Azərbaycan “manat”ının performansı və



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
1   2   3   4   5   6   7   8   9

 

kəskin itirib. Beləliklə də ölkənin pul və məzənnə siyasətinə cavabdeh olan qurum komunikasiya 



imkanları hesabına maliyyə bazarlarına təsir gücünü itirib. 

Lakin, proses bununla tamamlanmayıb. Baxmayaraq ki, 21 dekabr 2015-ci il tarixli bəyanat 

ilə Mərkəzi Bank Azərbaycanda məzənnə rejiminin dəyişdirilməsinə-tənzimlənən uzən məzənnə 

rejiminə  keçib,  il  ərzində  adminstrativ  müdaxilələr  ən  sərt  formada  davam  etdirilib.  Ucuz  neft 

dövrünün üzünmüddətli olması hökumətin manetar, fiskal və məzənnə siyasətinə sarsıdıcı təsirini 

daha  da  dərinləşdirib.  Qeyd  edək  ki,  ötən  ilin  dekabr  ayının  ilk  günlərindən  başlaraq  valyuta 

bazarlarında növbəti gərginlik müşahidə edilir. Valyuta əlçatanlığı kifayət qədər məhdudlaşdığı 

üçün manat son 3 ay ərzində rəsmi olaraq 10.7%, reallıqda isə 18% dəyər itirib [bax: qrafik 1]. 

Həmin  dövr  ərzində  illeqal  valyuta  bazarlarına  qarşı  mübarizə  tədbirlərinin  sərtləşdirilməsi 

fonunda faktiki olaraq valyutaya çıxış imkanı yox səviyyəsinə düşüb və paralel olaraq bu bazarda 

məzənnə daha da yüksəlib, marja kəskin artıb.  

Qrafik 1: ABŞ dolları/ Manat 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Qrafik  1-dən  göründüyü  kimi,  “manat”  2016-cı  ilin  4  ayı  ərzində  möhkəmlənmə,  8  ayı 

ərzində isə dəyərsizləşmə dinamikası nümayiş  etdirib. Beləliklə valyuta  bazarlarında 5 mühüm 

dönüş  anı  olub.  Məzənnə  dinamikasında  müşahidə  edilən  trend  davamlılığı,  bir  çox  hallarda 

valyuta  bazarı  iştirakçılarının  böyük  əksəriyyətinin  birtərəfli  mövqe  -  “alış”  və  ya  “satış” 

seçməsinə səbəb olub. Nəticədə il ərzində məzənnə dinamikasında psixoloji faktorların təsiri daha 

çox hiss edilib.  

  Qeyd edək ki, may ayının sonlarından  etibarən “manat”ın məzənnəsində müşahidə edilən 

zəifləmə  sentyabr  ayının  əvvəllərində  daha  da  sürətlənib.  Nəticədə  Mərkəzi  Bank  tərəfindən 

keçirilən valyuta hərraclarında mövcud tələb artaraq təklifdən 12-14 dəfə cox oldu. Eyni zamanda 

banklar  tərəfindən  valyuta  alışında  mübadilə  qiymətlərinin  hərrac  qiymətlərindən  daha  artıq 

0,784

1,05


1,55

1,645


1,49

1,64


1,597

1,704


1,770

1,786


0

0,2


0,4

0,6


0,8

1

1,2



1,4

1,6


1,8

2

31 yanvar 



2015

26 fevral 

2015

21 dekabr 



2015

11 mart 


2016

26 may 


2016

9 sentyab 

2016

18 oktyabr 



2016

16 noyabr 

2016

30 dekabr 



2016

13 yanvar 

2017

26.05.2016 – AZN/USD 

məzənnəsi minimum 

səviyyəsini test etdi 



 

müəyyənləşdirilməsi, valyuta satışına tətbiq edilən məhdudiyyət və daha sonra isə valyuta satışının 



dayandırılması illeqal valyuta bazarının canlanmasına və faktiki olaraq 1 ABŞ dollarının 1.85-1.95 

manata təklif edilməsinə səbəb oldu. Qeyd edək ki, 2016-cı il ərzində “manat” artıq ikinci dəfə idi 

ki, bu səviyyəni test edirdi  ( 1-ci dəfə 2016-cı ilin yanvar ayında müşahidə edilib). 

Sentyabr  ayının  8-də  isə  təşkil  olunan  valyuta  hərracına  Neft  Fondu  (200  milyon  ABŞ 

dolları ) və Mərkəzi Bank (100 milyon ABŞ dolları) birlikdə 300 milyon ABŞ dolları vəsait çıxardı 

ki, nəticədə valyuta bazarlarında müşahidə edilən gərginlik qısamüddətli dövr üçün olsa da sona 

çatdı. İlk sərt müdaxilədən 6 gün sonra təşkil olunan hərracda Neft Fondu tərəfindən təklif edilən 

150 milyon ABŞ dollarından 78 milyonu  satıldı ki, bu da valyuta bazarlarında psixoloji faktorların 

ciddi təsirə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, məhz bu faktor növbəti iki valyuta 

hərracında da özünü göstərərək faktiki tələbin azalmasına səbəb oldu. Beləki, sentyabr ayının 20-

də keçirilən hərraclarda banklar tərəfindən 72.4 milyon ABŞ dolları, 22 sentyabrda isə 61.4 milyon 

ABŞ dolları valyuta alışı həyata keçirilib. Valyutaya tələbin kəskin azalmasında yuxarıda qeyd 

edilən  faktor  (məzənnə  dainamikasının  qısamüddətli  dövr  üçün  asan  proqnozlaşdırıla  biləmsi

mühüm rol oynadı. Paralel olaraq yaranmış situasiya valyuta bazarlarının rəsmi mövqeyə həsas 

münasibətini təzahürü kimi qiymətləndirilə bilər. 

Onuda  qeyd  etmək  lazımdır  ki,  manatın  yenidən  möhkəmləndirilməsi  və  Mərkəzi  Bank 

tərəfindən təşkil edilən manatla depozitlərin cəlbi hərraclarında faiz dərəcəsinin 12-15% arasında 

müəyyənləşdrilməsi bu istiqamətdə tələbatın kəskin yüksəlməsinə səbəb olub. Nəticədə Mərkəzi 

bank ilk dəfə 15 sentyabr 2016-cı il tarixində elan etdiyi məbləğ həcmində 50 milyon manatlıq 

depozit cəlbini reallaşdıra bilib. Bu isə “manat”ın dövriyyədən kənarlaşdırılması yolu ilə valyuta 

tələbinin məhdudlaşdırması üçün əlavə imkanlar yaradıb. 

Sentyabr müdaxiləsi həmçinin maliyyə bazarlarının daralma səviyyəsini də aydın şəkildə 

göstərdi.  Beləki,  sentyabr  ayında  Dövlət  Neft  Fondu  valyuta  bazarlarında  631.1  milyon  ABŞ 

dolları, Mərkəzi Bank isə 100 milyon ABŞ dolları satış edib ki, bu da ümumilikdə 731.1 milyon 

ABŞ dolları olmaqla avqust ayı ilə müqayisədə cəmi 286.7 milyon manat artıq olub. Başqa sözlə 

iyun-avqust ayların ərzində yaranan tələb-təklif fərqi sentyabr ayında 286.7 milyon ABŞ dolları 

ilə  kompensasiya  edilib  ki,  bu  da  əslində  2015-və  2016-cı  ilin  ilk  rübü  ilə  müqayisədə  valyuta 

bazarlarının  həcminin  ciddi  kiçilməsi  deməkdir.  Səbəb  isə  ötən  dövr  ərzində  dollarlaşma 

səviyyəsinin  maksimum  sürətlə  baş  verməsi  və  Mərkəzi  Bankın  sərt  pul  kredit  siyasətidir. 

“Manat”ın  məzənnəsində  müşahidə  edilən  güclənmə  trendi  oktyabr  ayının  ikinci  yarısınadək 

davam edir. 



Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə