Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair tədqiqatın nəticələri



Yüklə 459 Kb.
tarix15.11.2018
ölçüsü459 Kb.
#79846


Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair tədqiqatın nəticələri


Bələdiyyə assosiasiyalarının statusu: beynəlxalq təcrübə

  • Effektiv bələdiyyə institutunun formalaşması özünüidarə birliklərinin səmərəli fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır

  • Lakin bu birliklərə yalnız bələdiyyələrarası əməkdaşlığın bir forması kimi baxmaq səhv yanaşmadır

  • Çünki belə yanaşma yerli özünüidarə assosiasiyalarının statusunu xeyli aşağı salır

  • Bələdiyyə birlikləri yerli özünüidarə orqanları arasında əməkdaşlıq formatından daha çox, mərkəzi hökumət qarşısında həmin orqanların maraqlarını təmsil edən institutdur

  • Odur ki, beynəlxalq təcrübədə assosiasiyaların fəaliyyətinin effektivliyi məhz onun öz üzvlərinin maraqlarını təmsil etmə bacarığı əsasında qiymətləndirilir.



Azərbaycanda bələdiyyə assosiasiyalarının statusu

  • Azərbaycanda bələdiyyə birlikləri təxminən 3 il əvvəl yaranıb

  • Hazırda kənd, qəsəbə və şəhər bələdiyyələrinin təmsil olunduğu 3 müxtəlif Assosiasiya fəaliyyət göstərir

  • Bələdiyyələrin təxminən 85 faizi (2450-dək qurum) kənd, 9 faizi qəsəbə (230-dan çox bələdiyyə), yerdə qalanı isə (təxminən 80) şəhər assosiasiyasında birləşib



Tədqiqatın qarşısında duran suallar

  • Ötən dövrdə ölkədə əksmərkəzləşmənin dərinləşməsi, bələdiyyə institutunun inkişafı istiqamətində yerli özünüidarə birlikləri hansı ciddi təşəbbüslərlə çıxış edib

  • Yarandığı dövrdən indiyədək bələdiyyə birlikləri nə dərəcədə öz mandatına uyğun fəaliyyət göstərib

  • Bu qurumların potensialı (xüsusilə də kadr resursları) onların öz missiyasına uyğun çalışmasına imkan yaradıbmı

  • Üzv-bələdiyyələr, müstəqil ekspertlər, həmçinin bələdiyyə birliklərinin təmsilçiləri assosiasiyaların fəaliyyətində hansı problemləri daha qabarıq müşahidə edir



Tədqiqat üçün seçilmiş vasitələr

  • Bələdiyyə birliklərinin fəaliyyəti sahəsində beynəlxalq təcrübənin Azərbaycan təcrübəsilə müqayisəsi

  • Bu qurumların fəaliyyətilə bağlı Avropa Şurasının standartları

  • Azərbaycanda bələdiyyə birliklərinin fəaliyyətinin hüquqi əsaslarının qiymətləndirilməsi

  • Ekspertlərin müəyyənləşdirdiyi meyarlar əsasında Azərbaycan KBA-nın fəaliyyətinin qiymətləndirlməsi

  • Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən və KBA-da təmsil olunan bələdiyyələr arasında keçirilən sorğular

  • Müstəqil ekspertlərdən, media nümayəndələrindən və rəsmi qurumların təmsilçilərindən götürülmüş müsahibələr



Assosiasiyaların fəaliyyəti sahəsində beynəlxalq təcrübə

  • Bələdiyyə birliklərinin formalaşması sahəsində beynəlxalq təcrübədə 3 müxtəlif modelə rast gəlinir

  • Birinci modeldə vahid ümumölkə Assosiasiyası fəaliyyət göstərir və yerli özünüidarə qurumları bilavasitə həmin birliyə üzv olurlar

  • İkinci modeldə bələdiyyələrin təmsil etdiyi inzibati-ərazinin tipindən (şəhər, kənd, rayon və s.) asılı olaraq ümumölkə miqyaslı müxtəlif birliklər fəaliyyət göstərir və bələdiyyələr özünün inzibati-ərazi tipinə uyğun Assosiasiyada təmsil olunurlar

  • Üçüncü model «çətir» birlikləri adlandırılır ki, bu halda vahid ümumölkə Assosiasiyasında bələdiyyələr birbaşa deyil, üzv olduqları regional birliklər vasitəsilə təmsil olunurlar

  • AŞ-nın saytında (www.coe.int) verilən məlumata görə, Şuraya üzv dövlətlər arasında bir və çox Assosiasiyalı ölkələrin sayı təxminən eynidir



Assosiasiyaların fəaliyyəti sahəsində beynəlxalq təcrübə

  • Çexiya, Finlandiya, Kipr, Bolqarıstan, Xorvatiya, İslandiya, Norveç, Lüksemburq, Malta və Türkiyədə bir Assosiasiya fəaliyyət göstərir. İsveç, Niderland, Sloveniya və Yunanıstanda bu qurumların sayı ikidir

  • Bəzi ölkələrdə bu cür birliklərin sayı daha çoxdur. Məsələn, Rumıniyada 5 (böyük şəhər bələdiyyələrinin merlərinin, kommunaların, bələdiyyələrin, dairə bələdiyyə şuralarının və şəhərlərin), Ukraynada üç (şəhər, kənd, yerli və regional hakimiyyətlər) asossiasiya mövcuddur

  • Bələdiyyələrin öz birliklərini yaratması hüququ bəzi ölkələrdə (Estoniya, Avstriya, Bolqarıstan, Portuqaliya, Macarıstan və s.) konstitusiya, digər qism ölkələrdə isə qanunlar vasitəsilə tanınır

  • Amma məsələn, Böyük Britaniya və İsveçdə qanunvericilikdə belə bir hüquq təbit olunmur və onların yaranması tarixi ənənələrə əsaslanır

  • Fərqli modellərin tətbiqinə baxmayaraq dünya təcrübəsində milli bələdiyyə Assosiasiyalarının məqsədi eynidir

  • Bura yerli özünüidarə orqanlarının fəaliyyətilə bağlı bütün üzvlərlə razılaşdırılmış mövqenin formalaşdırılması və bələdiyyələrin maraqlarının təmsil olunması daxildir



Avropa Şurasının bələdiyyə birliklərinin fəaliyyətilə bağlı mövqeyi

  • AŞ Yerli Özünüidarəyə dair Xartiyasının 10-cu maddəsi yerli özünidarə orqanlarının birləşmə hüququnu təsbit edir

  • 10.1-ci maddə: bələdiyyələr öz səlahiyyətlərini həyata keçirən zaman ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi üçün digər yerli özünidarə orqanları ilə əməkdaşlıq etmək və qanunla müəyyən edilmiş hüdudlarda onlarla birləşmək hüququna malik olmalıdır

  • 10.2-ci maddə: üzv dövlətlərdə bələdiyyələrin ümumi maraqlarının qorunması və inkişafı üçün onların assosiasiyalara və yerli özünidarə orqanlarının beynəlxalq birliklərinə daxil olmaq hüququ tanınmalıdır

  • 4.6-cı maddə: hökumət yerli özünidarə orqanlarına bilavasitə aidiyyatı olan məsələlərlə bağlı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqanlarla məsləhətləşməli və mümkün olduğu qədər bu cür məsləhətləşmələrə qabaqcadan başlamalıdır

  • 5-ci maddə: ərazi hüdudlarının istənilən formada dəyişilməsi zamanı bələdiyyələrlə qabaqcadan məsləhətləşmə aparılmalıdır

  • AŞ-nin 2005-ci ildə qəbul etdiyi «Yerli hakimiyyət orqanları ilə məsləhətləşmə» adlı 171 saylı Tövsiyə: səmərəli idarəetməni təmin etmək məqsədilə yerli hakimiyyət orqanları ilə məsləhətləşmələr siyasi qərarların və inzibati proseslərin ayrılmaz tərkib hissəsi olmalıdır



Avropa Şurasının bələdiyyə birliklərinin fəaliyyətilə bağlı mövqeyi

  • Tövsiyə sənədinin 7 və 13-cü bəndləri: mərkəzi hökumətlə bələdiyyələr arasında informasiya və rəy mübadiləsinin arasıkəsilməz mexanizmidir və üzv ölkələrin təcrübəsində həmin məsləhətləşmələrin bir qayda olaraq yerli özünüidarə qurumlarının assosiasiyyaları vasitəsilə baş tutmalıdır

  • AŞ ekspertləri üzv ölkələrdə məsləhətləşmələrin səmərəliliyini artırmaq üçün aşağıdakı addımların atılmasını zəruri hesab edir:

  • yerli hakimiyyət orqanlarının mərkəzi hökumətlə məsləhətləşmə hüququ milli qanunvericilikdə təsbit olunmalıdır

  • mərkəzi hökumətlər yerli hakimiyyətlərin assosiasiyalarını məsləhətləşmələrdə tərəf kimi qəbul etdiyini rəsmi olaraq bəyan etməlidir;

  • yerli və regional assosiasiyaların inkişafı dəstəklənmələdir

  • Mərkəzi hökumətlər müntəzəm olaraq bələdiyyələri onların səlahiyyətləri və məsuliyyəti, vergi əksmərkəzləşməsi və maliyyə vəsaitlərinin ayrılması kimi məsələlərin müzakirəsinə cəlb etməlidir

  • Məsləhətləşmələrin müntəzəmliyini asanlaşdırmaq üçün assosiasiya və mərkəzi hökumət orqanlarının nümayəndələrinin birgə təmsil olunduğu konsultativ qurum yaradılmalıdır

  • Milli assosiasiyaların analoji beynəlxalq birliklərə üzvlüyü dəstəklənməlidir



Azərbaycanda bələdiyyə birliklərinin fəaliyyətinin hüquqi əsaslarının qiymətləndirilməsi

  • Yerli Özünüidarəyə dair Avropa Xartiyasının AŞ-yə üzv dövlətlərdə milli assosiasiyaların analoji beynəlxalq birliklərə daxil olmaq hüququnun tanınması müddəası Azərbaycan qanunvericiliyində öz əksini tapmayıb

  • AŞ bələdiyyələrə aidiyyatı olan məsələlərlə bağlı qərarların planlaşdırılması və qəbulu prosesində hökumətin onlarla məsləhətləşməli olduğunu vurğulasa da, Azərbaycanda bu cür məsləhətləşmələrin hüquqi mexanizmi yoxdur

  • Assosiasiyaların fəaliyyəti dəqiq işlənmiş normativ-hüquqi prosedurlara və mexanizmlərə əsaslanmır

  • Bu qurumlar qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş prosedurlar əsasında Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərir, onların fəaliyyətini tənzimləyən mövcud sənədlər normativ-hüquqi akt statusuna malik deyil

  • Halbuki inkişaf etmiş ölkələrdə assosiasiyalar hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı mərkəzi hökumət və yerli özünüiadərə institutu arasında baş tutuan daimi dialoq mexanizminin iki əsas tərəfindən biridir

  • Bələdiyyə birlikləri haqqında ayrıca qanun olmasa da, onların fəaliyyət qaydalarına dair sənəd dövlət agentliklərinin əsasnaməsi statusunda Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır



Bələdiyyələr arasında keçirilmiş sorgunun üzə çıxardığı məqamlar

  • Sorğuya cəlb olunan bələdiyyələrin əhəmiyyətli hissəsi (təqribən 80%) özlərini KBA-nın fəaliyyəti barədə yetərincə məlumatlı saymır və onların xeyli hissəsi (26%) bu qurumun fəaliyyətini yalnız üzvlük haqqı ödədikləri üçün xatırlayırlar;

  • Respondent-bələdiyyələrin əhəmiyyətli hissəsi (74%) KBA-nın ötən 3 illik fəaliyyətinin səmərəsiz olduğu qənaətindədir;

  • Sorğu iştrakçısı olan bələdiyyələr KBA-nın «zəif nöqtələri» kimi qurumun fəaliyyətinin şəffaf olmamasını (16%), bələdiyyələrin maddi-texniki inkişafına yetərli dəstək verə bilməməsini (48%) və üzvlərlə sıx əməkdaşlıq əlaqələri qura bilməməsini (33%) qeyd ediblər.

  • Respondent-bələdiyyələrin 90%-i ötən dövr ərzində KBA-nın hər hansı xidmətindən faydalanmadıqlarını qeyd ediblər;

  • Sorğuya cəlb olunan bələdiyyələrin əhəmiyyətli hissəsi (76%) KBA-nın fəaliyyətində hesabatlılığın olmadığını vurğulayıblar



Bələdiyyələr arasında keçirilmiş sorgunun üzə çıxardığı məqamlar

  • İştirakçıların KBA-nın öz fəaliyyətini daha effektiv qurması səsləndirdiyi təkliflər

  • Ən yaxşı bələdiyyə təcrübələrinin yayılması üçün mexanizm qurmalıdır

  • Fəaliyyətində şəffaflığa önəm verməli, müntəzəm olaraq üzvlərinə fəaliyyətinə dair hesabat təqdim etməlidir

  • Bilikli və təşəbbüskar kadr heyətinə malik strukturlar formalaşdırmalıdır

  • Bələdiyyələrlə sıx əməkdaşlıq üçün çevik mexanizmlər qurmalıdır

  • Üzvlərinin bilik və bacarıqlarını artırmaq üçün zəruri strukturlara və ekspert bankına malik olmalıdır

  • Geniş beynəlxalq əlaqələrə malik olmalı və həmin əlaqələr sayəsində bələdiyyələrin inkişafına kənardan resurslar cəlb etməlidir

  • Yerli problemlərin həll yollarını hökumətə operativ çatdırmağa imkan verən mexanizmlərə malik olmalıdır

  • Qanunvericilik təşəbbüsləri göstərən ekspert bankəna malil olmalıdır

  • Bələdiyyələrin hazırladığı layihələrə maliyyə mənbələri tapmalıdır

  • Bələdiyyə-vətəndaş münasibətlərinin qurulması üçün mexanizmlər hazırlamalıdır

  • Dövlət qurumlarına bələdiyyələrin inkişafı ilə bağlı proqramlarl təqdim etməlidir



Ekspertlərdən və media təmsilçilərindən götürülmüş müsahəbələrin nəticələri

  • Müstəqil ekspertlərin və medianın rəylərinin qısa xülasəsi:

  • Yerli özünüidarə məsələləri üzrə ixtisaslaşmış QHT-lər KBA-nın fəaliyyətini səmərəli hesab etmir;

  • Ekspertlər Assosiasiyanı dövlət hakimiyyət orqanlarının təsirlərindən azad olan müstəqil qurum kimi qəbul etmirlər;

  • Vətəndaş cəmiyyətilə KBA arasında əməkdaşlıq münasibətləri intensiv xarakter daşımır;

  • Assosiasiyanın fəaliyyət proqramının olmaması peşəkar təşkilat üçün ciddi qüsurdur;

  • Media-KBA əlaqələri son dərəcə zəif qurulub və KBA bu münasibətlərin inkişafına təşəbbüs göstərmir;

  • KBA mətbuatın sorğularını ciddi diqqətə almır.



Rəsmi təmsilçilərdən götürülmüş müsahəbələrin nəticələri

  • Rəsmi qurumların təmsilçiləri QHT və media nümayəndələrindən fərqli olaraq KBA-nı mövcud reallıqlar çərçivəsində səmərəli qurum kimi təqdim edirlər;

  • Assosiasiyanın fəal olmamasını onun cavan olması ilə əlaqələndirirlər

  • Çoxlu sayda təşəbbüslər göstərildiyini, amma vətəndaş cəmiyyətinin bunları yetərincə diqqətə almadığını qeyd edirlər

  • Hesabatlılığın zəif olması ilə bağlı üzvlərinin iradlarına qarşı mövqelərini yetərincə əsaslandıra bilmirlər

  • Onlar vahid bələdiyyə Assosiasiyanın yaradılması ilə bağlı vətəndaş cəmiyyəti təşəbbüslərinə müsbət yanaşırlar



Konkret meyarlar əsasında ekspert qiymətləndirməsinin nəticələri

  • Assosiasiyanın strateji planı mövcud deyil

  • KBA-nın internet səhifəsi yoxdur

  • Assosiasiyanın dövri çap nəşrləri yoxdur

  • KBA yerli özünüidarə siyasətinin müəyyənləşdirilməsində iştirakını təsdiqləyən real faktlar yoxdur

  • Assosiasiyanın qanunvericiliyin təkmilləşdirilməsinə yönəlik təşəbbüsləri son dərəcə məhddudur

  • KBA-nın hökumət tərəfindən yaradılan müxtəlif işçi qruplarda, komitə və komissiyalarda rəsmi təmsilçiliyi yoxdur

  • Assosiasiya yerli özünüidarə sahəsində fəaliyyət göstərən yerli QHT-lər və müstəqil ekspertlərlə fəal əməkdaşlıq əlaqələri son dərəcə zəifdir

  • KBA-nın beynəlxalq təşkilatlarla əməkdaşlığını və onun effektiv nəticələrini təsdiqləyən real faktlar yoxdur

  • Assosiasiya bələdiyyələrin kadr potensialının gücləndirilməsi istiqamətində təşəbbüsləri son dərəcə məhddudur

  • KBA-nın fəaliyyətində şəffaflıq və hesabatlılıq səviyyəsi minimum səviyyədədir



KBA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədqiqat qrupunun təklifləri

  • Assosiasiyalar qeyri-kommersiya təşkilatı statusuna malik olsa da, bu istənilən halda ənənəvi QHT-lərin statusundan fərqlənməlidir. KBA-nın bu cür rəsmi status qazanması üçün ya bu birliyin fəaliyyətini reqlamentləşdirən ayrıca qanun qəbul edilməli, ya da bələdiyyələrin statusuna dair qanunvericiliyə «bələdiyyə birliklərinin fəaliyyətinin tənzimlənməsi» adlı ayrıca bölmə daxil edilməlidir

  • Yerli Özünüidarəyə dair Avropa Xartiyasının tələblərinə uyğun olaraq milli qanunvericilik bələdiyyə assosiasiyalarının beynəlxalq birliklərə daxil olmaq hüququnu tanımalıdır

  • Məsləhətləşmələrin müntəzəmliyini təmin etmək üçün daimi əsaslarla konsultativ qurum yaradılmalıdır;

  • KBA peşəkar bir struktura çevrilmək, aydın fəaliyyət perspektivləri müəyyənləşdirmək üçün özünün orta və uzun müddətli fəaliyyət proqramını, həmçinin 3-5 illik strateji planını işləyib hazırlamalıdır



KBA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədqiqat qrupunun təklifləri

  • KBA üzvlərilə virtual və operativ əlaqəyə nail olmaq, üzvlərinin məlumatlılıq səviyyəsini yüksəltmək üçün öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini, xüsusilə də:

  • internet saytının yaradılmasını;

  • sayt vasitəsilə bələdiyyələrə onlayn qanunvericilik xidmətinin göstərilməsini;

  • bələdiyyələrin müxtəlif problemlərinin geniş ictimai müzakirəsinə dair internet forumların keçirilməsini;

  • virtual təlimlərin təşkilini təmin etməlidir;

  • KBA özünün proqram və maliyyə fəaliyyətinə dair xüsusi hesabatlılıq standartları işləyib hazırlamalıdır;

  • KBA özünün ictimaiyyətlə, ələlxüsus QHT və KİV-lərlə səmərəli əməkdaşlığını təmin etmək üçün ictimai əlaqələrə məsul xüsusi struktura malik olamalı, müntəzəm olaraq vətəndaş cəmiyyəti institutları və medianın iştirakı ilə dəyirmi masalar və mətbuat konfransları keçirməlidir;



KBA-nın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədqiqat qrupunun təklifləri

  • KBA bələdiyyə təmsilçilərinin bilik və bacarıqlarının artırılması üçün xüsusi proqrama malik olmalı, bu istiqamətdə QHT-lərin mövcud potensialından bəhrələnməlidir;

  • Bələdiyyələrin inkişafına kənardan resurs cəlb etmək məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlı əlaqələrinə malik olmalıdır;

  • Hər il bələdiyyə qanunvericiliyi təhlil edilməli, aparılan təhlillər və toplanan rəylər əsasında qanunvericilik təşəbbüslərini parlamentə təqdim etməlidir;

  • Bələdiyyə kadrlarının hazırlanması işinin səmərəliliyinin yüksəldilməsi üçün universitetlərlə əməkdaşlıq əlaqələri qurmalıdır.



Sənədin tam mətnilə www.sei.az saytında tanış ola bilərsiniz

  • Sənədin tam mətnilə www.sei.az saytında tanış ola bilərsiniz

  • DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!



Yüklə 459 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə