Azərbaycan “manat”ının performansı və



Yüklə 262,11 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix24.02.2018
ölçüsü262,11 Kb.
#27721
1   2   3   4   5   6   7   8   9

 

22 


İxracın  93%-i  neft,  neft  məhsulları  və  qaz  satışından  ibarət  olan  Azərbaycanda  isə  neft 

qiymətləri ucuzlaşmağa başladıqdan 5 ay sonra 2015-ci ilin fevral ayında birinci 25.7%, həmin 

ilin dekabr ayında isə ikinci 32.2% olmaqla ümumilikdə 49.6% devalvasiya edildi. Nəticədə 2015-

ci il ərzində “manat” dünyada ən zəif performansı ilə diqqəti çəkdi

22

. Qeyd edək ki, manat 2016-



cı ildə ərzində də dəyərini qoruya bilmədi. 2015-ci ilin sonu ilə müqayisədə 2016-cı ilin sonunda 

manat yenidən 12.2% dəyərini itirməklə ümumi itkilərini 57%-ə yüksəltdi.  

Göründüyü kimi ötən dövr ərzində yuxarıda statistik təhlili aparılan 4 ölkənin valyutası ilə 

müqayisədə manat daha dayanıqsız olub. 



Şəkil  5: Valyuta məzənnələrinin müqayisəli dinamikası  

 

Mənbə:  Bloomberg  Agentliyi,  Rusiya  Mərkəzi  Bankı  və  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  məlumatları əsasında müəllif tərəfindən hazırlanıb, 2017 

Şəkildən də göründüyü kimi, neft qiymətlərində müşahidə edilən müsbət dinamika Rusiya, 

Norveç və Qazağıstan kimi ölkələrin valyuta bazarlarında daha optimist qiymətləndirmələrə səbəb 

olub. Nəticədə ötən il ərzində Norveç kronu 5.3%, Rusiya rublu 16%, Qazağıstan tengesi isə 2% 

möhkəmlənib.  Azərbaycan  manatı  isə  əksinə  dəyərini  itirməkdə  davam  edir  və  məzənnənin 

maksimum həddi məhz ilin son günündə müşahidə edilib (1USD = 1.7707 manat). Bundan başqa 

sadalanan valyutalar arasında ən çox dəyərsizləşən valyuta da Azərbaycan manatı olub.  

 

2017-ci il, “manat”ın məzənnəsi 

 

2017-ci ildə monetar siyasət tam üzən məzənnə rejimi üzərində qurulacaq fikirlərinin ötən 



ilin dekabr ayında təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə 

Strateji  Yol  Xəritəsi”də  yer  alması

23

  ölkə  ictimaiyyətində  və  o  cümlədən  valyuta  bazarı 



                                                           

22

 Bloomberg.com, “Azerbaijan's Shift to Free Float Sends Manat to 20-Year Low”by Zulfugar Agayev, 21.12.2015 



https://www.bloomberg.com/news/articles/2015-12-21/azerbaijan-moves-to-floating-exchange-rate-letting-

manat-tumble

  

23

 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikasının milli 



iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, baxış tarixi: 21.01.2017 

http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf

  



 

23 


iştirakçılarında haqlı narahatlığa səbəb oldu. Beləki, “manat”ın real məzənnəsini tapmadığı, faktiki 

olaraq valyuta bazarlarında tələb və təklif arasında birincinin hesabına ciddi üstünlüyün olduğu 

nəzərə  alındıqda  tam  üzən  məzənnə  rejiminin  milli  valyuta  üçün  nələri  vəd  etdiyini 

proqnozlaşdırmaq kifayət qədər çətin idi. Qeyd edək ki, paralel olaraq hökumət tərəfindən illeqal 

valyuta dövriyyəsi ilə (qara bazar) mübarizəyə start verilmişdi və bu da valyuta əlçatanlığını daha 

da zəiflətməklə  bazar iştirakçılarında xüsusi ilə  də biznes  subyetlərində  ciddi  narahatlığa səbəb 

oldu. Bütün bunlarla yanaşı ötən ilin dekabr ayında valyuta təklifi minimum səviyyəyə azaldı [246 

milyon ABŞ dolları, Neft Fondu]. İlin son iş günündə Mərkəzi Bank tərəfindən yayılan 2017-ci il 

üçün  pul  və  maliyyə  sabitliyi  siyasətinin  əsas  istiqamətləri  barədə  bəyanatı  tam  üzən  məzənnə 

rejiminə keçid qərarını bir daha təsdiqləməklə 2017-ci ilin “manat” üçün çətin olacağı qənaətini 

gücləndirdi.  

Mərkəzi  Bankın  məhdud  valyuta  ehtiyatları,  2017-ci  ilin  dövlət  büdcəsində  Neft 

Fondundan transfertin həcminin azaldılması, FES tərəfindən növbəti illər üçün bahalı pul siyasəti 

vədi fonunda valyuta bazarlarında “manat” sadəcə OPEC və qeyri - OPEC ölkələri arasında neft 

hasilatının  tənzimlənməsi  haqqında  Vyana  sazişindən  dəstək  ala  bilirdi.  Neftin  bir  barelinin 

qiymətinin 55 ABŞ dollarından baha satılması hətta bir qrup bazar iştirakçısının satış mövqeyinə 

keçməsinə səbəb oldu. Bütün bunlara baxmayaraq valyuta bazarlarında narahatlıq davam edir və 

Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarında məzənnə gün bə gün azalırdı. Təsadüfi 

deyil ki,  manat  üçün  ən aşağı  məzənnə 2016-cı  ilin  son gününə təsadüf etdi [1 USD = 1.7707 



manat ]. Ümumilikdə isə dekabr ayının son günlərində valyutaya çıxış imkanı minimum həddə 

düşdü və nəticədə qara bazarda məzənə 1 ABŞ dolları = 1.95 manat səviyyəsinə yüksəldi. Qeyd 

edək  ki,  İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzinin  ekspertləri  2016-cı  ilin  sonuna  “manat”ın 

məzənnəsini 1 ABŞ dolları = 1.93 manat səviyyəsində proqnozlaşdırırdı

24

. Beləliklə Azərbaycan 



manatı 2017-ci ilə yuxarıda sadalanan faktorların təsiri altında daxil oldu.  

2017-ci ilin ilk günlərində də mövcud qeyri-müəyyənlik davam edirdi. Faktiki olaraq ölkə 

vətəndaşları minimum ehtiyaclarını (səfər, təhsil, səhiyyə və s.) qarşılamaq üçün valyuta əldə edə 

bilmir,  banklar  yalnız  alış  mübadiləsi  edir,  valyuta  satışına  isə  birmənalı  şəkildə  məhdudiyyət 

tətbiq edilirdi. 

 

Hökumət hərəkətə keçdi 

 

                                                           



24

 MeydanTV, “İlin sonunda manatı nə gözləyir?”,  Həsənov Rəşad, 23.11.2016 

https://www.meydan.tv/amp/az/site/politics/19229/%C4%B0lin-sonunda-manat%C4%B1-n%C9%99-

g%C3%B6zl%C9%99yir?.htm

  



 

24 


Yanvar  ayının  ilk  günlərindən  etibarən  hökumət  məzənnə  planının  tətbiqinə  start  verdi. 

Valyuta bazarları üçün ilin ilk mühüm informasiyası Azərbaycan Respublikası Prezidentinin 10 

yanvar  2017-ci  il  tarixli    “Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  2017-ci  il  büdcəsi 

haqqında” Fərmanı

25

 oldu. Beləki, bu fərmanla ilk dəfə olaraq Neft Fondundan Mərkəzi Banka 7.5 



milyard  manata  qədər  [4.2  milyard  ABŞ  dolları]  transfertin  edilməsi  nəzərdə  tutuldu.  Valyuta 

bazarı iştirakçıları bu informasiyanı mövcud şərtlərin dəyişməsi və yaxud “il ərzində valyuta təklifi 

artacaq” kimi qiymətləndirdi. Bundan bir gün sonra yanvar ayının 11-də Mərkəzi Bankda təşkil 

edilən təcili toplantıda bankirlərə tam üzən məzənə rejiminə startın verilməsi xəbəri verildi

26

.  


Yanvar  ayının  12-dən  etibarən  valyuta  hərracları  yeni  qaydada  keçirilməyə  başladı  və 

mübadilə zamanı -/+4 faizlik marja tələbi ləğv edildi. Qeyd edək ki, tam üzən məzənnə rejiminə 

keçid prosesi zamanı komunikasiya imkanlarından məharətlə istifadə edildi. Tam üzən məzənnə 

rejiminə keçid xəbəri valyuta bazarlarında əvvəlcədən gözlənildiyinin əksinə olaraq kifayət qədər 

aşağı volatilliyə səbəb oldu.  

Şəkil 6: Tam üzən məzənnə rejimində “manat”ın performansı 

 

Qeyd edək ki, “manat” ilk gün 0.7% olmaqla 12-19 yanvar tarixlərində[tam üzən məzənnə 



rejimininin  tətbiqi  dövrü]  cəmi  3.1%  dəyər  itirib.  Lakin,  yeni  şərtlər  daxilində  təşkil  edilən 

hərraclarda  məzənnənin  dinamikası  əvvəlki  dövrlə  müqayisədə  daha  ciddi  faizlərlə  ifadə  edilir. 

                                                           

25

 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az,   “Azərbaycan Respublikası Dövlət 



Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, 10.01.2017 

http://www.president.az/articles/22421

  

26

 APA informasiya agentliyi, “4%-lik marja ləğv olunur”, 11.01.2017 



http://www.apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/banklar-valyuta-mubadilesi-mezennesini-teleb-teklif-

esasinda-mueyyenlesdirecek.html

  



 

25 


Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev hesab edir ki, valyuta bazarları 

yeni şəraitə-tam üzən məzənnə rejiminə adaptasiya gözlənildiyindən daha sakit  gedir

27

.  


Hesab edirik ki, tam üzən məzənnə rejiminə keçidin aşağı volatil ilə müşahidə edilməsinin 

əsas səbəbi məhz Neft Fondundan Mərkəzi Banka təxminən 4.2 milyard ABŞ dolları [7.5 milyard 

manat] dəyərində transfertin proqnozlaşdırılmasıdır. Bazar iştirakçıları hesab edir ki, hökumətin 

bu addımı valyuta bazarlarında təklifi artmaqla manatın möhkəmləndirilməsinə hesablanıb.  



“Manat”ın dəyərsizləşməsi davam edəcək 

  

Hökumətin tam üzən məzənnə rejiminə keçid cəhdinə baxmayaraq, bunun qeyd şərtsiz baş 



tutması  hələlik  mümkün  görünmür.  Çünki,  valyuta  təklifinin  əsas  mənbəyi  yenə  də  dövlətdir 

(Mərkəzi Bank, Neft Fondu) və valyuta bazarlarının institusional infrastrukturu formalaşmayıb. 

Bu isə adminstrativ təsirlərin davam edəcəyini deməyə əsas verir.   

Ümumilikdə isə hesab edirik ki, hazırda müşahidə edilən proses ilk psixoloji həddin (1ABŞ 



dolları  =  2  manat)  qırılmasına  kifayət  etməyəcək.  Beləki,  Mərkəzi  Banka  transfert  haqqında 

informasiya  2017-ci  ilin  birinci  yarısında  valyuta  bazarlarında  gərginliyin  azalmasına  və 

əvvəlcədən proqnozlaşdırılan sərt dalğalanmaların təsirlərinin zəifləməsinə səbəb olacaq. Lakin, 

hökumət  strateji  valyuta  ehtiyyatlarını  qorumaq  məqsədi  ilə  qeyd  edələn  məbləğdə  transfertin 

edilməsində  tərəddüd  edə  bilər  ki,  nəticədə  milli  valyutaya  təzyiqlər  yenidən  arta,  bazar 

iştirakçıları “alış” mövqeyinə keçə və manat əvvəlcədən də proqnozlaşdırıldığı kimi bir sıra xarici 

(neftin  qiyməti,  FES-in  uçot  dərəcəsi  qərarı,  BREXİT  üçün  müzakirələrin  başlaması,  ABŞ 

prezidentinin davranışları və s.)  və daxili (Mərkəzi Bankın intervensiya siyasəti, xaici invesiyanın 

cəlbi, xaricə investisiyanın axını, istehlak gücündə müşahidə edilən dinamika və s.) faktorların da 

təsiri altında 1 ABŞ dolları = 2.2 -2.5 manat  səviyyəsinədək dəyərsizləşə bilər.   

 

 

 



 

 

 



 

                                                           

27

 APA İnformasiya Agentliyi, “AMB: Üzən məzənnə rejiminə adaptasiya gözlədiyimizdən daha sakit gedir”, 



19.01.2017 

http://www.apa.az/maliyye_xeberleri/amb-uzen-mezenne-rejimine-adaptasiya-gozlediyimizden-daha-sakit-gedir-

ekskluziv.html

  



 

26 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

İstinadlar 

 

1.

 



Azərbayca Respublikası Mərkəzi Bankı 

2.

 



Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 

3.

 



Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

4.

 



Azərbaycan Respublikası Dövlət Neft Fondu 

5.

 



Azərbaycan Respublikası Mərkəzi Bankı,

 “

Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və 



maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 09.01.2017  

http://www.cbar.az/assets/3665/BEYANAT-2015-SON.pdf

 

6.

 



NASDAQ, Latest Price & Chart for Crude Oil Brent, baxış tarixi: 13.01.2017 

 

http://www.nasdaq.com/markets/crude-oil-brent.aspx?timeframe=10y



  

 

7.



 

Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri 

haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017 

http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf

  

 

8.



 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, “Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal 

büdcələri üzrə layihələrin təqdimatı”, baxış: 15.01.2017 

http://www.maliyye.gov.az/sites/default/files/Budce-16-11-2016.pdf

 

9.

 



Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və 

maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017 

http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf

  

 



10.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və 



maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI”, baxış tarixi: 16.01.2017 

http://www.cbar.az/assets/4005/B%C6%8FYANAT-2016-after._30.12.pdf

  



 

27 


11.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Yekun Statistik Bulleten-2016-noyabr”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

   


12.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Faiz dəhlizinin parametrləri haqda”, 15.02.2015 



http://www.cbar.az/releases/2016/02/15/on-parameters-of-interest-rate-corridor/

 

13.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Uçot faiz dərəcəsi”, baxış tarixi: 17.01.2017 

http://www.cbar.az/infoblocks/corridor_percent

  

 



14.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı, “Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit 



hərracının keçirilməsi barədə”, 13.07.2016 

http://www.cbar.az/releases/2016/06/13/on-cba-deposit-auction-to-raise-funds/

 

15.


 

Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI, 

21.12.2015 

http://www.cbar.az/releases/2015/12/21/statement-of-the-central-bank-of-the-r-azerbaijan/

 

 

16.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının 

aparılması Qaydaları”nın təsdiq edilməsi barədə, 06.01.2016 

http://www.cbar.az/assets/2035/mubadil%C9%991.pdf

 

 

17.



 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 11/2016”, baxış tarixi: 17.01.2017 

http://www.cbar.az/assets/4257/YEKUN_STATISTIK_BULLETEN_2016_NOYABR_SonVersiya.pdf

  

 



18.

 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  “Statistik bülleten 01/2016”, baxış tarixi: 17.01.2017 



http://www.cbar.az/assets/4056/BULLETEN-01-2016_AZERI_OK_.pdf 

19.


 

Azərbaycan Respublikası Mərkəzi Bankı,  bölüm: “Rəsmi valyuta ehtiyatları”, baxış tarixi: 18.01.2017 

http://www.cbar.az/infoblocks/money_reserve_usd

 

20.



 

Mərkəzi Bank, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri 

haqqında BƏYANATI”, baxış tarixi 12.01.2017 

http://www.cbar.az/assets/4254/2017-BEYANAT_-_SON.pdf

 

21.


 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, ““Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” 

Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”, 

baxış tarixi: 19.01.2017 

http://www.maliyye.gov.az/sites/default/files/qanun%20budca.pdf

  

 



22.

 

ARDNŞ, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ilin yanvar-sentyabr ayları üzrə gəlir və 



xərclərinə dair məlumat”, 12.10.2016 

http://www.oilfund.az/az_AZ/news/1210/100/Azerbaycan-Respublikasi-Doevlet-Neft-Fondunun-2016-ci-ilin-

yanvar-sentyabr-aylari-uezre-gelir-ve-xerclerine-dair-melumat.asp#sthash.UHpNwau6.dpuf

  

 



23.

 

Fins.az, “Neft Fondu ötən il hərraca nə qədər dollar çıxarıb? – CƏDVƏL”, baxış tarixi: 19.01.2017 



http://fins.az/bank/913706/neft-fondu-oten-il-herraca-ne-qeder-dollar-chixarib-cadval.html

  

 



24.

 

Trend New Agency, “Şahmar Mövsümov: ARDNF aktivlərinin indiki bölüşdürülməsi neft ehtiyatlarının uzun 



müddətli qorunmasına kömək edir”, 27.12.2016 

http://az.trend.az/business/2702974.html 

25.

 

The Central Bank of the Russian Federation,  “ForeignCurrencyMarket”, baxış tarixi: 21.01.2017 



https://www.cbr.ru/eng/currency_base/dynamics.aspx?VAL_NM_RQ=R01235&date_req1=01.01.2014&

date_req2=21.01.2017&rt=1&mode=1

 

26.


 

Bloomberg.com, “Azerbaijan's Shift to Free Float Sends Manat to 20-Year Low”by Zulfugar Agayev, 

21.12.2015 

https://www.bloomberg.com/news/articles/2015-12-21/azerbaijan-moves-to-floating-exchange-rate-

letting-manat-tumble 

27.


 

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az, “Azərbaycan Respublikasının milli 

iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, baxış tarixi: 21.01.2017 

http://azertag.az/store/files/untitled%20folder/_STRATEJI%20YOL%20XERITESI_.pdf

 

28.


 

MeydanTV, “İlin sonunda manatı nə gözləyir?”,  Həsənov Rəşad, 23.11.2016 

https://www.meydan.tv/amp/az/site/politics/19229/%C4%B0lin-sonunda-manat%C4%B1-n%C9%99-

g%C3%B6zl%C9%99yir?.htm

  

 

29.



 

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi-prezident.az,   “Azərbaycan Respublikası Dövlət 

Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”, 10.01.2017 

http://www.president.az/articles/22421

  

 



 

28 


30.

 

APA informasiya agentliyi, “4%-lik marja ləğv olunur”, 11.01.2017 



http://www.apa.az/iqtisadiyyat-xeberleri/birja-xeberleri/banklar-valyuta-mubadilesi-mezennesini-teleb-

teklif-esasinda-mueyyenlesdirecek.html

 

31.


 

APA İnformasiya Agentliyi, “AMB: Üzən məzənnə rejiminə adaptasiya gözlədiyimizdən daha sakit gedir”, 

19.01.2017 

http://www.apa.az/maliyye_xeberleri/amb-uzen-mezenne-rejimine-adaptasiya-gozlediyimizden-daha-

sakit-gedir-ekskluziv.html

 

 



 

Yüklə 262,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə