Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   2   3   4   5   6   7   8   9   ...   55

 
L
AYİHƏ 
R
ƏHBƏRİNİN 
A
DINDAN 
 
Heç kimə sirr deyildir ki, son zamanlar Azərbaycanda insan hüquq 
və  azadlıqlarının  müdafiəsi  məsələsi  məxsusi  olaraq  diqqət  mərkəzinə 
çevrilmişdir.  Bunu  ölkəmizin  iqtisadi  və  sosial  münasibətlərinin  inkişaf 
amili  şərtləndirməkdədir.  Sosial  münasibətlərin  tarazlaşdırılmış  qaydada 
inkişafı  isə  birbaşa  şəkildə  istənilən  cəmiyyətin  hüquqi  maariflənməsi 
səviyyəsindən  asılıdır.  Respublikamızda  insan  hüquqlarının  səmərəli 
müdafiəsi  sahəsində  aparılan  mütərəqqi  hüquq  islahatlarının  əsasında  da 
məhz 
cəmiyyətin 
hüquq  biliklərinin  zənginləşdirilməsi,  onların 
məhkəmələrə,  o  cümlədən  müxtəlif  dövlət  orqanlarına  çıxışlarının  təmin 
edilməsi durur. 
 
Hörmətli oxucular! 
 
Hər  birimiz  mütəmadi  olaraq  müxtəlif  hüquqi  hadisələrlə 
rastlaşmaqdayıq  ki,  bunların  da  böyük  əksəriyyəti  bizim  gündəlik 
həyatımıza təsir göstərməkdədir. Belə hallarda hüquqi cəhətdən məlumatlı 
olmağımız isə qarşılaşdığımız çətinliklərin öz həllinin vaxtında tapmasında 
əvəzsiz rol oynaya bilər. 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət 
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunan bu 
kitabın buraxılmasında əsas məqsəd sizinin hüquqi maariflənmənizə cüzi də 
olsa dəstək verməkdir. Kitabda rəsmi dövlət nəşri - "Azərbaycan" qəzetinin 
guşəsi kimi dərc olunan "Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab 
verir" rubrikasında çıxan suallardan istifadə olunmuşdur ki, bununla bağlı 
"Bakı  Hüquq  Mərkəzi"  MMC-nin  əməkdaşlarının  əməyi  xüsusi  qeyd 
olunmalıdır. 
 Siz kitabda hüququn müxtəlif sahələri - ailə, mülki, əmək, pensiya və 
s.  ilə  bağlı  tez-tez  rastlaşdığınız  problemlərin  həlləri  barədə  ətraflı 
məlumatlar  alacaq,  fərqli-fərqli  hüquqi  situasiyalarda  hansı  hərəkətləri 
etməli  olduğunuzu  biləcəksiniz.  Dolayısilə  bu  kitab  həm  sizin  vaxtınızın, 
həm də ki, vəsaitlərinizin qənaət edilməsi üçün gözəl vasitə olacaqdır. 
Kitabın  hər  bir  vətəndaşımız  üçün  faydalı  olacağına,  keşməkeşli 
həyatımıza "mayak" kimi işıq salacağına ümidimiz böyükdür. 
 
h.f.d. Anar Bağırov 
AHİM-nin sədri, vəkil, 
Hakimlərin Seçki 
Komitəsinin üzvü 


   
  
M
ÜLKİ 
H
ÜQUQ 
M
ÜNASİBƏTLƏRİNƏ 
D
AİR 
S
UALLAR
 


Sual  1.  Atamın  özünün  mənzili  var  və  məndən  ayrı 
yaşayır.  İndi  atam  ona  məxsus  mənzili  mənə  bağışlamaq 
istəyir.  Mən  atamdan  daha  tez  vəfat  etsəm,  nə  baş  verəcək? 
Atam mənzilsiz qalmayacaq ki? 
Cavab:  Siz  və  atanız  biri-birinizin  qanun  üzrə  birinci 
növbədə  vərəsəsi  sayılırsınız,  ona  görə  də  sizin  vəfatınız 
halında  (vəsiyyətnamə  olmadıqda),  sizə  bağışlanmış  mənzil 
qanun  üzrə  vərəsəlik  qaydasında  sizin  birinci  növbədə 
vərəsələrinizə, o cümlədən atanıza keçəcəkdir. 
Qanun  üzrə  vərəsəlik  zamanı  birinci  növbədə  vərəsələr 
qismində  bərabər  paylarda  -  ölənin  uşaqları  (o  cümlədən 
övladlığa  götürülənlər),  arvad  (ər),  valideynlər  (övladlığa 
götürənlər) çıxış edirlər.  
Əgər  sizin  atanızdan  başqa  da  birinci  növbədə 
vərəsələriniz  varsa,  onda  həmin  mənzil  bütün  vərəsələrin 
ümumi  paylı  mülkiyyətinə  keçəcəkdir.  Bu  halda,  atanız  paylı 
mülkiyyətə,  yəni  özünün  keçmiş  mənzilinə  münasibətdə, 
mülkiyyətçilərdən biri kimi çıxış edəcəkdir. 
Lakin  atanız  özünü  belə  bir  ehtimaldan  qorumaq  üçün 
Azərbaycan 
Respublikası 
Mülki 
Məcəlləsinin 
671-ci 
maddəsində  nəzərdə  tutulmuş  hüququndan  istifadə  edə  bilər. 
Həmin  maddəyə  görə  hədiyyə  verən  hədiyyə  alanın  ondan 
qabaq  ölməsi  halı  üçün  bağışlanmış  əşyanın  restitusiyası 
hüququnu  özündə  saxlaya  bilər.  Torpaq  sahələri  və  ya  onlara 
əşya  hüquqları  bağışlanarkən  bu  cür  restitusiya  hüququ 
daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alına  bilər. 
Göründüyü  kimi,  atanız  bağışlama  müqaviləsində  sizin 


atanızdan  daha  tez  vəfat  etməniz  halında,  mənzilin  ona 
qaytarılmasını  tələb  etmək  hüququnu  özündə  saxladığını 
nəzərdə tuta bilər. 
Sual  2.  Qaz,  su,  elektrik  enerjisi  üzrə  təchizat 
müəssisələri  təxminən  5  il  bundan  əvvələ  aid  olan  borcun 
ödənilməsini 
tələb 
etmək 
hüququna 
malikdirlərmi? 
İstehlakçıların  belə  borcları  ödəməmək  hüququ  vardırmı? 
Əgər həmin borc ödənilməsə, qarşı tərəf (yəni qaz, su, elektrik 
enerjisi  üzrə  təchizat  müəssisələri)  abonenti  məhkəməyə 
verməklə  həmin  borc  məbləğini  məhkəmə  qaydasında  ala 
bilərmi? 
 
Cavab:  Qaz,  su,  elektrik  enerjisi  təchizatı  xidmətlərinə 
görə  ödənişlər  üzrə  iddia  müddəti  3  il  təşkil  edir  (Azərbaycan 
Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi). İstehlakçılar 
həmin borc məbləğini ödəməməkdən imtina edə bilər. Bu halda 
qarşı  tərəf  (yəni  qaz,  su,  elektrik  enerjisi  üzrə  təchizat 
müəssisələri)  həmin  borc  məbləğinin  ödənilməsi  tələbi  ilə 
məhkəməyə  müraciət  edə  bilərlər.  Lakin  3  illik  iddia  müddəti 
buraxılmışsa,  onda  məhkəmə  bunu  əsas  tutaraq  iddia  tələbini 
təmin  etməyəcəkdir.  Nəzərə  almaq  lazımdır  ki,  məhkəmənin 
göstərilən əsasla iddianı təmin etməməsi üçün iddia müddətinin 
tətbiqinə  dair  ərizənin  verilməsi  tələb  olunur  (Azərbaycan 
Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Buna görə 
də  cavabdeh  (yəni  istehlakçı)  məhkəmə  iclasında  iddiaçı  (yəni 
qaz, su, elektrik enerjisi üzrə əhaliyə xidmət göstərən müəssisə) 
tərəfindən  iddia  müddətinin  buraxılmasını  bildirməli  və  iddia 
müddətinin  tətbiqi  barədə  ərizə  verərək  məhkəmənin  iddiadan 
imtina haqqında qətnamə çıxarmasını xahiş etməlidir.    
 
Sual  3.  Oğlum  2003-cü  ildə  ailə  həyatı  quraraq  mənim 
mülkiyyətimdə  olan  evə  gəlin  gətirmişdir.  Sonradan  oğlumla 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə