Azərbaycan kooperasiya universiteti



Yüklə 147 Kb.
tarix31.08.2018
ölçüsü147 Kb.
#65796


AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİ

KURS İŞİ



FAKÜLTƏ: Maliyyə və mühasibat uçotu

QRUP: 253

KURS: III

TƏLƏBƏ: İbrahimzadə Yusif Aslan o.

RƏHBƏR: İ.e.n Allahverdiyev Rafael

FƏNN:. Pul-kredit və banklar

MÖVZU: Azərbaycanda bank sistemi və bazar iqtisadiyyatı şəraitində onun yenidən qurulması.


BAKİ-2010
PLAN:


  1. Azərbaycanda Bank sisteminin yenidən qurulması və inkişafı.

  2. Bank sisteminin hüquqi bazası və onun əhəmiyyəti.

  3. Bazar iqtisadiyyatında Azərbaycanda bank sisteminin təkminləşdirilməsi yolları.

4. Nəticə

5. Ədəbiyyat

GİRİŞ

Cəmiyyətin inkişafının muasir mərhələsində bankların rolu çox böyükdür. Banklar xüsusi bir qurumdur və iqtisadiyyatın inkişafında özünəməxsus yeri vardır. Bankların yaranması və inkişafı dünya cəmiyyətinin və dünya mədəniyyətinin inkişafı ilə bərabər getmişdir. Cəmiyyətin inkişafı tarixində belə bir fikir mövcuddur ki, bankların inkişaf səviyyəsi ilə cəmiyyətin sosial-iqtisadi inkişafı düz mütənasibdir. Hansı ölkədə bankların yüksək səviyyəsi müşahidə olunursa, orada surətli iqtisadi inkişaf, yüksək mədəniyyət var. Məhz bankların tarixində də bu qanunauyğunluq özünü göstərir.

Banklar pul vəsaitlərinin toplanılması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirlməsi, dövriyyə üçün kredit vəsaitlərinin emisiyası, muxtəlif qiymətli kağızların buraxılması və.s funksiyalarını yerinə yetirən xüsusi iqtisadi institutlardır. Banklar pul-kredit münasibətlərinin tənzimlənməsi yolu ilə məşğul olurlar.

Ümumiyyətlə, bank sistemi dedikdə, ayrı-ayrı bank və bank institutlarının məcmusu başa düşülür. Bank sistemi bazar iqtisadiyyatının ən vacib və ayrımaz tərkib hissəsidir. Bazar iqtisadiyyatı şəraitində banklar insanda qan-damar sistemi qədər əhəmiyyətə malikdirlər. Bununla əlaqədar pul dövriyyəsində və onun hərəkətində hər hansı zəiflik və dayanma cəmiyyətin iflic vəziyyətinə gətirib çıxarda bilər. Buna görə də bu sistem elə qurulmalıdir ki, iqtisadiyyatın bütün sahələrində maliyyə və natural məhsul axınını təmin etsin, onların tarazlığina şərait yaratsın.

Pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini bank sistemi tənzimləyir. Bank sistemi 3 əsas qrupdan ibarətdir:

- Mərkəzi Bank;

- kommersiya bankları

- ixtisaslaşmış maliyyə-kredit inistitutları

Azərbaycanda bank sisteminin əsasını Mərkəzi Bank təşkil edir. Bir qayda olaraq, mərkəzi bank dövlətə məxsus olmaqla iqtisadiyyatın makroiqtisadi tənzimlənməsinin əsas alətidir. Mərkəzi bank dövriyyəyə nağd pul buraxmaqla, digər kredit idarələrinin kassa ehtiyyatlarının, dövlətin valyuta-qızıl ehtiyyatlarının toplanması və saxlanılması ilə kommersiya banklarının kreditləşməsi ilə, hökumətin kredit hesablaşma əməliyyatlarının həyata keçrilməsi və digər kredit inistitutlarının fəaliyyətinə nəzarətlə məşğul olur.

Respublikanın səhimdar-kommersiya, aqrar sənaye bankı (ASB) kredit-hesablaşma əməliyyatlarını həyata keçirir. Resbublikanın səhimdar-kommersiya sənaye-investisiya bankı (SİB) sənayedə, ticarətdə, nəqliyyatda və başqa sahələrdə investisiyalara və kreditlərə nəzarət edir.

Respublikanın səhimdar-kommersiya əmanət bankı respublikada əmanət işinin təşkilatçısıdır. O, əhalinin kassa xidmətlərini və hesablaşmalarını həyata keçirir.

Respublikanın beynəlxalq bankı ixracat və qeyri-ticarət əməliyyatları üzrə hesablaşmaları həyata keçirir və təşkil edir. Xarici bazara çıxmaq hüququ olan müəssisə (firma) və təsərrüfat təşkilatlarının xarici iqtisadi əlaqələrini kreditləşdirir.




1. Azərbaycanda Bank sisteminin yenidən qurulması və inkişafı.

Maliyyə bazarlarının,ilk növbədə bank sisteminin inkişafı bazar iqtisadiyya-

tına keçid üçün zəruri olan şərtlərdən biridir,çünki məhz onlar son illərdə ləğv edilmiş mərkəzləşdirilmiş planlaşdırma mexanizmini əvəz etməlidirlər.

Azərbaycan Respublikasının bank sisteminin qurulması ilk əvvəl son dərəcə çətin bir şəraitə təsadüf edirdi – iqtisadi durğunluq,inflyasiya,resursların məhdudluğu və inhisarlaşmış qiymətlər şəraitində həyata keçirilirdi.Lakin bütün bunlara baxmayaraq aparılmış düzgün idarəetmə siyasəti nəticəsində qarşiya çıxan bütün problemlər asanlıqla dəf edilərək bank sisteminin inkişafı davam edir və artıq bu sahədə respublikada müəyyən naliyyətlər əldə edilmişdir.

Azərbaycan Respublikasının müasir bank sisteminin strukturu dörd amilin təsiri altında formalaşmışdır:

Birinci amil,kredit idarələrinin iki funksiyasının olmasıdır.Bildiyimiz kimi,banklar emissiya və kredit funksiyalarını həyata keçirirlər.Bankların ixtisaslaşması ona gətirib çıxarmışdır ki,tarixən emissiya funksiyası Mərkəzi Bankda,xalq təsərrüfatının və əhalinin kreditləşməsi isə işgüzar kommersiya banklarında cəmləşmişdir.Nəzəri cəhətdən bankların ixtisaslaşmasında belə bölgü özünü doğruldur.Buna görə də respublikada pul nisbətlərini təhlil və pul dövriyyəsini idarə edən xüsusi aparatın olması zərurəti yaranır.Belə halqa.əsas funksiyası pul dövriyyəsinin tənzimlənməsi olan respublikanın Milli Bankıdır.Bu vəziyyət kreditləşmə üzrə əməliyyatlar və respublikanın ssuda fondunun idarə olunmasını həyata keçirən kommersiya banklarına aiddir.

İkinci amil,bank sisteminin strukturuna təsir göstərən mülkiyyətin xarakteridir.Məlumdur ki,uzun illər iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil edirdi.buna görə ölkədə yalnız dövlət mənşəli banklar fəaliyyət göstərirdi.

Son illlərdə mümkün olan mülkiyyyət çoxluğu müxtəlif tipli bankların yaranmasına gətirib çıxarmışdır.

Üçüncü amil,ümumi iqtisadi siyasətlə-iqtisadiyyatın idarə edilməsinin mərkəzləşdirilməsi kursu ilə əlaqədardır.Təsərrüfat təşkilatları müstəqilliyinin artması təsərrüfatların mənafeyinə uyğun gələn,təsərrüfat dəyişiklərinə operativ uyğunlaşan,təsərrüfat orqanlarının iqtisadi təşəbbüslərinə müvafiq pul resursları ilə vaxtında yardım edən bankların təsis edilməsi iqtisadi zərurətə çevrilir.

Dördüncü amil isə xərclərin ictimai zəruri səviyyəsidir.Məlumdur ki,bankların formalaşması prosesi bank işçilərinin əməyinin ödənilməsi və hesablama texnikasının alınması ilə əlaqədar xərclərlə bağlıdır.Bu kimi xərclər yeni bankın öz fəaliyyəti nəticəsində əldə edəcəyi mənfəətlə tutuşdurulmalıdır.Yeni qurulan bank zərərlə işləməməlidir. İdarəetmə sistemindəki bütün yenidənqurmalar süni surətdə idarəetməyə çəkilən xərclərin artmasına gətirib çıxarmamalı, əksinə gəlir gətirməlidir.

Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi tətbiq olunur.

Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və Respublikanın kredit təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Milli Bank respublikanın mərkəzi bankı statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir.

Azərbaycan Respublikası Mərkəzi Bankının yaranması çox da uzaq dövrə təsadüf etmir, onun tarixi böyük deyil.

Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanda da bütün SSRİ-də olduğu kimi mərkəzləşdirilmiş və birpilləli sovet bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSRİ Dövlət Bankı və bank fəaliyyəti haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank sisteminə keçid reallaşdı.

1996-cı ildə yeni bank qanunları hazırlanıb qəbul olundu və əvvəlki qanunlar öz qüvvəsini itirdi. Yeni qanuna görə, Mərkəzi Bank ali icra hakimiyyəti olan prezidentin tabeçiliyinə verilmiş və tamamilə hökümətin təsiri altına salınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı bütövlükdə dövlət mülkiyyətindədir. O, hüquqi şəxsdir, möhürü var. Mərkəzi Bank fəaliyyətində mənfəət güdmür, bütün vergidən azaddır, lakin xərcləri öz gəlirləri hesabına ödəyir. Mərkəzi Bank beynəlxalq maliyyə və kredit təşkilatlarında Azərbaycan Respublikasının mənafeyini təmsil edir.

Mərkəzi Bankın nizamnamə kapitalı 15 milyard manat həcmində müəyyən edilmişdir.

Ümumiyyətlə götürsək, Mərkəzi Bankın Azərbaycan iqtisadiyyatının inkişafında çox böyük rolu vardır. Belə ki, Mərkəzi Bank iqtisadiyyatın inkişafının əsasını təşkil edən milli valyutanın sabitliyini təmin edir və onun alıcılıq qabiliyyətini tənzimləyir. Mərkəzi Bank normal pul-kredit siyasəti keçirməklə istehsalın inkişafına təkan verə, infilasiyanın səviyyəsini aşağı sala, işsizliyi nisbətən aradan qaldıra bilər. Bundan başqa Mərkəzi Bank respublikada pul dövriyyəsini tənzimləyir, dövriyyədəki pulların banklara cəlb edilməsini təşkil edir.

Mərkəzi Bank, o cümlədən Azərbaycan Respublikası ərazisində nəğd pul emissiyasını həyata keçirən yeganə kredit təşkilatıdır.

Mərkəzi Bank kommersiya banklarının işinə nəzarət edir, onların fəaliyyətini tənzimləyir.

Bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə olduğu kimi Azərbaycanda da kommersiya bankları ikipilləli bank sisteminii ikinci pilləsini təşkil edir. Müstəqil kommersiya banklarından 2-i əsasən dövlət mülkiyyətinə əsaslanır. Onların nizamnamə kapitalının 51 %-i, yaxud nəzarət paketi dövlətə məxsusdur. Bunlara aşağıdakılar aiddir:



  1. Kapital Bank.

  2. Azərbaycan Respublikası Beynəlxalq Səhmdar Kommersiya Bankı.

Ölkədə bir çox özəl səhmdar kommersiya bankları mövcuddur. Hazırda fəaliyyət göstərən kommersiya banklarının digər qismi sahə banklarından ibarətdir.

Azərbaycanda bank qanunvericiliyi ölkədə xarici kapitalın iştirakı ilə olan bankların inkişafına xüsusi şərait yaratmışdır. Buna görə də, Azərbaycan respublikasının bank sistemində xarici kapitalın iştirakı ilə olan banklar artmaqdadır.

Hər bir bank yaradılarkən ilkin kapitala sahib olmalıdır ki, bu da onun nizamnamə fondudur. Nizamnamə fondunun yaradılması banklar üçün vacib və məcburidir. Banklar üçün nizamnamə kapitalının kifayət qədər olması mühüm amildir. Mərkəzi Bankın tələbi ilə bu banklar nizamnamə kapitalının həcmini 1998-ci ilin axırına kimi 1,25 mln ABŞ dollarına çatdırılmalıdır.

Kommersiya bankları bir sıra əməliyyatlar aparırlar ki, bunlardan ən əsası da əhalinin pul vəsaitlərinin banklara cəlb edilməsi və yerləşdirilməsidir. Banklar pul vəsaitlərinə olan ehtiyacın 90%-nə qədərini cəlb olunmuş vəsaitlər hesabına ödəyir. Bir çox ölkələrdə sərbəst vəsaitlərin 90-95-i əmanətlər formasında banklara cəlb olunur. Əmanətlərin həcmi ümumi məhsulun 20-30%-ə qədərini təşkil edir. Lakin Azərbaycan şəraitində əmanət işi olduqca zəif qurulmuşdur. Hazırda əmanətlərin ümumi məbləği ümumi məhsulun 1%-dən azını təşkil edir.



Cədvəl 1

Ölkələr

ABŞ

Yaponiya

Almaniya

B.Britaniya

Kanada

Azərbaycan


Ümumi əmtəələrin ÜMM-də payı

16,3

38,6

22,5

16,6

20,7

0,6

Əmanətlərin cəlb olunmamasının bir sıra mühüm səbəbləri vardır. Banklar vəsaitləri onlara haqq ödəməklə səfərbərliyə alırlar. Əgər bu vəsaitlər istifadəsiz qalarsa, bank tezliklə iflasa uğrayır və heç topladığı vəsaitlərin də haqqını ödəyə bilməz. Məhz buna görə, də banklar aldığı pulları gərək satsın. Buna görə də, Azərbaycan Respublikasında bankların işində kredit xidmətləri əsas yer tutur.

Banklar əsasən kredit vermək və kassa-hesablaşma xidmətləri göstərilməsi ilə məşğuldur. Onlar pul alveri ilə məşğuldur. Banklar öz vəsaitlərini həm müştərilərə, həm də digər banklara satırlar.

Kredit bazarında kreditin qiymətinin müəyyən edilməsi çox vagib məsələlərdən biridir. Banklar vəsaitləri aşağı qiymətlə alır və daha yüksək qiymətə sataraq gəlir əldə edir. Kreditə təyin olunan qiymət kredit fondunun faizidir. Faizlər müxtəlif amillərin təsiri altında tələb və təklifin səviyyəsinə uyğun olaraq müəəyən olunur. Hal-hazırda Azərbaycan Respublikasında kommersiya bankları yalnız bir neçə bank xidməti həyata keçirirlər. Əvvəldə qeyd etdiyimiz kimi, dünya miqyasında kredit xidmətlərinin 200-ə yaxın növündən istifadə edilir. Azərbaycanda da bank sisteminin xidmət səviyyəsindən dünya bank sisteminin xidmət səviyyəsinə çatdırılması vacibdir. Bunun üçün bank sferasında olan böhran aradan qaldırılmalı, onun işi sağlamlaşdırılmalı və təkmilləşdirilməlidir.



2. Bank sisteminin huquqi bazası və onun əhəmiyyəti
1991-ci il 18 oktyabr tarixində Azərbaycan öz mustəqilliyini bərpa etdi. Lakin Mustəqil Azərbaycan Respublikasının bank sisteminin, o cumlədən Mərkəzi Bankın yaradılması üçün hüquqi baza bundan bir qədər əvvəl formalaşdı. ``Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında`` Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun `` Bank sistemi və pul tədavülü`` adlanan 14-cü maddəsi bütövlükdə bu məsələləri əhatə edirdi. Həmin maddə Mərkəzi Bankın da statusunu və səlahiyyətlərini müəyyən etmişdir. Mərkəzi Bankın kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət münasibətlərini yenidən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyyat bank funksiyasını icra edən ali emissiya idarəsi elan edilmişdir.

Konstitusiya qanununa uyğun olaraq ``Azərbaycan Respublikası Mərkəzi Bankının yaradılması haqqında`` Azərbaycan Respublikası Prezisentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə dövlət Bankının keçmiş SSSR-i Sənaye-Tikinti Bankının, SSSR-i Aqrar-Sənaye Bankının Azərbayacan respublikası bankları bazasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılmışdır.

1992-ci il 7 avqust tarixində ``Azərbaycan Respublikası Qanunu`` ilə yanaşı ``Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında`` Qanun da qəbul olunmuşdur. Həmin ayın 15-də Azərbaycan respublikasının milli valyutası – manat tədavülə buraxılmışdır. 1992-ci il 1 dekabr tarixində isə Azərbaycan Respublikasının Milli Məclisi ``Azərbaycan Respublikasının Mərkəzi Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında`` qərar qəbul etmişdir. Həmin qanunda Mərkəzi Banka bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlər verilmişdir.

1996-ci il 30 iyun tarixində ``Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında``, 14 iyun tarixində isə ``Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında`` Qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına və etibarlı təşkilatlarının yaradılmasına imkan yaratdı.



<> sonuncu qanun 2004-cü il 12 dekabrda qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

Azərbaycan Respublikasının banklar haqqında qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Milli Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, banklar haqqında Azərbaycan Respublikasının qanunu və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.

Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, banklar haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları,habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.

Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.

Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır.

Banklar haqqında qanunun 3-cü maddəsinə əsasən bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar aşağıdakı kimidir:

3.1.Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətinı Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.

3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər müddəaları ”Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.

3.4. Bu Qanunun 3.3-cü maddəsində göstətilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.

3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.

Banklar haqqında Azərbaycan respublikasının qanunu sonuncu dəfə 16 yanvar 2004- cü ildə qəbul edilib. Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılmasını, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsisz fəaliyyətin təmin edilməsi məqsədi ilə bankların təşkili ,daxili idarə edilməsi, fəaliyyətin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.

Mərkəzi bank haqqında Azərbaycan Respublikasının 10dekabr 2004-cü il tarixli qanunu bu qanun Azərbaycan respublikası Mərkəzi bankının hüquqi statusunu, onun məqsəd, funksiya, səlahiyyətlərini, idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimyyət orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

Bank fəaliyyəti ilə məşğul olmaq istəyən bütün qurumlar Mərkəzi Bankın lisenziyasına malik olmalıdır. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Bank fəaliyyətinin lisenziyalaşdırılması qaydası “Banklar haqqında” qanununa əsasən həyata keçirilir. Azərbaycan Dövlət Respublikasının qanunlarının tələblərinə əsasən kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Sənədlər toplusu Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna uyğun olaraq ədliyyə nazirliyinə təqdim edilir. Bank dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün MB-a yazılı surətdə vəsatət verir. Banklar və bank fəaliyyəti haqqında qanununa əsasən bank lisenziyası almaq üçün banklar MB-a aşağıdakı sənədləri və məlumatları təqdim etməlidir.



  1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

  2. Təsis sənədləri(təsis müqaviləsi,nizamnamənin qəbul olunması,nəzarət və idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol və s.)

  3. Hüquqi şəxs olan təsisçilərin son il üçün maliyyə vəziyyətini əks etdirən mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və buna dair auditor rəyi

  4. Rəhbərlərin və baş mühasibin peşə yararlılğı və məhkum olunub-olunmadıqları haqqında məlumaq, həmin şəxslər tərəfindən doldurulmuş anket.

Sənədlər tələblərə uyğun olduqda, Mərkəzi bank yeni kredit təşkilatı üçün müxbir hesabı açır və minimal nizamnamə kapitalının ödənilməsini tələb edir. Bank yalnız lisenziya aldıqdan sonra hüquqi şəxs kimi fəaliyyətə başlayır və bank sisteminə daxil olur. MB tərəfindən yeni kredit təşkilatına bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Lisenziya verilərkən, onun verilməsi haqqında qərarında MB kredit təşkilatına əsaslandırılmış şərtlər, məhdudiyyətlər qoya bilər.

Banklar haqqında qanunun 16-cı maddəsinə əsasən lisenziyanın geri götürülməsi aşağıdakı hallarda mümkündür.

1. kredit təşkilatlarının təsisçilərinin müraciəti əsasında

2. bankın bank qanunvericiliyini və MB_ın normativ aktlarının tələblərini mütəmadi pozduqda

3. Lisenziya alınması üçün təqdim edilən sənədlərdə yanlışlıq olduqda

4. lisenziyanın qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə

5. bank müflis elan edildikdə

6. Mərkəzi banka yanlış hesabat və məlumat verildiyi müəyyən olunduqda

7. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə.

8. filialın baş təşkilatından bank əməliyyatları aparılması alındıqda

9. kapitala və xüsusi ehtiyyatlara malik olmadıqda və öhdəlikləri yerinə yetirə bilmədikdə. Və s . qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

Lisenziya geri alınarkən, bu MBİH-nin qərarı ilə rəsmiləşdirilir və bütün səbəblər göstərilməklə kredit təşkilatına yazılı surətdə bildirilir. Bu haqqda Ədliyyə Nazirliyinə 5 gün ərzində məlumat verir və bu barədə rəsmi məlumat dərc etdirir.Bank lisenziyasının geri götürülməsi haqda qərar qüvvəyə mindiyi gündən bütün əməliyyatları dayandırır.

Mərkəzi bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlaının və əmanətçilərinin maraqlarını qorumaq məqsədi ilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını

Mərkəzi bank, banklar haqqında Azərbaycan Respublikasının qanunlarına, Mərkəzi bank-ın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübə-yəuyğun olaraq həyata keçirir. Mərkəzi bank qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır.

Mərkəzi bank kredit təşkilatlarının öhdəlikləri üçün , kredit təşkilatları isə Mərkəzi bankın öhdəlikləri üçün cavabdeh deyil. Mərkəzi bank kredit təşkilatları üçün sonuncu inistansiya kreditoru kimi çıxış edə bilər.

Mərkəzi bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilmə-si üçün kredit təşkilatlarına xüsusi icazələrin , onların filial və şöbələrinə, nümayəndəlik fəaliyyətini həyata keçirilməsi üçün yerli və xarici bankların nümayəndəliklərinə liseziyaların verilməsi və ləğv edilməsində müstəsna səlahiyyətə malikdir. Liseziyaların forma və məzmununu Mərkəzi bank müəyyənləşdirir.

Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti üçün Mərkəzi bank aşağdakıları həyata keçirir.


  1. Bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir.

  2. Kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar , xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları yaradılan xüsusi ehtiyyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir.

  3. Hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini qiymətləndirir və düzəlişlərin edilməsi barədə göstərişlər verir.

  4. Qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında və onların törəmə təsərüfat cəmiyyətlərində yoxlamalar aparır.

  5. Bank xidmətləri bazarında inhizarçılıq fəaliyyətinin qarşısının alınması məq-

sədi ilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır.

  1. Banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarını müəyyən edir və tətbiqinə nəzarət edir.

  2. Qanunla nəzərdə tutulmuş hallarda banklarım maliyyə sağlamlaşdırılması tədbirləri çərçivəsində onların Mərkəzi bank bank qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir.

  3. lisenziyası ləğv edilmiş banklar haqqında qanunvericiliyə müvafiq tədbirlər görür.

  4. Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Kredit təşkilatları ilə qarşılıqlı fəaliyyət məqsədi ilə Mərkəzi bank kredit təşkilatlarının nümayəndələrini cəlb etməklə bank işinin mühüm məsələləri barədə məsləhətləşmələr apara , əməli təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, işçi qrupları yarada bilər. Mərkəzi bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır, şikayətin verilməsi qərarın icrasını dayandırmır.

Kommersiya banklarının təşkilati və idarəetmə strukturu öz əksini onların Nizamnamənsində tapmışdir.

Bankların təşkili aşağıdakı formada həyata keçrilir:

1. Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır.

2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.

3. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər.

4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.

Eyni zamanda “Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında” qanunun 20, 21, 22, 23, 24, 25, 26, 27 maddələri kredit təşkilatının nizamnaməsi, idarəetmənin strukturu, payçıların ümumi yığıncağı, müşahidə şurası, maliyyə-təftiş komissiyası və idarə heyətinin vəzifələri öz əksini tapmışdır. Bankların ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağı iş planına uyğun olaraq növbəli və növbədənkənar ola bilər. Hər bir bank normal fəaliyyət göstərmək, özünün fəaliyyət strategiyasını hazırlamaq və fəaliyyətə nəzarəti həyata keçirmək üçün daxili strukturlarını yaradır və onlara aşağıdakılar daxildir.



  1. Müşahidə Şurasını. Müşahidə şurası kredit təşkilatının fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Lakin o, icra səlahiyyətinə malik olan qurum deylildir. Kredit təşkilatının fəaliyyətində bəzi məsələlərin həlli üçün, əgər həmin məsələlərin icra səlahiyyyətlərini ümumi yığıncaq öz üzərinə götürməmişsə, mütləq Müşahidə Şurasının ya razılğı, ya da qərarı olmalıdır. Müşahidə şurasının tərkibi yığıncaq tərəfindən 4 ildən çox olmayan müddətə, səhmdarlar sırasından, 3 nəfərdən az olmayaraq tək sayda (5, 7, 9) seçilir.

  2. Maliyyə-təftiş komissiyasını. Bu komissiya bankın ümumi yığıncağı tərəfindən 4 il müddətinə seçilir. Onun tərkibi ən azı 3 nəfər olmaqla tək sayda seçilir. Komissiyanın sədrini ümumi yığıncaq seçir.Maliyyə-təftiş komissiyası kredit təşkilatnın fəaliyyətində mühüm əhəmiyyətə malik olan bank qanunvericiliyinə riayət olunmasına, MB-ın normativ aktlarının icra edilməsinə və kredit təşkliatnın nizamnaməsinin icrasına nəzarət edir, həmçinin paralel olaraq mühasibat nəzarətini həyata keçirir.

  3. İdarə Heyətini. O səlahiyyət müddəti ərzində kredit təşkilatını idarə edir və bütövlükdə onun fəaliyyəti üçün tam məsuliyyət daşıyır. İdarə Heyəti 3 nəfərdən az olmamaq şərti ilə dördillik müddətə seçilir. Onun tərkibinə həm kredit təşkilatının səhmdarları həm də kənar adamlar seçilə bilər. İH-nin qərarları adi səs çoxluğu ilə qəbul olunur. Üzvlərin sayı 3-dən çox olduğu hallarda qərar onların 60%-i iştirak etdiyi halda qəbul olunur. İH-nin əsas məqsədi bankın qarşısına qoyduğu funksiyaları yüksək səviyyədə yerinə yetirməkdir. Bunun üçün səmərəli kredit və investisiya siyasəti aparılmalı,sabit iqtisadi- maliyyə fəaliyyəti təşkil olunmalıdır.


3. Bazar iqtisadiyyatında Azərbaycanda bank sisteminin təkmilləşdirilməsi yolları.
Azərbaycan Respublikasının bank sistemində baş verən böhranın iqtisadiyyatın inkişafına vurduğu ağır nəticələri nəzərə alaraq Azərbaycan Respublikasında bank sisteminin işinin təkmilləşdirilməsi əsas məsələ kimi ortaya çıxır. Bank sisteminin işində meydana gələn bu hallar Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlıdır. Buna görə ilk növbədə Mərkəzi Bankın işi təkmilləşdirilməlidir.

Azərbaycan respublikası Mərkəzi Bankın işində bəzi nöqsanlar və çatışmamazlıqlar vardır ki, bu da ölkənin sosial-iqtisadi inkişafına, iqtisadiyyatın tənzimlənməsində maddi dəyər və natural mal axının tarazlığına olduqca mənfi təsir göstərmişdir.

Bunun və digər neqativ proseslərin nəticəsidir ki, ölkə üzrə əhalidə və müəssisələrdə olan sərbəst pul vəsaitləri rəsmi dövriyyəyə cəlb oluna bilmir və bununlada dövlət və yaxud da şəxslərin bu və digər ehtiyaclarına yönəldilə bilmir. Əhali və digər müştərilərin banklara inamı tamamilə itmişdir. Normal kredit bazarı və bütövlükdə kapital bazarı formalaşmamışdır.

Buna görə də ölkənin Mərkəzi Bankının və eləcə də digər banklarının işinin yaxşılaşdırılmasında ciddi addımlar atılmalı və bütövlükdə onların işi ölkənin sosial-iqtisadi inkişafında baş verən dərin böhranın aradan qaldırılmasına yönəldilməlidir. Mərkəzi Bankın işinin təkmilləşdirilməsiin bəzi istiqamətlərini aşağıdakı kimi göstərmək olar.

Hər şeydən əvvəl Mərkəzi Bankın tabeçilik məsələsinə baxılmalı və o, ali ica hakimiyyəti tabeçiliyindən çıxarılaraq yalnız parlamentin tabeçiliyinə verilməlidir. Çünki, Mərkəzi Bank ali icra hakimiyyətinin tabeçiliyində olduqda müstəqil pul-kredit siyasəti yeridə bilmir və hökümətin siyasətinə uyğun siyasət yeridir. Son dövrdə mərkəzi bankların sərbəstliyi böyük bir problem kim ortaya çıxmışdır və əksər ölkələrdə bu istiqamətdlə müsbət addımlar atılır.

Bankların müstəqilliyinin artırılması ilə yanaşı, onlara ciddi nəzarət sisteminin yaradılması zəruri və vacibdir. Belə bir sistem inkişaf etmiş ölkələrin hamısında yaradılmışdır və mərkəz banklarına, həmçinin bütün digər banklara nəzarət hökümət tərəfindən həyata keçirilir. Azərbaycanda bank işi rəsmi olaraq dövlət və hökümət nəzarətindən kənarda qalmışdır. Buna görə də Azərbaycanda Mərkəzi Bank və bütövlükdə bank sisteminə dövlət nəzarət sisteminin yaradılması zəruridir. Lakin, bu həddən artıq olmamalıdır.

Mərkəzi Bankın əmanət sahəsində işi çox zəif qurulmuşdur. Ölkədə əmanət sistemini normal qaydaya salmadan bank işində heç bir irəliləyiş etmək mümkün olmayacaq. Çünki, əvvəldə qeyd etdiyimiz kimi banklar pul vəsaitlərinə olan ehtiyacın 90-95%-ni əmanətləri əldə etməklə ödəyirlər. Buna görə də Mərkəzi Bank əhalinin əmanətlərinə möhkəm təminat yaratmaq məqsədilə əmanətlərin sığortalanması sistemini təşkil etməlidir.

Mərkəzi Bankın pul-kredit pul-kredit tənzimlənməsində ehtiyat normaları üzrə bankların əmanətlərinin Mərkəzi Bank tərəfindən yığılması və istifadəsində kredit bazarının formalaşmasında və eləcə də açıq bazar əməliyyatlarında çatışmamazlıqlar var.

Belə ki, ehtiyat fondlarına əsasən yığılan vəsaitin ən mühüm funksiyası bazardan artıq pul kütləsini çıxarmaq və bununlada bazarda pul təklifi ilə əmtəə təklifi arasında sabitliyin təmin olunmasından və infilyasiyanın qarşısının alınmasından ibarətdir.

Dünya ölkələrinin əksəriyyətində ehtiyat normaları üzrə yığılan vəsaitlərin istifadəsi qanunvericilik aktı ilə qadağan olunmuşdur. Belə bir qadağanın Azərbaycan Mərkəzi Bankı haqqında qanunda da əks olunması zəruridir.

Mərkəzi Bankın işinin təkmilləşdirilməsi yollarından biri də qiymətli kağızlar bazarının yaradılmasıdır.

Mərkəzi Bankın açıq bazar əməliyyatlarının zəif olması hər şeydən əvvəl qiymətli kağızlar bazarının (o cümlədən kapital bazarının) formalaşmamasıdır. Bu əməliyyatlara aktiv təsir göstərmək üçün, ilk növbədə qiymətli kağızlar bazarının hüquqi bazasını yaratmaq və bu bazarı formalaşdırmaq lazımdır.

Mərkəzi Bankın işində ölkənin qızıl və valyuta ehtiyatlarının idarə olunması əsas məsələlərdəndir. Lakin bu işdə də müəyyən çatışmamazlıqlar var. Bu qızıl ehtiyatlarının xarici banklara depozit kimi yerləşdirilməsi həm əlavə faiz (gəlir) gətirə bilər, həm də hökümətin beynəlxalq bank və təşkilatlardan kredit alması üçün zəmanət kimi çıxış edə bilər.

Mərkəzi Bankın işində ən vacib çatışmamazlıqlardan biri də Aazərbaycanda Mərkəzi Bank sisteminin fəaliyyətini stimullaşdırmaması və əksinə olaraq xarici bankların tam lisenziyalarla rəqabətsiz fəaliyyətinə imkan yaratmasıdır. Azərbaycanda kommersiya banklarının kiçik nizamnamə fondu ilə yaradılmasına baxmayaraq Mərkəzi Bank onun sürətlə artırılması üzrç qərar çıxırmışdır. Yəni yaradılan banklarla yanaşı əvvəl yaranan banklarda nizamnamə fondunu artırmalıdırlar. Xarici ölkələrin bankları üçün o məbləği düzəltmək o qədər də çətin deyil. Buna görə də Azərbaycanın bank sistemində xarici kapitalla yaradılan bankların sayı artmaqdadır.

Düzdür Azərbaycan iqtisadiyyatı üçün xarici investisiyanın cəlb edilməsi vacibdir. Lakin, Azərbaycanda biz öz mərkəzi bank sistemimizi inkişaf etdirmədən, formalaşdırmadan, digər bankların yəni, xarici bankların Azərbaycanda geniş fəaliyyətinə imkan verilməməlidir. Ölkəmizdə Azərbaycan mərkəzi bank sisteminə protoksionizm siyasəti yeridilməlidir .

Yəni Azərbaycanda mərkəzi bank sisteminin formalaşdırılması, inkişaf etdirilməsi üçün ona kömək və himayədarlıq lazımdır. Göstərdiyimiz bütün bu yollar Mərkəzi Bankın işinin təkmilləşdirilməsi üçün vacibdir. Lakin, bank sisteminin işini bütövlükdə sağlamlaşdırmaq üçün kommersiya banklarının da işi təkmilləşdirilməlidir. Kommersiya banklarının işinin təkmilləşməsi isə Mərkəzi Bank tərəfindən həyata keçirilir. Bunun üçün Mərkəzi Bank ilk növbədə banklararası rəqabəti gücləndirməli, daxili maliyə bazarının inkişafını və bank sisteminin inteqrasiyasını genişləndirməlidir. Banklar üzərində nəzarət sistemini təmin etmək və risk dərəcəsini endirmək üçün bankların məsuliyyətini öz üzərinə götürən Mərkəzi Bank banklar üzərində lazımi daxili nəzarət sistemi yaratmalıdır.

Kredit təşkilatlarının işinin keyfiyyətinin yuksəldilməsi üçün onların fəaliyyətinin tənzimlənməsi üsullarının mükəmməlləşməsi əsas əhəmiyyət daşıyır. Bunun üçün kredit təşkilatlarının lisenziyalaşması üsulları təkmilləşdirilməlidir.

Kommersiya banklarının xarici kapitalla aparılan əməliyyatların neqativ nəticələrinin məhdudlaşdırılması və qəflətən riski endirmək məqsədilə xarici kapitalın bank sisteminə daxil olması mexanizmini müəyyən etməlidir.

Mərkəzi Bank bankların kreditorlarının(əmanətçilərinin) maraqlarının qorunmasını tə‘min edən əsas qanunları qəbul etməlidir.

Mərkəzi Bank kapitalın qanunsuz yolla dövlətin ərazisindən kənara çıxmasının qarşısını vaxtında almaq üçün gəlirlərin qanunsuz əldə edilməsinin qarşısının alınması haqqında qərar qəbul etməlidir.

Bankların müştərilərinin risk dərəcəsini endirmək məqsədilə Mərkəzi Bank kredit təşkilatının fəaliyyəti barədə informasifanı, o cümlədən maliyyə bazarında baş verən əməliyyatlar barəsində informasiyanı açıqlamağa imkan verən yolları işləyib hazırlamalıdır.

Yuxarıdakı üsullardan istifadə etməklə Azərbaycan Respublikasında Mərkəzi Bankın və kommersiya banklarının işini təkmilləşdirmək, onların fəaliyyətində daha perspektivli yollar açmaq mümkündür. Bu üsullardan istifadə etməklə Mərkəzi Bank və kommersiya bankları həm öz fəaliyyətlərini sağlamlaşdıra və həmçinin iqtisadiyyatın inkişafını stimullaşdıra bilər ki, bu da xalqın rifah halının yaxşılaşmasına xidmət edir.



NƏTİCƏ.

Banklar hər şeydən öncə kredit aliş-verişinin əsası olan girovu saxlayan qurumlardır. Çoxluq içində pulu olub, Borc verməyə hazır kimsələr və kredit axtaranların sayı sonsuzdur. Ancaq bunların arasında bir kredit alış verişinin meydana gəlməsi üçün borc alana etimad əsas şərtdir. Bank kredit almaq istəyində olanlanin kreditlərini ölçmək və verdiyi krediti zəmanət altına almaq üçün gərəkli texniki alətlərə malikdir.

Mərkəzi bank dövlətlə iqtisadiyyat arasında vasitəçilik edir, ölkəyə kredit axınını tənzimləyir. Bu bankın üzərinə hansı funksiya düşürsə-düşsün Mərkəzi bank həmişə tənzimləyici orqan olaraq qalacaq. Pul kütləsinin idarə olunması da Mərkəzi bankın fəaliyyəti ilə baş verir.

Bank sistemində əsas rol kommersiya banklarına məxsusdur. Kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütov kompleksini təqdim edir.

Banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurumlardır və iqtisadiyyatın inkişafinda böyük rola malikdirlər.

Bank strukturunun formalaşmasının son məqsədi, bank fəaliyyətinin vahid kompleksinin uyğun idarəçilik səviyyəsi, banklar tərəfindən müştərilərə göstərilən xidmət növlərinin keyfiyyətinin yüksəldilməsi, bank içilərinin əməyinin səmərəlik səviyyəsinin artırılması, müəssisə kimi gəlirli təsərüffat fəaliyyətinə nail olmaq olmalıdır.

Bu gun Azərbaycanda banklar maliyyə bazarında iri həcmli əməliyyatlar həyata keçirən təşkilat kimi müxtəlif növ və müddətə kreditlərin verilməsi, qiymətli kağızların və xarici valyutanın alqı-satqısı və saxlanılması, vəsaitlərin əmanətlərə cəlb olunması, hesablaşmaların aparılması, üçüncü şəxsin adına təminatların və digər öhdəliklərin verilməsi, müxtəlif xarakterli vasitəçilik və etimad əməliyyatlarının aparılması və.s. ilə məşğuldurlar. Lakin bu Azərbaycan bank sisteminin artıq dünya standartlarına uyğun tam inkişafı demək deyildir. Bank sisteminin və bank işinin yüksək fəaliyyəti üçün ölkənin Mərkəzi Bankı və kredit təşkilatları daim öz əməliyyat dairəsini genişləndirməli, yüksək səviyyəli avtomtlaşdırmanı və komputerləşməni yubanmadan, vaxtında bank sisteminə tətbiq etməli, müştərilərə xidmətin tezliyinə və yüksək keyfiyyətinə nail olmalıdırlar.

İstənilən ölkənin bank sisteminin yüksək səviyyədə inkişafının əsas şərtlərindən biri də sağlam rəqabət mühitini yaradılması məqsədilə maraqlı tərəflər üçün bank fəaliyyətinin informasiya şəffaflığının təmin edilməsidir. Bu məqsədlə dövlət, bankların fəaliyyətinin maliyyə nəticələrinin, o cümlədən bank holdinqləri tərəfindən konsolidasiya edilmiş maliyyə hesabatlarının açıqlanmasını məsələlərinin həllinə çox ciddi yanaşılmalıdır.



Dünya təcrübəsində bank sisteminin inkişafının digər şərti də əhalinin bank sistemində etimadının gücləndirilməsi məqsədilə Fiziki Şəxslərin əmanətlərinin Siğorta Fondunun yaradılmasıdır. Bu məqsədlə ilk növbədə onun hüquqi bazanın formalaşması , Siğorta Fondunun inistutsional quruculuğunun başlanması atılan ilk addımlardan hesab olunur. Bu gün ölkəmizdə bu istiqamətdə nəzərəçarpacaq dərəcədə olmasada , Mərkəzi Bank tərəfindən müəyyən işlər aparılır.

Ədəbiyyat.

1. Reyhan Əsgərova. “Pul, kredit və banklar”.Bakı – 2004.

2. Reyhan Əsgərova. “Pul, Kredit və Banklar” Bakı – Mütərcim – 2007

3. S. Məmmədov.”Bank işi”. Bakı- 1997.

4. Azərbaycan Respublikasında «Banklar və bank fəaliyyəti haqqında» qanun. Bakı 1996.

5. “Azərbaycan Respublikasında, Bank və bank fəaliyyəti haqqında qanun”.Bakı – 2004.

6. Ə. Abbasov, R. Rzayev, Ş. Həmişəyeva. “Bank işi və elektron bankçılıq” Bakı – Qanun – 2003

7. A.S. Bulatov «Gkonomika» Moskva 1997

8. A.F. Şişkin «Gkonomiçeskaə teoriə» Moskva 1997

9. A.A. Drobozinoy «Finansı, denejnoe obrahenie, kredit» Moskva 1997

10. A.F. Sidroviç «Kurs gkonomiçeskoe teoriy» Moskva 1997

11. Banklar haqqında Azərbaycan Respublikasının qanunu. 16 yanvar 2004-cü il

12. Milli bank haqqında Azərbaycan Respublikasının qanunu. 10 dekabr 2004-cü il

13. «Trend» jurnalı 1997/2

14. «Trend» jurnalı 1996/10

15. «Maliyyə və uçot» 1998/7-8

16. «Azərbaycan» qəzeti 20 noyabr 1998

17. «Pul və kredit» jurnalı 1997/2

18. « Pul və kredit» jurnalı 1996/4

19. « Pul və kredit» jurnalı 1997/3

20. « Pul və kredit» jurnalı 1998/3

21. “Azərbaycan qəzeti”.26 aprel 1996.

22. “Respublika qəzeti”. 16 fevral 1997

23. Milli bankın normativ sənədləri və təlimatları

24. www.nba.az Milli Bankın rəsmi saytı

25. www.maliyye.gov.az Maliyyə nazirliyi

26. www.economy.gov.az İqtisadi İnkişaf Nazirliyi

27. www.azstat.org Dövlət Statistika Komitəsi

28. www.kitab.az Elektron kitab kataloqu

29.www.firs-step.com elektron bank məlumatları.
Yüklə 147 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə