Azərbaycan “manat”ının performansı və


Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
1   2   3   4   5   6   7   8   9

 

19 


Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2017 

Göründüyü kimi, valyuta bazarlarında nağd formada ABŞ dollarının satışı yanvar ayı ilə 

müqayisədə  noyabrda  56.3%  və  yaxud  221.3  milyon  azalaraq  171.6  milyon  dollar  olub.  

Ümumilikdə isə 2016-cı ilin 11 ayı ərzində ABŞ dolları ilə nağd mübadilə əməliyyatlarının həcmi 

2.9  milyard  olub  ki,  bu  da  2014-cü  ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  64%,  2015-ci  illə 

müqayisədə isə 73.4% azdır.  Bu hal hazırda valyuta bazarı iştirakçılarının narahatlığına səbəb 

olmaqla “manat” ın məzənnəsi üzərində təzyiqi artırmaqda davam edir.   

 

Kommersiya banklarının xarici borc öhdəlikləri sürətlə artır 



 

İl ərzində nağd valyuta satışında azalmanın səbəblərindən biri də kommersiya banklarının 

xarici borc öhdəliklərinin sürətlə artması hesab edilir. Beləki, kommersiya banklarının xalis xarici 

öhdəliklərində may ayından etibarən artım müşahidə edilir [bax: daiqram 7]. May-noyabr ayları 

ərzində kommersiya banklarının xarici aktivlərində 5.1 milyard manat həcmində azalma olduğu 

halda öhdəliklərində 0.3 milyard manat artım baş verib. Nəticədə 2016-cı ilin aprel ayında yerli 

bankların aktivlərinin öhdəliklərini 2 milyard manat üstələdiyi halda 7 ay sonra - noyabr ayında 

öhdəliklərin həcmi aktivlərdən 3.7 milyard manat artıq olub.   



Diaqram 7: Kommersiya banklarının xalis xarici öhdəlikləri, milyon manatla 

 

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı, 2017  

Göründüyü kimi kommersiya banklarının xarici borc yükü ötən 7 ayda ardıcıl olaraq artıb 

ki, bu da öhdəliklər üçün xidmət xərclərini artırır və nəticədə bankların valyuta tələbatını daha da 

dərinləşdiri.  

 

Neft ölkələri ilə müqayisədə Azərbaycan manatının performansı  

 

2031,5

-1026,6

-1582,7

-2082,1

-2395

-2628,5

-2692,3

-3690

-4000


-3000

-2000


-1000

0

1000



2000

3000


Aprel 2016

May 2016


İyun 2016

İyul 2016

Avqust 206

Sentyabr 

2016

Oktyabr 2016 Noyabr 2016




 

20 


Neft  qiymətlərinin  ucuzlaşması  Azərbaycanda  olduğu  kimi  digər  neft  ölkələrində  də 

makroiqtisadi  tarazlığın  pozulmasına  və  nəticədə  mühüm  iqtisadi  indikatorlar  üzrə  sürətli 

geriləmənin  müşahidə  edilməsinə  səbəb  olub.  Neftin  dəyərsizləşməsi  ilk  növbədə  bu  ölkələrin 

valyuta daxilolmalarının azalmasına və milli valyutalar üzərində təzyiqin artmasına səbəb olub. 



Şəkil 4: Bəzi neft ölkələri üzrə milli valyutanın performansı 

 

Mənbə: Bloomberg Agentliyi, 2017 

Dünyanın ən iri neft hasil edən ölkəsi kimi baş verənlər – neft qiymətini itirməsi - Səudiyyə 

Ərəbistanının  gəlirlərində  kəskin  azalmaya  səbəb  oldu.  Buna  baxmayaraq  bu  ölkə  ötən  dövr 

ərzində valyutanın devalvasiyasını həyata keçirməyib və xalq baş verənlərdən təsirlənmir. Qeyd 

edək  ki,  bu  ölkənin  valyuta  ehtiyyatları  valyuta  bazarlarında  uzunmüddətli  intervensiya  imkanı 

yaradır. 

Digər neft ölkələrindən fərqli olaraq Rusiya rublu müvafiq dövrdə iki mühüm istiqamətdən 

təzyiqlə üzləşdi. Beləki, 2014-cü ilin əvvəlində Krımın ilhaqı Rusiya iqtisadiyyatına beynəlxalq 

sanksiyaların  tətbiqinə  və  xarici  investisiyanın  geri  axınına  səbəb  oldu.  Həmin  ilin  ikinci 

yarısından neft qiymətlərinin ucuzlaşması isə ölkənin valyuta gəlirlərinin kəskin azalmasına və 

rublun sürətlə devalvasiyasına, nəticədə Rusiya Mərkəzi Bankının üzən məzənnə rejiminə keçid 

qərarı verməsinə səbəb oldu.  



Şəkil 4: Rusiya rublu 

USD/SAR

USD/RUB

USD/KZT

USD/AZN


 

21 


 

Mənbə: Rusiya Mərkəzi Bankı, 2017 

Göründüyü kimi, rubl 2014, 2015-ci illərdə ardıcıl olaraq dəyərini 41.9% və 22.8% itirib. 

Lakin, 2016-cı il ərzində yenidən dəyər qazanmağa başlayıb. Beləki, 2016-cı ilin yanvar ayında 

dünya bazarlarında neftin rekord səviyyədə (1barel=26.3 USD) ucuzlaşması ilə, 1 USD = 83.6 

RUB

21

 olmaqla tarixi maksimumu test etməsinə baxmayaraq il ərzində 16% mökəmlənib (1 USD 



= 60.65 RUB). Qeyd edək ki, hazırda rublun dəyəri üzən valyuta bazarlarında tələb-təklif də daxil 

olmaqla real bazar şərtləri əsasında formaşır. Umumilikdə isə rubl 2014-cü illə müqayisədə 45% 

dəyərsizləşib.  

Regionun  Azərbaycanla  bənzər  iqtisadiyyatlarından  olan  Qazağıstan  tengesi  neft 

qiymətlərinin  azalmasına  manatla  müqayisədə  daha  erkən  reaksiya  verdi.  2015-ci  ilin  avqust 

ayında Qazağıstanda uzən məzənnə rejimi tətbiq edilməyə başladı. Üzən məzənnə rejiminə keçid 

qərarının  psixoloji  təsirləri  və  neft  qiymətində  ucuzlaşmanın  davam  etməsi  2016-cı  ilin  yanvar 

ayında  1USD=384.81KZT  səviyyəsini  test  etməsi  ilə  nəticələndi.  Daha  sonra  isə  Qazağıstan 

Mərkəzi Bankı tərəfindən həyata keçirilən monetar siyasət və neft qiymətlərində bahalaşma, xarici 

investisiya üçün daha liberal  mühitin təmin  edilməsi  kimi  şərtlər fonunda tenge  yenidən dəyər 

qazanmağa başlayıb. Beləki, tarixi maksimumdan – yanvar ayından sonra tenge 2016-cı il ərzində 

13%, 2015-ci ilin sonuna olan göstərici ilə müqayisədə isə 2% dəyər qazandı. Beləliklə də müvafiq 

dövr ərzində tenge 43.4% dəyər itirib.  

Neft  ölkəsi  olduğu  üçün  qiymətlərin  kəskin  ucuzlaşması  Norveç  kronunun  dəyərinə  də 

mənfi  təsir  edib.  Beləki,  2014-cü  ilin  may  ayı  ilə  müqayisədə  2016-cı  ilin  yanvar  ayında  kron 

dəyərini  33.4%  itirib.  Lakin,  2016-cı  ilin  ikinci  rübündən  etibarən  neftin  qiymətində  muşahidə 

edilən müsbət dinamika kronun məzənnəsinin 5.3% möhkəmlənməsinə səbəb olub. Nəticədə kron 

müvafiq dövrdə ümumilikdə 29.7% dəyər itirib. 

                                                           

21

  The Central Bank of the Russian Federation,  “ForeignCurrencyMarket”, baxış tarixi: 21.01.2017 



https://www.cbr.ru/eng/currency_base/dynamics.aspx?VAL_NM_RQ=R01235&date_req1=01.01.2014&date_req2

=21.01.2017&rt=1&mode=1

  



Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə