Azərbaycan “manat”ının performansı və



Yüklə 268,12 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix05.04.2018
ölçüsü268,12 Kb.
#35898
1   2   3   4   5   6   7   8   9

 

22 


Şəkildən  də  göründüyü  kimi,  neft  qiymətlərində  müşahidə  edilən  müsbət  dinamika 

Rusiya,  Norveç  və  Qazağıstan  kimi  ölkələrin  valyuta  bazarlarında  daha  optimist 

qiymətləndirmələrə səbəb olub. Nəticədə ötən il ərzində Norveç kronu 5.3%, Rusiya rublu 16%, 

Qazağıstan  tengesi  isə  2%  möhkəmlənib.  Azərbaycan  manatı  isə  əksinə  dəyərini  itirməkdə 

davam  edir və məzənnənin  maksimum  həddi  məhz ilin  son günündə  müşahidə  edilib  (1USD  = 

1.7707  manat).  Bundan  başqa  sadalanan  valyutalar  arasında  ən  çox  dəyərsizləşən  valyuta  da 

Azərbaycan manatı olub.  

 

2017-ci il, “manat”ın məzənnəsi 

 

2017-ci  ildə  monetar  siyasət  tam  üzən  məzənnə  rejimi  üzərində  qurulacaq  fikirlərinin 



ötən ilin dekabr ayında təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi 

üzrə  Strateji  Yol  Xəritəsi”də  yer  alması

23

  ölkə  ictimaiyyətində  və  o  cümlədən  valyuta  bazarı 



iştirakçılarında  haqlı  narahatlığa  səbəb  oldu.  Beləki,  “manat”ın  real  məzənnəsini  tapmadığı, 

faktiki olaraq valyuta bazarlarında tələb və təklif arasında birincinin hesabına ciddi üstünlüyün 

olduğu  nəzərə  alındıqda  tam  üzən  məzənnə  rejiminin  milli  valyuta  üçün  nələri  vəd  etdiyini 

proqnozlaşdırmaq kifayət qədər çətin idi. Qeyd edək ki, paralel olaraq hökumət tərəfindən illeqal 

valyuta  dövriyyəsi  ilə  (qara  bazar)  mübarizəyə  start  verilmişdi  və  bu  da  valyuta  əlçatanlığını 

daha  da  zəiflətməklə  bazar  iştirakçılarında  xüsusi  ilə  də  biznes  subyetlərində  ciddi  narahatlığa 

səbəb  oldu.  Bütün  bunlarla  yanaşı  ötən  ilin  dekabr  ayında  valyuta  təklifi  minimum  səviyyəyə 

azaldı  [246  milyon  ABŞ  dolları,  Neft  Fondu].  İlin  son  iş  günündə  Mərkəzi  Bank  tərəfindən 

yayılan 2017-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı tam 

üzən  məzənnə  rejiminə  keçid  qərarını  bir  daha  təsdiqləməklə  2017-ci  ilin  “manat”  üçün  çətin 

olacağı qənaətini gücləndirdi.  

Mərkəzi  Bankın  məhdud  valyuta  ehtiyatları,  2017-ci  ilin  dövlət  büdcəsində  Neft 

Fondundan transfertin həcminin azaldılması, FES tərəfindən növbəti illər üçün bahalı pul siyasəti 

vədi fonunda valyuta bazarlarında “manat” sadəcə OPEC və qeyri - OPEC ölkələri arasında neft 

hasilatının  tənzimlənməsi  haqqında  Vyana  sazişindən  dəstək  ala  bilirdi.  Neftin  bir  barelinin 

qiymətinin 55 ABŞ dollarından baha satılması hətta bir qrup bazar iştirakçısının satış mövqeyinə 

keçməsinə səbəb oldu. Bütün bunlara baxmayaraq valyuta bazarlarında narahatlıq davam edir və 

Mərkəzi  Bank  tərəfindən  təşkil  edilən  valyuta  hərraclarında  məzənnə  gün  bə  gün  azalırdı. 

                                                           

23

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikasının milli 



iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, baxış tarixi: 21.01.2017 

http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf

 



 

23 


Təsadüfi deyil ki, manat üçün ən aşağı məzənnə 2016-cı ilin son gününə təsadüf etdi [1 USD = 

1.7707 manat ]. Ümumilikdə isə dekabr ayının son günlərində valyutaya çıxış imkanı minimum 

həddə düşdü və nəticədə qara bazarda məzənə 1 ABŞ dolları = 1.95 manat səviyyəsinə yüksəldi. 

Qeyd  edək  ki,  İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzinin  ekspertləri  2016-cı  ilin  sonuna  “manat”ın 

məzənnəsini 1 ABŞ dolları = 1.93 manat səviyyəsində proqnozlaşdırırdı

24

. Beləliklə Azərbaycan 



manatı 2017-ci ilə yuxarıda sadalanan faktorların təsiri altında daxil oldu.  

2017-ci  ilin  ilk  günlərində  də  mövcud  qeyri-müəyyənlik  davam  edirdi.  Faktiki  olaraq 

ölkə  vətəndaşları  minimum  ehtiyaclarını  (səfər,  təhsil,  səhiyyə  və  s.)  qarşılamaq  üçün  valyuta 

əldə  edə  bilmir,  banklar  yalnız  alış  mübadiləsi  edir,  valyuta  satışına  isə  birmənalı  şəkildə 

məhdudiyyət tətbiq edilirdi. 

 

Hökumət hərəkətə keçdi 

 

Yanvar  ayının  ilk  günlərindən  etibarən  hökumət  məzənnə  planının  tətbiqinə  start  verdi. 



Valyuta bazarları üçün ilin ilk mühüm informasiyası Azərbaycan Respublikası Prezidentinin 10 

yanvar  2017-ci  il  tarixli    “Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  2017-ci  il  büdcəsi 

haqqında” Fərmanı

25

 oldu. Beləki, bu fərmanla ilk dəfə olaraq Neft Fondundan Mərkəzi Banka 



7.5 milyard manata qədər [4.2 milyard ABŞ dolları] transfertin edilməsi nəzərdə tutuldu. Valyuta 

bazarı  iştirakçıları  bu  informasiyanı  mövcud  şərtlərin  dəyişməsi  və  yaxud  “il  ərzində  valyuta 

təklifi artacaq” kimi qiymətləndirdi. Bundan bir gün sonra yanvar ayının 11-də Mərkəzi Bankda 

təşkil  edilən  təcili  toplantıda  bankirlərə  tam  üzən  məzənə  rejiminə  startın  verilməsi  xəbəri 

verildi

26

.  



Yanvar  ayının  12-dən  etibarən  valyuta  hərracları  yeni  qaydada  keçirilməyə  başladı  və 

mübadilə zamanı -/+4 faizlik marja tələbi ləğv edildi. Qeyd edək ki, tam üzən məzənnə rejiminə 

keçid prosesi zamanı komunikasiya imkanlarından məharətlə istifadə edildi. Tam üzən məzənnə 

rejiminə  keçid  xəbəri  valyuta  bazarlarında  əvvəlcədən  gözlənildiyinin  əksinə  olaraq  kifayət 

qədər aşağı volatilliyə səbəb oldu.  

                                                           

24

MeydanTV, “İlin sonunda manatı nə gözləyir?”,  Həsənov Rəşad, 23.11.2016 



https://www.meydan.tv/amp/az/site/politics/19229/%C4%B0lin-sonunda-manat%C4%B1-n%C9%99-

g%C3%B6zl%C9%99yir?.htm

 

25

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az,   “Azərbaycan Respublikası Dövlət 



Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, 10.01.2017 

http://www.president.az/articles/22421

 

26

APA informasiya agentliyi, “4%-lik marja ləğv olunur”, 11.01.2017 



http://www.apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/banklar-valyuta-mubadilesi-mezennesini-teleb-teklif-

esasinda-mueyyenlesdirecek.html

 



 

24 


Şəkil 6: Tam üzən məzənnə rejimində “manat”ın performansı 

 

Qeyd  edək  ki,  “manat”  ilk  gün  0.7%  olmaqla  12-19  yanvar  tarixlərində[tam  üzən 



məzənnə  rejimininin  tətbiqi  dövrü]  cəmi  3.1%  dəyər  itirib.  Lakin,  yeni  şərtlər  daxilində  təşkil 

edilən hərraclarda məzənnənin  dinamikası  əvvəlki dövrlə müqayisədə  daha ciddi faizlərlə  ifadə 

edilir.  Mərkəzi  Bankın  İdarə  Heyəti  sədrinin  müavini  Aftandil  Babayev  hesab  edir  ki,  valyuta 

bazarları yeni şəraitə-tam üzən məzənnə rejiminə adaptasiya gözlənildiyindən daha sakit  gedir

27

.  


Hesab  edirik  ki,  tam  üzən  məzənnə  rejiminə  keçidin  aşağı  volatil  ilə  müşahidə 

edilməsinin əsas səbəbi məhz Neft Fondundan Mərkəzi Banka təxminən 4.2 milyard ABŞ dolları 

[7.5  milyard  manat]  dəyərində  transfertin  proqnozlaşdırılmasıdır.  Bazar  iştirakçıları  hesab  edir 

ki,  hökumətin  bu  addımı  valyuta  bazarlarında  təklifi  artmaqla  manatın  möhkəmləndirilməsinə 

hesablanıb.  

“Manat”ın dəyərsizləşməsi davam edəcək 

 

Hökumətin  tam  üzən  məzənnə  rejiminə  keçid  cəhdinə  baxmayaraq,  bunun  qeyd  şərtsiz 



baş tutması hələlik mümkün görünmür. Çünki, valyuta təklifinin əsas mənbəyi yenə də dövlətdir 

(Mərkəzi Bank, Neft Fondu) və valyuta bazarlarının institusional infrastrukturu formalaşmayıb. 

Bu isə adminstrativ təsirlərin davam edəcəyini deməyə əsas verir.   

Ümumilikdə  isə  hesab  edirik  ki,  hazırda  müşahidə  edilən  proses  ilk  psixoloji  həddin 

(1ABŞ  dolları  =  2  manat)  qırılmasına  kifayət  etməyəcək.  Beləki,  Mərkəzi  Banka  transfert 

haqqında informasiya 2017-ci ilin birinci  yarısında valyuta bazarlarında gərginliyin azalmasına 

                                                           

27

 APA İnformasiya Agentliyi, “AMB: Üzən məzənnə rejiminə adaptasiya gözlədiyimizdən daha sakit gedir”, 



19.01.2017 

http://www.apa.az/maliyye_xeberleri/amb-uzen-mezenne-rejimine-adaptasiya-gozlediyimizden-daha-sakit-gedir-

ekskluziv.html

 



 

25 


və  əvvəlcədən  proqnozlaşdırılan  sərt  dalğalanmaların  təsirlərinin  zəifləməsinə  səbəb  olacaq. 

Lakin,  hökumət  strateji  valyuta  ehtiyyatlarını  qorumaq  məqsədi  ilə  qeyd  edələn  məbləğdə 

transfertin  edilməsində  tərəddüd  edə  bilər  ki,  nəticədə  milli  valyutaya  təzyiqlər  yenidən  arta, 

bazar  iştirakçıları  “alış”  mövqeyinə  keçə  və  manat  əvvəlcədən  də  proqnozlaşdırıldığı  kimi  bir 

sıra xarici (neftin qiyməti, FES-in uçot dərəcəsi qərarı, BREXİT üçün müzakirələrin başlaması, 

ABŞ  prezidentinin  davranışları  və  s.)    və  daxili  (Mərkəzi  Bankın  intervensiya  siyasəti,  xaici 

invesiyanın cəlbi, xaricə investisiyanın axını, istehlak gücündə müşahidə edilən dinamika və s.) 

faktorların da təsiri altında 1 ABŞ dolları = 2.2 -2.5 manat  səviyyəsinədək dəyərsizləşə bilər.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

26 


İstinadlar 

 

1.



 

Azərbayca Respublikası Mərkəzi Bankı 

2.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 



3.

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 



4.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu 



5.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı,



 “

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və 

maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 09.01.2017  

http://www.cbar.az/assets/3665/BEYANAT-2015-SON.pdf

 

6.

 



NASDAQ, Latest Price & Chart for Crude Oil Brent, baxış tarixi: 13.01.2017 

http://www.nasdaq.com/markets/crude-oil-brent.aspx?timeframe=10y

 

 

7.



 

Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri 

haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017 

http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf

 

 

8.



 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal 

büdcələri üzrə layihələrin təqdimatı”, baxış: 15.01.2017 

http://www.maliyye.gov.az/sites/default/files/Budce-16-11-2016.pdf

 

9.

 



Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və 

maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017 

http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf

 

 



10.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və 



maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017 

http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf

 

11.


 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Yekun Statistik Bulleten-2016-noyabr”, baxış tarixi: 17.01.2017 

http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

 

12.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Faiz dəhlizinin parametrləri haqda”, 15.02.2015 

http://www.cbar.az/releases/2016/02/15/on-parameters-of-interest-rate-corridor/

 

13.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Uçot faiz dərəcəsi”, baxış tarixi: 17.01.2017 

http://www.cbar.az/infoblocks/corridor_percent

 

 



14.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit 



hərracının keçirilməsi barədə”, 13.07.2016 

http://www.cbar.az/releases/2016/06/13/on-cba-deposit-auction-to-raise-funds/

 

15.


 

Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI, 

21.12.2015 

http://www.cbar.az/releases/2015/12/21/statement-of-the-central-bank-of-the-r-azerbaijan/

 

 

16.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının 

aparılması Qaydaları”nın təsdiq edilməsi barədə, 06.01.2016 

http://www.cbar.az/assets/2035/mubadil%C9%991.pdf

 

 

17.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 11/2016”, baxış tarixi: 17.01.2017 

http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

 

 



18.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 01/2016”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4056/BULLETEN-01-2016_AZERI_OK_.pdf 

19.


 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  bölüm: “Rəsmi valyuta ehtiyatları”, baxış tarixi: 18.01.2017 

http://www.cbar.az/infoblocks/money_reserve_usd

 

20.



 

Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri 

haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017 

http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf

 

21.


 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, ““Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” 

Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”, 

baxış tarixi: 19.01.2017 

http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf

 

 




 

27 


22.

 

ARDNŞ, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və 



xərclərinə dair məlumat”, 12.10.2016 

http://www.oilfund.az/az_AZ/news/1210/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-

yanvar-sentyabr-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.UHpNwau6.dpuf

 

 



23.

 

Fins.az, “Neft Fondu ötən il hərraca nə qədər dollar çıxarıb? – CƏDVƏL”, baxış tarixi: 19.01.2017 



http://fins.az/bank/913706/neft-fondu-oten-il-herraca-ne-qeder-dollar-chixarib-cadval.html

 

 



24.

 

Trend New Agency, “Şahmar Mövsümov: ARDNF aktivlərinin indiki bölüşdürülməsi neft ehtiyatlarının uzun 



müddətli qorunmasına kömək edir”, 27.12.2016 

http://az.trend.az/business/2702974.html 

25.

 

The Central Bank of the Russian Federation,  “ForeignCurrencyMarket”, baxış tarixi: 21.01.2017 



https://www.cbr.ru/eng/currency_base/dynamics.aspx?VAL_NM_RQ=R01235&date_req1=01.01.2014&

date_req2=21.01.2017&rt=1&mode=1

 

26.


 

Bloomberg.com, “Azerbaijan's Shift to Free Float Sends Manat to 20-Year Low”by Zulfugar Agayev, 

21.12.2015 

https://www.bloomberg.com/news/articles/2015-12-21/azerbaijan-moves-to-floating-exchange-rate-

letting-manat-tumble 

27.


 

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikasının milli 

iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, baxış tarixi: 21.01.2017 

http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf

 

28.


 

MeydanTV, “İlin sonunda manatı nə gözləyir?”,  Həsənov Rəşad, 23.11.2016 

https://www.meydan.tv/amp/az/site/politics/19229/%C4%B0lin-sonunda-manat%C4%B1-n%C9%99-

g%C3%B6zl%C9%99yir?.htm

 

 

29.



 

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az,   “Azərbaycan Respublikası Dövlət 

Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, 10.01.2017 

http://www.president.az/articles/22421

 

 

30.



 

APA informasiya agentliyi, “4%-lik marja ləğv olunur”, 11.01.2017 

http://www.apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/banklar-valyuta-mubadilesi-mezennesini-teleb-

teklif-esasinda-mueyyenlesdirecek.html

 

31.


 

APA İnformasiya Agentliyi, “AMB: Üzən məzənnə rejiminə adaptasiya gözlədiyimizdən daha sakit gedir”, 

19.01.2017 

http://www.apa.az/maliyye_xeberleri/amb-uzen-mezenne-rejimine-adaptasiya-gozlediyimizden-daha-

sakit-gedir-ekskluziv.html

 

 



 

Yüklə 268,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə