Azərbaycan İpoteka Fondu



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü0,54 Mb.
#65667


“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 

Azərbaycan  Respublikasında  əhalinin  mənzilə  olan  tələbatının  ödənilməsi  və  məişət 



şəraitinin  yaxşılaşdırılması  dövlətin  sosial-iqtisadi  siyasətində  əsas  yer  tutur.  Son  illər  bu 

istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan  əhali 

qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilmiş, 17 mindən artıq ailəyə 700 milyon 

manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın 

ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilmişdir.  

Bu  sahədə  görülən  işlərə  baxmayaraq,  əhalinin,  xüsusilə  də  gənc  və  aztəminatlı  ailələrin 

mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün 

bu  kateqoriyadan  olan  insanların  əlverişli  maliyyələşdirmə  vasitələrinə,  o  cümlədən  ipoteka 

kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 

sosial  qayğıya  ehtiyacı  olan  əhali  qruplarının  mənzil  təminatının  yaxşılaşdırılması  ilə  bağlı  işləri 

sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  İpoteka  Fondunun 

yenidən  təşkili  yolu  ilə  səhmləri  dövlətə  məxsus  “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın. 

2.  Cəmiyyət  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  İpoteka 

Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. 

3. Müəyyən edilsin ki,  

3.1. Cəmiyyət Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka 

kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və 

xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir

3.2. Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;



 i

 

3.3. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad 



edilməsi,  habelə  onların  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilməsi  Azərbaycan 

Respublikasının Prezidenti tərəfindən həyata keçirilir

3.4.  Cəmiyyətin  yenidən  təşkili  və  ləğvi  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

həyata keçirilir



3.5.  Cəmiyyətin  güzəştli  ipoteka  kreditləşməsinə  cəlb  etdiyi  vəsait,  yaşayış  sahəsinin  1  kvadratmetri 

üçün  hesablanan  qiyməti  güzəştli  ipoteka  kreditinin  verilmə  tarixinə  Bakı  şəhəri,  habelə  onun  qəsəbə  və 


kəndləri  üzrə  zonalarda,  ölkənin  digər  şəhər  və  rayon  ərazilərində  orta  bazar  qiymətindən  artıq  olmayan 

yaşayış sahələrinin alınmasına yönəldilir;

 ii

 

3.6.  2005-2015-ci  illər  ərzində  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  Azərbaycan 



Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan  İpoteka  Fonduna  ayrılmış  vəsaitlər 

Cəmiyyətin nizamnamə kapitalına aid edilir. 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

4.1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar 

barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etsin; 


4.2.  çoxmənzilli  binaların  tikintisi  üçün  tikintiyə  icazələrin  verilməsi,  həmin  binaların 

istismarına  icazə  verilməsi,  habelə  yaşayış  evlərinin  tikintisi  üçün  məlumatlandırma  icraatı 

prosedurlarının  sadələşdirilməsi  və  sürətləndirilməsi  ilə  bağlı  təkliflərini  bir  ay  müddətində 

hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

4.3.  ipoteka  ilə  yüklü  edilmiş  daşınmaz  əmlaka  tələbin  yönəldilməsi  mexanizminin,  o 

cümlədən  hərracların  keçirilməsi  qaydalarının  təkmilləşdirilməsi  ilə  bağlı  təkliflərini  bir  ay 

müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

4.4.  Azərbaycan  Respublikası  Prezidentinin  aktlarının  bu  Fərmana  uyğunlaşdırılması  ilə 

bağlı  təkliflərini  iki  ay  müddətində  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim 

etsin; 


4.5.  Cəmiyyətin  Nizamnaməsini  və  müşahidə  şurasının  tərkibini  bir  ay  müddətində 

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin; 

4.6.  Cəmiyyətin  vəsaiti  hesabına  ipoteka  kreditlərinin,  o  cümlədən  güzəştli  ipoteka 

kreditlərinin  verilməsi  qaydalarını  bir  ay  müddətində  Azərbaycan  Respublikasının  Prezidenti  ilə 

razılaşdıraraq təsdiq etsin;

iii

 

4.7. bu Fərmanın 3.5-ci bəndində nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi 



qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin; 

4.8.  Cəmiyyətin  uzunmüddətli  (beş  ildən  artıq)  ipoteka  istiqrazlarına  dövlət  zəmanətinin 

verilməsi  şərtlərini  və  mexanizmini,  onların  emissiyasının  illik  həcmini,  güzəştli  ipoteka 

kreditlərinin  maliyyələşdirilməsinə  yönəldilən  hissəsini  bir  ay  müddətində  müəyyən  edib 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

4.9.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  normativ  hüquqi  aktlarının  bu  Fərmana 

uyğunlaşdırılmasını  üç  ay  müddətində  təmin  edib  Azərbaycan  Respublikasının  Prezidentinə 

məlumat versin; 

4.10.  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  bu  Fərmana 

uyğunlaşdırılmasını  nəzarətdə  saxlasın  və  bunun  icrası  barədə  beş  ay  müddətində  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin; 

4.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 




5. Azərbaycan Respublikasının Mərkəzi Bankı: 

5.1.  Cəmiyyətin  yaradılması  ilə  əlaqədar  müvafiq  təhvil-təslim  işlərini  bir  ay  müddətində 

həyata keçirsin; 

5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qiymətli 

Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və 

likvidliyinin  təmin  olunması  üçün  müvafiq  tədbirlər  görsün  və  nəticəsi  barədə  Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin. 

6.  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  dövlət  zəmanətli  ipoteka  istiqrazlarının 

emissiyası  üçün  tələb  olunan  maliyyə  təminatının  “Azərbaycan  Respublikasının  2015-ci  il  dövlət 

büdcəsi  haqqında”  Azərbaycan  Respublikasının  2014-cü  il  28  noyabr  tarixli  1105-IVQ  nömrəli 

Qanununda  təsbit  edilmiş  daxili  dövlət  borclanmasının  yuxarı  həddində  (limitində)  nəzərə 

alınmasını,  növbəti  illərin  dövlət  büdcəsinin  layihəsinin  tərtibi  zamanı  müvafiq  vəsaitin 

proqnozlaşdırılmasını təmin etsin.  

7.  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi  və  Azərbaycan  Respublikasının  Əmlak 

Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsünlər. 

8.  Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 

normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin 

edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 



 

İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 27 oktyabr 2015-ci il 



                 № 661 

 

 



 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

22 iyun 2016-cı il tarixli 940 nömrəli

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” 

qəzeti, 23 iyun 2016-cı il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 

№ 6, maddə 1036) 

2.

 

4 aprel 2017-ci il tarixli 1311 nömrəli

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 

5  aprel  2017-ci  il,  №  69,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  4, 

maddə 525) 

3.

 

13 iyul 2017-ci il tarixli 1529 nömrəli

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 

21 iyul 2017-ci il, № 155) 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 



 

 

                                                           



i

 

13 iyul 2017-ci il tarixli 1529 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 

21 iyul 2017-ci il, № 155) ilə 3.2-ci bənddən “və təftiş komissiyası” sözləri çıxarılmışdır. 

 

ii

 

22 iyun 2016-cı il tarixli 940 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” 

qəzeti,  23  iyun  2016-cı  il,  №  134,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2016-cı  il,  №  6, 

maddə 1036) ilə 3.5-ci bənd yeni redaksiyada verilmişdir. 

 

Əvvəlki redaksiyada deyilirdi: 



3.5.  Cəmiyyətin  ipoteka  kreditləşməsinə  cəlb  etdiyi  vəsait,  yaşayış  sahəsinin  1  kvadratmetri  üçün 

hesablanan  qiyməti  ipoteka  kreditinin  verilmə  tarixinə  ölkənin  şəhər  və  rayon  ərazilərinin  müvafiq 

zonalarında  orta  bazar  qiymətindən  artıq  olmayan,  təmir  edilmiş,  Azərbaycan  Respublikasının  Şəhərsalma 

və  Tikinti  Məcəlləsinə  uyğun  istismarına  icazə  verilmiş  çoxmənzilli  binalardakı  mənzillərin  və 

məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış 

evlərinin alınmasına yönəldilir; 

 

4 aprel 2017-ci il tarixli 1311 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 

aprel 2017-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 525) 

ilə  3.5-ci  bəndində  “  təmirli”  sözləri  “və  Azərbaycan  Respublikası  Prezidentinin  aktları  ilə  ayrı  qayda 



nəzərdə tutulmayıbsa, təmirli” sözləri ilə əvəz edilmişdir. 

 

13 iyul 2017-ci il tarixli 1529 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 

21 iyul 2017-ci il, № 155) ilə 3.5-ci bənd yeni redaksiyada verilmişdir. 

 

Əvvəlki redaksiyada deyilirdi: 



3.5.  Cəmiyyətin  ipoteka  kreditləşməsinə  cəlb  etdiyi  vəsait,  yaşayış  sahəsinin  1  kvadratmetri  üçün  hesablanan 

qiyməti  ipoteka  kreditinin  verilmə  tarixinə  Bakı  şəhəri,  habelə  onun  qəsəbə  və  kəndləri  üzrə  zonalarda,  ölkənin  digər 

şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə 

ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına yönəldilir; 

 



                                                                                                                                                                                                  

iii

 

22 iyun 2016-cı il tarixli 940 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” 

qəzeti,  23  iyun  2016-cı  il,  №  134,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2016-cı  il,  №  6, 

maddə 1036) ilə 4.5-ci və 4.6-cı bəndlər ləğv edilmişdir. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə