Azərbaycan İpoteka Fondu



Yüklə 56,43 Kb.
Pdf görüntüsü
tarix02.04.2018
ölçüsü56,43 Kb.
#35813


“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən 

artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin

onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin 

maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nın

 

təsdiq 



edilməsi barədə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 

“Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  yaradılması  haqqında” 



Azərbaycan Respublikası Prezidentinin 

2015-ci il 27 oktyabr tarixli 661 nömrəli

Fərmanının 

4.8-ci  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti qərara alır:

 

“Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  uzunmüddətli  (beş  ildən 



artıq)  ipoteka  istiqrazlarına  dövlət  zəmanətinin  verilməsi  şərtlərinin  və  mexanizminin, 

onların  emissiyasının  illik  həcminin,  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 

yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 



 

Bakı şəhəri, 5 oktyabr 2016-cı il

 

                     № 381



 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



2016-cı il 5 oktyabr tarixli 381 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir.



 

 

 

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən 



artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, 

onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin 

maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi

 

 

 

QAYDASI

 

 

 

1. Ümumi müddəa

 

 

 

1.1. Bu Qayda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması 



haqqında” 

Azərbaycan 

Respublikası 

Prezidentinin 

2015-ci 

27 


oktyabr 

il 


tarixliFərmanının 4.8-ci  bəndinə  uyğun  olaraq  hazırlanmışdır  və “Azərbaycan  İpoteka 

Fondu” ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin 




verilməsi  şərtləri  və  mexanizmini,  onların  emissiyasının  illik  həcmini,  güzəştli  ipoteka 

kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.

 

 

 



2. Əsas anlayışlar

 

 

 

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:



 

2.1.1. dövlət zəmanəti - Zamin tərəfindən Emitentin emissiya etdiyi dövlət zəmanəti 

ilə təmin edilmiş ipoteka istiqrazları (bundan sonra – ipoteka istiqrazları) üzrə öhdəliklərin 

yerinə yetirilməsinin təminatı məqsədi ilə verilmiş yazılı öhdəlik;

 

2.1.2. Emitent - ipoteka istiqrazlarının emissiyasını bu Qaydaya uyğun həyata keçirən 



“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti;

 

2.1.3. Emitentin  ödəniş  agenti -  Azərbaycan  Respublikasının  Milli  Depozit  Mərkəzi. 



Emitentin  ödəniş  agentinin  əsas  funksiyasına  istiqrazlar  üzrə  öhdəliklərin  yerinə 

yetirilməsi daxildir;

 

2.1.4. istiqrazın  emissiyası  haqqında  qərar –  ipoteka  istiqrazlarının  buraxılması 



haqqında  “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  İdarə  Heyətinin 

qərarı;


 

2.1.5. istiqraz  mülkiyyətçiləri -  istiqrazlar  üzrə  mülkiyyət  hüququ  mərkəzi 

depozitarda qeydə alınmış hüquqi və ya fiziki şəxslər;

 

2.1.6. Zamin - 



Azərbaycan 

Respublikası 

adından 

çıxış 


edən 

Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi;

 

2.1.7. Zaminin ödəniş agenti - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət 



Xəzinədarlığı Agentliyi.

 

 



 

3. İpoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri

 

 

 

3.1. Azərbaycan Respublikası adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə 



öhdəliklərin  icrasını  təmin  edən  icra  hakimiyyəti  orqanı  qismində  Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) çıxış edir.

 

3.2.  Zamin  tərəfindən  dövlət  zəmanəti  üzrə  öhdəliklər  ipoteka  istiqrazlarının 



emissiya  şərtlərində  nəzərdə  tutulmuş  ipoteka  istiqrazlarının  nominal  dəyəri  və  (və  ya) 

onlar  üzrə  qismən  və  ya  tam  faiz  ödənişləri  üzrə  öhdəliklərin  Emitent  tərəfindən  yerinə 

yetirilmədiyi təqdirdə icra edilir. Emitent tərəfindən ipoteka istiqrazlarının mülkiyyətçiləri 

qarşısında  digər  öhdəliklərin  gecikdirilmiş  icrası  və  ya  icra  olunmaması  zaminlik 

predmetinə aid edilmir.

 

3.3.  Emitentin  ipoteka  istiqrazlarının  buraxılışı  dövlət  qeydiyyatına  alındığı  andan 



etibarən  dövlət  zəmanəti  qüvvəyə  minir  və  zəmanət  ipoteka  istiqrazlarının  dövriyyə 

müddəti  ərzində  qüvvədə  qalır.  İpoteka  istiqrazları  üzrə  öhdəliklərin  icrası  tam  başa 

çatdıqdan sonra zəmanətə xitam verilir.

 

3.4.  Emitentin  emissiya  etdiyi  ipoteka  istiqrazlarının  nominalı  Azərbaycan 



Respublikasının milli valyutasında ifadə edilir.

 



3.5.  Emitent  tərəfindən  emissiya  edilən  ipoteka  istiqrazları  üzrə  dövlət  zəmanətinin 

məbləği  Zamin  tərəfindən  müvafiq  il  üzrə  dövlət  büdcəsi  haqqında  Azərbaycan 

Respublikası  Qanununun dövlət  zəmanətlərinin  məbləğinin yuxarı  həddində  (limitində) 

nəzərə alınır.



 

[1]

 

3.6.  Emitentin  emissiya  etdiyi  ipoteka  istiqrazları  üzrə  dövlət  zəmanətinin  xüsusi 



şərtləri Zamin ilə Emitent arasında bağlanan Zəmanət Sazişi ilə müəyyən olunur. Zəmanət 

Sazişində  emissiya  edilən  ipoteka  istiqrazlarına  dövlət  zəmanətinin  verilməsinin  əsas 

şərtləri, Zaminin və Emitentin hüquq və öhdəlikləri təsbit olunur.

 

3.7.  Emitentin  emissiya  etdiyi  ipoteka  istiqrazları  dövriyyədə  olduğu  müddətdə 



Emitent  tərəfindən  cəlb  edilən  bütün  kreditor  borcları,  o  cümlədən  zəmanətsiz  emissiya 

ediləcək istiqrazların buraxılışı Zaminlə razılaşdırılır.

 

3.8.  Dövlət  zəmanəti  üzrə  öhdəliklərin  icrası  Azərbaycan  Respublikası  Nazirlər 



Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti 

ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və 

istifadəsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

 



 

4. İpoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi mexanizmi

 

 

 

4.1.  Emitent  hər  il  sentyabr  ayının  1-dək  dövlət  zəmanətinin  verilməsi  üzrə  rəsmi 



müraciətlə yanaşı, aşağıdakı sənədləri Zaminə təqdim edir:

 

4.1.1 ipoteka istiqrazlarının emissiyası haqqında qərar;



 

4.1.2. dövlət zəmanəti tələb edilən borcalmanın məqsədini şərh edən biznes-plan;

 

4.1.3.  növbəti  il  ərzində  buraxılması  nəzərdə  tutulan  istiqrazların,  o  cümlədən, 



ipoteka istiqrazlarının emissiyası haqqında məlumat (buraxılışların həcmi, ehtimal olunan 

gəlirlilik dərəcəsi, faizlərin ödənilməsi qaydası);

 

4.1.4. müstəqil auditor tərəfindən təsdiq edilmiş son iki il üçün maliyyə hesabatları;



 

4.1.5.  kredit  təşkilatlarına  borcu,  digər  borcları  və  onlara  xidmət  göstərilməsi 

haqqında məlumatı özündə əks etdirən İdarə Heyəti sədrinin məktubu;

 

4.1.6. lisenziyaya malik olan investisiya şirkəti və ödəniş agenti ilə müqavilə.



 

4.2.  Zamin  təqdim  edilmiş  sənədlər  əsasında  müvafiq  il  üzrə dövlət  zəmanətlərinin 



məbləğinin yuxarı həddinə (limitinə) uyğun olaraq dövlət zəmanətinin məbləğini müəyyən 

edir və bu məbləğ çərçivəsində ipoteka istiqrazlarının nominal dəyərinin və (və ya) onlar 

üzrə qismən və ya tam faiz ödənişlərinin dövlət zəmanəti ilə təmin edilməsinə dair qərar 

verir və dövlət zəmanəti Maliyyə Nazirliyi tərəfindən  imzalanır. Qərar verildikdən sonra 

Zaminlə Emitent arasında Zəmanət Sazişi bağlanılır.

 [2]

 

4.3.  Emitent  dövlət  zəmanəti  ilə  təmin  edilmiş  ipoteka  istiqrazlarının  hər  buraxılışı 



zamanı  həmin  ipoteka  istiqrazlarının  yerləşdirmə  qiymətini  Zaminlə  razılaşdırır.  İpoteka 

istiqrazlarının yerləşdirmə qiyməti Zamini qane etmədiyi təqdirdə, Zamin həmin  istiqraz 

buraxılışına dövlət zəmanətinin verilməsindən imtina etmək hüququna malikdir.

 

4.4.  İpoteka  istiqrazlarının  yerləşdirilməsi  başa  çatdıqdan  sonra  Emitent  tərəfindən 



hər bir hərracın nəticələri haqqında hesabat Zaminə təqdim edilir.

 



4.5.  Emitent  tərəfindən  ipoteka  istiqrazları  vasitəsilə  əldə  edilmiş  vəsaitin  istifadəsi 

haqqında icmal-hesabat Zaminə rüblük olaraq təqdim edilir.

 

 

 



5. İpoteka istiqrazlarının emissiyasının illik həcmi, güzəştli ipoteka kreditlərinin 

maliyyələşdirilməsinə yönəldilən hissəsi

 

 



 

5.1.  “Azərbaycan  İpoteka  Fondu”  ASC-nin  uzunmüddətli  ipoteka  istiqrazlarının 

emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən 

hissəsi  barədə  təkliflər  ətraflı  bazar  araşdırmasına  əsaslanaraq  həmin Cəmiyyət  tərəfindən 



hazırlanır.

 [3]

 

5.2. “Azərbaycan  İpoteka  Fondu”  ASC ipoteka  istiqrazlarının  emissiyasının  illik  həcmi 



və  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə  yönəldilən  hissəsi  üzrə 

təklifləri Maliyyə  Nazirliyi  ilə  razılaşdırırHəmin  təkliflər  razılaşdırıldıqdan  sonra  ipoteka 



istiqrazlarının  emissiyasının  illik  həcminin  və  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 

yönəldilən  hissəsinin  müəyyən  edilməsi  üçün  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

təqdim edilir.

 [4]

 

5.3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  edildikdən  sonra 



Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa 

daxil  edilməsi  üçün  təkliflərin  hazırlanması  zamanı  ipoteka  istiqrazlarının  emissiyasının  illik 

həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alır.

[5]

 

 



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

 



14 dekabr 2017-ci il tarixli 552 nömrəli

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” 



qəzeti, 15 dekabr 2017-ci il, № 277

  

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



 

 

 



[1]

 

14  dekabr  2017-ci  il  tarixli 552 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Xalq”  qəzeti,  15  dekabr  2017-ci  il,  №  277)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin 

və  mexanizminin,  onların  emissiyasının  illik  həcminin,  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 

yönəldilən  hissəsinin  müəyyən  edilməsi  Qaydası”nın  3.5-ci  bəndində  “daxili  dövlət  borclanmasının” 

sözləri “dövlət zəmanətlərinin məbləğinin” sözləri ilə əvəz edilmişdir. 

  

[2]

 

14  dekabr  2017-ci  il  tarixli 552 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Xalq”  qəzeti,  15  dekabr  2017-ci  il,  №  277)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin 

və  mexanizminin,  onların  emissiyasının  illik  həcminin,  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 




yönəldilən  hissəsinin  müəyyən  edilməsi  Qaydası”nın  4.2-ci  bəndində  “daxili  dövlət  borcunun”  sözləri 

dövlət zəmanətlərinin məbləğinin” sözləri ilə əvəz edilmişdir. 

  

[3]

 

14  dekabr  2017-ci  il  tarixli 552 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Xalq”  qəzeti,  15  dekabr  2017-ci  il,  №  277)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin 

və  mexanizminin,  onların  emissiyasının  illik  həcminin,  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 

yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nın 5.1-ci bəndində “Cəmiyyətin İdarə Heyəti tərəfindən 

Müşahidə Şurasına təqdim edilir” sözləri “Cəmiyyət tərəfindən hazırlanır” sözləri ilə əvəz edilmişdir. 

  

[4]



 

14  dekabr  2017-ci  il  tarixli 552 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Xalq”  qəzeti,  15  dekabr  2017-ci  il,  №  277)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin 

və  mexanizminin,  onların  emissiyasının  illik  həcminin,  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 

yönəldilən  hissəsinin  müəyyən  edilməsi  Qaydası”nın  5.2-ci  bəndində “Müşahidə  Şurası”  sözləri 

Azərbaycan  İpoteka  Fondu”  ASC”  sözləri  əvəz  edilmişdir, “təsdiqlədikdən  sonra  razılaşdırılması  üçün 



Maliyyə Nazirliyinə təqdim edir” sözləri “Maliyyə Nazirliyi ilə razılaşdırır” sözləri ilə əvəz edilmişdir və 

yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. 

  

[5]

 

14  dekabr  2017-ci  il  tarixli 552 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Xalq”  qəzeti,  15  dekabr  2017-ci  il,  №  277)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar 

Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin 

və  mexanizminin,  onların  emissiyasının  illik  həcminin,  güzəştli  ipoteka  kreditlərinin  maliyyələşdirilməsinə 

yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nın 5.3-cü bəndi yeni redaksiyada verilmişdir. 

  

əvvəlki redaksiyada deyilirdi: 



5.3.  Maliyyə  Nazirliyi  müvafiq  il  üzrə  dövlət  büdcəsi  haqqında  Azərbaycan  Respublikasının 

Qanununa  daxil  edilməsi  üçün  daxili  dövlət  borclanmasının  yuxarı  həddi  (limiti)  barədə  təkilflərin 

hazırlanması  zamanı  ipoteka  istiqrazlarının  emissiyasının  illik  həcmi  və  güzəştli  ipoteka  kreditlərinin 

maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alır. 



 

Yüklə 56,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə