Azərbaycan “manat”ının performansı və



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
1   2   3   4   5   6   7   8   9

 

12 


gərginlik daha da artırdı. Nəzarət imkanlarının artırılması məqsədi ilə 2016-cı il yanvarın 6 –da  

Mərkəzi  Bank  “Mübadilə  şöbələrinin  təşkili  və  mübadilə  əməliyyatlarının  aparılması 



Qaydaları”na  dəyişiklik  edərək

12

  banklardan  kənarda  fəaliyyət  göstərən  valyuta  dəyişmə 



məntəqələrinin lisenziyalarını geri çağırdı, sənəd tələb etmədən valyuta satışının yuxarı həddi isə 

10 dəfə azaldılaraq 500 ABŞ dolları ekvivalentinə endirildi. İki gün sonra isə  kommersiya bankları 

üçün valyutanın mübadilə məzənnəsinin hədləri həmin gün üçün rəsmi məzənnədən maksimum 

+/-  4%  məbləğində  müəyyən  edildi.  Məqsəd  ”manat”ın  məzənnəsinin  adminstrativ  alətlərdən 

istifadə yolu ilə nəzarətə götürülməsi idi. 

Mübadilə  şöbələrinin  ləğv  edilməsi  və  +/-  4%-lik  marjanın  tətbiqi  qısa  müddət  ərzində 

qara  bazar”ın  böyüməsinə  səbəb  oldu.  İlk  əvvəllər  qara  bazar  iştirakçıları  daha  çox  kiçik 

oyunçular  olsa  da  sonradan  bir  sıra  banklar  da  daxil  olmaqla  iri  oyunçuların  iştirak  etdiyi 

mütəşəkkil  sistem  yarandı.  Mərkəzi  Bank  tərəfindən  təşkil  edilən  valyuta  hərraclarında 

kommersiya  bankları  tərəfindən  əldə  edilən  valyuta  faktiki  olaraq  qara  bazara  yönləndirilirdi. 

Nəticədə  il  ərzində  rəsmi  yollarla  valyuta  əlçatanlığı  minimum  səviyyəyə  düşdü.  Vətəndaş  və 

biznes  qara  bazar  tərəfindən  idarə  edilən  valyuta  mübadiləsinin  tərəflərinə  çevrilmək 

məcburiyyətində qaldı.  Hətta proses  o səviyyədə  genişləndi  ki,  banklar  ən müxtəlif bəhanələrlə 

rəsmi  valyuta  satışını  dayandırdı.  Valyuta  hərraclarından  və  yaxud  vətəndaş  və  biznesdən  əldə 

olunan məbləğ birbaşa olaraq qara bazarlara yönləndirildi. Çünki, tələbin yüksək səviyyədə olması 

faktiki məzənnənin rəsmi məzənnədən daha yüksək olduğuna dəlalət edir və +/- 4 faizlik marja 

tələbi isə real bazara konyukturuna uyğun gəlmirdi. 2016-cı ilin dekabr ayında isə hökumət “qara 

bazar”larda müşahidə edilən özbaşınalığa qarşı genişmiqyaslı mübarizə qərarı verdi. 

  

Tədiyə balansı 

 

Mərkəzi Bank hesab edir ki,  2016-cı il ərzində tədiyə balansının kəsiri təxminən 5 milyard 



ABŞ  dolları  səviyyəsində  olacaq.  Bu  2015-ci  illə  müqayisədə  56%  az  olsa  da  2014-cü  illə 

müqayisədə 2 dəfə artıqdır. Beləki, 2015-ci ildə tədiyə balansında 11.3 milyard ABŞ dolları defisit, 

2014-cü ildə isə 4.2 milyard ABŞ dolları həcmində profisit olub.  

Daiqram 1: Azərbaycan Respubikasının tədiyə balansı, milyon ABŞ dolları 

                                                           

12

 Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması 



Qaydaları”nın təsdiq edilməsi barədə, 06.01.2016 

http://www.cbar.az/assets/2035/mubadil%C9%991.pdf

  



 

13 


 

Mənbə: AR Mərkəzi Bankı,17.01. 2017 

Diaqram  1-dən  də  göründüyü  kimi,  2014-cü  ilin  son  rübündən  –  hansı  ki,  dünya 

bazarlarında neft ucuzlaşmağa başladı- tədiyyə balansında kəsir müşahidə edilib. 2015-ci ildə kəsir 

maksimum  səviyyəyə  yüksəlib.  Nəticədə  Mərkəzi  Bank  sabit  məzənnə  vəd  versədə  kəskin 

devalvasiya qərarları qəbul etməli olub. Manat həmin il ərzində dəyərini 49.6% itirdi.  

2016-cı  il  ərzində  isə  tədiyyə  balansı  müqayisə  ilinə  nisbətən  daha  adekvat  dinamika 

nümayiş etdirib. Beləki, birinci rüb ərzində 1.3 milyard ABŞ dolları həcmində kəsir yaransa da 

növbəti  iki  rübdə  tarazlıq  meylliyi  artıb,  hətta  profisit  yaranıb.  Ümumilikdə  isə  son  iki  il  ölkə 

iqtisadiyyatının yeni çağırışlara uyğunlaşma ili hesab edilə bilər.  

Qeyd etmək lazımdır ki, ötən dövr ərzində tədiyə balansının mühüm halqalarından biri olan 

ticarət  balansı  ciddi  təsirlərə  məruz  qalıb.  Beləki,  2014-cü  ilin  son  rübündə  neft  qiymətlərinin 

ucuzlaşması xarici ticarət balansınnın əvvəlki rüblərlə müqayisədə orta hesabla 50% azalması ilə 

nəticələnib.  Bu  istiqamətdə  hökumətin  müxtəlif  addımlar  (qeyri-neft  ixracını  təşviq,  ixrac 

potensiallı sahələrə dəstək, dövlət vəsaitləri hesabına idxala məhdudiyyətin tətbiqi) atmasına və 

eyni zamanda yerli istehlak gücünün zəifləməsinə baxmayaraq azalma növbəti rüblərdə daha da 

dərinləşib [bax: diaqram 2].     

Diaram 2: Xarici ticarət saldosunun dinamikası, milyon ABŞ dolları 

2782


-4590

-1271


1589

-1719


18

1016


-2832

62

-1193



-2188

2 0 1 4


2 0 1 5

2 0 1 6


TƏDİYƏ BALANSI

I rüb


II rüb

III rüb


IV rüb

2015-ci ildə tədiyyə 

balansı 

-11329 milyon

2016-cı ilin 9 ayında 

tədiyyə balansı

- 1191 milyon

2014-cü il üçün 

Tədiyyə balansı 

+4194 milyon 


 

14 


 

Mənbə: AR Mərkəzi Bankı, 17.01.2017 

Göründüyü kimi, 2014-cü illə müqayisədə 2015-ci ildə xarici ticarət saldosu 69.3% azalıb. 

2016-cı ildə isə müvafiq göstəricinin daha aşağı səviyyəli olacağı proqnozlaşdırılır. Qeyd edək ki,  

Dövlət  Statistika  Komitəsinin  məlumatına  görə  2016-cı  ilin  yanvar-noyabr  aylarında  ticarət 

balansı 4.2 milyard ABŞ dolları olub

13

.  



Tədiyyə  balansının  digər  parametrləri  üzrə  dinamika  isə  xarici  ticarət  saldosu  ilə  düz 

mütənasiblik təşkil etməyib. Beləki, Azərbaycan Respublikasının xidmətlər balansında kəsir daha 

aşağı  templə  azalır.  Hazırda  xidmətlər  balansında  kəsirin  azaldılmasında  mühüm  problem  neft 

sektorundan qaynaqlanır. 2016-cı  ilin  9 ayı  ərzində xidmətlər balansında yaranan 2.27 milyard 

ABŞ dolları həcmində kəsirin 1.96 milyard ABŞ dolları və yaxud 86%-i bu sahənin payına düşür. 

Qeyri-neft  sektorunda  isə  vəziyyət  tənzimlənməyə  daha  meylli  dinamika  nümayiş  etdiri. 

Baxmayaraq  ki,  bunun  əsas  səbəbi  biznesin,  dövlətin  və  vətəndaşın  istehlak  imkanlarının 

zəifləməsidir, ancaq turizm sektorunda irəliləmə də prosesə öz töhvəsini verir. Nəticədə 2016-cı 

ilin III rübündə ilk dəfə olaraq bu istiqamətdə 71 milyon ABŞ dolları profisit yaranıb. Müqayisə 

üçün qeyd edək ki, müvafiq istiqamət üzrə 2014-cü il ərzində 1.7 milyard ABŞ dolları, 2015-ci 

ildə isə 1.2 milyard  ABŞ dolları həcmində defisit qeydə alınıb

14

.  



Diaqram 3: Xidmətlər balansı, milyon ABŞ dolları ilə 

                                                           

13

 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, “Xarici ticarət əlaqələri haqqında”, 16.01.2017 



http://stat.gov.az/xeber/index.php?id=3452

  

14



 Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 11/2016”, baxış tarixi: 17.01.2017 

http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

  

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 01/2016”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4056/BULLETEN-01-2016_AZERI_OK_.pdf

  

5544



1758

622


5584

2000


1312

5080


1544

981


2720

510


2 0 1 4

2 0 1 5


2 0 1 6

XARICI TICARƏT BALANSI

I rüb


II rüb

III rüb


IV rüb

2014-cü il, xarici

ticarət saldosu 

+18927.6


2015-ci il, xarici 

ticarət saldosu 

+5812.4

2016-cı ilin 9 ayı, 



xarici ticarət saldosu 

+2915



Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə