dövlət  Sosial  Müdafiə  Fonduna  təqdim 
edilməməsinə  görə  fiziki  şəxslər  otuz  manat  miqdarında, 
vəzifəli  şəxslər  səksən  manat  miqdarında,  hüquqi  şəxslər  iki 
yüz əlli manat miqdarında cərimə edilirlər. 
Sual 2Dövlət qulluğu pensiyası alan II qrup əlil işçinin 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1994-cü  il 
tarixli,  185  saylı  Qərarına  əsasən  hal-hazırda  aldığı  aylıq 
əmək  haqqının  25  faizi  qədər  əlilliyə  görə  əlavə  əmək  haqqı 
alması qanuna uyğundurmu? 
  Cavab:  Əlillərə  qayğının  artırılmasını  və  onların  sosial-
iqtisadi  mənafelərinin  müdafiəsini  gücləndirmək  məqsədilə 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  ―Azərbaycan 
Respublikasında  əlillərin  və  ya  sağlamlıq  imkanları  məhdud 
uşaqların  problemləri  üzrə  kompleks  proqramın  həyata 
keçirilməsi  haqqında‖  10  may  1994-cü  il  tarixli,  185  saylı 
Qərarı  qəbul  edilmiş  və  həmin  qərarla  ―Azərbaycan 
Respublikasında  əlillərin  və  ya  sağlamlıq  imkanları  məhdud 
uşaqların  problemləri  üzrə  kompleks  Proqram‖  təsdiq 
edilmişdir. 
Adı  çəkilən  Proqramın  5.4-cü  bəndində  əmək 
kollektivlərinin razılığı ilə I və II qrup əlillərin və ya sağlamlıq 
imkanları  məhdud  uşaqların  əmək  haqqının  20-25  faiz 
artırılmasının  təmin  edilməsi  göstərilmiş,  buna  yönəlmiş 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə