Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   2   3   4   5   6   7   8   9   ...   55

mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə 
ilə məhkəməyə müraciət etməlisiniz. 
Sual  9.  Qonşum  mənə  bildirdi  ki,  öz  maqnitofonunu 
satmaq  istəyir.  Mən  də  onunla  qiymət  barədə  razılığa  gəldim 
və həmin maqnitofonu aldım. Lakin sonradan məlum oldu ki, 
həmin  maqnitofonun  mülkiyyətçisi  ayrı  adamdır.  Bu  halda, 
mənim tərəfimdən maqnitofonun alınmasının hüquqi nəticəsi 
necə olacaq? 
Cavab: Göstərdiyiniz  hal, vicdanlı əldə etmə ilə bağlıdır. 
Vicdanlı əldə etmə aşağıdakı hallarda mövcud olur: 
1. Əşyanın onun mülkiyyətçisi deyil, həmin əşyanı satmaq 
hüququ olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi. 
2.  Əldə  edən  şəxsə  münasibətdə  vicdanlılıq  faktının 
mövcud  olması. Başqa  sözlə,  əgər siz  maqnitofonu  əldə  edənə 
qədər  qonşunuzun  mülkiyyətçi  olmadığını  bilirdinizsə  və  ya 
bilməli idinizsə, vicdanlı əldə edən sayılmayacaqsınız. 
3. Əşya əvəzli şəkildə əldə edilməlidir.  
Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası 
Mülki  Məcəlləsinin  182.1-ci  maddəsinə  görə  aldığınız 
maqnitofonun  mülkiyyətçisi  onu  itirmişsə,  əşya  ondan 
oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun 
sahibliyindən  çıxmışsa,  bu  halda  vicdanlı  əldə  etmədən 
danışmaq olmaz. 
Beləliklə, 
maqnitofonu 
qonşunuzdan 
almanıza 
baxmayaraq  yuxarıda  göstərilən  şərtlərə  əməl  edilibsə,  siz 


vicdanlı  əldə  edən  kimi  həmin  maqnitofonun  mülkiyyətçisi 
hesab olunursunuz. 
Sual  10.  1992-ci  ildə  mənə  order  əsasında  mənzil 
ayrılmışdır.  Mən  və  iki  oğlum  həmin  vaxtdan  göstərilən 
mənzildə  yaşayırıq.  Orderdə  icarədar  kimi  mənim  adım  qeyd 
edilmişdir.  Oğlumun  birinin  21,  digərinin  isə  24  yaşı  var. 
Yaşadığımız  mənzili  özəlləşdirmək  istəyirik.  Bunun  üçün  nə 
etməliyik? 
Cavab:  Mənzili  özəlləşdirmək  üçün  bu  barədə  ərizə  ilə 
Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Dövlət  Komitəsi 
yanında  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinə 
müraciət  etməlisiniz.  Ərizəyə  aşağıdakı  sənədlər  əlavə 
olunmalıdır  (―Azərbaycan  Respublikasında  mənzil  fondunun 
özəlləşdirilməsi 
haqqında‖ 
Azərbaycan 
Respublikasının 
Qanununun 8-ci maddəsinə müvafiq olaraq): 
-  Sizinlə  birlikdə  yaşayan  hər  iki  oğlunuzun  mənzili 
özəlləşdirməyə  razılıqları  barədə  ərizələri.  Razılıq  ərizələri 
notarial qaydada təsdiqlənməlidir. 
-  mənzilə  hüququ  olan  şəxslər  və  mənzilin  (evin) 
kommunal-məişət  vəziyyəti  barədə  mənzil  istismar  təşkilatının 
arayışı  (2  №  -li  forma.  Həmin  arayışı  almaq  üçün  yaşadığınız 
ərazi  üzrə  mənzil  istismar  təşkilatına  müraciət  etməlisiniz. 
Göstərilən  arayış  müraciət  etdiyiniz  vaxtdan  5  gündən  gec 
olmayaraq Sizə verilməlidir. 
- mənzil sahəsinin orderi 
Mənzili  özəlləşdirmək  üçün  müraciət  etmiş  vətəndaşdan 
göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. 
Bundan 
sonra, 
Azərbaycan 
Respublikası  Əmlak 
Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət 


Reyestri  Xidməti  ərizənizin  daxil  olduğu  gündən  sonra  iyirmi 
gün  ərzində  həmin  mənzilin  Sizin  xüsusi  mülkiyyətinizə 
verilməsi  barədə  dövlət  qeydiyyatını  həyata  keçirir  və  həmin 
mənzilin  Sizin  xüsusi  mülkiyyətinizdə  olmasını  təsdiq  edən 
daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı  Sizə təqdim edir 
(―Azərbaycan 
Respublikasında 
mənzil 
fondunun 
özəlləşdirilməsi  haqqında‖  qanunun  9-cu  maddəsinə  uyğun 
olaraq). 
Sual 11. Mən anamın vəfatından sonra ona məxsus evin 
mülkiyyətçisi  olmaq  istəyirəm.  Bunun  üçün  anamın 
vəsiyyətnamə  tərtib  etməsi,  yoxsa,  anamın  evini  mənə 
bağışlaması lazımdır? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1159.1-ci maddəsinə uyğun olaraq Siz ananızın birinci növbədə 
qanun  üzrə  vərəsəsi  hesab  olunursuz.  Əgər  ananızın  həyat 
yoldaşı və Sizdən başqa övladı yoxdursa, onda Siz qanun üzrə 
vərəslik qaydasında ananıza məxsus evi  miras əmlak kimi əldə 
edə bilərsiniz. 
Bundan  əlavə,  ananız  sağlığında  vəsiyyətnamə  tərtib  edə, 
yaxud  bağışlama  müqaviləsi  əsasında  evi  Sizə  bağışlaya  bilər. 
İkinci  halda  (yəni,  bağışlama  zamanı)  ev  ananızın  sağlığında 
Sizin mülkiyyətinizə keçəcəkdir.  
Sual 12. Mülkiyyətimdə torpaq sahəsi var. Həmin torpaq 
sahəsini  icarəyə  vermək  istəyirəm.  Bunun  üçün  hansı 
müqaviləni bağlamaq lazımdır? 


Cavab:  Siz  mülkiyyətçi  (əgər  torpağa  mülkiyyət 
hüququnuzu  təsdiq  edən  sənəd  varsa)  kimi  torpaq  sahənizi 
icarəyə  verə  bilərsiniz.  Bunun  üçün  Siz  icarəçi  (yəni  torpaq 
sahəsini  icarəyə  götürən)  ilə  torpaq  icarəsi  müqaviləsi 
bağlamalısınız. 
Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq 
Məcəlləsinin  56-cı  maddəsinin  1-ci  hissəsinə  görə  xüsusi 
mülkiyyətdə  olan  torpaq  sahələrinin  özgəninkiləşdirilməsi, 
habelə  istifadəyə  və  ya  icarəyə  verilməsi  tərəflər  arasında 
qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  bağlanılan  və 
notarial  qaydada  təsdiq  olunan  müvafiq  müqavilə  əsasında 
həyata keçirilir. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  144.1-ci 
maddəsinə  görə  daşınmaz  əmlakın  dövlət  reyestri  obyektlərinə 
dair  sərəncam  verilməsi  haqqında  müqavilələr  notariat 
qaydasında təsdiqlənməlidir. 
Göründüyü  kimi,  mülkiyyətinizdə  olan  torpaq  sahəsini 
icarəyə  vermək  üçün  bağlayacağınız  torpaq  icarəsi  müqaviləsi 
notariat qaydasında təsdiqlənməlidir. 
Bundan  əlavə,  ―Daşınmaz  əmlakın  dövlət  reyestri 
haqqında‖  Azərbaycan  Respublikası  Qanununun  19.1-ci 
maddəsinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan 
çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. 
Göründüyü kimi,  əgər  Siz torpaq  sahənizi 11 aydan  artıq 
müddətə  icarəyə  vermək  istəyirsinizsə,  onda  həmin  icarə 
hüququ dövlət qeydiyyatına alınmalıdır.   


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə