Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
1   2   3   4   5   6   7   8   9

 

19 


 

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı, 2017  

Göründüyü kimi kommersiya banklarının xarici borc yükü ötən 7 ayda ardıcıl olaraq artıb 

ki, bu da öhdəliklər üçün xidmət xərclərini artırır və nəticədə bankların valyuta tələbatını daha da 

dərinləşdiri.  

 

Neft ölkələri ilə müqayisədə Azərbaycan manatının performansı 

 

Neft  qiymətlərinin  ucuzlaşması  Azərbaycanda  olduğu  kimi  digər  neft  ölkələrində  də 



makroiqtisadi  tarazlığın  pozulmasına  və  nəticədə  mühüm  iqtisadi  indikatorlar  üzrə  sürətli 

geriləmənin  müşahidə  edilməsinə  səbəb  olub.  Neftin  dəyərsizləşməsi  ilk  növbədə  bu  ölkələrin 

valyuta daxilolmalarının azalmasına və milli valyutalar üzərində təzyiqin artmasına səbəb olub. 

Şəkil 4: Bəzi neft ölkələri üzrə milli valyutanın performansı 

 

2031.5

-1026.6

-1582.7

-2082.1

-2395

-2628.5

-2692.3

-3690

-4000


-3000

-2000


-1000

0

1000



2000

3000


Aprel 2016

May 2016


İyun 2016

İyul 2016

Avqust 206

Sentyabr 

2016

Oktyabr 2016 Noyabr 2016



USD/SAR

USD/RUB

USD/KZT

USD/AZN


 

20 


Mənbə: Bloomberg Agentliyi, 2017 

Dünyanın  ən  iri  neft  hasil  edən  ölkəsi  kimi  baş  verənlər  –  neft  qiymətini  itirməsi  - 

Səudiyyə Ərəbistanının gəlirlərində kəskin azalmaya səbəb oldu. Buna baxmayaraq bu ölkə ötən 

dövr ərzində valyutanın  devalvasiyasını həyata keçirməyib  və xalq  baş  verənlərdən təsirlənmir. 

Qeyd  edək  ki,  bu  ölkənin  valyuta  ehtiyyatları  valyuta  bazarlarında  uzunmüddətli  intervensiya 

imkanı yaradır. 

Digər  neft  ölkələrindən  fərqli  olaraq  Rusiya  rublu  müvafiq  dövrdə  iki  mühüm 

istiqamətdən  təzyiqlə  üzləşdi.  Beləki,  2014-cü  ilin  əvvəlində  Krımın  ilhaqı  Rusiya 

iqtisadiyyatına  beynəlxalq  sanksiyaların  tətbiqinə  və  xarici  investisiyanın  geri  axınına  səbəb 

oldu. Həmin ilin ikinci yarısından neft qiymətlərinin ucuzlaşması isə ölkənin valyuta gəlirlərinin 

kəskin  azalmasına  və  rublun  sürətlə  devalvasiyasına,  nəticədə  Rusiya  Mərkəzi  Bankının  üzən 

məzənnə rejiminə keçid qərarı verməsinə səbəb oldu.  



Şəkil 4: Rusiya rublu 

 

Mənbə: Rusiya Mərkəzi Bankı, 2017 

Göründüyü kimi, rubl 2014, 2015-ci illərdə ardıcıl olaraq dəyərini 41.9% və 22.8% itirib. 

Lakin, 2016-cı il ərzində yenidən dəyər qazanmağa başlayıb. Beləki, 2016-cı ilin yanvar ayında 

dünya bazarlarında neftin rekord səviyyədə (1barel=26.3 USD) ucuzlaşması ilə, 1 USD = 83.6 

RUB


21

  olmaqla  tarixi  maksimumu  test  etməsinə  baxmayaraq  il  ərzində  16%  mökəmlənib  (1 

USD = 60.65 RUB). Qeyd edək ki, hazırda rublun dəyəri üzən valyuta bazarlarında tələb-təklif 

də  daxil  olmaqla  real  bazar  şərtləri  əsasında  formaşır.  Umumilikdə  isə  rubl  2014-cü  illə 

müqayisədə 45% dəyərsizləşib.  

Regionun  Azərbaycanla  bənzər  iqtisadiyyatlarından  olan  Qazağıstan  tengesi  neft 

qiymətlərinin  azalmasına  manatla  müqayisədə  daha  erkən  reaksiya  verdi.  2015-ci  ilin  avqust 

                                                           

21

  The Central Bank of the Russian Federation,  “ForeignCurrencyMarket”, baxış tarixi: 21.01.2017 



https://www.cbr.ru/eng/currency_base/dynamics.aspx?VAL_NM_RQ=R01235&date_req1=01.01.2014&date_req2

=21.01.2017&rt=1&mode=1

 



 

21 


ayında Qazağıstanda uzən məzənnə rejimi tətbiq edilməyə başladı. Üzən məzənnə rejiminə keçid 

qərarının  psixoloji  təsirləri  və  neft  qiymətində  ucuzlaşmanın  davam  etməsi  2016-cı  ilin  yanvar 

ayında  1USD=384.81KZT  səviyyəsini  test  etməsi  ilə  nəticələndi.  Daha  sonra  isə  Qazağıstan 

Mərkəzi  Bankı  tərəfindən  həyata  keçirilən  monetar  siyasət  və  neft  qiymətlərində  bahalaşma, 

xarici  investisiya  üçün  daha  liberal  mühitin  təmin  edilməsi  kimi  şərtlər  fonunda  tenge  yenidən 

dəyər qazanmağa başlayıb. Beləki, tarixi maksimumdan – yanvar ayından sonra tenge 2016-cı il 

ərzində 13%, 2015-ci ilin sonuna olan göstərici ilə müqayisədə isə 2% dəyər qazandı. Beləliklə 

də müvafiq dövr ərzində tenge 43.4% dəyər itirib.  

Neft  ölkəsi  olduğu  üçün  qiymətlərin  kəskin  ucuzlaşması  Norveç  kronunun  dəyərinə  də 

mənfi  təsir  edib.  Beləki,  2014-cü  ilin  may  ayı  ilə  müqayisədə  2016-cı  ilin  yanvar  ayında  kron 

dəyərini  33.4%  itirib.  Lakin,  2016-cı  ilin  ikinci  rübündən  etibarən  neftin  qiymətində  muşahidə 

edilən  müsbət  dinamika  kronun  məzənnəsinin  5.3%  möhkəmlənməsinə  səbəb  olub.  Nəticədə 

kron müvafiq dövrdə ümumilikdə 29.7% dəyər itirib. 

İxracın  93%-i  neft,  neft  məhsulları  və  qaz  satışından  ibarət  olan  Azərbaycanda  isə  neft 

qiymətləri ucuzlaşmağa başladıqdan 5 ay sonra 2015-ci ilin fevral ayında birinci 25.7%, həmin 

ilin  dekabr  ayında  isə  ikinci  32.2%  olmaqla  ümumilikdə  49.6%  devalvasiya  edildi.  Nəticədə 

2015-ci il ərzində “manat” dünyada ən zəif performansı ilə diqqəti çəkdi

22

. Qeyd edək ki, manat 



2016-cı  ildə  ərzində  də  dəyərini  qoruya  bilmədi.  2015-ci  ilin  sonu  ilə  müqayisədə  2016-cı  ilin 

sonunda manat yenidən 12.2% dəyərini itirməklə ümumi itkilərini 57%-ə yüksəltdi.  

Göründüyü  kimi  ötən  dövr  ərzində  yuxarıda  statistik  təhlili  aparılan  4  ölkənin  valyutası 

ilə müqayisədə manat daha dayanıqsız olub. 



Şəkil  5: Valyuta məzənnələrinin müqayisəli dinamikası 

 

Mənbə:  Bloomberg  Agentliyi,  Rusiya  Mərkəzi  Bankı  və  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  məlumatları əsasında müəllif tərəfindən hazırlanıb, 2017 

                                                           

22

Bloomberg.com, “Azerbaijan's Shift to Free Float Sends Manat to 20-Year Low”by Zulfugar Agayev, 21.12.2015 



https://www.bloomberg.com/news/articles/2015-12-21/azerbaijan-moves-to-floating-exchange-rate-letting-

manat-tumble

 



Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə