Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə7/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   2   3   4   5   6   7   8   9   10   ...   55

şərtləşdirilmiş  vaxtda  və  yerdə  lazımi  şəkildə,  öhdəliyin 
şərtlərinə  və  bu  Məcəllənin  tələblərinə  müvafiq  surətdə,  belə 
şərtlər  və  tələblər  olmadıqda  isə  işgüzar  adətlərə  və  ya  adətən 
irəli  sürülən  digər  tələblərə  müvafiq  surətdə  hərəkət  etməlidir. 
Həmin  Məcəllənin  425.2-ci  maddəsinə  görə  öhdəlikləri  icra 
edərkən  tərəflər  müqavilənin  yerinə  yetirilməsinə  zəmin 
yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə 
çatmağa  maneçilik  törədə  biləcək  və  ya  öhdəliklərin  icrasını 
təhlükəyə  məruz  qoya  biləcək  hər  cür  hərəkətlərdən 
çəkinməlidirlər.  Xalçanın  itirilməsi  firma  tərəfindən  öhdəliyin 
icra edilməməsi (lazımınca icra edilməməsi) kimi qəbul olunur. 
Bu  halda  firma  borclu  hesab  olunur  və  Azərbaycan 
Respublikası  Mülki  Məcəlləsinin  23-cü  fəslinin  müddəalarına 
uyğun olaraq Sizə vurulmuş zərərin əvəzini ödəməyə borcludur. 
Əgər  firma  vurulmuş  zərəri  ödəməkdən  imtina  etsə,  onda  Siz 
pozulmuş hüquqlarınızın müdafiəsi üçün  məhkəməyə  müraciət 
edə bilərsiniz. 
Sual  19.  Mən  1996-cı  ildə  Bakı  şəhərinə  rəsmi  nikahla 
ərə  gəlmişəm.  Ərim  2009-cu  ildə  vəfat  edənədək  birgə 
yaşamışıq.  Ərimin  əvvəlki  arvadından  5  uşağı  olmaqla 
ərimdən ayrı yaşamışlar, yəni onlar həddi-büluğa çatmaqla ev 
sahibidirlər. Xahiş edirəm, ərimin adına olan mənzildən mənə 
hansı miqdarda pay düşməsi barəsində məlumat verəsiniz. 
Cavab:  Sualınızdan  belə  aydın  oldu  ki,  mərhum  əriniz 
vəsiyyətnamə  qoymamışdır.  Azərbaycan  Respublikası  Mülki 
Məcəlləsinin  1159.1.1-ci  maddəsinə  görə  qanun  üzrə  vərəsəlik 
zamanı  birinci  növbədə  -  ölənin  uşaqları,  miras  qoyanın 
ölümündən  sonra  doğulmuş  uşaq,  arvad  (ər),  valideynlər 


(övladlığa  götürənlər)  bərabər  pay  hüquqlu  vərəsələr  sayılır. 
Göründüyü  kimi,  qanunun  tələbinə  görə  ərinizin  birinci 
növbədə vərəsəsi qismində Siz və onun əvvəlki nikahdan olan 5 
uşağı  çıxış  edir.  Buna  görə  də  ərinizin  mülkiyyətində  olmuş 
mənzilə 1/6 payda hüququnuz vardır. Ərinizin əvvəlki nikahdan 
olan 5 uşağının yetkinlik yaşına çatmaları və hər birinin ayrıca 
evinin  olması  onların  ərinizə  məxsus  mənzilə  olan  vərəsəlik 
hüquqlarını istisna etmir.    
Sual  20.  Qohumum  mağazadan  1  illik  zəmanət 
verilməklə  kompüter  alıb.  Lakin  zəmanət  müddəti  ərzində 
həmin  kompüter  bir  neçə  dəfə  sıradan  çıxıb.  Bununla  bağlı 
qohumum  zəmanət  talonu  əsasında  müraciət  edərək 
qüsurların  aradan  qaldırılmasını  xahiş  edib.  Lakin  sonuncu 
nasazlıqdan sonra malı qaytarmaq və verdiyi pulu geri almaq 
istədiyini  bildirmişdir.  Ancaq  mağaza  onun  bu  tələbini  təmin 
etməkdən  imtina  etmiş  və  bildirmişdir  ki,  qohumum  yalnız 
qüsurların aradan qaldırlmasını istəyə bilər. Bilmək istərdim, 
mağazanın hərəkəti qanunidirmi? 
Cavab: ―İstehlakçıların hüquqlarının müdafiəsi haqqında‖ 
qanunun  7-ci  maddəsinin  1-ci  hissəsinə  görə  istehlakçı 
müqavilə  və  ya  digər  qaydalarla  müəyyən  olunmuş  zəmanət 
müddəti  ərzində  aldığı  malda  qüsur  və  ya  saxtalaşdırma  aşkar 
edərsə,  öz  istəyinə  görə  satıcıdan  və  ya  istehsalçıdan 
aşağıdakıları tələb etmək hüququna malikdir: 
-
 
lazımi keyfiyyətli mala dəyişdirməyi;  
-
 
satış qiymətini uyğun məbləğdə azaltmağı; 
-
 
malın  qüsurlarının  icraçının  (satıcının, 
istehlakçının)  hesabına  aradan  qaldırılmasını  və  ya 


qüsurların  aradan  qaldırılması  üçün  istehlakçının  və 
ya  üçüncü  şəxslərin  çəkdiyi  xərclərin  əvəzinin 
ödənilməsini; 
-
 
malın,  həmin  mala  uyğun  digər  modelli 
(markalı,  tipli  və  i.a.)  mal  ilə,  dəyəri  yenidən 
hesablanma şərti ilə əvəz edilməsini
-
 
müqavilənin  ləğv  edilməsini  və  çəkdiyi 
zərərin ödənilməsini. 
 
Həmin  maddənin  2-ci  hissəsinə  görə  satıcı  (icraçı) 
istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və 
bu  maddənin  birinci  bəndində  göstərilən  istehlakçının 
tələblərindən birini yerinə yetirməyə borcludur. 
Göründüyü kimi, qohumunuz müqavilənin ləğv edilməsini 
və  çəkdiyiniz  zərərin  ödənilməsini  tələb  edə  bilər.  Bu  halda 
qohumunuzun  tələbini  əks  etdirən  yazılı  pretenziya  ilə  satıcıya 
(mağazaya) müraciət etməsi zəruridir. Əgər satıcı onun tələbini 
yerinə  yetirməkdən  imtina  edərsə,  onda  məhkəməyə  müraciət 
edə bilər.   
Sual  21.  Ölkəmizə  xarici  dövlətlərdən  bir  sıra  mallar 
idxal edilir. Həmin malların üzərindəki yazılar xarici dildədir. 
Bilmək  istərdim,  ölkəmizə  idxal  edilən  konkret  xarici  malın 
xassələri  barədə  onun  üzərində  Azərbaycan  dilində  məlumat 
olmalıdırmı? 
Cavab:  Satıcı  (icraçı)  istehlakçını  maraqlandıran  malın 
(işin,  xidmətin)  qiyməti,  istehlak  xassələri  (  ərzaq  malları 
barəsində  isə  həm  də  tərkibi,  yararlılıq  müddəti,  kaloriliyi, 
sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri 


ilə  müqayisəli  miqdarı),  əldə  edilməsi  şərtləri,  təminat 
öhdəlikləri  və  iddiaların  irəli  sürülməsi,  malın  işlədilməsi, 
saxlanılması  və  təhlükəsiz  istifadəsi  üsulları  və  qaydaları 
barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 
Azərbaycan  Respublikasının  ərazisində  istehsal  edilən, 
habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar 
müvafiq  xarici  dillərlə  yanaşı,  dövlət  dilində  də  olmalıdır. 
Azərbaycan  Respublikasına  idxal  edilən  mal  və  məhsulların 
üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə 
izahat  vərəqələri  başqa  dillərlə  yanaşı,  Azərbaycan  dilinə 
tərcüməsi 
ilə 
müşayiət 
olunmalıdır 
(―İstehlakçıların 
hüquqlarının müdafiəsi haqqında‖ Azərbaycan Respublikasının 
Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq). 
Sual 22. Mən ərə getdikdən sonra soyadımı dəyişmişəm. 
Lakin  mülkiyyətimdə  olan  mənzilə  dair  daşınmaz  əmlakın 
dövlət qeydiyyatı haqqında sənəddə əvvəlki soyadım göstərilib, 
çünki  həmin  mənzili  ailə  qurmamışdan  qabaq  əldə  etmişəm. 
Bilmək istərdim, həmin mənzilin mülkiyyətimdə olmasına dair  
yeni sənəd almağım tələb olunurmu? 
Cavab:  Həmin  mənzil  artıq  Sizin  mülkiyyətinizdə 
olduğundan ona dair yeni daşınmaz əmlakın dövlət reyestrindən 
Çıxarışın  alınması  tələb  olunmur.  Gələcəkdə  Nikah  haqqında 
şəhadətnaməni  təqdim  etməklə  həmin  mənzil  barədə  əqd 
bağlaya, o cümlədən özgəninkiləşdirə bilərsiniz. 
Sual  23.  Qəzetdə  mənim  şərəf  və  ləyaqətimi  alçaldan 
məqalə çap edilmişdir, Məqalənin müəllifi məlum deyil, yalnız 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə