Azərbaycan məDƏNİYY



Yüklə 134,59 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü134,59 Kb.
#19147


            

                     AZƏRBAYCAN 

                           MƏDƏNİYY

F. KÖÇƏRLİ  ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI

Azərbaycan göyl

Göyərçin jurnalının 55 illik yubileyi

                                                      

ƏRBAYCAN  RESPUBLİKASI

İYYƏT VƏ TURİZM  NAZİRLİYİ

ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI

METODİKA ŞÖBƏSİ

rbaycan göylərində qanad çalan “Göyərçin”im!

rçin jurnalının 55 illik yubileyi münasibətilə

(metodik vəsait)

                                                      Bakı - 2013

1

ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI  ELMİ-



rçin”im!

ə


2

Redaktor:      Şəhla  Qəmbərova  - F.Köçərli adına Respublika Uşaq

                                   Kitabxanasının direktoru

         Tərtib edəni:   Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq



                              Kitabxanası  elmi-metodika şöbəsinin baş kitabxanaçısı

          Korrektor:     Məmmədli Ruhiyyə – F.Köçərli adına Respublika Uşaq

                              Kitabxanası  elmi-metodika şöbəsinin müdiri


1

                                                  Giriş

      Zəngin  ənənəyə malik  Azərbaycan  mətbuatı  inkişaf  tarixi  boyunca  öz novatorluğu, 

çoxşaxəli fəaliyyəti ilə əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmışdır.Əsası 

1875-ci ildə görkəmli elm xadimi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulan 

mətbuat  tariximizdə uşaq  mətbuatının  əsası  1906-1908-ci  illərdə “Dəbistan”  adlı  uşaq 

jurnalının nəşri ilə qoyulmuşdur. İlk uşaq jurnalı olan “Dəbistan”ın ilk nömrəsi 1906-cı ilin 

aprelin 16-da, son nömrəsi isə 1908-ci il martın 10-da nəşr edilmişdir.Cəmi 27 nömrəsi işıq 

üzü  görən  jurnalın  səhifələrində pedoqoji  məsələlər,  uşaqların  təlim-tərbiyəsinə dair  bədii 

əsərlər, görkəmli adamların həyatı, elm və texnika yenilikləri, fizika, riyaziyyat, coğrafiya və

s.  haqqında  yazılar  dərc  edilirdi. Jurnalın  işində o  vaxtki ziyalılar  N.Nərimanov,A.Şaiq,

M.Hadi, S.M.Qənizadə, R.Əfəndiyev və başqaları yaxından iştirak etmişlər.Redaktorları isə

sevimli  şairimiz  Ə.Cəfərzadə,  və M.Əfəndizadə olmuşdur.Azərbaycan  yazıçıları  ilə yanaşı 

jurnalda  uşaqlar  üçün  Krılovun,  Hötenin, Lermantovun  Puşkinin  tərcümə edilmiş  uşaq 

şerləri, təmsillərinin yer alması jurnalın oxunaqlı olmasına kömək etmişdir.

      Bundan  sonra  1906-1907- ci  illərdə “Rəhbər”,1911-1920- ci  illərdə isə “Məktəb”adlı 

uşaq jurnalları da işıq üzü görmüşdür. Nəşri Azərbaycan Demokratik Respublikası dövrünə

təsadüf  edən  “Məktəb” jurnalı əsasən  demokratik  ruhda  tərbiyəyə yönəlmişdir.Cəmi  95 

nömrəsi  çapdan  çixan  jurnalın  ilk  sayında  Nəriman Nərimanovun “Əziz  balalar”başlığı  ilə

verilmiş  müraciətində belə deyilir:  “Şükür  olsun  ki,  axır  illər  məktəblər  artır, camaatda 

məktəbə az  da  olsa  məhəbbət  hissi  də artır.Məktəblər  artdıqca  başqa  ehtiyaclarımız  da 

meydana  çıxır.O  cümlədən  bu  gün  ehtiyacımız  olan  şeylərdən  biri  balalarımıza  aid  olan 

məcmuədir.Bu  bir  vəzifədir,  böyük  bir  xidmətdir.Bunun  üçün  uşaq  ataları, müəllim  və

müəllim-ələr çalışmalıdır.

Biz  isə sadəcə bir  vasitə ola  bilərik.” Jurnalın  “Məktəbə dəvət”  bölməsində isə belə

yazılırdı.Məktəb  ən  böyük  və ən  qiymətli  bir  binadır. Ən  gözəl  keçirilən  ömür,  ən  ləzzətli 

vaxt məktəb illəridir. İnsan oraya gözləri qapalı gəlir, amma gözləri açıq, zehni dolu çıxır.

Uşaq  jurnalı  sayılan “Rəhbər”  jurnalının  da  uşaq  ədəbiyyatının  inkişa-fında  xüsusi  rolu 

olmuşdur.Yeniyetmələrin  təlim  və tərbiyəsi  həmin  dövürdə yaranan  uşaq  mətbuatının

qarşısında  dayanan  əsas  vəzifələrdən biri idi.Bu  vəzifəni  sonrakı  dövrlərdə bu  jurnalların 

davamçıları  olan  “Gənc  işçi”, ”Pioner”, ”Qırmızı  günəş”, ”Göyərçin” və s.kimi  qəzet  və

jurnallar  davam  etdirdi. Bu  nəşrlər  öz  ətrafında  güclü  ədəbiyyat  nümayəndələri  ilə yanaşı, 

müəllim  və tələbələridən  ibarət  bir  ziyalı  dəstəsi  topladığından  hər  bir  fərdin  sevərək 

oxuduğu stolüstü qəzet və jurnalına çevrilmişdir.Bu gün də bu ənənəni davam etdirən uşaq 

jurnalları  sırasında “Göyərçin”,“Elli”, “Göy  qurşağı”,”Bala  dili” və s.  kimi uşaqjurnallarını 

görürük.



2

      Bu  il  bu  jurnalların  sırasında  xüsusu  yeri  olan,  hər  bir  məktəblinin  sevimli  jurnalı 

“Göyərçin”  jurnalının  55  yaşı  tamam  olur. Bu  55  ildə Göyərçin  neçə-neçə nəsli  öz 

səhifələrində çap etdiyi yazıları ilə tərbiyə etmiş, onların vətənpərvər, əsl vətəndaş kimi 

böyüməsində önəmli rol oynamışdır.Göyərçin jurnalı bütün məsələlərdə uşaqlara əzmlə xid-

mət etmişdir. Fəxrlə deyə bilərik ki, dərslik kimi çap olunan kitablardakı əsərlərdə, məsələn 

“Əlifba”  da,  “Oxu”  və “Ana  dili”  dərsliklərində jurnalda  çap  olunanlara  istinad  edilir.

Jurnalda uşaqlar  üçün gözəl şeirlər, hekayələr nağıllarla yanaşı tarixi bilgilər, islami və milli

dəyərlər və s.haqqında yazılar dərc olunur.Düz yarım əsrdən çoxdurki, Göyərçin zərrə-zərrə

ucalmış, qanadlarında ellərə sevinc, fərəh daşıyıb, hər gəlişi ilə  ömrümüzə fərəh doğub,hər 

qanad çaldıqca üstümüzə şeir, sənət yığıb.

     Jurnalın  ilk  redaktoru  görkəmli  yazıçı, drammaturq,  gözəl  jurnalist  Yusif  Əzimzadə

olmuşdur. Sonralar həmin  vəzifələrdə Hüseyn  Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud 

və b. işləmişlər.

      Yusif Əzimzadə Bakıda anadan olmuş, orta ixtisas texnikomunu bitirdikdən sonra hərbi 

xidmətə getmişdir. Jurnalist fəaliyyətinə isə hərbi xidmətdən qayıdandan sonra başlamışdır.

Onun uşaq mətbuatının öncüllərindən olan Göyərçinin yaradılmasında, səmərəli fəaliyyətində

misilsiz xidmətləri olmuşdur.Yusif Əzimzadə ədəbi yaradıcılığa şerirlə başlamış, ilk şeirlərini 

“Ədəbiyyat”, “Gənc işçi”, “Yeni yol”, qəzetlərində çap etdirmişdir.

Uşaq  aləmi  ilk  baxışda  sadə,  bəsit  görünsədə,  əslində o  sadəliyi  qədər  zəngindir.Daima  öz 

səhifələrində onları  maraqlı  yazıları,  şeirləri  ilə maraqlandırmaq, uşaq  ədəbiyyatı 

nümayəndələri  ilə tanış  etmək,  onların  kiçik  hekayə nağıllarını  oxuculara  təqdim  etməklə

Göyərçin  indidə maraqla  oxunur. Həmçinin  müxtəlif  əyləncəli  oyunlar, test  sualları, vik-

torinalar  verilməsi  uşaqların məntiqi  təfəkkürünün  inkişafına  da  kömək  edir. Təbiət 

güşəsində isə onlar  təbiətin  maraqlı  möcüzələri,  heyvanlar  haqqında  məlumatlar  əldə edə

bilirlər.İstedadlı  uşaqları  üzə çixartmaq üçün isə onların  əl  işləri,  yazdığı  şerlər,  kiçik 

hekayələrindən, cəkdikləri rəsm əsərlərindən  nümunələrə də jurnal səhifələrində yer ayırlır.

     Sonuncu  üz  qabığında  isə uşaqların  tərbiyəsi  üçün  əhəmiyyətli  olan  hikmətli  sözlər,

ibrətamiz kəlamlardan, nümunələr verilir.

                                        



3

                               Yubiley tədbirlərinin keçirilməsi

      Uşaq  mətbuatının  oxunqlılığı  onun  həcmcə kiçikliyi  deyil,  bitkinliyi, söz  ustalığı  ilə

sadəliyi ilə izah edilən bir tərzdə verilməsidir. Azərbaycanda uşaq mətbuatının yaranmasında, 

onun oxuculara çatdırılmasında kiçikyaşlı uşaqlar üçün nəşr edilən “Göyərçin” jurnalının da 

xüsusi  yeri  vardır. 1958  ci  ildə ilk  sayı  işıq  üzü  görən  jurnalın  bu  il  55  yaşı  tamam  olur.

Jurnal  ibtidaii  sinif  şagirdləri  və məktəb yaşlı  uşaqlar  üçün  nəzərdə tutulduğundan  yubiley 

münasibətilə kitabxanada  müxtəlif  tədbirlər  hazırlamaq  olar.Uşaqların  jurnalı  necə

tanıdıqlarını, onlar  üçün  nə qədər  maraqlı olduğunu  öyrənmək və s.  üçün  anket  sorğusu 

keçirə bilərik.Sorğunu həm yazılı həmdə şifahi keçirmək olar.

Sorğu üçün aşağıdakı sualları verə bilərik:

   Hansı uşaq jurnallarını tanıyırsınız?

__________________________________________________

   Göyərçin jurnalında xoşunuza gələn bölmələri qeyd edin.

__________________________________________________

   Jurnalda daha nələr haqqda öyrənmək istərsiniz?

__________________________________________________

   Jurnalın rəsmlərindən razısınızmı?

___________________________________________________

   Uşaq yazıçılarımızdan kimlərin Göyərçin jurnalı haqqnda şerlərini bilirsiniz

Abdulla Şaiq, Nigar Rəfibəyli, Məmməd Rahim

   Jurnalın redaktorlarından kimləri tanıyırsınız?

   Onun uşaqlar üçün yazdığı hansı uşaq şerlərini bilirsiniz?

_____________________________________________________

   Sərgilər kitabxanada keçirilən əsas tədbirlərdən biri kimi oxucularin yaddaşında məlumatın

daha möhkəm qalmasında əhəmiyyətli yer tutur. Göyərçin jurnalının 55 illik fəaliyyəti ilə



bağlı kitabxanada təşkil edilən sə

buraxılışlarını seçib nümayiş etdirm

Göyərçinim”,”Göyərçin”, balaların sevimli quşu

göyərçinəm, şən göyərçinəm, Hə

bilərik. Jurnalın nömrələri ilə yanaşı s

fotoları, baş redaktorları, rəssamları,

jurnalın nömrələrindən seçib nümayiş ed

edirik:


ərgidə jurnalın müxtəlif nömrələrini və ya t

buraxılışlarını seçib nümayiş etdirmək olar. Sərgini   “Azərbaycan göylərind

balaların sevimli quşu”, ”Göyərçin”im – ağ quşum”

ətta qartala  tən Göyərçinəm” və s. başlıqları altında ver

yanaşı sərgidə jurnalın indiyə qədərki yaradıcı kollektivl

ssamları, və onlar haqqında məlumatları dövri m

n seçib nümayiş edə bilərik. Aşağıda sizi sərgi nümun

4

ya təkcə yubiley 



rində qanad çalan 

ağ quşum”, “Mən 

s. başlıqları altında verə

yaradıcı kollektivlərinin 

dövri mətbuatdan və ya 

rgi nümunələri ilə tanış 




          

          

           

Bundan əlavə sərgidə görkəmli adamların jurnal haqqında fikirl



                                          Sə

Göyərçin “Əlifba”dan sonra uşaqlar

jurnaldır.

                                                                                           

                                                                            

Balalarımızın tərbiyə olunmasında “Göy

                                                                                              

                                                                                     

Gənc  nəslin  tərbiyəsində böyük  rol  oynayan  “Göy

gözləyir.

                                                                                                  

                                                         

Jurnal təkcə uşaqların mənəviyyatını,dünyagörüşünü inkişaf etdirm

eyni  zamanda  tədris-tərbiyə kompleksin 

olmuşdur.

                                                                                                             

                                                                                    

Biz babalar nəvələrimizlə baş-başa verib göz



                 

mli adamların jurnal haqqında fikirlərini də ver



ərgidə veriləcək sitatlar

Əlifba”dan sonra uşaqların oxu vərdişlərini inkişaf    etdirmək üçün  

                                                                                           Misir Mərdanov:

                                                                            Azərbaycan Respublikasının T

olunmasında “Göyərçin”in xidməti böyükdür.

                                                                                              Mehdi Mehdizad

                                                                                     Azərbaycan SSR Maa

böyük  rol  oynayan  “Göyərçin”i  gələcəkdə

                                                                                                  Elmira Qafarova

                      Azərbaycan LKGİ MK—nın birinci katibi, 1968,N1.

viyyatını,dünyagörüşünü inkişaf etdirməyə xidm

kompleksin  hazırlanma-sında  çox  dəy

                                                                                                             Zahid Qaralov

                                                                                    Pedoqoji elmlər doktoru, professor

başa verib gözəl “Göyərçin”i sevə-sevə oxuyuruq.

5

verə bilərik



k üçün  ən lazımlı bir 

rdanov:


rbaycan Respublikasının Təhsil naziri.

Mehdi Mehdizadə

rbaycan SSR Maarif naziri.

daha  parlaq  uğurlar 

Elmira Qafarova

nın birinci katibi, 1968,N1.

xidmət göstər-məyib,

yərli,  zəngin  mənbə

Zahid Qaralov

r doktoru, professor

oxuyuruq.



6

                                                                           

                                                                            Xalq yazıçısı: Süleyman Rəhimov.

Körpələrimizin həyatına sevinc gətirən, onlarda yaxşı fikirlər və hisslər oyadan “Göyərçin”i 

ürəkdən təbrik edir, daha gözəl nailiyyətlər arzulayıram.

                                                                                     Xalq yazıçısı: Mirzə İbrahimov.

Ana göyərçinlər balalarına dostluq və məhəbbət mahnısı oxuyurlar.

Bizim bala “Göyərçin”imiz bu mahnını nəsillərə çatdırsın.

                                                                                          Xalq şairi: Mirvarid Dilbazi.

Əziz  “Göyərçin”  qanadların  daha  möhkəm,uçduğun  fəzanın həmişə günəşli  olmasını  arzu 

edirəm.

                                                                                                   Şair: Mədinə Gülgün.



Jurnalın ilk yaradıcı kollektivindən başlayaraq bu günə kimi getdiyi yolda balalarımız üçün 

neçə-neçə insanın  danılmaz  əməyi,  zəhməti  durur.İlk  baş  redaktoru  görkəmli  elm  xadimi 

Yusif Əzimzadənin işini bu gün sevimli uşaq yazıçımız Rafiq Yusifoğlu davam etdirir.

Göyərçin”  jurnalının  ilk  yaradıcı  kollektivi.  Baş  redaktor  Yusif  Əzimzadə məsul  katib 

Hüseyn  Abbaszadə və bədii  redaktor  Yusif  Hüseynov  jurnalın  əməkdaşları  ilə

birlikdə.Bakı,1958

             

“Göyərçin” jurnalının 40 illik yubileyi münasibətilə jurnalın əməkdaşları:



7

            

           Kitabxanada kiçikyaşlı uşaqlar üçün jurnalda dərc edilmiş görkəmli xalq yazı-

      çımız Anarın uşaqlar üçün yazdığı “Əlifba” hekayəsini səhərcik şəklində səhnə-

      ləşdirə bilərik. Səhnəni hekayəyə uyğun bəzəməliyik. Balaca bir otaq, otaqda otur-

      muş bu il məktəbə getməyə hazırlaşan balaca dostumuz



       Aparıcı:                 Əziz  balalar!Hər birimizin məktəbə gedərkən oyrəndiyimiz ilk kitab

                     əlifbadır. Hər hansı peşəyə sahib ola bilmərik. Payızda məktəbə getmə-

                     yə hazırlaşan balaca dostumuza əmisi bir neçə kitab alıb gətirdi ki şəkillə-

                      rinə baxsin, məktəbə gedəndə oxuyar.Dostumuzsa kitabları görüb çaş-baş qaldi.                               

                      Axı o hələ oxuya bilmirdi.Bilmirdi hansı kitabı əlinə alsın? Heç əlifbadan da

                     xəbəri yox idi. Birdən bir  səs eşitdi:

-

Məndən başla.



                    Balaca dostumuz təəcübləndi. Görəsən bu kimdir?

                                                  ( Səhnədə hərifləri təmsil edəcək uşaqlar görünür)



Aparıcı : Mən “Əlifba” kitabıyam. Əgər uşaqlar səhifəmdəki 32 hərflərin  hamısını

bilsələr, bütün sözləri, bütün adları, bütün kitabları oxuya biləcəklər.

İnanmırsan  özün soruş.

A hərfi:   Mən Əlifbanın ilk hərfiyəm. Neçə-neçə gözəl sözlər elə mənlə  başlayır: Ana,

Ata, Adam....



Aparıcı: Bağışla, bağışla deyə kimsə A-nın sözünü kəsdi.

B hərfi:  Bəli bağışla. Əlifabada A sən birinci olsanda. Elə “birinci” sözü də mənimlə

başlayır. Mən heç vaxt “yox demirəm”, həmişə “bəli” deyirəm.Mənimlə atanın

atası “baba” sözü başlayır.Hələ “Bakımı” demirəm

Aparıcı: Kiminsə səsi eşidildi

V hərfi: Heç məni yad etmirsiniz. Mən V-yəm. Vətən mənimlə başlayır



8

B-nın bəxti var, mənimsə vaxtım. Mən hamı üçün vacibəm,vəfalıyam, varlıyam.



Aparıcı: Q hərfi dilləndi:

Q hərfi: Qoymaram məni unudasınız. Mən Q-yam. Mən də sizin qardaşınızam.

D hərfi: Dostlar! Dostlar! Mən də D hərfiyəm.Dostluq sözü mənimlə  başlayır.Deyirəm

hamımız dost olaq. Gəlin sözü S-ya verək.



S  dedi:     Salam,  salam  sevimli  dostlar.  Sentyabrın  1-i, səhər  saat  səkkizdə    məktəbdə sizi

səbirsizliklə gözləyəcəyəm.



(Səhnəcikdən sonra məktəb haqqında mahnı səslənir. Həriflər əl-ələ

verib rəqs edirlər.)

     Tədbirin ikinci hissəsini ədəbi-bədii gecə təşkil edir. Gecəni keçirmək üçün səhnə rəngli

dekorasiyalarla, sülh  simvolu  olan  göyərçinlərlə,  jurnalla  əməkdaşlıq  edən  şair  və yazı-

çılarımızın adları və ya portretləri ilə, nağıl qəhrəmanlarının şəkilləri, məktəbəqədər və kiçik 

yaşlı  uşaqlar  üçün  maraqlı olacaq  tərzdə bəzədilir.Yuxarıdan  “Göyərçin  - 55”  başlığı

vurulur. Jurnalın yubileyi ilə əlaqədar yazıçı və şairlərimizin jurnala həsr etdiyi  şeirlərindən 

hər hansı bir parça verilir. Bu şerlərdən nümunələri aşağıda veririk.

                                  

                                  Olsun “Göyərçin”in yaşı mübarək

                              Onun hünərinə alqışlar deyək.

                                  Daha da ucalsın, qalxsın, boy atsın

                                  Şeirlər,nəğmələr, sözlər yaratsın.

                                                                        Nigar Rəfibəyli

                                  “Göyərçin”! Neçə ildir

                                    Dillərə düşüb adın.

                                    Gəz elləri heç zaman

                                    Yorulmasın qanadın.

                                                                    Mirmehdi Seyidzadə

                                    

                                   Yaşa “Göyərçin” im, ilk bahar kimi,

                                    Nəsildən-nəsilə yadigar kimi.

                                                                      Yusif Əzimzadə

                                   Mən “Göyərçin” əm.

                                   Şən “Göyərçin” əm.

                                   Hətta qartala

                                   Tən “Göyərçinəm”!

                                                                       İlyas Tapdıq

                                 




9

      Gecəyə jurnalın  redaktoru,  əməkdaşları,  jurnalda  işləmiş həmkarlarını  müəllimləri,

oxucuları dəvət edə bilərik.Gecəni kitabxananın direktoru açaraq gələn qonaqları salamlayır.

Sonra  qonaqlarin  çıxışları  dinlənilir. Gecəni  başlamazdan öncə qonaqlara  jurnalın  55  illik 

fəaliyyətini  əks  etdirən  slayd  nümayiş  etdirilir. Slayd  bitdikdən  sonra  aparıcılar  tədbir 

keçirilən zala daxil olur.



I Aparıcı:    Salam hörmətli tədbir iştirakçıları və əziz uşaqlar

II Aparıcı: Hər birinizi sevimli  jurnalımız olan “Göyərçin”in 55 illik fəaliyyətinə      

                    hazırladığımız yubiley tədbirimizdə xoş gördük.



I Aparıcı:    Ədəbiyyatımızda XIX  əsr və sonrakı dövrlərdə Abdulla Şaiq,  Mikayıl

                    Müşfiq, Xanımana Əlibəyli, Mikayıl Rzaquluzadə, F. Köçərli və bir çox

                    ədiblərimiz uşaq ədəbiyyatı üçün gözəl nümunələr yaratmışlar. Bununla

                    bağlı məktəblərdə maarifləndirmə ilə əlaqədar kitablarla yanaşı qəzet və

                    jurnallarada ehtiyac duyulurdu.Onun üçün mətbuatımızda bir sıra qəzet və

                    jurnal nəşrləri meydana çıxdı



II Aparıcı: “Dəbistan”,“Məktəb”uşaq jurnallarından sonra isə  bu missiyanı “Pioner”

                    və “Göyərçin” jurnalı öhdəsinə götürdü 1958-ci ildən bu günədək müntə -

                    zəm nəşr  olunan “Göyərçin” uşaqlar üçün bir məktəb oldu. Elə ona görədə

                   “Göyərçin” əlifbadan sonra uşaqların oxu vərdişlərini inkişaf etdirmək üçün

                     ən lazımlı, gərəkli bir vasitə olaraq  qiymətləndirilmişdir

I Aparıcı:     Yusif Əzimzadənin baş redaktorluğu ilə fəaliyyətə başlayan, “Göyərçin”nin

                     ilk sayının ərsəyə gəlməsində Hüseyn Abbaszadə, Xalidə Hasilova,Tofiq

                     Mahmud, Hikmət Ziya, Xəlil Rza Ulutürk kimi görkəmli ədiblər böyük

                     rol  oynamışlar.



II Aparıcı:    Qardaş ölkələrin uşaq jurnalları ilə bir sırada addımlayan  “Göyərçin”in 50

                      illik fəaliyyə tilə onu Qırğız uşaq jurnalı olan  “Bayçiçək”, “Murzilka” və

                      onun yaradıcı kollektivi  təbrik etmişlər.Təbrikdə deyilirdi:

I Aparıcı:      Əziz ”Göyərçin”!Səni, redaksiyanın yazıçılarını vəəssamlarını 50 illik şərəfli

                      yubiley münasibətilə ürəkdən təbrik edirəm.Sən 50 il müddətində neçə-neçə

                      nəsillərin sevimli jurnalı olmusan.“Göyərçin” in daha yüksəklərə uçuşunda

                      onunla əməkdaşlıq etməyə hazırıq.Bu təbriki  “Murzilka” jurnalı və onun

                      yaradıcı kollektivi göndərmişdi

II Aparıcı: ”Böyük qardaşım “Göyərçin”! Qoy buludsuz səmada qanadların daha möh-

                     kəm olsun.”Bayçiçək” Qırğız uşaq jurnalının təbriki isə belə olmuşdur.



I  Aparıcı:    Indi dahada gözəl, daha maraqlı çıxan “Göyərçin”, uşaqları islami, milli və                 

                     bəşəri dəyərlər ruhunda tərbiyə edən sehirli bir məktəbdir. Gəlin indidə vax-                           

                     tıilə jurnalla əməkdaşlıq edən ədiblərimizin, şeirlərini dinləyib, əsərlərindən

                     səhnələrə tamaşa edək.




10

      (Səhnəyə uşaq yazıçımız Zeynal Cabbarzadənin ilin fəsillərini tərənnüm



edən “Çox sevirəm” şerini söyləmək üçün uşaqlar gəlir.)

                                                     Çox sevirəm

                           I Oxucu:                 Baharı çox sevirəm,

                                                           Hər tərəf yaşıllaşır.

    Dağlardan gələn sular

Sel olub, aşıb-daşır.

  Qaranquşlar eyvand

                                                           Qurur öz yuvasını.

   Çox sevirəm baharın

Sərin, saf havasını

   Göydə ildırım şaxır,

   Dağlar başı çən olur

  Bahar fəsli gələndə

     Hamı, hamı şən olur.



                           II Oxucu:                Mən yayı çox sevirəm

Göy üzü təmiz olu

        Yayda çox sevdiklərim

     Çay olur, dəniz olur.

   Günəş qızdırır yeri,

  Ağaclar gətirir bar.

    Yaylaqlarda dincəlir

      Yay gələndə adamlar.

  Üzümlər şirinlənir,

     Əncirlərdən axır bal.

        Bağbanlar bol meyvəni

        Yığmağa tapmır macal.

                                                            Yaşıl xalı sərilir,

  Düzənlərə, dağlara.

   Yay fəsli ləzzət verir

                                                            Balaca uşaqlara.



                             III Oxucu:          Payızı çox sevirəm,

Havalar gözəl olur.

     Qızıl rəngli yarpaqlar

Tökülür, xəzəl olur.

Ağaclardan dərilir



11

           Alma, armud, heyva, nar.

      Hərdən dolur boşalır,

       Göydə uçan buludlar.

Civildəşir sərçələr

      Qışdan gətirir xəbər.



                              IV Oxucu:          Mən qışı çox sevirəm

    Çünki qarı bol olur

  Şaxtaları bol olur.

        Buz salxıma bənzəyir.

                                                             Küçələri bəzəyir.

   Atılıram, düşürəm

      Buz üstə sürüşürəm.

          Qorxutmayır qar məni,

    Anama söyləyirəm

    Gəzməyə apar mən



( Şeir bitir aparıcılar səhnəyə gəlir)

  I Aparıcı:                                        Ay uzun saç, qaragöz

                                                            Ağıllı kuklam mənim!

                                                           Gəl əlifba oxuyaq.

                                                            Sən şagird ol,

                                                            Mən müəllim

                                                            Bir de görüm “A”

                                                            Incimə kukla.

                                                            Yoxsa səninlə

                                                            Danışmaram, A!

I Aparıcı:            Məşhur uşaq mahnısı sayılan “Kuklam” mahnısının müəllifi, yazıçı      

drammaturq Cahangir Məmmədov  uzun illər  “Göyərçinin səhifələri           

ilə uşaqlarımıza xidmət etmişdir.Onun, “Ay mişar, tələs mişar”,  “Tə-   

                                     kərli  məktəb”, ”Mənim özbək qardaşım”, ”Günəşin nağılı” kimi   

                                     şeirləri balacalarımız üçün ən qiymətli hədiyyə olub

II Aparıcı:                                           - Biz gedirik

    Səhər kəndə.

                                            - Mən də! Mən də!

    - Yox getmirik.




12

    Daha kəndə.

        - Mən də! Mən də!

                   - Yenə nə var başlamısan

                 - Gözlərini yaşlamısan?

                    Bizdən bir söz eşidəndə

                           Zarıyırsan: Mən də! Mən də!

     Ağaca çıxaq!

           Mən də! Mən də!

       - Armudu yığaq!

          - Mən də! Mən də!

        - Armud kal imiş

           - Mən də! Mən də!

Göyərçin belə maraqli şeirlərə ilə hamimizin sevimlisinə çevrilib.Oxuyanda bizədə

uşaqlığımızı xatırladan belə şeirlər daim jurnalın səhifələrini bəzəyib.Teymur Elçinə məxsus 

digər şeirləri də gəlin yada salaq.

Səhər-səhər bağçada,

Bir sərçə dən yeyirdi.

Hərdən baxıb üzümə,

    “Cik-cik, cik-cik” deyirdi.

                                                       O yedi, doydu, qaçdı.

Birdən itdi gözümdən.

                                                         Bəs o balaca sərçə

  Hara getdi gözümdən?!

                                                         Çox çağırdım gəlmədi,

                                                        Tutdu ağlamaq məni.

                                                       Birdən kolun dalından

                                                        Uçan gördüm sərçəni.

                                                         O uçdu,uçdu,uçdu,

                                                         Qondu yaşıl budağa

                                                         Ha çağırdım gəlmədi,

                                                         Uçub getdi uzağa



                                       


13

                                                     Balaca ulduzlar

                                                      Göydə yox, yerdədir

                                                       Bizim ulduzlar;

                                                       Balaca oğlanlar

                                                       Balaca qızlar

                                                       Günəşin dalınca

                                                       Gedirlər hər gün,

                                                       Dünyanı zülmətdən

                                                       Göydə yox, yerdədir

                                                       Bizim ulduzlar-

                                                       Balaca oğlanlar,

                                                       Balaca qızlar.

      (Həmçinin uşaq yazıçımız Hikmət Ziyanın jurnalda çap edilmiş təmsillərini də  uşaqlar 

səhnəcik şəklində hazırlaya bilərlər.)

                            

                                                           Vurağan keçi

                                                         Kim keçidən qorxub qaçsa,

                                                     Ona hücum eləyirdi.

                                                     Buynuzları ələ keçsə,

                                                     Yazıq-yazıq mələyirdi.



                                                         Ayı və kitab

                                       Ayı dedi: - Kitabla yoxdur aram,

                                       Amma vərəqlərinə bal sürtsələr, yalaram.

                                                      

                                                       Sarmaşıq

                                                   Qucaqlayıb palıdı

                                                   Söyləyirdi sarmaşıq:

                                                   Baxın, əl-ələ verib,

                                                   Göylərə ucalmışıq.

                                            

                                           



14

                                            Tısbağa qaçışa qiymət verəndə

                                           

                                            Qaçan bir dovşana baxıb Tısbağa,

                                            Deyindi:-sürətin zəifdir qağa...

                                             Qaban və çəmənzar



                                          

                                           Gül-çiçəkli çəmənzara

                                           Baxıb yan ötdü Qaban.

                                           Fısıldadı, xoruldadı,

                                           Yaman dad etdi Qaban.

                                         - Göz oxşayan heç nə yoxdur,

                                           Canım, belə yer olar ?

                                           Ha baxırsan nə çamuru,

                                           Nə də bataqlığı var!



I Aparıcı:    Mikayıl Rzaquluzadənin “Ən qiymətli almaz”  şerində isə söylənilir ki, ən          

                    qiymətli əşya almazdır. Lakin onu nə çar taxtında, nə çayda, nə göllərin dibində,       

                   nə də dağlarda tapmaq olar.Onun açarı bilirsinizmi nədi? Zəhmət. İnsan öz    

                  zəhməti ilə hər zaman ucalır.

                                                    Torpaq alın tərindən

                                                    Güc alır, qüvvət alır.

                                                    Artır onun qüdrəti

                                                    Ən yüksək qiymət alır.

                                                    Bir damcı alın təri

                                                    Düşsə torpağa ancaq

                                                    Ən qiymətli almaza

                                                    Çevrilər qara torpaq.



II Aparıcı:     Əminik ki, yazıçının kiçikyaşlı oxucular üçün yazdığı  “Altıyaşlılar” adlı

                        səhnəcik sizin də xoşunuza gələcək. Gəlin birlikdə tamaşa edək.

Səhnə məktəbin idman zalını xatırladan altıyaşlılar üçün nəzərdə tutulmuş bir otaq.Burada 

balaca  skamyalar var.  Uşaqlar  skamyalarda  qəmli  halda  oturmuşlar. 5-6-cı  sinif  şagirdi 

Yusif əlində topu oynada-oynada onlara yaxınlaşır.)

Yusif: Hə,indi gəlin voleybol oynayaq. Di qalxın ayağa...Sizinlə deyiləm? (Topu uşaqların     

             üstünə atır.Heç kəs tutmur.Yusif fikirli halda gəzişir).Voleybol istəmirsiniz...Yaxşı,

             gəlin futbol oynayaq. (Heç kəs yerindən tərpənmir) Futbolda istəmirsiniz...Bəs nə         

             istəyirsiniz, nə?




15

Afaq:   Zərqələm müəlliməni istəyirik...

Yusif:   Zərqələm müəllimə xəstədir. Dünən gəlməyib, bu gün də gəlməyəcək.Direktor xahiş   

             edib ki, 2-3 saat mən sizinlə məşğul olum.Özünüz bilirsiniz ki, mən məktəbin 9   

              nömrəli hücumçusuyam.İndiyəcən 16 dəfə qol vurmuşam! Siz isə mənə hörmət    

              etmirsiniz...(Yalvarır). Uşaqlar xahiş edirəm gəlin oynayaq. Direktor gəlib görsə ki, 

              boş-bekar oturmuşuq, hamımızı danlayacaq.

Sona:     Biz Zərqələm müəllimə ilə oynamaq istəyirik...

Yusif:    Zərqələm müəllimə ilə futbol? Voleybol? (gülür)

İlqar:     O,bizimlə elə maraqlı oyunlar oynayır ki, heç darıxmırıq.

Rafiq:    Zərqələm müəllimə dərsi çox maraqlı danışır.

Afaq:     O bizə dadlı-ləzəttli xörəklər bişirtdirir.

Sona:    Yataq otaqlarımızı elə qəşəng bəzəyib ki!

Yusif:     Uşaqlar! Uşaqlar, bunları mən bilirəm. Zərqələm müəllimə  mənədə dərs deyib.Onu   

               hamımız sevirik.İndi neyləmək olar.Fikriniz nədir?Elə oturub, darıxacaqsınız?



Afaq:     Biz müəllimənin öyrətdiyi dərsi təkrar edəcəyik.

Eldar:    Mən onun əzbərlətdiyi şeiri bərkdən oxuyacağam

Sona:     Mən nağıl danışacağam.

Rafiq:    Mən tapmaca deyəcəyəm.

Yusif:    Nağıl,tapmaca,şeir.Bəs idman?

Afaq:    Sən qorxma, get sinfə dərsini öyrən.Direktor, müəllim gəlsə özümüz cavab      

              verəcəyik.



Yusif:    (onu yamsılayır) Direktor müəllim! Yox bir dərs hissə müdiri müəllim, zavxoz    

              müəllim. (Deyinə deyinə getmək istəyərkən Zərqələm müəllimə ilə üzləşir.Təəcüblə)      

             Müəllimə siz gəldiniz? Bəs... bəs...

Zərqələm müəllimə: Gəlmişəm,Yusif.Çox sağ ol ki, mənim şagirdlərimlə məşğul oldun,   

             onları darıxmağa qoymadın. (Yusif başını aşağı salıb gedir.Uşaqlar müəlliməni      



             dövrəyə   alırlar.)

Afaq:      Müəllimə bizi qorxutdular ki, siz bu gün də gəlməyəcəksiniz.

Eldar:     Hazırlaşırdıq, ki evinizə gedək.

Sona:      Sizin üçün yaman darıxmışıq,müəllimə!

Rafiq:      Müəllimə, daha xəstələnməyin də, nə olar.?

Zərqələm müəllimə: (Gülüb onları qucaqlayır) Mən də sizin üçün darıxmışam.Həkim evdən     

                 çıxmağıma razı olmurdu. Amma dözə bilmədim.



Afaq:       Eybi yox, biz Sizi indi sağaldarıq.

Zərqələm müəllimə: (Təəcüblə) Necə?


16

Afaq:        Oturun  bax  burda.  (Balaca  termosda  çay  süzüb.  ona  verir.Bu  çaya  kəklikotu, 

sarıçiçək qatmışam. Onu içsəniz, canınızda nə soyuqdəymə var, çıxacaq



Eldar:          Eh,  bəlkə müəllimənin  xəstəliyi  soyuqdəymə deyil,  ürək  ağrısıdır?Nənəm  bu 

dərmanı qaraçöhrə ağacından hazırlayıb. Deyir kim içsə,o dəqiqə sağalar.!



Rafiq:          Yox,  yox  müəllimə,  mən  üzünüzün  rəngindən  görürəm  ki,  qanınız  azdır.  Ona 

görədə bax bu dərmanı içməlisiniz. Əvəlik otunun kökündən düzəldilib.



Sona:  Anam  mənə də bir  dərman  verib.Deyir,  kimin  ciyəri  ağrıyırsa,  onu  sağaldar. 

Amma...adını deməyə utanıram.



Afaq: Adı nədir? Pişikotu?

Eldar: Bəlkə “Pişiknanəsi”dir?

Rafiq:Yox yəqin ki “atılbatıl”dır.

Sona: Yox adı “Öküzboğan”dır...

Hami bərkdən gülür)



Afaq: Bir dərman ki,öküzü boğur, onu adama neşə vermək olar?

Zərqələm müəllimə: Gülməyin uşaqlar, adı qəribə olsada özü ciyər üçün çox xeyirlidir.

Eldar: Bəs nə üçün adı “öküzboğan”dır?

Zərqələm  müəllimə:  Ona  görə ki  yarpaqları  bərkdir,  özü  də tikanlıdır.Öküzboğan 

çəmənlərdə, dağlarda bitir.İyun ayında sarı çiçəklər açır, beş yarpağı olur.Avqust ayında isə

meyvəsini yığıb dərman hazırlayırlar.

Afaq: Müəllimə indi siz hansı dərmanı içəcəksiniz?

Zərqələm müəllimə: Heç birini. Amma sizin bu yaxşılığınızı ömrüm boyu unutmayacağam! 

Mənim əzizlərim...Mənim istəkli balalarım! Sizi görən kimi sağaldım.Elə gümrah, şən oldum 

ki, hamınızla əl-ələ tutub oynamaq istəyirəm. (Musiqi)

(Oyun havası çalınır. Müəllimə və uşaqlar rəqs edirlər)



                                                         

    Kiçiyin də, böyüyün də sevimlisi olan, “Göyərçin” in yubiley nömrəsini vərəqləyirik, lap 

uşaqlıqdakı  kimi,  yenədə tanış  üzlər  tanış  imzalar..  Nə vaxtsa  ömürlərinin  hansı 

məqamındasa Göyərçin  barədə söylədikləri,  ən  qiymətlianları  özündə dondurmuş fotolar 

insanıuşaqlığa qaytarır.Jurnalın bu gün yaşamasında ulu Öndər Heydər Əliyevin daha böyük 

xidmətləri  olmuşdur.Onun  atalıq  qayğısı  sayəsində “Göyərçin”  öz  uçuşlarını  bu  gün  də

davam etdirir.”Azərbaycan uşaqlarının sevimli jurnalı” jurnalının baş redaktoru, Azərbaycan       

Respublikasının  əməkdar  mədəniyyət  işçisi,  filologiya  elmləri  Rafiq  Yusifoğlunun bu 

sərlövhə altında yazdığı yazıda belə deyilir

“Göyərçin”i  “Əlifba”dan  sonra  ikinci

adlandıranlar  qətiyyən  usnılmırlar.Tədris 

vəsaitlərinin,oxu kitablarının,dərsliklərin hazırlanmasında həmişə ilk dəfə “Göyərçin”.də çap 

olunan  bədii  mətnlərdən  istifadə olunub.Bu  iş  indidə davam  etdirilir.Ona  görə ki, 

“Göyərçinin müəllifləri çox görkəmli qələm sahibləri olublar. Adları ədəbiyyat tariximizə



17

bəzək olan Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rəhimo, Mehdi Hüseyn, Əli Vəliyev, 

Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Əhməd Cəmil, Bayram Bayramov” və digər 

görkəmli yazıçılarımızın məhz “Göyərçin üçün də əsər yazmaları çox önəmli faktlar 

sırasındadır.”Göyərçin”in  daha  məzmunlu  nəşr  olunmasındatanınmış  uşaq  yazıçılarımızdan 

Mikayıl Rzaquluzadənin, Mirmehdi Seyidzadənin, Teymur Elçinin, Xanımana 

Əlibəylinin,”Tofiq  Mahmudun”,  Hikmət  Ziyanın,  İlyas  Tapdığın,  Ələviyyə Babayevanın, 

əməyi böyük olmuşdur.İndi onların yollarını Zahid Xəlil, Mir Sabir, Mir Sabir, Məmməd 

Namaz, Fuad Tanrılı,Qəşəm İsabəyli,Ələmdar Quluzadə, Ələsgər Əlioğlu, Aləmzar Əlizadə, 

Sevinc Nuruqızı, Günel Almaz və başqalarıləyaqətlə davam etdirirlər.Yaradıcı kollektivimizi 

55  illik  yubiley  münasibətilə eləyənlər  çoxdur,  biz  də sizi  təbrik  edirik.Çünki  “Göyərçin” 

Azərbaycan uşaqlarının jurnalıdır.

                                                                   

                                                              



Son

                      

                             

                               


18

                                 İstifadə olunmuş ədəbiyyat:

Yusifoğlu R.Uşaq ədəbiyyatı . - Bakı : Şirvannəşr, 2006. - 268 s.

Kəngərli A. İsmayıl bəy Qasprinski. – Bakı:Nurlan,2004. – 283 s.

Rəfibəyli N.Seçilmiş əsərləri. – Bakı: Azərnəşr,1993.-139 s.

Yusifoğlu R.Tanrının ömür payı. – Bakı: Sumqayıt, 2007.- 500 s.

Göyərçin . – 2012 ; 2013.



Rüstəmli N.”Göyərçin”- 50 // Respublika. – 2008. – 12 aprel


19


20


21


22

Yüklə 134,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə