Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
1   2   3   4   5   6   7   8   9

 

siyasətinin  nəticələri  olaraq  ortaya  çıxır.  Beləliklə,  2016-cı  ilin  noyabrında  ölkə  üzrə 



iqtisadiyyata  kredit  qoyuluşları  2015-ci  ilin  sonu  ilə  müqayisədə  5.5  milyard  manat  və  yaxud 

25.1% azalaraq 16.27 milyard manat

7

 olub.  


 

Uçot faiz dərəcəsinin kəskin artırılması 

 

Paralel  olaraq  Mərkəzi  Bank  manatın  dəyərsizləşməsini  önləmək  məqsədi  ilə  uçot 



dərəcəsinin artırılması siyasətini həyata keçirir. Nəticədə maliyyə bazarlarının iştirakçıları 2016-

cı  ili  3  faizlik  uçot  dərəcəsi  ilə  başlasalar  da  15  faizlə  bitirməli  oldular.  Başqa  sözlə  hesabat 

ilində uçot dərəcəsi 5 dəfə artırıldı.  

Qrafik 3: Uçot faiz dərəcəsinin dinamikası 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Qrafik  3-dən  göründüyü  kimi,  ilk  dəfə  2016-cı  ilin  fevral  ayında  uçot  dərəcəsinin 

artırılması  haqqında  qərar  qəbul  edilib.  Mərkəzi  bank  artım  qərarını  “Milli  valyutaya  olan 



etimadı  gücləndirmək,  manat  depozitlərinin  artmasını  təşviq  etmək,  eləcə  də  pul  bazarında 

formalaşmış  konyunktura  uyğun  olaraq  pul  siyasəti  alətlərinin  təkmilləşdirilməsinə  şərait 

yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, 

likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində 

müəyyən etmək barədə qərar qəbul etmişdir”

8

fikirləri ilə izah edib. Mart ayının əvvəlində edilən 

növbəti artımla uçot dərəcəsi 7% olub ki, sonradan “manat”ın mart-may möhkəmlənməsində bu 

addımın  az  da  olsa  təsiri  qeyd  edilməlidir.  2016-cı  ilin  mayından  sonra  valyuta  bazarlarında 

“manat” yenidən dəyərsizləşməyə başlayıb ki, bu hal avqust aylarında həmin ilin yanvar ayından 

                                                           

7

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Yekun Statistik Bulleten-2016-noyabr”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

 

8



Azərbaycan Respublikası Mərkəzi Bankı, “Faiz dəhlizinin parametrləri haqda”, 15.02.2015 

http://www.cbar.az/releases/2016/02/15/on-parameters-of-interest-rate-corridor/

 

3%

5%



7%

9.50%


15%

0%

2%



4%

6%

8%



10%

12%


14%

16%


13,07,2015

15,02,2016

04,03,2016

08,08,2016

14,09,2016

Mərkəzi Bank 2016-cı il 

ərzində 4 toplantıda uçot 

faiz dərəcəsini artırıb 




 

10 


sonra  ikinci  panika  vəziyyətinin  yaşanmasına  səbəb  olub.  Xüsusi  ilə  də  “qara  bazar”da  1  ABŞ 

dolları = 1.9 manat səviyyəsi müşahidə edilib. Mərkəzi Bank yenidən uçot dərəcəsinin 2.5 faiz 

bəndi artırılması qərarı qəbul edib. 2016-ci il ərzində son faiz artımı isə 14 sentyabr tarixində baş 

verib. Beləki, daha çox siyasi faktorlar səbəbindən məzənnənin müvəqqəti möhkəmləndirilməsi 

qərarı verən hökumət sentyabr ayının 8 - də valyuta hərraclarına müşahidə edilən orta məbləğdən 

6 dəfə artıq yaxud 300 milyon valyuta təklif edərək bazarların ehtiyacını təmin etdi. Bir neçə gün 

sonra uçot dərəcəsinin 5.5 faiz bəndi artırılaraq 15%

9

 -ə çatdırılması yolu ilə valyuta bazarlarında 



“manat” üçün növbəti dəstək verildi. 

 

Mərkəzi Bankın manatla depozit hərracları 

 

Uçot  dərəcəsinin  artırılmasında  məqsədlərdən  biri  isə  “manat”la  əmanət  və  depozitlərə, 



istiqrazlara  tətbiq  edilən  faiz  dərəcələrini  artırmaq  və  manata  güvəni  təşviq  etmək  idi.  Paralel 

olaraq valyutada əmanət, depozit və istiqrazlarda təklif edilən şərtlər zəiflədildi.  

Qeyd etmək lazımdır ki, ilk dəfə 13 iyun 2016-cı ildə Mərkəzi Bank depozit hərraclarının 

keçirilməsinə qərar verdi

10

.  


Şəkil 2: Depozit hərracı haqqında elan 

 

Depozit  hərracları  manatla  depozitlərin  cəlb  edilməsi  məqsədi  ilə  həyata  keçirilir.  Bu 



yolla Mərkəzi Bank aşağıdakı məqsədlərə nail olmağa çalışır: 

                                                           

9

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Uçot faiz dərəcəsi”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/infoblocks/corridor_percent

 

10



 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit 

hərracının keçirilməsi barədə”, 13.07.2016 

http://www.cbar.az/releases/2016/06/13/on-cba-deposit-auction-to-raise-funds/

 



 

11 


i)

 

manatı dövriyyədən kənarlaşdırmaq, 



ii)

 

manatın gəlirliyini təmin etmək yolu ilə ona inamı gücləndirmək, 



iii)

 

bank  sektoruna  inamsızlıq  səbəbindən  geri  çağırılan  depozitləri  nəzarətə 



götürmək. 

Qeyd  edək  ki,  ötən  altı  ay  ərzində  keçirilən  depozit  hərraclarının  dinamikası  və 

iştirakçıların statusu onu göstərir ki, manatla depozitlərin cəlb edilməsi müxtəlif müsbət təsirlərlə 

yanaşı  bir  çox  kredt  təşkilatlarının  vəsaitləri  Mərkəzi  Banka  yerləşdirməsinə,  nəticədə  isə 

kreditləşməyə  marağın  azalmasına  səbəb  olub.  Bankları  buna  sövq  edən  kredit  bazarında 

müşahidə edilən narahatlıq və real sektorun resesiyası hesab edilir. Beləki, banklar əllərində olan 

“manat”  aktivlərini  daha  az  gəlirlə  lakin,  minimum  risklə  Mərkəzi  Bankda  yerləşdirməyə 

üstünlük verir. 

Ümumilikdə isə 2016-cı il ərzində Mərkəzi Bank 26 depozit hərracı təşkil edib.  

 

Valyuta mübadiləsi haqqında 

 

21  dekabr  2015-ci  il  tarixli  ikinci  sərt  devalvasiya  qərarı



11

  səbəbindən  2016-cı  ilin  ilk 

günlərində  valyuta  bazarlarında  volatil  maksimum  səviyyəyə  yüksəldi.  Xüsusi  ilə  də  valyuta 

bazarlarında  təktərəfli  təklifçisi  olan  Mərkəzi  Bank  işləmədiyi  günlərdə  obyektiv  və  subyektiv 

səbəblərdən  valyuta  əlçatanlığı  minimum  səviyyəyə  azalır,  valyuta  dəyişmə  məntəqələri  isə 

yaranmış  vəziyyətdən  istifaadə  edərək,  maksimum  marja  tətbiq  edirdilər.  Nəticədə  psixoloji 

gərginlik daha da artırdı. Nəzarət imkanlarının artırılması məqsədi ilə 2016-cı il yanvarın 6 –da  

Mərkəzi  Bank  “Mübadilə  şöbələrinin  təşkili  və  mübadilə  əməliyyatlarının  aparılması 



Qaydaları”na  dəyişiklik  edərək

12

  banklardan  kənarda  fəaliyyət  göstərən  valyuta  dəyişmə 



məntəqələrinin lisenziyalarını geri çağırdı, sənəd tələb etmədən valyuta satışının yuxarı həddi isə 

10  dəfə  azaldılaraq  500  ABŞ  dolları  ekvivalentinə  endirildi.  İki  gün  sonra  isə    kommersiya 

bankları  üçün  valyutanın  mübadilə  məzənnəsinin  hədləri  həmin  gün  üçün  rəsmi  məzənnədən 

maksimum  +/-  4%  məbləğində  müəyyən  edildi.  Məqsəd  ”manat”ın  məzənnəsinin  adminstrativ 

alətlərdən istifadə yolu ilə nəzarətə götürülməsi idi. 

                                                           

11

Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI, 21.12.2015 



http://www.cbar.az/releases/2015/12/21/statement-of-the-central-bank-of-the-r-azerbaijan/

 

 



12

 Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması 

Qaydaları”nın təsdiq edilməsi barədə, 06.01.2016 

http://www.cbar.az/assets/2035/mubadil%C9%991.pdf

 



Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə