Azərbaycan “manat”ının performansı və



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
1   2   3   4   5   6   7   8   9

 

kütləsi valyuta bazarlarında təzyiqi azaldan faktorlardan hesab edilsə də sonda iqtisadi aktivliyə 



də  mənfi  təsir  edir.  Təsadüfi  deyil  ki,  kommersiya  banklarının  manatla  kreditləşmədə  maraqlı 

olmaması və büdcə xərcləmələrində tətbiq edilən qənaət Mərkəzi Bankın sərt pul kredit siyasətinin 

nəticələri  olaraq  ortaya  çıxır.  Beləliklə,  2016-cı  ilin  noyabrında  ölkə  üzrə  iqtisadiyyata  kredit 

qoyuluşları 2015-ci ilin sonu ilə müqayisədə 5.5 milyard manat və yaxud 25.1% azalaraq 16.27 

milyard manat

7

 olub.  



 

Uçot faiz dərəcəsinin kəskin artırılması 

  

Paralel  olaraq  Mərkəzi  Bank  manatın  dəyərsizləşməsini  önləmək  məqsədi  ilə  uçot 



dərəcəsinin artırılması siyasətini həyata keçirir. Nəticədə maliyyə bazarlarının iştirakçıları 2016-

cı ili 3 faizlik uçot dərəcəsi ilə başlasalar da 15 faizlə bitirməli oldular. Başqa sözlə hesabat ilində 

uçot dərəcəsi 5 dəfə artırıldı.  

Qrafik 3: Uçot faiz dərəcəsinin dinamikası 

 

Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Qrafik  3-dən  göründüyü  kimi,  ilk  dəfə  2016-cı  ilin  fevral  ayında  uçot  dərəcəsinin 

artırılması haqqında qərar qəbul edilib. Mərkəzi bank artım qərarını “Milli valyutaya olan etimadı 



gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış 

konyunktura  uyğun  olaraq  pul  siyasəti  alətlərinin  təkmilləşdirilməsinə  şərait  yaratmaq  üçün 

Mərkəzi  Bankın  İdarə  Heyəti  15  fevral  2016-cı  il  tarixindən  uçot  dərəcəsini  5%,  likvidlik 

əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən 

etmək barədə qərar qəbul etmişdir”

8

 fikirləri ilə izah edib. Mart ayının əvvəlində edilən növbəti 

                                                           

7

 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Yekun Statistik Bulleten-2016-noyabr”, baxış tarixi: 17.01.2017  



http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

   


8

 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Faiz dəhlizinin parametrləri haqda”, 15.02.2015 

http://www.cbar.az/releases/2016/02/15/on-parameters-of-interest-rate-corridor/

  

3%



5%

7%

9,50%



15%

0%

2%



4%

6%

8%



10%

12%


14%

16%


13,07,2015

15,02,2016

04,03,2016

08,08,2016

14,09,2016

Mərkəzi Bank 2016-cı il 

ərzində 4 toplantıda uçot 

faiz dərəcəsini artırıb 




 

10 


artımla uçot dərəcəsi 7% olub ki, sonradan “manat”ın mart-may möhkəmlənməsində bu addımın 

az  da  olsa  təsiri  qeyd  edilməlidir.  2016-cı  ilin  mayından  sonra  valyuta  bazarlarında  “manat” 

yenidən  dəyərsizləşməyə  başlayıb  ki,  bu  hal  avqust  aylarında  həmin  ilin  yanvar  ayından  sonra 

ikinci panika vəziyyətinin yaşanmasına səbəb olub. Xüsusi ilə də “qara bazar”da 1 ABŞ dolları = 

1.9  manat  səviyyəsi  müşahidə  edilib.  Mərkəzi  Bank  yenidən  uçot  dərəcəsinin  2.5  faiz  bəndi 

artırılması qərarı qəbul edib. 2016-ci il ərzində son faiz artımı isə 14 sentyabr tarixində baş verib. 

Beləki, daha çox siyasi faktorlar səbəbindən məzənnənin müvəqqəti möhkəmləndirilməsi qərarı 

verən hökumət sentyabr ayının 8 - də valyuta hərraclarına müşahidə edilən orta məbləğdən 6 dəfə 

artıq yaxud 300 milyon valyuta təklif edərək bazarların ehtiyacını təmin etdi. Bir neçə gün sonra 

uçot  dərəcəsinin  5.5  faiz  bəndi  artırılaraq  15%

9

  -ə  çatdırılması  yolu  ilə  valyuta  bazarlarında 



“manat” üçün növbəti dəstək verildi. 

  

Mərkəzi Bankın manatla depozit hərracları 

 

Uçot  dərəcəsinin  artırılmasında  məqsədlərdən  biri  isə  “manat”la  əmanət  və  depozitlərə, 



istiqrazlara  tətbiq  edilən  faiz  dərəcələrini  artırmaq  və  manata  güvəni  təşviq  etmək  idi.  Paralel 

olaraq valyutada əmanət, depozit və istiqrazlarda təklif edilən şərtlər zəiflədildi.  

Qeyd etmək lazımdır ki, ilk dəfə 13 iyun 2016-cı ildə Mərkəzi Bank depozit hərraclarının 

keçirilməsinə qərar verdi

10

.  


Şəkil 2: Depozit hərracı haqqında elan 

                                                           

9

 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Uçot faiz dərəcəsi”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/infoblocks/corridor_percent

  

10



 Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit 

hərracının keçirilməsi barədə”, 13.07.2016 

http://www.cbar.az/releases/2016/06/13/on-cba-deposit-auction-to-raise-funds/

  



 

11 


 

Depozit hərracları manatla depozitlərin cəlb edilməsi məqsədi ilə həyata keçirilir. Bu yolla 

Mərkəzi Bank aşağıdakı məqsədlərə nail olmağa çalışır: 

i)

 



manatı dövriyyədən kənarlaşdırmaq, 

ii)


 

manatın gəlirliyini təmin etmək yolu ilə ona inamı gücləndirmək, 

iii)

 

bank sektoruna inamsızlıq səbəbindən geri çağırılan depozitləri nəzarətə götürmək. 



Qeyd  edək  ki,  ötən  altı  ay  ərzində  keçirilən  depozit  hərraclarının  dinamikası  və 

iştirakçıların statusu onu göstərir ki, manatla depozitlərin cəlb edilməsi müxtəlif müsbət təsirlərlə 

yanaşı  bir  çox  kredt  təşkilatlarının  vəsaitləri  Mərkəzi  Banka  yerləşdirməsinə,  nəticədə  isə 

kreditləşməyə marağın azalmasına səbəb olub. Bankları buna sövq edən kredit bazarında müşahidə 

edilən narahatlıq və real sektorun resesiyası hesab edilir. Beləki, banklar əllərində olan “manat” 

aktivlərini daha az gəlirlə lakin, minimum risklə Mərkəzi Bankda yerləşdirməyə üstünlük verir. 

Ümumilikdə isə 2016-cı il ərzində Mərkəzi Bank 26 depozit hərracı təşkil edib.  

 

Valyuta mübadiləsi haqqında  

 

21  dekabr  2015-ci  il  tarixli  ikinci  sərt  devalvasiya  qərarı



11

  səbəbindən  2016-cı  ilin  ilk 

günlərində  valyuta  bazarlarında  volatil  maksimum  səviyyəyə  yüksəldi.  Xüsusi  ilə  də  valyuta 

bazarlarında  təktərəfli  təklifçisi  olan  Mərkəzi  Bank  işləmədiyi  günlərdə  obyektiv  və  subyektiv 

səbəblərdən  valyuta  əlçatanlığı  minimum  səviyyəyə  azalır,  valyuta  dəyişmə  məntəqələri  isə 

yaranmış  vəziyyətdən  istifaadə  edərək,  maksimum  marja  tətbiq  edirdilər.  Nəticədə  psixoloji 

                                                           

11

 Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI, 21.12.2015 



http://www.cbar.az/releases/2015/12/21/statement-of-the-central-bank-of-the-r-azerbaijan/

 

 




Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə