3
Giriş
20 il ərzində (1995-2014) sabit məzənnə rejiminin mövcudluğu Azərbaycanda hökumət
və biznes də daxil olmaqla bütün digər maraq qrupları üçün müdafiəsiz valyuta mövqeyinin
formalaşmasına səbəb olmuşdu. Baxmayaraq ki, 2014-cü ilin inkinci yarısından etibarən
“manat” üzərində təzyiqlər artmağa başlamışdı, Mərkəzi Bank və hətta hökumət bütövlükdə
prosesləri qavramaqda çətinlik çəkir və bu səbəbdən də əksər hallarda cəmiyyətə güvənverici
mesajlar ötürülürdü. Lakin, sonrakı proseslər problemin dərinliyini və həyata keçirilən monetar,
fiskal və məzənnə siyasətinin uzunmüddətli dövrdə effektivsizliyini ortaya qoydu. Biznes,
vətəndaş o cümlədən dövlətə məxsus müəssisələr ciddi maliyyə itkiləri ilə üz-üzə qaldı. Ölkənin
maliyyə dayanıqlığı üçün ciddi risklər yarandı.
Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri
barədə bəyənatında “Manatın məzənnəsinin sabitliyi növbəti ildə mühüm prioritetlərdən biri
olacaqdır”
1
məzənnə siyasəti olaraq vəd edilsə də cəmi 2 ay sonra milli valyutanın 25.7%
devalvasiya qərarı qəbul edildi. 21 dekabr 2015-ci il tarixli ikinci 32.3%-lik devalvasiya qərarı
“manat”ı ilin ən zəif performanslı valyutası statusuna yüksəltdi. Beləliklə il ərzində “manat”
49.6% dəyərini itirdi.
“Manat nə vaxta qədər ucuzlaşacaq? Mərkəzi Bankın məzənnə siyasəti nələri vəd edir?
Liberal məzənnə rejimində nələr baş verə bilər?” və s. kimi suallar hazırda bütün maraq
qruplarının cavab axtardığı mühüm məqamlardır. Sonrakı bölümlərdə bu suallara cavab
axtarmağa çalışacağıq.
Ötən dövr ərzində “manat”ın performansı
2014-cü ilin ikinci yarısından etibarən neft qiymətlərinin kəskin ucuzlaşması fonunda
milli valyuta “manat” ciddi şəkildə dəyərini itirib. Beləki, 2015-ci ilin fevral dekabr aylarında 2
dəfə kəskin devalvasiyalar edilib və nəticədə həmin il “manat” 49.6% dəyərini itirib. Yuxarıda
da qeyd edildiyi kimi bu hal Mərkəzi Bankın sabit məzənə vəd etdiyi il ərzində baş verib ki,
nəticədə bu qurum (Mərkəzi Bank) ölkə ictimaiyyətində və xüsusi ilə də maliyyə bazarlarında
reputasyasını kəskin itirib. Beləliklə də ölkənin pul və məzənnə siyasətinə cavabdeh olan qurum
komunikasiya imkanları hesabına maliyyə bazarlarına təsir gücünü itirib.
1
Azərbaycan Respublikası Mərkəzi Bankı,
“
Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə
sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 09.01.2017
http://www.cbar.az/assets/3665/BEYANAT-2015-SON.pdf