Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə


təxəllüs  göstərilmişdir.  Hüququmun  müdafiəsi  üçün  nə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

təxəllüs  göstərilmişdir.  Hüququmun  müdafiəsi  üçün  nə 
etməliyəm? 
Cavab:  Siz  şərəf  və  ləyaqətinizi  ləkələyən  məlumatların 
məhkəmə  qaydasında  təkzib  olunması  və  həmin  məlumatların 
yayılması  nəticəsində  vurulmuş  ziyanın  əvəzinin  ödənilməsi 
barədə  iddia  qaldıra  bilərsiniz.  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsi  Plenumunun  ―Şərəf  və  ləyaqətin  müdafiəsi  barədə 
qanunvericiliyin  məhkəmələr  tərəfindən  tətbiq  edilməsi 
təcrübəsi haqqında‖ 14 may 1999-cu il tarixli, 4 saylı Qərarının 
9-cu  bəndinə  əsasən  ―...  kütləvi  informasiya  vasitəsində 
yayılmış  şərəf  və  ləyaqəti  ləkələyən  məlumata  görə  kütləvi 
informasiya  vasitəsinin  redaksiyası  və  yazının  müəllifi 
cavabdeh  kimi  işə  cəlb  edilməlidir.  Redaksiya  hüquqi  şəxs 
olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh 
kimi tanınmalıdır. Müəllifin və yaxud redaksiyanın üçüncü şəxs 
kimi  işə  cəlb  edilməsi  qanuna  uyğun  hesab  edilmir.  Adsız  və 
yaxud  təxəllüslə  dərc  edilən  yazılarda  şərəf  və  ləyaqəti 
ləkələyən  məlumatlar  olduqda  məlumatı  dərc  edən  kütləvi 
informasiya  vasitəsi  cavabdehlik  daşıyır‖.  Bu  baxımdan  Siz 
iddia  qaldırdıqdan  sonra  məhkəmədən  xahiş  edə  bilərsiniz  ki, 
məqalənin  müəllifi  barədə  məlumatların  qəzet  tərəfindən 
təqdim edilməsini təmin etsin. Məqalənin müəllifi haqda zəruri 
məlumatı  aldıqdan  sonra  məhkəmədən  müəllifin  özünü  də 
ikinci cavabdeh kimi işə cəlb etməsini tələb edə bilərsiniz. 
  Sual  24.  Mülkiyyətimdə  olan,  lakin  yaşamadığım 
mənzilimi  müvəqqəti  qalması  üçün  2007-ci  ildə  qohumuma 
vermişdim.  Sonradan  həmin  mənzilə  ehtiyacım  (övladımın 
ailə qurması ilə əlaqədar) yarandığından qohumumdan xahiş 


etdim  ki,  mənzili  boşaltsın.  Lakin  qohumum  iddia  edir  ki, 
qanunun  tələbinə  görə  onun  həmin  mənzildən  istifadə 
hüququ  vardır  və  mən  onu  mənzildən  çıxara  bilmərəm. 
Bilmək istərdim, belə bir qanun varmı? 
Cavab:  Qeyd  edək  ki,  yaranmış  mübahisə  Azərbaycan 
Respublikası  Mülki  Məcəlləsinin  228.1  və  228.2-ci 
maddələrində  nəzərdə  tutulmuş  qaydada  həll  edilməlidir 
(―Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  228-ci 
maddəsinin  və  Mənzil  Məcəlləsinin  123-cü  maddəsinin  birinci 
hissəsinin  şərh  edilməsinə  dair‖  Azərbaycan  Respublikası 
Konstitusiya  Məhkəməsinin  27  iyul  2001-ci  il  tarixli  Qərarına 
əsasən).  
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  228.1-ci 
maddəsinə 
görə 
yaşayış 
binasının 
tərkib 
hissəsi 
mülkiyyətçisinin  ailə  üzvləri  və  digər  şəxslər  yaşayış 
binasından  istifadə  hüququna  bu  şərtlə  malikdirlər  ki,  həmin 
hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 
Həmin  Məcəllənin  228.2-ci  maddəsinə  görə  yaşayış 
binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, 
həyata  keçirilməsi  şərtləri  və  xitamı  mülkiyyətçi  ilə  bağlanan, 
notariat  qaydasında  təsdiqlənən  yazılı  razılaşma  ilə 
müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə 
hüququna  xitam  verilməsi  haqqında  razılaşma  olmadıqda  bu 
hüquqa  mülkiyyətçinin  məhkəmə  qaydasında  tələbinə  əsasən 
bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam 
verilə bilər. 


Sualınızın  məzmunundan  belə  başa  düşmək  olar  ki,  Siz 
qohumunuza  mənzildə  yaşamasına  yalnız  şifahi  razılıq  vermiş 
və  sizin  aranızda  notariat  qaydasında  təsdiqlənən  yazılı 
razılaşma  bağlanmamışdır.  Bu  baxımdan  qohumunuzun  Sizə 
məxsus 
mənzildən 
istifadə 
hüququ 
yaranmamışdır. 
Göstərilənlərə  əsasən  demək  olar  ki,  qohumunuzun  tələbi 
qanuna  uyğun  deyil  və  Siz  mülkiyyətçi  olaraq  mübahisəli 
mənzildən həmin şəxsin çıxarılmasını tələb edə bilərsiniz.  
Sual  25.  Mənzili  kirayəyə  götürərkən  yazılı  müqavilə 
bağlamaq lazımdırmı? 
Cavab:  Təcrübə  göstərir  ki,  əksər  hallarda  mənzili 
kirayəyə  götürərkən  kirayə  verənlə  kirayəçi  şifahi  razılığa 
gəlirlər.  Lakin  bu  hal  sonradan  hər  iki  tərəf  üçün  müəyyən 
problemlərin  yaranmasına  gətirib  çıxara  bilər.  Məsələn,  (A) 
kirayəyə verən  mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu 
halda  kirayəçi  çətin  vəziyyətdə  qalar.  Çünki  qısa  müddətdə 
uyğun qiymətə  mənzil tapmaq elə  də  asan  deyil. (B) Kirayəyə 
verən  növbəti  aydan  kirayə  haqqının  qiymətini  birtərəfli 
qaydada  artırdığını  bildirə  bilər.  (C)  Kirayəçi  mənzilə  və  ya 
qonşulara  zərər  vurduğu  halda  tərəflər  arasında  müqavilənin 
olması  kirayəyə  verənin  ona  dəymiş  zərəri  məhkəmə 
qaydasında tələb etməsinə kömək edəcəkdir. 
Qeyd  edilənlər  müqavilə  bağlanmasının  zəruriliyini 
şərtləndirən  faktiki  amillər  idi.  Qüvvədə  olan  mülki 
qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri 
obyektlərinə  dair  sərəncam  verilməsi  haqqında  müqavilələr 
notariat  qaydasında  təsdiqlənməlidir.  Əgər  mənzil  kirayəsi 
müqaviləsinin  müddəti  on  bir  aydan  çoxdursa,  onda  həmin 


hüquq  da  dövlət  qeydiyyatına  alınmalıdır  (―Daşınmaz  əmlakın 
dövlət reyestri haqqında‖ qanunun 19.1-ci maddəsi).  
Sual  26.  Böyük  məbləğdə  pul  vəsaiti  lazım  olduğundan 
yaşadığım  mənzili  ipoteka  qoymaqla  kredit  götürmək 
istəyirəm.  Bilmək  istərdim,  mənzili  ipoteka  qoyduqdan  sonra 
ailəmlə birlikdə orada yaşamağa davam edə biləcəyikmi? 
 
Cavab:  Bəli,  Siz  və  ailə  üzvləriniz  yaşadığınız  mənzili 
ipoteka  ilə  yüklü  etdikdən  sonra  da  həmin  mənzildə  yaşaya 
bilərsiniz.  Mənzilinizin  ipoteka  ilə  yüklü  edilməsi  Siz  və  ailə 
üzvlərinizə ondan istifadə etməyə mane olmur. 
Qeyd  edək  ki,  hətta  ipoteka  müqaviləsinə  sizin  həmin 
mənzildə  yaşamağınızı  qadağan  edən  şərt  qoyulsa  belə,  həmin 
şərt  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  312.4-cü 
maddəsinə  görə  etibarsızdır.  Həmin  maddəyə  görə  ipoteka 
verənin  ipoteka  saxlayan  qarşısında  öz  üzərinə  əşyanı 
özgəninkiləşdirməmək,  əşyadan  istifadə  etməmək  və  ya  onu 
digər  şəkildə  yüklü  etməmək  öhdəliyini  götürməsini  nəzərdə 
tutan razılaşma etibarsızdır. 
 
Sual 27.  Mənə  məxsus  0,06  sot  torpaq  sahəsini  notarial 
qaydada  oğluma  bağışlamaq  istəyirəm.  Bunu  üçün  notariata 
neçə manat dövlət rüsumu ödəməliyəm? 
 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  10.1.1-ci  maddəsinə  görə  daşınmaz 
əmlakın  (mənzillərin,  bağ  evlərinin,  qurğuların,  tikililərin, 
torpaqların  və  başqa  daşınmaz  əmlakın)  özgəninkiləşdirilməsi, 
mənzil  sahələrinin  və  bağ  evlərinin  müvəqqəti  istifadəyə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə