Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə


gəlinim  arasında  münasibətlər  pisləşmiş  və  onların  nikahı



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   2   3   4   5   6   7   8   9   ...   55

gəlinim  arasında  münasibətlər  pisləşmiş  və  onların  nikahı 
2007-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Boşanmadan 
sonra gəlinim mənə məxsus evə yaşayış hüququ əldə etdiyini 
iddia  edir  və  bu  barədə  iddia  ilə  məhkəməyə  müraciət 
edəcəyini  bildirir.  Bilmək  istərdim,  onun  belə  bir  hüququ 
varmı? 
Cavab:  İlk  əvvəl  onu  qeyd  edək  ki,  yaşayış  sahəsindən 
istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası 
Mənzil  Məcəlləsinin  və  Azərbaycan  Respublikası  Mülki 
Məcəlləsinin  müddəaları  ilə  tənzimlənir.  Belə  ki,  ―Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsinin  228-ci  maddəsinin  və 
Mənzil  Məcəlləsinin  123-cü  maddəsinin  birinci  hissəsinin  şərh 
edilməsinə  dair‖  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci 
il  sentyabrın  1-dən  sonra  yaşayış  evindən  (mənzildən)  istifadə 
edilməsi  ilə  əlaqədar  yaranan  hüquq  münasibətləri  ilə  bağlı 
mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin 
qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri 
ilə  bağlı  mübahisələr  isə  Mənzil  Məcəlləsinin  123-cü 
maddəsinin qaydalarına uyğun həll edilməlidir. 
Göründüyü  kimi,  gəlininizin  yaşayış  hüququ  ilə  bağlı 
münasibətlər  2003-cü  il  tarixdə,  yəni  2001-ci  ilin  sentyabr 
ayının  1-dən  sonra  yarandığından  Azərbaycan  Respublikası 
Mülki  Məcəlləsinin  228.1  və  228.2-ci  maddəsi  ilə 
tənzimlənməlidir. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  228.1-ci 
maddəsinə 
əsasən 
yaşayış 
binasının 
tərkib 
hissəsi 
mülkiyyətçisinin  ailə  üzvləri  və  digər  şəxslər  yaşayış 


binasından  istifadə  hüququna  bu  şərtlə  malikdirlər  ki,  həmin 
hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 
Həmin  Məcəllənin  228.2-ci  maddəsinə  görə  yaşayış 
binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, 
həyata  keçirilməsi  şərtləri  və  xitamı  mülkiyyətçi  ilə  bağlanan, 
notariat  qaydasında  təsdiqlənən  yazılı  razılaşma  ilə 
müəyyənləşdirilir.  
―Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  228.5-ci 
maddəsinə  dair‖  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsi  Plenumunun  27  may  2008-ci  il  tarixli  Qərarında 
göstərilir: ―Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 
və  228.2-ci  maddələrinin  mənasından  göründüyü  kimi  yaşayış 
binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün 
aşağıdakı  mütləq  şərtlərin  yerinə  yetirilməsi  tələb  olunur: 
mülkiyyətçi  ilə  yazılı  razılaşmanın  bağlanılması;  həmin 
razılaşmanın  notariat  qaydasında  təsdiq  edilməsi;  istifadə 
hüququnun  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə 
alınması‖. 
Göründüyü  kimi,  gəlininizin  Sizin  mülkiyyətinizdə  olan 
evə dair istifadə hüququnun yaranması üçün yuxarıda göstərilən 
şərtlərin olması tələb edilir. Əgər həmin şərtlər və  ya onlardan 
hər  hansı  biri  mövcud  deyilsə,  onda  belə  bir  hüququn 
yaranmasından danışmaq olmaz. 
Sual  4.  Lazımi  keyfiyyətli  olmayan  mal  satıldıqda,  alıcı 
hansı hüquqlara malikdir? 
 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
(AR  MM-nin)  624.1-ci  maddəsinə  əsasən  alıcıya  lazımi 
keyfiyyətli  olmayan  mal  satıldıqda,  əgər  malın  qüsurları  satıcı 
tərəfindən  qabaqcadan  bildirilməyibsə,  alıcı  öz  seçimi  ilə 
aşağıdakılardan birini tələb edə bilər: 
-  keyfiyyətsiz  malın  lazımi  keyfiyyətli  malla  əvəz 
edilməsini. 
- alış qiymətinin mütənasib surətdə azaldılmasını. 
-  malın  qüsurlarının  təxirə  salınmadan  əvəzsiz  qaydada 
aradan qaldırılmasını. 
- malın qüsurlarının aradan qaldırılmasını.  
Bu  tələblərdən  hər  hansı  birini  irəli  sürə  bilmək  üçün  ilk 
növbədə,  alıcıya  lazımi  keyfiyyətli  olmayan  mal  satılmalı  və 
malın  qüsurları  satıcı  tərəfindən  əvvəlcədən  bildirilməmiş 
olmalıdır. 
AR  MM-nin  624.3-cü  maddəsinə  görə  malın  xassələri 
onun  aşkar  edilmiş  qüsurları  aradan  qaldırmağa  imkan 
vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı 
öz  seçimi  ilə  həmin  malın  lazımi  keyfiyyətli  malla 
dəyişdirilməsini  və  ya  alış  qiymətinin  mütənasib  surətdə 
azaldılmasını  tələb  edə  bilər.  Göründüyü  kimi,  bu  maddənin 
tələbləri  elə  mallara  şamil  edilir  ki,  onların  xassələri  aşkar 
edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermir. Maddənin 
özündə  belə  malların  adları  çəkilsə  də,  nəzərə  almaq  lazımdır 
ki, bu, qəti siyahı deyil. 


AR  MM-nin  624.4-cü  maddəsi  alıcı  üçün  alternativ 
davranış imkanı müəyyən edir. Belə ki, həmin maddəyə əsasən 
AR  MM-nin  624.1  və  624.3-cü  maddələrində  göstərilmiş 
tələbləri  irəli  sürmək  əvəzinə  alıcı  pərakəndə  alqı-satqı 
müqaviləsinin icrasından imtina edə bilər və  mal üçün ödədiyi 
pul məbləğinin qaytarılmasını tələb edə bilər.  
Sual 5. Bir sıra mağazalara (onların sayı heç də az deyil) 
daxil olanda aşağıdakı məzmunda yazı əks olunmuş lövhələri 
görürük:  “Alınan  mallar  geri  qaytarılmır”.  Bu  qanuna 
uyğundurmu? 
Cavab:  Alıcının  əldə  etdiyi  malı  dəyişdirmək  hüququ 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  623-cü  və 
―İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında‖  Azərbaycan 
Respublikasının  Qanununun  15-ci  maddələrində  nəzərdə 
tutulmuşdur.    Həmin  maddələrin  analizi  bizə  aşağıdakı 
nəticələrə gəlməyə imkan verir: 
  1.  Alıcı  aldığı  malı  başqa  ölçülü,  formalı,  qabaritli, 
fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. 
  2.  Alıcı  qeyri-ərzaq  malının  ona  verildiyi  andan  14  gün 
müddətində  bu  hüququnu  həyata  keçirə  bilər.  Lakin  satıcı 
tərəfindən daha uzun müddət də müəyyən edilə bilər. 
   
3.  AR  MM-nin  623.1-ci  maddəsinə  görə  Malın 
dəyişdirilməsi  zamanı  qiymətdə  fərq  olduqda  satıcı  ilə  lazımı 
hesablaşmalar aparılır. 
4.  Əgər  satıcıda  dəyişdirilmək  üçün  zəruri  mal  yoxdursa, 
alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə