Azərbaycan “manat”ının performansı və



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
1   2   3   4   5   6   7   8   9

 

18  oktyabr  2016-cı  il  tarixindən  etibarən  isə  “manat”  yenidən  “itirən  valyuta”  dövrünə 



başlayır. Bu dəyərsizləşmə daha çox siyasi amillərin təsiri ilə başlayır. Beləki, 2016-cı ilin sentyabr 

ayı ərzində konsitusiyaya düzəliş referendumunun  keçirilməsi və oktyabr ayının ortalarında yeni 

seçkinin olmayacağı qənaətinin formalaşması Mərkəzi Bank və hökumətin son məzənnə siyasətinə 

yenidən baxmasına səbəb oldu.  Beləliklə “manat” 2016-cı  il üçün son  -  dəyərsizləşmə  rallisinə 

başladı. Proses ilin sonunadək davam etdi və manat illik itkilərini 12 % -ə çatdırdı.  

 

 



2016-cı il ərzində “manat” ın məzənnəsinə təsir edən mühüm daxili 

və xarici faktorlar 

 

Qlobal iqtisadi faktorlar 

 

İlk  növbədə  onu  qeyd  etmək  lazımdır  ki,  2016-cı  il  üçün  dünyanın  maliyyə  və  əmtəə 



bazarlarında volatilliyin yüksək səviyyədə müşahidə edildiyi dövr olaraq xarakterizə edilir. Buna 

qlobal  iqtisadi  artım  gözləntilərinin  doğrulmaması,  Avropa  Birliyinin  genişlənməsi  və  gələcək 

mövcudluğu baxımında ciddi narahatlıqlara səbəb olan “BREXİT” və paralel olaraq avro və funt 

sterlinqin  risklər  fonunda  dəyər  itirməsi,  Federal  Ehtiyat  Sistemi  (FES)  tərəfindən  bahalı  pul 

siyasəti  mesajına  baxmayaraq  ABŞ  dollarının xüsusi  ilə  də  ilin  ilk  yarısında  gözlənildiyi  qədər 

möhkəmlənməməsi, neft istehsalçıları arasında fikir ayrılıqlarının tərəddüdlü enerji proqnozları ilə 

paralel şəkildə əmtəə bazarlarında dalğalanma səviyyəsini yüksəltməsi, dünya valyutalarından biri 

olan Yapon yeninin ilin ilk üç rübündə kəskin dəyər qazanması, ilin sonunda ABŞ seçkilərinin 

gözlənilməz nəticələri və yeni prezidentin iqtisadi baxışlarına biznesin şübhəli baxışları, noyabr 

ayında  OPEC  və  qeyri-OPEC  ölkələrinin  hasilatın  azaldılması  razılığı,  FES-in  yenidən  uçot 

dərəcəsini artırması kimi faktorlar səbəb oldu.  

Qeyd  edək  ki,  2016-cı  il  ərzində  Türkiyədə  dövlət  çevrilişinə  cəhd,  Rusiya-Türkiyə 

münasibətlərinin  pisləşməsi  və  sonradan  siyasi  və  iqtisadi  barışığın  əldə  edilməsi,  İranda  uzun 

sürən  embarqoların  təsirlərinin  aradan  qaldırılması  və  iqtisadi  böyümənin  sürətlənməsi  kimi 

hadisələr də bölgənin iqtisadi indikatorlarında təsirsiz olmayıb.  

Neftin  qiyməti  -  Azərbaycan  iqtisadiyyatı  və  “manat”ın  məzənnəsinə  təsiri  baxımında 

yuxarıda  sadalanan  digər  faktorlarla  müqayisədə  daha  mühüm  əhəmiyyətə  malikdir.  Beləki, 

ölkənin  əsas  valyuta  gəlirləri  neft  ixracatından  formalaşdığı  üçün  qiymətlərin  azalması  valyuta 

daxilolmalarını  azaldan  faktor  olaraq  tədiyyə  balansında  vəziyyəti  “manat”ın  zərərinə  dəyişir. 




 

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında neftin bir barelinin qiyməti son on ilin minimum həddinə, 



26 ABŞ dolları səviyyəsinədək ucuzlaşdı.   

Şəkil 1: Neftin 1 barelinin qiymət dinamikası, illər üzrə  

 

Mənbə: NASDAQ



2

, 2017 

Göründüyü kimi neft qiymətlərinin 2016-cı il dinamikası kifayət qədər kəskin dalğalanma 

nümayiş etdirib. İlin ilk günlərində 26 dollar səviyyəsinə qədər ucuzlaşan neft ilin son aylarında 

50  dollardan  baha  qiymətə  satılıb.  Ümumilikdə  isə  iqtisadi  böyümə  tempinin  zəifləməsi 

səbəbindən tələbin gözlənilən səviyyədə artmaması, bunun əksinə təklifdə baş verən artım 2015-

ci  illə  müqayisədə  neft  qiymətlərinin  orta  hesabla  16%  ucuzlaşmasının  şərtləndirdi.  İxracın 

mühüm elementi olan neft qiymətlərinin azalması Azərbaycan manatı üçün mənfi qlobal şərtlərin 

formalaşmasına  səbəb  olub.  Nəticədə  tədiyyə  balansının  illik  kəsiri  5  milyard  ABŞ  dolları 

səviyyəsində proqnozlaşdırılır

3

. Uzunmüddətli müzakirələrdən sonra ötən ilin noyabrında OPEC 



və  qeyri-OPEC  ölkələrinin  Vyana  görüşündə  neft  bazarında  tələb-təklif  disbalansının 

tənzimlənməsi məqsədi ilə ilk konkret razılıq əldə edilib. Hazırda neftin qiyməti 1 barel = 55 ABŞ 



dolları ətrafında möhkəmlənmək istəyir ki, bu da hökumətin 2017-ci il icmal büdcə layihəsində 

nəzərdə tutduğu qiymətdən (1 barel = 40 ABŞ dolları



4

37.5% yüksəkdir.  Məhz bu amili nəzərə 

                                                           

2

 NASDAQ, Latest Price & Chart for Crude Oil Brent, baxış tarixi: 13.01.2017 



 

http://www.nasdaq.com/markets/crude-oil-brent.aspx?timeframe=10y

  

3

 Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri 



haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017 

http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf

  

4

 Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələri üzrə 



layihələrin təqdimatı”, baxış: 15.01.2017 

http://www.maliyye.gov.az/sites/default/files/Budce-16-11-2016.pdf

  



 

alaraq qeyd edə bilərik ki, neftlə əlaqədar qlobal bazarlarda müşahidə edilən mənzərə hökumətin 



2017-ci il ərzində məzənnə və pul siyasətində manevr imkanlarını artıra bilər. 

 

Daxili iqtisadi faktorlar 

 

Mərkəzi bankın pul siyasəti 

 

“2016-cı  ildə  Mərkəzi  Bank  hökumətlə  birgə  sərəncamında  olan  imkanlardan  istifadə 

etməklə  valyuta  bazarının  tarazlaşdırılmasına  və  bu  əsasda  kəskin  məzənnə  tərəddüdlərinin 

hamarlanmasına çalışacaqdır”

5

 fikri ilə yanaşı “2016-cı ildə manatın məzənnəsi başlıca olaraq 



valyuta  bazarında  tələb  və  təklif  nisbətini  müəyyən  edən  fundamental  amillərin  təsiri  altında, 

“üzən məzənnə rejimi” çərçivəsində formalaşacaqdır”

6

  ifadəsinin də yer aldığı Mərkəzi Bankın 

2016-cı  il  pul  və  maliyyə  sabitliyi  siyasətinin  əsas  istiqamətləri  haqqında  bəyanatı  əslində 

vəziyyətin heç də nəzarətolunan olmadığını deməyə  əsas verirdi.  Beləki,  Mərkəzi Bank valyuta 

bazarlarına birmənalı mesajlar verə bilmir, atılacaq addımların daha çox zərurətə əsaslanacağına 

işarə  edirdi.  Həqiqətən  də  hesabat  ilində  valyuta  bazarları  ən  müxtəlif  formada  adminstrativ 

müdaxilələrə məruz qaldı. İlk olaraq məhdud manat kütləsi prinsipi qorundu [bax: qrafik 2].  

Qrafik 2: Manat bazasının dinamikası (milyon) 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Baxmayaraq ki, 2015-ci ilin sonu ilə müqayisədə pul bazası 13.9% artıb, ancaq 2014-cü 

ilin  müvafiq  dövrü  ilə  müqayisədə  31.8%  və  yaxud  3.68  milyard  manat  azdır.  Məhdud  manat 

                                                           

5

 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə 



sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017 

http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf

  

6

 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə 



sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017 

http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf

 

11743,6


11541,9

9109,9


5786,9

7860,5


0

2000


4000

6000


8000

10000


12000

14000


31,08,2014

31,12,2014

31,02,2015

31,01,2016

31,12,2016

Mart, 2016-ci il 

minimum səviyyə 

5.8 milyard 




Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə