Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   2   3   4   5   6   7   8   9   ...   55

Sual 13. Dostum bankdan kredit götürmək istəyir. Bank  
isə  bir  nəfərin  dostumun  krediti  qaytarmasına  zamin 
durmasını  istəyir.  Bilmək  istərdim,  mən  dostuma  bank 
qarşısında  zamin  durmaqla  hansı  ölçüdə  öz  üzərimə  öhdəlik 
götürmüş olacam? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa 
şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə 
və  ya  hissə-hissə  icra  etməsi  üçün  məsuliyyəti  öz  üzərinə 
götürür. 
Həmin  Məcəllənin  472.1-ci  maddəsinə  görə  borclu 
zaminliklə  təmin  edilmiş  öhdəliyi  icra  etmədikdə  və  ya 
lazımınca  icra  etmədikdə,  əgər  bu  Məcəllədə  və  ya  zaminlik 
müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti  nəzərdə 
tutulmayıbsa,  zamin  və  borclu  kreditor  qarşısında  birgə 
məsuliyyət daşıyırlar. 
Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik 
müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc 
tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra 
etməməsi  və  ya  lazımınca  icra  etməməsi  nəticəsində  kreditora 
dəyən  digər  zərərin  əvəzinin  ödənilməsi  də  daxil  olmaqla, 
zamin  kreditor  qarşısında  borclu  ilə  eyni  həcmdə  məsuliyyət 
daşıyır. 
Göründüyü  kimi,  əgər  dostunuz  bank  qarşısında  öz 
üzərinə  götürdüyü  öhdəliyi  icra  etməzsə  və  ya  lazımınca  icra 
etməzsə,  dostunuzla  birlikdə  Siz  də  bank  qarşısında  birgə 
məsuliyyət daşıyacaqsınız. 


Sual  14.  Bilmək  istərdim  ki,  vurulmuş  mənəvi  zərərin 
məbləğini necə müəyyənləşdirmək olar? Bu sahədə məhkəmə 
təcrübəsi necədir? 
Cavab:  Bildirmək  istəyirik  ki,  məhkəmə  mənəvi  zərərin 
miqdarını  işin  konkret  hallarından  (zərərvuranın  hərəkətinin 
(hərəkətsizliyinin)  təhlükəlilik  dərəcəsi,  zərərçəkənin  keçirdiyi 
mənəviz  iztirab  və  sarsıntıların  xarakteri  və  ağırlığı, 
zərərçəkənin  subyektiv  xüsusiyyətləri  və  sair)  asılı  olaraq 
müəyyən  edir.    Daha  ətraflı  məlumat  əldə  etmək  üçün 
―Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  21  və  23-cü 
maddələrinin  şərh  edilməsinə  dair‖  Azərbaycan  Respublikası 
Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və 
Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun 
―Mənəvi 
zərərin 
ödənilməsi 
barədə 
qanunvericiliyin 
məhkəmələr  tərəfindən  tətbiqi  təcrübəsi  haqqında‖  3  noyabr 
2008-ci il tarixli, 7 nömrəli Qərarından istifadə edə bilərsiniz.  
Sual  15.  Yuxarı  mərtəbədə  yaşayan  qonşum  suyu  açıq 
buraxmış, nəticədə  yaşadığım mənzili su basmışdır. Bununla 
da mənə külli miqdarda maddi zərər dəymişdir. Mən bu halla 
bağlı kimə şikayət edə bilərəm? 
Cavab:  Siz  yaşadığınız  ərazi  üzrə  müvafiq  mənzil 
istismar sahəsinə müraciət edə bilərsiniz ki, öz nümayəndələrini 
göndərsinlər  və  mənzilinizi  su  basması  faktını  təsdiq  edən 
müvafiq Akt tərtib etsinlər. Siz gələcəkdə məhkəməyə müraciət 
edəcəyiniz  halda  iddia  tələbinizin  dəlillərini  sübut  etmək  üçün 
həmin  aktın  tərtibi  əhəmiyyət  kəsb  edir.  Siz  ilk  əvvəl 
qonşunuzla  danışın  və  vurulmuş  ziyanı  məhkəmədən  kənar 


qaydada  könüllü  ödəməsini  təklif  edin.  Əgər  razılığa  gələ 
bilməsəniz, onda məhkəməyə müraciət edə bilərsiniz. 
Sual 16. Mağazadan  bir yaş altı aylıq uşaq üçün paltar 
almışam.  Lakin  həmin  paltar  uşağa  balaca  olduğundan  onu 
geri qaytarmaq istəyirəm. Bilmək istərdim ki, həmin paltarı 14 
gün ərzində qaytarmaq mümkündürmü? 
Cavab:  Əldə  etdiyiniz  uşaq  paltarı  istifadə  olunmayıbsa 
və  onun  əmtəə  görünüşü,  istehlak  xassələri,  plombu,  yarlığı, 
həmçinin, mal və  yaxud kassa qəbzi saxlanılıbsa, bu halda onu 
14  gün  ərzində  başqa  ölçülü,  formalı,  qabaritli,  fasonlu,  rəngli 
mala  dəyişdirə  bilərsiniz.  Satıcıda  dəyişdirilmək  üçün  zəruri 
mal olmadıqda, Siz əldə etdiyiniz malı satıcıya qaytara və mal 
üçün  ödədiyiniz  pul  məbləğini  geri  ala  bilərsiniz  (Azərbaycan 
Respublikası  Mülki  Məcəlləsinin  623-cü  maddəsinə  müvafiq 
olaraq). 
Sual  17.  Nəqliyyat  vasitəsini  etibarnamə  əsasında  idarə 
edən  sürücü  yol  nəqliyyat  hadisəsi  törətmişdir.  DYP 
tərəfindən  protokol  tərtib  olunmuşdur.  Sürücü  öz  təqsirini 
etiraf  etmişdir.  Zərərçəkən  öz  hesabına  avtomobilini  təmir 
etdirmişdir.  Yol  nəqliyyat  hadisəsini  törətmiş  sürücü  maddi 
imkanı  olmadığını  əsas  gətirib  təmir  xərclərini  ödəməkdən 
imtina  edir.  Zərərçəkən  iddia  ərizəsi  ilə  məhkəməyə müraciət 
etmiş və cavabdeh kimi həm avtomobilin mülkiyyətçisini, həm 
də  avtomobili  etibarnamə  əsasında  idarə  edən  sürücünü 
göstərmişdir.  Bilmək  istərdim,  həmin  iddia  üzrə  avtomobilin 
mülkiyyətçisi cavabdehlik daşıyırmı? 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1108.1-ci  maddəsinə  görə  ətrafdakılar  üçün  yüksək  təhlükə  ilə 
bağlı  fəaliyyəti  (nəqliyyat  vasitələrindən,  mexanizmlərdən, 
yüksək  gərginlikli  elektrik  enerjisindən,  atom  enerjisindən, 
partlayıcı  maddələrdən,  güclü  təsir  edən  zəhərlərdən  və  i.a. 
istifadə  edilməsi;  tikinti  fəaliyyətinin  və  onunla  bağlı  digər 
fəaliyyətin  həyata  keçirilməsi  və  s.)  nəticəsində  mülki  hüquq 
pozuntusu  törətmiş  fiziki  və  hüquqi  şəxslər  yüksək  təhlükə 
mənbəyinin  vurduğu  zərərin  əvəzini  ödəməyə  borcludurlar,  bu 
şərtlə  ki,  zərərin  qarşısıalınmaz  qüvvənin  təsiri  və  ya 
zərərçəkənin  qəsdi  nəticəsində  əmələ  gəldiyini  sübuta 
yetirməsinlər.  Zərərin  əvəzini  ödəmək  vəzifəsi  yüksək  təhlükə 
mənbəyinə  mülkiyyət  hüququ  ilə  və  ya  digər  qanuni  əsasla 
(icarə  hüququ  ilə,  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququna 
dair  etibarnamə  üzrə  və  i.a.)  sahiblik  edən  fiziki  və  ya  hüquqi 
şəxsin  öhdəsinə  qoyulur.  Göründüyü  kimi,  bu  halda  zərərin 
əvəzini  ödəmək  vəzifəsini  avtomobilin  mülkiyyətçisi  deyil, 
həmin avtomobili etibarnamə üzrə idarə edən şəxs daşıyır. Buna 
görə  də  məhkəmə  zərərin  əvəzinin  ödənilməsi  tələbini 
avtomobilin mülkiyyətçisinə münasibətdə təmin etməyəcəkdir. 
Sual  18.  Yoldaşım  evdəki  xalçanı  təmizləmə  xidməti 
göstərən  firmaya  təhvil  vermişdir.  Lakin  xalça  həmin  firma 
tərəfindən  itirilmişdir.  Mən  həmin  firmadan  dəymiş  zərəri 
tələb etmək üçün hansı tədbirləri görməliyəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
425.1-ci  maddəsinə  görə  425.1-ci  maddəsinə  görə  öz 
hüquqlarını  həyata  keçirərkən  və  vəzifələrini  icra  edərkən 
tərəflərdən  hər  biri  vicdanlılığın  tələb  etdiyi  tərzdə,  yəni 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə