Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
1   2   3   4   5   6   7   8   9

 

12 


Mübadilə  şöbələrinin  ləğv  edilməsi  və  +/-  4%-lik  marjanın  tətbiqi  qısa  müddət  ərzində 

qara  bazar”ın  böyüməsinə  səbəb  oldu.  İlk  əvvəllər  qara  bazar  iştirakçıları  daha  çox  kiçik 

oyunçular  olsa  da  sonradan  bir  sıra  banklar  da  daxil  olmaqla  iri  oyunçuların  iştirak  etdiyi 

mütəşəkkil  sistem  yarandı.  Mərkəzi  Bank  tərəfindən  təşkil  edilən  valyuta  hərraclarında 

kommersiya  bankları  tərəfindən  əldə  edilən  valyuta  faktiki  olaraq  qara  bazara  yönləndirilirdi. 

Nəticədə  il  ərzində  rəsmi  yollarla  valyuta  əlçatanlığı  minimum  səviyyəyə  düşdü.  Vətəndaş  və 

biznes  qara  bazar  tərəfindən  idarə  edilən  valyuta  mübadiləsinin  tərəflərinə  çevrilmək 

məcburiyyətində qaldı.  Hətta proses o səviyyədə  genişləndi  ki,  banklar  ən müxtəlif bəhanələrlə 

rəsmi  valyuta  satışını  dayandırdı.  Valyuta  hərraclarından  və  yaxud  vətəndaş  və  biznesdən  əldə 

olunan  məbləğ  birbaşa  olaraq  qara  bazarlara  yönləndirildi.  Çünki,  tələbin  yüksək  səviyyədə 

olması faktiki məzənnənin rəsmi məzənnədən daha yüksək olduğuna dəlalət edir və +/- 4 faizlik 

marja  tələbi  isə  real  bazara  konyukturuna  uyğun  gəlmirdi.  2016-cı  ilin  dekabr  ayında  isə 

hökumət  “qara  bazar”larda  müşahidə  edilən  özbaşınalığa  qarşı  genişmiqyaslı  mübarizə  qərarı 

verdi. 


 

Tədiyə balansı 

 

Mərkəzi  Bank  hesab  edir  ki,    2016-cı  il  ərzində  tədiyə  balansının  kəsiri  təxminən  5 



milyard ABŞ dolları səviyyəsində olacaq. Bu 2015-ci illə müqayisədə 56% az olsa da 2014-cü 

illə müqayisədə 2 dəfə artıqdır. Beləki, 2015-ci ildə tədiyə balansında 11.3 milyard ABŞ dolları 

defisit, 2014-cü ildə isə 4.2 milyard ABŞ dolları həcmində profisit olub.  

Daiqram 1: Azərbaycan Respubikasının tədiyə balansı, milyon ABŞ dolları 

 

Mənbə: AR Mərkəzi Bankı,17.01. 2017 

2782

-4590


-1271

1589


-1719

18

1016



-2832

62

-1193



-2188

2 0 1 4


2 0 1 5

2 0 1 6


TƏDİYƏ BALANSI

I rüb


II rüb

III rüb


IV rüb

2015-ci ildə tədiyyə 

balansı 

-11329 milyon

2016-cı ilin 9 ayında 

tədiyyə balansı

- 1191 milyon

2014-cü il üçün 

Tədiyyə balansı+4194 

milyon 


 

13 


Diaqram  1-dən  də  göründüyü  kimi,  2014-cü  ilin  son  rübündən  –  hansı  ki,  dünya 

bazarlarında  neft  ucuzlaşmağa  başladı-  tədiyyə  balansında  kəsir  müşahidə  edilib.  2015-ci  ildə 

kəsir maksimum səviyyəyə yüksəlib. Nəticədə Mərkəzi Bank sabit məzənnə vəd versədə kəskin 

devalvasiya qərarları qəbul etməli olub. Manat həmin il ərzində dəyərini 49.6% itirdi.  

2016-cı  il  ərzində  isə  tədiyyə  balansı  müqayisə  ilinə  nisbətən  daha  adekvat  dinamika 

nümayiş etdirib. Beləki, birinci rüb ərzində 1.3 milyard ABŞ dolları həcmində kəsir yaransa da 

növbəti  iki  rübdə  tarazlıq  meylliyi  artıb,  hətta  profisit  yaranıb.  Ümumilikdə  isə  son  iki  il  ölkə 

iqtisadiyyatının yeni çağırışlara uyğunlaşma ili hesab edilə bilər.  

Qeyd  etmək  lazımdır  ki,  ötən  dövr  ərzində  tədiyə  balansının  mühüm  halqalarından  biri 

olan  ticarət  balansı  ciddi  təsirlərə  məruz  qalıb.  Beləki,  2014-cü  ilin  son  rübündə  neft 

qiymətlərinin  ucuzlaşması  xarici  ticarət  balansınnın  əvvəlki  rüblərlə  müqayisədə  orta  hesabla 

50%  azalması  ilə  nəticələnib.  Bu  istiqamətdə  hökumətin  müxtəlif  addımlar  (qeyri-neft  ixracını 



təşviq, ixrac potensiallı sahələrə dəstək, dövlət vəsaitləri hesabına idxala məhdudiyyətin tətbiqi) 

atmasına  və  eyni  zamanda  yerli  istehlak  gücünün  zəifləməsinə  baxmayaraq  azalma  növbəti 

rüblərdə daha da dərinləşib [bax: diaqram 2].     

Diaram 2: Xarici ticarət saldosunun dinamikası, milyon ABŞ dolları 

 

Mənbə: AR Mərkəzi Bankı, 17.01.2017 

Göründüyü  kimi,  2014-cü  illə  müqayisədə  2015-ci  ildə  xarici  ticarət  saldosu  69.3% 

azalıb. 2016-cı ildə isə müvafiq göstəricinin daha aşağı səviyyəli olacağı proqnozlaşdırılır. Qeyd 

edək  ki,    Dövlət  Statistika  Komitəsinin  məlumatına  görə  2016-cı  ilin  yanvar-noyabr  aylarında 

ticarət balansı 4.2 milyard ABŞ dolları olub

13

.  


                                                           

13

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, “Xarici ticarət əlaqələri haqqında”, 16.01.2017 



5544

1758


622

5584


2000

1312


5080

1544


981

2720


510

2 0 1 4


2 0 1 5

2 0 1 6


XARICI TICARƏT BALANSI

I rüb


II rüb

III rüb


IV rüb

2014-cü il, xarici

ticarət saldosu 

+18927.6


2015-ci il, xarici 

ticarət saldosu 

+5812.4

2016-cı ilin 9 



ayı, xarici ticarət 

saldosu +2915




 

14 


Tədiyyə  balansının  digər  parametrləri  üzrə  dinamika  isə  xarici  ticarət  saldosu  ilə  düz 

mütənasiblik  təşkil  etməyib.  Beləki,  Azərbaycan  Respublikasının  xidmətlər  balansında  kəsir 

daha aşağı templə azalır. Hazırda xidmətlər balansında kəsirin azaldılmasında mühüm problem 

neft  sektorundan  qaynaqlanır.  2016-cı  ilin  9  ayı  ərzində  xidmətlər  balansında  yaranan  2.27 

milyard  ABŞ  dolları  həcmində  kəsirin  1.96  milyard  ABŞ  dolları  və  yaxud  86%-i  bu  sahənin 

payına düşür. Qeyri-neft sektorunda isə vəziyyət tənzimlənməyə daha meylli dinamika nümayiş 

etdiri. Baxmayaraq ki, bunun əsas səbəbi biznesin, dövlətin və vətəndaşın istehlak imkanlarının 

zəifləməsidir, ancaq turizm sektorunda irəliləmə də prosesə öz töhvəsini verir. Nəticədə 2016-cı 

ilin III rübündə ilk dəfə olaraq bu istiqamətdə 71 milyon ABŞ dolları profisit yaranıb. Müqayisə 

üçün qeyd edək ki, müvafiq istiqamət üzrə 2014-cü il ərzində 1.7 milyard ABŞ dolları, 2015-ci 

ildə isə 1.2 milyard  ABŞ dolları həcmində defisit qeydə alınıb

14

.  



Diaqram 3: Xidmətlər balansı, milyon ABŞ dolları ilə 

 

Mənbə: AR Mərkəzi Bankı, 17.01.2017 

Diaqram 3-dən göründüyü kimi, xidmətlər balansında nominal ifadədə defisitin azalması 

baş versə də bu sahə hələlik ölkədən valyuta axınının əsas istiqaməti olaraq qalır. Beləki, 2016-cı 

ilin 9 ayı ərzində xidmətlər balansında 2.3 milyard defisit yaranıb ki, bu da 2015-ci ilin müvafiq 

dövrü ilə müqayisədə 32%, 2014-cü illin müvafiq dövrü ilə müqayisədə isə 51% azdır.    

Hazırda  ölkədə  valyuta  balansının  tənzimlənməsində  mühüm  məqamlardan  biri  də 

investisiya istiqamətlərində müşahidə edilən dəyişiklikdir. Xüsusi ilə də neft gəlirlərinin azaldığı 

                                                                                                                                                                                           

http://stat.gov.az/xeber/index.php?id=3452

 

14

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 11/2016”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 01/2016”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4056/BULLETEN-01-2016_AZERI_OK_.pdf

 

-1443



-1133

-699


-1656

-1270


-1057

-1608


-1030

-515


-1383

-795


2 0 1 4

2 0 1 5

2 0 1 6

XİDMƏTLƏR BALANSI

I rüb


II rüb

III rüb


IV rüb

2014-cü 


il, xidmətlər

balansı


2015-ci

il, xidmətlər balansı 



-4228.8

2016-cı ilin 9 

ayı, xidmətlər balansı

-2271



Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə