Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

verilməsi  barədə  müqavilələrin  təsdiqi  üçün  -  müqavilə  üzrə 
əmlak  ərə  (arvada),  uşaqlara,  valideynlərə,  babaya,  nənəyə, 
nəvəyə,  qardaşa,  bacıya  keçirsə,  7  manat  dövlət  rüsumu 
ödənilməlidir. 
Sual 28. Bu mübahisə çoxdandı davam edir. Hələ 1993-
cü ildə Q. Hüseynli küçəsindəki 19 nömrəli ünvanda yerləşən, 
1935-ci ildə heç bir hüquqverici sənəd olmadan dövlət nəfinə 
müsadirə  oliunmuş  baba  mülkümüzün  qaytarılması  üçün 
Gəncə şəhər icra hakimiyyətinə müraciət etmişik. Fevralın 12-
də  icra  hakimiyyətinin  başçısı  sərəncam  imzaladı  ki,  həmin 
mülk  və  onun  torpaq  sahəsinin  bir  hissəsi  mərhum  Hacı 
Rzayevin  vərəsələrinə  -  Rauf,  Yusif  və  Firuzə  Rzayevlərə 
qaytarılsın, uşaq bağçası yeni bina ilə təmin ediləndən sonra 
binanın  qalan  hissəsi  də  vərəsələrə  verilsin.  O  vaxtdan  bəri 
mübahisə  davam  edir.  Başçının  sərəncamından  əlavə  olaraq 
Gəncə  şəhəri  Nizami  rayon  məhkəməsinin  qətnaməsi  və 
Gəncə  şəhər  Apellyasiya  Məhkəməsinin  qərarı  olduğuna 
baxmayaraq  nə  təhsil  idarəsi  bağçanı  köçürür,  nə  də 
daşınmaz  əmlakın  dövlət  reyestr  xidməti  mülkiyyət 
hüququmuzu  təsdiq  edən  sənədi  vermir.  Bu  sahədə  bizə 
kömək göstərməyinizi xahiş edirik. 
Cavab: Mübahisə barədə ətraflı məlumatımız və müvafiq 
sənədlərlə  tanışlığımız  olmadığından  sualınıza  konkret  cavab 
vermək mümkün deyil. Lakin əgər hüququnuzun bərpası barədə 
hər  hansı  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qətnaməsi  varsa, 
şübhəsiz, həmin qətnamə icra edilməlidir. 
Sual  29.  Müqavilə  tərəfi  öz  öhdəliyini  lazımınca  icra 
etməmişdir.  Müqavilədə  bu  hal  üçün  penyanın  ödənilməli 


olması  şərtləşdirilmişdir.  Məhkəməyə  müraciət  etmədən 
penyanın tutulması mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin 
462.1-ci  maddəsinə  görə  dəbbə  pulu  (cərimə,  penya)  müqavilə 
ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca 
icra  edilmədiyi,  o  cümlədən  icranın  gecikdirildiyi  halda 
borclunun  kreditora  ödəməli  olduğu  pul  məbləğidir.  Aranızda 
yaranmış mübahisənin məhkəmədən kənar həlli qaydasında Siz 
müqavilə  üzrə  öhdəliyini  pozmuş  qarşı  tərəfə  şərtləşdirilmiş 
dəbbə  pulunu  (penyanı)  könüllü  şəkildə  ödəməsi  ilə  bağlı 
xəbərdarlıq  məktubu  yaza  bilərsiniz.  Qarşı  tərəf  Sizin 
məktubunuza  cavab  vermədikdə  və  ya  dəbbə  pulunu  könüllü 
ödəməkdən  imtina  etdikdə,  Siz  qanunla  müəyyən  edilmiş 
qaydada  dəbbə  pulunun  ödənilməsi  tələbi  ilə  məhkəməyə 
müraciət edə bilərsiniz.  
 
Sual  30.  Keçmiş  arvadımın  iddiası  ilə  mülkiyyətimdə 
olan mənzilə onun istifadə hüququ tanınmışdır. Lakin həmin 
mənzildə  birgə  yaşamağımız  mümkün  deyil.  Bu  səbəbdən  də 
kompensasiya ödəməklə keçmiş arvadımın istifadə hüququna 
xitam verilməsini istəyirəm. Bunu onun özünə təklif etsəm də, 
razılaşmamışdır. Bilmək istərdim, belə bir tələblə məhkəməyə 
müraciət  edə  bilərəm  və  bu  qanuna  uyğundur? 
Kompensasiyanın məbləği necə müəyyənləşdirilir? 
Cavab:  Azərbaycan  Respublikasının  Mülki  məcəlləsinin 
(AR  MM)  228.2-ci  maddəsinə  görə  yaşayış  binasının  tərkib 
hissəsindən  istifadə  hüququna  xitam  verilməsi  haqqında 


razılaşma  olmadıqda  bu  hüquqa  mülkiyyətçinin  məhkəmə 
qaydasında  tələbinə  əsasən  bazar  qiyməti  ilə  müvafiq 
kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 
Göründüyü  kimi,  Sizin  keçmiş  arvadınızın  yaşayış 
sahəsindən  istifadə  hüququna  bazar  qiyməti  ilə  müvafiq 
kompensasiya  verməsi  yolu  ilə  xitam  verilməsi  barədə 
məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. 
Kompensasiyanın 
məbləğinin 
hesablanmasının 
meyarlarına  dair  qanunda  konkret  göstəriş  yoxdur.  ―R. 
Ağalarovun  şikayəti  üzrə  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin  Mülki  işlər  üzrə  məhkəmə  kollegiyasının  31 
mart  2006-cı  il  tarixli  qərarının  Azərbaycan  Respublikasının 
Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına 
dair‖  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi 
Plenumunun  26  sentyabr  2007-ci  il  tarixli  qərarında 
göstərilmişdir ki, ―Kompensasiya institutu istifadəçiyə mənzilin 
bölünməsi  və  onun  dəyərindən  müəyyən  payın  ödənilməsini 
tələb  etmək  hüququnu  verməsə  də,  o,  yaşayış  sahəsindən 
istifadə  etmək  hüququnun  adi  xitamını  deyil,  onun  elə  bir 
əvəzləşdirilməsini  nəzərdə  tutur  ki,  mülkiyyətçinin  hesabına 
istifadəçiyə  davamlı  surətdə  və  müəyyən  müddət  daxilində 
başqa  yerdə  əvvəlki  mənzildə  ona  xas  olmuş  şəraitlə 
müqayisədə oxşar yaşamaq imkanı versin‖. Lakin qeyd edək ki, 
kompensasiyanın  məbləğinin  müəyyənləşdirilməsi  ilə  bağlı 
məhkəmə təcrübəsi kifayət qədər fərqlidir.  
 
Sual 31. Atamızdan miras qalmış fərdi yaşayış evi mənim 
və iki qardaşımın paylı mülkiyyətindədir. Qardaşlarımdan biri 
borc  götürmüş,  lakin  indiyədək  qaytara  bilməmişdir.  Bilmək 


istərdim,  həmin  borcun  qaytarılması  atamızdan  miras  qalmış 
evin hesabına həyata keçirilə bilərmi? 
Cavab:  Əgər  qardaşınızın  başqa  əmlakı  borcunun 
ödənilməsinə kifayət etməzsə, onda kreditor (yəni qardaşınızın 
borclu olduğu şəxs) atanızdan miras qalmış evdəki qardaşınıza 
məxsus payın naturada ayrılmasını tələb edə bilər (Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi, 224.1-ci maddə). 
  Əgər  qardaşınızın  payının  naturada  ayrılması  mümkün 
deyildirsə  və  ya  siz  (Siz  və  digər  qardaşınız)  buna  (yəni  payın 
naturada  ayrılmasına)  etiraz  edirsizinsə,  kreditorun  ixtiyarı  var 
ki,  qardaşınızın  öz  payını  bazar  qiyməti  ilə  sizə  satmasını  və 
satışdan  əldə  edilmiş  vəsaitin  borcun  ödənilməsinə 
yönəldilməsini  tələb  etsin.  Əgər  siz  qardaşınızın  payını 
almaqdan  imtina  etsəniz,  onda  kreditor  tutmanın  qardaşınızın 
ümumi mülkiyyət hüququndakı (fərdi yaşayış evindəki) payına 
onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə 
qaydasında tələb edə bilər  (Azərbaycan Respublikasının Mülki 
Məcəlləsi, 224.2-ci maddə). 
Sual  32.  Atam  götürdüyü  borc  pul  müqabilində  özünə 
məxsus mənzili ipoteka qoymuşdur. Atam həmin mənzili mənə 
vəsiyyət  etmiş,  lakin  borcunu  tam  ödəyib  qurtarmadığından 
mənzil ipoteka ilə yüklü olaraq qalmışdır. Mən atamın yeganə 
vərəsəsiyəm.  Bilmək  istərdim,  mənzilin  mülkiyyətçisi  mən, 
yoxsa ipoteka saxlayan olacaq? 
Cavab:  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin 
274-cü maddəsinə görə girov qoyulmuş və ya ipoteka ilə yüklü 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə