Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
1   2   3   4   5   6   7   8   9

 

Lakin,  proses  bununla  tamamlanmayıb.  Baxmayaraq  ki,  21  dekabr  2015-ci  il  tarixli 



bəyanat  ilə  Mərkəzi  Bank  Azərbaycanda  məzənnə  rejiminin  dəyişdirilməsinə-tənzimlənən  uzən 

məzənnə  rejiminə  keçib,  il  ərzində  adminstrativ  müdaxilələr  ən  sərt  formada  davam  etdirilib. 

Ucuz  neft  dövrünün  üzünmüddətli  olması  hökumətin  manetar,  fiskal  və  məzənnə  siyasətinə 

sarsıdıcı  təsirini  daha  da  dərinləşdirib.  Qeyd  edək  ki,  ötən  ilin  dekabr  ayının  ilk  günlərindən 

başlaraq valyuta bazarlarında növbəti gərginlik müşahidə edilir. Valyuta əlçatanlığı kifayət qədər 

məhdudlaşdığı  üçün manat  son  3 ay  ərzində  rəsmi olaraq 10.7%, reallıqda isə  18% dəyər itirib 

[bax:  qrafik  1].  Həmin  dövr  ərzində  illeqal  valyuta  bazarlarına  qarşı  mübarizə  tədbirlərinin 

sərtləşdirilməsi  fonunda faktiki  olaraq valyutaya  çıxış imkanı  yox səviyyəsinə düşüb  və paralel 

olaraq bu bazarda məzənnə daha da yüksəlib, marja kəskin artıb.  

Qrafik 1: ABŞ dolları/ Manat 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Qrafik  1-dən  göründüyü  kimi,  “manat”  2016-cı  ilin  4  ayı  ərzində  möhkəmlənmə,  8  ayı 

ərzində isə dəyərsizləşmə dinamikası nümayiş  etdirib. Beləliklə valyuta  bazarlarında 5 mühüm 

dönüş  anı  olub.  Məzənnə  dinamikasında  müşahidə  edilən  trend  davamlılığı,  bir  çox  hallarda 

valyuta  bazarı  iştirakçılarının  böyük  əksəriyyətinin  birtərəfli  mövqe  -  “alış”  və  ya  “satış” 

seçməsinə  səbəb  olub.  Nəticədə  il  ərzində  məzənnə  dinamikasında  psixoloji  faktorların  təsiri 

daha çox hiss edilib.  

Qeyd edək ki, may ayının sonlarından  etibarən “manat”ın məzənnəsində müşahidə edilən 

zəifləmə  sentyabr  ayının  əvvəllərində  daha  da  sürətlənib.  Nəticədə  Mərkəzi  Bank  tərəfindən 

keçirilən valyuta hərraclarında mövcud tələb artaraq təklifdən 12-14 dəfə cox oldu.Eyni zamanda 

banklar  tərəfindən  valyuta  alışında  mübadilə  qiymətlərinin  hərrac  qiymətlərindən  daha  artıq 

müəyyənləşdirilməsi,  valyuta  satışına  tətbiq  edilən  məhdudiyyət  və  daha  sonra  isə  valyuta 

satışının  dayandırılması  illeqal  valyuta  bazarının  canlanmasına  və  faktiki  olaraq  1  ABŞ 

dollarının  1.85-1.95  manata  təklif  edilməsinə  səbəb  oldu.  Qeyd  edək  ki,  2016-cı  il  ərzində 

0.784


1.05

1.55


1.6456

1.49


1.64

1.597


1.704

1.7704


1.7867

0

0.2



0.4

0.6


0.8

1

1.2



1.4

1.6


1.8

2

31 yanvar 



2015

26 fevral 

2015

21 dekabr 



2015

11 mart 


2016

26 may 


2016

9 sentyab 

2016

18 oktyabr 



2016

16 noyabr 

2016

30 dekabr 



2016

13 yanvar 

2017

26.05.2016 – AZN/USD 

məzənnəsi minimum 

səviyyəsini test etdi 



 

“manat” artıq ikinci dəfə idi ki, bu səviyyəni test edirdi  ( 1-ci dəfə 2016-cı ilin yanvar ayında 



müşahidə edilib). 

Sentyabr  ayının  8-də  isə  təşkil  olunan  valyuta  hərracına  Neft  Fondu  (200  milyon  ABŞ 

dolları  )  və  Mərkəzi  Bank  (100  milyon  ABŞ  dolları)  birlikdə  300  milyon  ABŞ  dolları  vəsait 

çıxardı ki, nəticədə valyuta bazarlarında müşahidə edilən gərginlik qısamüddətli dövr üçün olsa 

da  sona  çatdı.  İlk  sərt  müdaxilədən  6  gün  sonra  təşkil  olunan  hərracda  Neft  Fondu  tərəfindən 

təklif  edilən  150  milyon  ABŞ  dollarından  78  milyonu    satıldı  ki,  bu  da  valyuta  bazarlarında 

psixoloji faktorların ciddi təsirə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, məhz bu 

faktor növbəti iki valyuta hərracında da özünü göstərərək faktiki tələbin azalmasına səbəb oldu. 

Beləki, sentyabr ayının 20-də keçirilən hərraclarda banklar tərəfindən 72.4 milyon ABŞ dolları, 

22  sentyabrda  isə  61.4  milyon  ABŞ  dolları  valyuta  alışı  həyata  keçirilib.  Valyutaya  tələbin 

kəskin  azalmasında  yuxarıda  qeyd  edilən  faktor  (məzənnə  dainamikasının  qısamüddətli  dövr 

üçün  asan  proqnozlaşdırıla  biləmsi)  mühüm  rol  oynadı.  Paralel  olaraq  yaranmış  situasiya 

valyuta bazarlarının rəsmi mövqeyə həsas münasibətini təzahürü kimi qiymətləndirilə bilər. 

Onuda  qeyd  etmək  lazımdır  ki,  manatın  yenidən  möhkəmləndirilməsi  və  Mərkəzi  Bank 

tərəfindən təşkil edilən manatla depozitlərin cəlbi hərraclarında faiz dərəcəsinin 12-15% arasında 

müəyyənləşdrilməsi bu istiqamətdə tələbatın kəskin yüksəlməsinə səbəb olub. Nəticədə Mərkəzi 

bank ilk dəfə 15 sentyabr 2016-cı il tarixində elan etdiyi məbləğ həcmində 50 milyon manatlıq 

depozit cəlbini reallaşdıra bilib. Bu isə “manat”ın dövriyyədən kənarlaşdırılması yolu ilə valyuta 

tələbinin məhdudlaşdırması üçün əlavə imkanlar yaradıb. 

Sentyabr müdaxiləsi həmçinin maliyyə bazarlarının daralma səviyyəsini də aydın şəkildə 

göstərdi.  Beləki,  sentyabr  ayında  Dövlət  Neft  Fondu  valyuta  bazarlarında  631.1  milyon  ABŞ 

dolları, Mərkəzi Bank isə 100 milyon ABŞ dolları satış edib ki, bu da ümumilikdə 731.1 milyon 

ABŞ dolları olmaqla avqust ayı ilə müqayisədə cəmi 286.7 milyon manat artıq olub. Başqa sözlə 

iyun-avqust ayların ərzində yaranan tələb-təklif fərqi sentyabr ayında 286.7 milyon ABŞ dolları 

ilə  kompensasiya  edilib  ki,  bu  da  əslində  2015-və  2016-cı  ilin  ilk  rübü  ilə  müqayisədə  valyuta 

bazarlarının  həcminin  ciddi  kiçilməsi  deməkdir.  Səbəb  isə  ötən  dövr  ərzində  dollarlaşma 

səviyyəsinin  maksimum  sürətlə  baş  verməsi  və  Mərkəzi  Bankın  sərt  pul  kredit  siyasətidir. 

“Manat”ın  məzənnəsində  müşahidə  edilən  güclənmə  trendi  oktyabr  ayının  ikinci  yarısınadək 

davam edir. 

18  oktyabr  2016-cı  il  tarixindən  etibarən  isə  “manat”  yenidən  “itirən  valyuta”  dövrünə 

başlayır.  Bu  dəyərsizləşmə  daha  çox  siyasi  amillərin  təsiri  ilə  başlayır.  Beləki,  2016-cı  ilin 

sentyabr  ayı  ərzində  konsitusiyaya  düzəliş  referendumunun    keçirilməsi  və  oktyabr  ayının 



Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə