“Azərbaycan məktəbi” 2018/1 İRƏvan maariFÇİLİYİ Rüfət Hüseynzadə



Yüklə 117.36 Kb.

tarix11.07.2018
ölçüsü117.36 Kb.


“Azərbaycan  məktəbi” 2018/1

İRƏVAN MAARİFÇİLİYİ 

Rüfət Hüseynzadə,

pedaqogika  üzrə elmlər  doktoru, professor, 

əməkdar müəllim

Açar  sözlər:  İrəvan  Müəllimlər  Seminariyası,  pedaqoji  kadrlar,  müəllimlər, 

məzunlar.

Ключевые  слова:  Иреванская 

Учительская  Семинария, 

педагогические 

кадры,  преподавателей,  студентов.

Keywords:  Irevan  teachers' seminary,  teachers  personnel,  teachers,  students.

Qədim 


Azərbaycan 

torpağı 


olan 

İrəvanın  maarifçilik  mühiti  ilə  tanış  olan 

müasir  oxucu,  xüsusilə  gənclərimiz  bizim 

qədim,  ulu torpaqalrımızın  Qərbi  Azərbay­

can  dediyimiz  məkanda,  əzəli  Azərbaycan 

torpaqlarında xalqımızın necə  zəngin  maa­

rif  və  mədəniyyətə  sahib  olduğunun,  necə 

dəyərli  məktəblər,  texnikumlar,  ali  məktəb­

lər 

yaratdıqlarının,  bu  təhsil  ocaqlarında 



necə  fədakar,  səriştəli,  peşəkar  pedaqoji 

kadrların,  elm  xadimlərinin  yetişməsini 

öyrəndikcə  milli  iftixar  hissi  keçirir  və 

qürur  duyurlar.

Ölkə  Prezidenti  cənab  İlham Əliyev 

YAP-ın  VI  qurultayındakı  nitqində  demiş­

dir:  "Onu  da  qeyd  etməliyəm  ki,  biz  tarixi 

torpaqlarımızı  da  unutmamalıyıq  və  unut­

muruq.  Bu  da  gələcək  fəaliyyətimiz  üçün 

istiqamət olmalıdır, necə ki, biz bu gün də bu 

istiqamətdə  iş  görürük.  Bizim  tarixi  torpaq­

larımız  İrəvan  xanlığıdır,  Zəngəzur,  Göyçə 

mahallarıdır.  Bunu  gənc  nəsil  də,  dünya  da 

bilməlidir.  Mən  şadam  ki,  bu  məsələ  ilə 

bağlı  -  bizim  əzəli  torpaqlarımızın  tarixi  ilə 

bağlı  indi  sanballı  elmi  əsərlər  yaradılır,

filmlər  çəkilir,  sərgilər  təşkil  olunur.  Biz 

növbəti  illərdə  bu  istiqamətdə  daha  fəal 

olmalıyıq  və  dünyanın  müxtəlif  yerlərində 

sərgilər,  təqdimatlar  keçirilməlidir.  Çünki 

İrəvan  bizim  tarixi  torpağımızdır  və  biz 

azərbaycanlılar bu tarixi torpaqlara qayıtma­

lıyıq. 

Bu, 


bizim 

siyasi  və 

strateji 

hədəfimizdir  və  biz  tədricən  bu  hədəfə 

yaxınlaşmalıyıq"  (1).

Mənbələrdən  məlum  olur  ki,  İrəvanda 

dünyəvi  məktəblər  açılana qədər hələ  XIII, 

XIV  əsrlərdə Novruzəli  bəy məscidi, Abbas 

Mirzə məscidi,  Şah Abbas  məscidi və  digər 

adlarla  məscidlər  inşa  edilmişdir  ki,  bu 

məscidlərin 

nəzdində 

mollaxana 

və 


mədrəsələr  fəaliyyət  göstərmişdir.  XVIII 

əsrdə İrəvan  xanı Hüseyn Əli  xanın əmriylə 

1766-cı  ildə  burada  möhtəşəm  Göy  Məscid 

inşa  edilmişdir  ki,  bu  İrəvan  şəhərində  o 

dövrdə  inşa  edilən  məscidlərin  ən  böyüyü 

hesab  edilmiş və  onun nəzdinə  məktəb  və 

mədrəsələr  fəaliyyət  göstərmişdir  (3  səh, 

14).


Daha 

sonralar 

xanlıqlar 

Rusiya


61


Azərbaycan Respublikası  Təhsil Nazirliyi

tərəfindən  işğal  olunduqdan  sonra  İrəvanda 

Qəza məktəbləri, progimnaziyalar,  gimnazi­

yalar,  realni  məktəblər 

və  s.  məktəblər 

yaranmışdır.

XIX  əsrin  sonlarında  pedaqoji  kadr 

hazırlığında  Qori  Müəllimlər  Seminariya­

sının və İrəvan Müəllimlər  Seminariyasının 

azərbaycanlı  məzunlar  yetişdirməsində 

böyük  rolu  olmuşdur.  1879-cu  ildə  Qori 

Müəllimlər  Seminariyasının  Azərbaycan 

şöbəsi yaradıldı ki, burada 40  il  müddətində 

300-ə  qədər  azərbaycanlı  məzun 

təhsil 

almışdır. 



Onların 

arasında 

Nəriman 

Nərimanov,  Firudin  Bəy 

Köçərli,  Rəşid 

Bəy  Əfəndiyev,  Cəlil  Məmmədquluzadə, 

Üzeyir Hacıbəyli,  Süleyman Sani  Axundov, 

Səfərəli  bəy  Vəlibəyov,  Mirzə  Əliməmməd 

Xəliov,  Məmmədəli  Sidqi  Səfərov,  Əlirza 

Rasizadə,  Əli  Səbri  Qasımov,  Fərhad 

Ağazadə  və  başqaları olmuşdur (4, səh. 45).

1880-ci  illərin  əvvəllərində  İrəvanda 

kadr  hazırlayan  üç  böyük  tədris  müəssisəsi 

yaranıb fəaliyyət göstərmişdir. Onlardan biri 

1881 -ci 

ildə 


açılmış 

İrəvan 


Kişi 

Gimnaziyası,  ikincisi  yenə  həmin il  -  1881- 

ci 

ildə  yaranmış  İrəvan  Müəllimlər 



Seminariyası  və  üçüncüsü  1884-cü  ildə 

yaranmış  İrəvan  qız 

progimnaziyasıdır. 

İrəvan Müəllimlər Seminariyası  1881 -ci  ilin 

8  noyabrında  fəaliyyətə  başlayan  və  37  il 

fəaliyyət  göstərən bu  təhsil  ocağı  1918-ci  il 

avqustun  6-da  İrəvan  gimnaziyası  və 

Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmış­

dır.

Qori  Müəllimlər  Seminariyasını  bitirən 



məzunların  bir 

çoxu 


İrəvan  Müəlimlər 

Seminariyasında da  dərs  demişlər ki, onlar­

dan  Firudin  Bəy  Köçərlini,  Cəlil  Məm­

mədquluzadəni,  İsmayıl  bəy  Şəfıbəyovu və 

başqalarını 

göstərə  bilərik.  Ümumiyyətlə 

İrəvan 

Müəllimlər 



Seminariyasının 

müəllimlərindən aşağıdakıların adlarını çəkə

bilərik:  Axund  Məmmədbağır  Qazızadə 

1883-cü  ildən  Seminariyada  Azərbaycan 

dili  və  şəriət 

dərslərini  tədris 

etmişdir. 

Mirzə 


Məmmədvəli 

Qəmərli, 

Rəhim 

Xəlilov,  Məmməd  Axundov,  K.Şulgin, 



Mixail  Klopov, 

Mirzə 


Abbas  Məhəm- 

mədzadə,  İsmayıl  bəy  Şəfıbəyov,  Cabbar 

Məmmədzadə və başqalarını göstərmək olar 

(5,  səh.  35).

F.Köçərli  dərs  deyərkən  İrəvan  mədəni 

mühitinin  köhnə  ənənələrdən  uzaqlaşması, 

yeni müasir elmi dünyagörüşünün formalaş­

ması  uğrunda  mübarizə  aparırdı.  Yeni  dün­

yagörüşünün  yayılması  qarşısında  xüsusilə 

cəhalətpərəst  din  xadimləri  dururdular. 

İrəvana  gəldikdə  mühitlə  yaxından  tanış 

olan  F.Köçərli  öz  təəssüratlarını  belə  bölü­

şürdü: “İrəvan 202 üləmaları çox geridə qal­

mış,  onlar o  dərəcədə  cəhalətə  qapılıblar ki, 

hətta 

“Tərcüman” 



qəzetini 

oxumağı, 

mühəriri sünni  olduğu üçün qadağan edirlər. 

Bunlar  başa  düşmürlər  ki,  inkişaf  üçün 

nəinki  Şərqdən,  hətta  xristian  Qərbindən  də 

kitab, qəzet gətirmək vacibdir”.

İrəvan  Müəllimlər  Seminariyasının 

məzunlarından  isə  aşağıdakıların  adlarını 

çəkə bilərik:  Həbib  bəy  Səlimov, Nəcəf bəy 

Vəzirov,  Haşım  bəy  Vəzirov,  Mirzə  Abbas 

Məhəmmədzadə,  Cabbar  Məhəmmədzadə, 

İbadulla  bəy  Muğanlinski,  Vahid  Musa- 

bəyov,  Həmid  bəy  Şahtaxtinski,  Hüseynəli 

bəy 


Rüstəmbəyov, 

İbadulla 

bəy 

Muğanlinski,  Tağı  bəy  Şəfiyev,  Mirzə  Cəlil 



Şürbi,  Eynəli  bəy  Sultanov,  Sadıq  Xəlilov, 

Vahid  Musabəyov,  Fərrux  Ağakişibəyov  və 

başqaları  (5).

İrəvan  Kişi  Gimnaziyasının  məzunları 

sırasında  isə  Mustafa  bəy  Topçubaşov, 

Abbasqulu  bəy  Şadlinski,  Yusif  Məm­

mədəliyev,  Hüseyn  Şahtaxtinski,  Miryusif 

Mirbabayev,  Əsədulla  bəy  Kəngərlinski,

62



“Azərbaycan  məktəbi” 2018/1

Teymur Makinski,  Hüseynağa  Şahtaxtinski, 

Məmməd  bəy  Qazıyev,  F.Ordubadski  və 

başqaları  olmuş,  Əziz  Əliyev  isə  1917-ci 

ildə İrəvan Kişi Gimnaziyasını qızıl  medalla 

bitirərək 

Sankt  Peterburq  Hərbi  Tibb 

Akademiyasına  qəbul olunmuşdur (5).

XIX  əsrin  əvvəllərindən  başlayaraq 

1920-ci ilə qədər İrəvan sürətlə inkişaf etmiş 

və 

bu 


bölgə 

böyük 


mədəniyyət 

mərkəzlərindən biri  olmuşdur.  İrəvan  şəhəri 

Bakı,  Təbriz,  Naxçıvan,  Xoy  və  başqa 

şəhərlər  kimi  Azərbaycanın  aparıcı  elm  və 

mədəniyyət  mərkəzi  olmuşdur.  Buna  görə 

də  Şərq  elmi  tarixində  xeyli  “İrəvani” 

təxəllüslü məşhur şəxslərə rast gəlmək  olur. 

Məsələn,  Mirzə  Qədim  İrəvani  (1825-1875) 

məşhur  rəssam  və  nəqqaş  olmuşdur.  Hacı 

Süleyman ibn Salman Qacar İrəvani - XVIII 

əsrdə  yaşamış  görkəmli Azərbaycan  həkimi 

və alimi  olmuş,  600-dən  çox  dərman  bitkisi 

haqqında məlumat  vermişdir.  İrəvanın ruha­

ni  ziyalıları  içərisində  dövrün  məşhur 

ülamələrindən  olmuş,  eyni  zamanda  incə 

ruhlu  şeirlərin  müəllifi  kimi  tanınmış  Fazil 

İrəvaninin  xüsusi  yeri  olmuşdur.  1782-ci 

ildə  İrəvan  şəhərində  anadan  olmuş  Fazil 

İrəvani 

ilk 


təhsilini 

ənənəvi 


molla 

məktəbində  almış,  20  yaşında  Qahirəyə 

gedərək  buradakı  məşhur  “Əl-Əzhər” 

mədrəsəsində  təhsil  almışdır.  İsfahan  və 

Təbriz  şəhərlərində  axundluq  edən  Fazil 

İrəvani  doğma  şəhərinə  qayıtdıqdan  sonra 

Göy  məscidin  axundu  olmuş  və  bu  illərdə 

müctəhid  rütbəsi  almışdır.  1843-cü  ildə 

Qafqaz  müsəlmanları  Şiə  Ruhani  idarəsi 

sədrinin  müavini,  1846-cı  ildə  isə  şeyxülis­

lam olmuşdur.

ADPU -nun filologiya  fakültəsinin 

dekanı,  professor  Buludxan  Xəlilov  yazır: 

"Təsadüfi  deyil  ki,  pedaqoji  kadrlara  olan 

ehtiyacı  ödəmək  üçün  XX  əsrin  20-ci 

illərindən başlayaraq İrəvanda hazırlıq kurs­

ları təşkil olunmuşdur.  1923-cü ilin sonların­

da  təşkil  olunmuş  bu  hazırlıq  kurslarında 

1926-cı  ilin  sonlarına  qədər  143  müəllim 

hazırlanmışdı.  İrəvanda  hazırlıq  kurslarının 

təşkilində 

Bala 


Əfəndiyevin, 

Mehdi 


Kazımovun,  Mustafa  Hüseynovun  və 

digərlərinin  xidmətləri  böyük  olmuşdur.  Bu 

texnikum  müəllim  kadrlarına  olan  ehtiyacı 

ödəmək 


üçün 

xeyli 


iş 

görmüşdür. 

Texnikumun  direktoru  Mehdi  Kazımov, 

ictimaiyyət  müəllimi  Bala  Əfəndiyev,  ana 

dili  müəllimi  Əsgər  Əsgərzadə,  təbiət 

müəllimi Cəmil Əliyev olmuşdur"  (6).

Bu dəyərli məlumatlardan  məlum olur 

ki,  1924-cü  il,  15  oktyabrda  İrəvan  Türk 

Pedaqoji  Texnikumu  açılmış  və  texnikum 

1949-cu ilə  qədər fəaliyyət göstərmişdir. Bu 

texnikumun  yaradılmasının ilk təşəbbüskarı 

Mehdi Kazımov (1890-1954) olmuş  və özü 

də buranın ilk direktoru olmuşdur.  O  İrəvan 

Kişi  Gimnaziyasını  bitirmişdi.  Bu  qocaman 

pedaqoq  ömrünün  50  ilini  İrəvanda 

Azərbaycan  maarifinin,  mədəniyyətinin 

inkişafına  sərf etmişdi.  Kitabda  İrəvan Türk 

Pedaqoji Texnikumunda fəaliyyətə başlayan 

Yusif  Məmmədəliyev,  Ələşrəf  Bayramov, 

Əsgər  Əsgərzadə, 

Bülbül 

Kazımova, 



Miryusif 

Mirbabayev, 

Məhəmməd 

Əzimzadə,  İsmayıl  Babayev və digər ziyalı­

lardan  bəhs  olunur.  Pedaqoji  Texnikumda 

“Mədəniyyət  ocağı”,  “Mədəni  hücum”, 

“İrəli” adlı divar qəzetlərinin çap olunmasın­

dan,  texnikumun  ilk  məzunlarından  (Əmir 

Abasquliyev,  Adil  Axundov,  Nəriman 

Əliyev,  Rübabə  Bağırbəyova,  Nəsir  Əliyev, 

Nəzər  Paşayev  və  s.)  söhbət  açılır.  Orada, 

həmçinin  1936-cı  ildə Pedaqoji Texnikumun 

Pedaqoji  Məktəb  adlanmasından  və  s. 

məsələlərdən  bəhs  olunur.  İrəvan  Pedaqoji 

Məktəbinin  1948-ci  ildə  Azərbaycanın 

Xanlar 


(indiki 

Göygöl) 


rayonuna 

köçürülməsi  və  1972-ci  ilə  qədər  “■orada

63



Azərbaycan Respublikası  Təhsil Nazirliyi

fəaliyyət  göstərməsi  bir daha  təsdiq  edir ki, 

bu  təhsil  müəssisəsi  Azərbaycan  təhsilinin 

tarixində silinməz  iz qoymuşdur.

Qeyd 

edim  ki, 



İstiqalal"  ordenli, 

Əməkdar  müəllim,  dosent  atam  Lətif 

Hüseynzadə  1930-cu  illərdə  bir  müəllim, 

pedaqoq  olaraq  Azərbaycan  dili  və 

ədəbiyyatdan  Azərbaycan  Dövlət  Univer­

sitetinin  1930-cu  il  məzunu  kimi  təyinatla 

İrəvan pedaqoji məktəbində və  daha  sonra- 

lar 


isə 

İrəvan 


Pedaqoji 

İnstitunun 

Azərbaycan  şöbəsində  dərs  demiş,  pedaqoji 

kadrların  hazırlığında  dəyərli  xidmətlər 

göstərmiş  və  İrəvan  yazıçı  və  şairlərinin 

ədəbi orqanı olan "Ədəbi Ermənistan" alma­

naxının redaktoru vəzifəsində də çalışmışdır. 

İrəvan  Pedaqoji  Məktəbinin  məzunları 

olmuş  sonralar yüksək  elmi  dərəcələrə nail 

olmuş,  uzun  illər  elm  və  təhsil  sahəsində 

çalışmış,  akademik  Budaq  Budaqov,  akade­

mik  Zərifə  Budaqova,  prof.  Əli  Fərəcov, 

prof.  Yusif  Yusifov,  prof.  Cəfər  Cəfərov, 

prof.  Süleyman  Məmmədov,  prof.  Nəriman 

Əliyev,  prof.  Fərhad  Fərhadov,  prof.  Qasım 

Mustafayev,  prof.  Tapdıq  Əmiraslanov, 

Əməkdar  müəllim,  filologiya  üzrə  fəlsəfə 

doktoru,  dosent  Nəcəf  Nəcəfov,  ictimai 

xadim  Qəşəm  Aslanov,  dosent  Zəhra 

Əliyeva  və  ADPU-nun  professoru  olmuş 

Kövsər  Tarıverdieva  və  başqaları  da  bu 

məktəbin  fəal  məzunları  olmuş,  xalqımızın 

fədakar, peşəkar  müəllimləri, elm adamları, 

ictimai  xadimləri  kimi  xalqa,  vətənə 

ləyaqətlə  xidmət  etmişlər. Azərbaycanın bir 

çox 


görkəmli 

ziyalıları 

Cəlil 


Məmmədquluzadə,  Əli  Nazim,  Mir  Cəlal 

Paşayev,  Səməd  Vurğun,  Mikayıl  Rəfıli, 

Yusif Məmmədəliyev  və  başqaları  bu  peda­

qoji məktəbdə  olmuş, tələbələrlə görüşmüş, 

müəyyən  dövrlərdə  dərs  də  demişlər  (2, 

səh.  25).

Məlumdur ki,  1936-cı ildə İrəvan Dövlət 

Qiyabi  Pedaqoji  İnstitutu,  1937-ci  ildə  iki 

illik  Müəllimlər  İnstitutu  daha  sonra  isə 

1945-1988-ci  illərdə  isə  İrəvan 

Pedaqoji 

İnstitutunun  Azərbaycan  şöbəsi  fəaliyyət 

göstərmişdir.  Burada  dərs  deyən müəllimlər 

haqqında  oranın  tələbələri,  məzunları  haq­

qında dəyərli məlumatların verilməsi bu gün 

təhsilimizin tarixinin öyrənilməsində önəmli 

yer tutur.

“İrəvanda  milli  maarifçilik  mühiti” 

kitabının  müəllifləri 

çalışmışlar  ki,  heç 

kim,  heç nə yaddan çıxmasın. Mən bu kitab­

da  öz  adıma  da rast  gələndə  sevindim.  Mən 

də İrəvan  Pedaqoji İnstitutunda oxumuşam. 

Kitabda bu institutun adlı şanlı məzunlarının 

adları  çəkilir:  Akademik  Zərifə  Budaqova, 

prof. 


Mirəli 

Seyidov,  prof. 

İbrahim 

Bayramov,  prof.  Hüseyn  Əmirov,  Zəhra 

Əliyeva, Aidə Salahova  və başqaları.

Görkəmli  təhsil  işçisi,  təhsil  mətbuatı­

mızın  tanınmış  nümayəndəsi,  İrəvan  təhsil 

mühitinin  yetişdirməsi,  "Azərbaycan  mək­

təbi"  jurnalının  baş  redaktoru,  Əməkdar 

müəllim,  dosent Nəcəf Nəcəfov İrəvan maa­

rifi  haqqında  dəyərli  məqaləsində  yazır: 

"İrəvan  Pedaqoji  İnstitunda  dərs  demiş 

Əkbər  Yerevanlı,  Lətif  Hüseynzadə,  Əli 

Dalqılıcov, Adil Süleymanov, Sabir  Əsədov, 

İsrafil  Məmmədov,  Mehdixan  Erivanski, 

Fərrux 


Rzayev, 

Hüseyn 


İsmayılov, 

Məhərrəm  Hüseynov,  Arzuman  Qəmbərov 

kimi  tanınmış 

pedaqoq  alimlər  pedaqoji 

fəaliyyətlə bərabər elmi-tədqiqat işləri  apar­

mış,  yaradıcı  işlər  görmüşlər.  Prof.  Fərhad 

Fərhadov 

1942-43-cü 

illərdə 

İrəvan 


Pedaqoji  Texnikumnda  və  İrəvan  Pedaqoji 

İnstitutunda  dərs  demiş  və  1945-ci  ildə 

İrəvanda "Qədim və orta  əsrlər ədəbiyyatına 

dair  oçerklər"  kitabını  nəşr  etdirməyə  nail 

olmuşdur (8).  1960-cı  illərdə Amerika yaşa-

64



“Azərbaycan məktəbi” 2018/1

yan  bir  eməni  270  ədəd  Şərq  əlyazmalarını 

İrəvan 

Mətndaranma 



bəxşiş 

olaraq 


göndərmişdir.  Lətif  Hüseynzadə  İrəvanda 

çalışdığı  müddətdə  XV  əsr  Qaraqoyunlu 

dövlətinin başçısı Cahan Şah Həqiqinin 500 

il  itmiş  hesab  edilən,  bir  çox  ölkələri 

"gəzmiş"  şeirlər  Divanını  Mətndarandan 

əldə edərək, çətinliklə də olsa onun mikrofil- 

mini çıxarmağa nail olmuş və ilk dəfə olaraq 

"Həqiqi" 

divanını  İrəvanda  1966-cı  ildə 

12.500  tirajla 

nəşr  etdirərək  Həqiqinin 

həqiqi  varislərinə  çatdırmışdır(9).  Daha 

sonralar  isə  Həqiqinin  farsca  Divanını 

tərcümə  edərək  Bakıda  2000-ci  ildə  nəşr 

etdirmişdir. Filologiya elmləri doktoru, Nyu- 

York  Elmlər  Akademiyasının  üzvü,  prof. 

Əsgər  Zeynalovun  “İrəvan  ziyalıları”  kitabı 

bakıda  (1999),  Sankt-Peterburqda  (2011), 

Moskvada (2013), ABŞ-da (2016) nəşr olun­

muşdur. Kitabda çox dəyərli məlumatlar var­

dır.

İrəvan  elmi, mədəni  və pedaqoji mühi­



tinin 

formalaşmasında, 

inkişafında 

Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin,  o 

cümlədənM.S. Ordubadinin,  M.Müşfiqin, 

Mehdi  Hüseynin,  Cəlil  Məmmədquluza­

dənin,  Mir  Cəlal  Paşayevin,  Əziz  Əliyevin, 

Yusif  Vəzir Çəmənzəminlinin, Əziz Şərifin, 

Hacı  Kərim  Samimin,  Mirzə  Ələkbər 

Elxanovun və başqalarının böyük xidmətləri 

olmuşdur  ki,  kitabda  bunlar  haqqında  da 

ətraflı yazılmışdır (10).

İrəvanda  "Sovet  Ermənistanı"  qəzeti 

nəşr  olunurdu  ki,  bu  mətbuat  orqanı  da 

İrəvanda  maarif  və  mədəniyyətin,  əverişli 

pedaqoji  mühitin  yaranmasında  böyük  rol 

oynamışdır  ki,  bu  qəzetin  redaktoru  o 

zaman  professor  Teymur  Əhmədov  olmuş, 

bu  gün  də  o  "Respublika"  qəzetinin  baş 

redaktoru  kimi  peşəkarcasına 

uğurla 

fəaliyyət  göstərir.



Kitabda  İrəvan  Pedaqoji  mühitinin 

yetişdirmələri  olmuş,  "Əməkdar  müəllim" 

və  digər  fəxri  titullara  layiq  görülmüş 

müəllim,  ziyalıların,  həmçinin  1930  -cu 

illərdə 

represiyaya 

məruz 

qalmış 


azərbaycanlı  ziyalılarının  siayhısı verilmiş­

dir ki,  bu da kitabın məlumatlılıq  baxımın­

dan  əhəmiyyətini  xeyli  artırmış  və  bir növ 

ensiklopedik  xarakter  daşımasına  səbəb 

olmuşdur.

İrəvan  pedaqoji  İnstitutunda  dərs 

demək  üçün  müxtəlif  illərdə  Bakıdan  da 

müəllimlər  dəvət  olunmuşdur:  Prof.  İnayət 

Bektaşi,  prof.  Firudin  Hüseynov,  prof. 

Əkbər  Bayramov,  prof.  Əhməd  Seyidov, 

prof.  Hüseyn  Əhmədov,  prof.  Xalid 

Əlmirzəyev,  prof.  Cəfər  Cəfərov,  prof. 

Abbas  Zamanov,  prof.  Mürsəl  Həkimov, 

prof.  Nizami  Xudiyev,  prof.  Cəlil  Nağıyev, 

Bəxtiyar Vahabzadə  və başqalarının  xalqa, 

millətə fədakar xidməti unudulmazdır.

Bu  əsərdə  verilən  maraqlı  xatirələr 

xüsusi  yaradıcılıq  məharəti  ilə  işlənmişdir 

ki,  onların  da  tarixi  əhəmiyyəti  yüksəkdir. 

Burada  professor  Cəfər  Cəfərovun  İrəvan 

Pedaqoji  məktəbində  oxuyarkən  tələbəlik 

illərindən  xatirələri,  tanınmış elm xadimləri 

professor  Həsən  Mirzəyevlə,  professor 

Mirabbas  Heydərov,  professor  Qasım 

Müstafayevlə, professor  Budaq  Budaqovla 

bağlı  xatirələri  elmi  ictimaiyyətimiz  üçün 

böyük maraq  kəsb  edir.

Həmçinin  İrəvan  pedaqoji  mühitinin 

yetişdirdiyi 

görkəmli  elm  xadimlərinin, 

tanınmış  ziyalı  alimlərimizdən  ADPU  - 

nun filologiya  fakültəsinin dekanı professor 

Buludxan  Xəlilov,  tanınmış  ictimai  xadim 

Mehdi  bəy  İsmayılov,  tanınmış  aktyor  Rza 

Şeyxzadə,  Milli maarif və mədəniyyətimzin 

inkişafında  böyük  xidmətləri  olan  Əkbər 

Rzayevin  və  onun oğlu,  sənətşünaslıq  dok-

*5 “Azərbaycan məktəbi” №1

65



Azərbaycan Respublikası  Təhsil Nazirliyi

toru,  Sabir  Rzayevin və  başqalarının  adları 

indi hörmətlə çəkilir.

Bu kitabın dəyərli cəhətlərindən  biri  də 

müxtəlif  illər  üzrə  müəllim  və tələbə kol­

lektivinin  vinetkaları,  dərs  deyən,  pedaqoji 

ictimayyətin  nümayəndələrinin,  İrəvan 

pedaqoji mühiti ilə  bağlı olan şəxslərin foto 

şəkillərinin yer  almasıdır.

"İrəvanda  milli  maarifçilik  mühiti"  adlı 

kitab təhsil  tariximiz, pedaqoji  fikir tarixi­

miz, maarif  və mədəniyyətimiz inkişaf tari­

xi  üçün əhəmiyyətli  əsərdir.  Bu əsərin ma­

arif  və  mədəniyyət  tariximizin  tədqiqində 

davamlı  öyrənilməsini,  tədqiqat  işlərinin 

yazılmasını  xeyli  faydalı  və  əhəmiyyətli 

hesab edirəm.

ADPU  -  nun professoru  C.Cəfərov  və 

dosent  C.Allahverdiyevin  "İrəvanda  Milli 

maarifçilik mühiti"  adlı kitabı nəşr  edilmiş­

dir.  Bu  dəyərli  kitabın  elmi  redaktorları: 

prof. Buludxan  Xəlilov və tarix üzrə fəlsəfə 

doktoru,  Dövlət  Mükafatı  laureatı  Nazim 

Mustafadır.  Rəyçiləri,  prof.  Əjdər  Ağayev, 

prof.  Rüfət  Hüseynzadə,  prof.Mahirə  Nağı 

qızı  və  pedaqoji  elmlər  doktoru  Həsən 

Bayramoğludur.

ADPU-da  bu  əsərin  təqdimat  mərasimi 

keçirildi. ADPU-nun rektoru professor Cəfər 

Cəfərov  bu  kitabın  maarifpərvər  ziyalıları­

mızın  həyat  və  fəaliyyətinin  öyrənilməsi, 

tədqiq  edilməsi  üçün  əhəmiyyətli  mənbə 

olduğunu dedi. O, İrəvan maarifçilik mühiti­

nin  təmsilçilərinin  xalqımızın  mənəvi 

təkamülündə,  ölkəmizin mədəni  inkişafında 

sanballı  xidmətlər  göstərdiyini  diqqətə  çat­

dırdı.

Təqdimat mərasimini yüksək  səviyyədə 



aparan  filologiya  fakültəsinin  dekanı,  pro­

fessor Buludxan Xəlilov bildirdi ki,  “İrəvan 

təhsili  Azərbaycan  təhsilinin  bir  parçasıdır. 

Bu  baxımdan  “İrəvanda  milli  maarifçilik

mühiti”  kitabı  yeni  axtarışlara,  araşdırmala­

ra,  elmi-tədqiqatlara  istiqamət  verir.  İrəvan 

təhsil  mühitinin  yetirmələrinin  bir  çoxu 

ADPU-da çalışaraq universitetimizin inkişa­

fında mühüm rol oynamışlar.

Təqdimat  mərasimində  Professor  Rüfət 

Hüseynzadə,  Bakı  Dövlət  Universitetinin 

professoru  Əyyub  Əzizov,  prof.  Cəlil 

Nağıyev, 

Azərbaycan 

Milli 

Elmlər 


Akademiyasının  müxbir  üzvü  Vəli  Əliyev, 

prof.  Fərrux  Rüstəmov  və  başqaları 

“İrəvanda milli maarifçilik mühiti” kitabının 

müəlliflərinə uğurlar arzuladılar.

İrəvan  maarifçilik  mühitinin  milli 

təhsilimizin,  maarif  və  mədəniyyətimizin 

inkişafında xüsusi yeri və əhəmiyyəti vardır. 

İrəvan  maarifçilik  mühitinin  öyrənilməsi 

pedaqoji  fikir  tariximizi,  təhsil  tariximizi 

yeni  bilik  və  məlumatlarla  xeyli  zəngin­

ləşdirər  və  dəyərli  ensiklopedik  mənbəyə 

çevrilər.

Ümummilli  liderimiz  Heydər  Əliyev 

haqlı  olaraq  deyirdi  ki,  gənc  nəslimiz  öz 

milli-mənəvi  dəyərlərini  öyrəndikcə,  öz 

keçmişindən  qürur  duyur  və  onlarda  öz 

soyuna,  kökünə,  millətinə  bağlılıq  daha  da 

möhkəmlənir.



Rəyçi: prof.  İ.İsayev

İstifadə  edilmiş  ədəbiyyat

1.  İlham Əliyev.  YAP-ın VI qurultayın­

da 

nitq.  08  fevral,  w w w .yap.org.az/az/ 



view/news/25136/

2.  Zeynalov  Ə.  İrəvan  ziyalıları.  Bakı: 

Oğuz eli,  1999.

3.  Zeynalov Ə. İrəvan məktəbləri. Bakı: 

Mütərcim, 2011.

4.  Hüseynzadə  R.  Zaqafqaziya  Müəl­

66



“Azərbaycan məktəbi” 2018/1

limlər Seminariyasının naxçıvanlı  məzunla­

rı. // Azərbaycan məktəbi.  2010 №  1.

5. Hüseynzadə R. Pedaqoji kadr  hazırlı­

ğında  İrəvan  Müəllimlər  Seminariyasının 

fəaliyyəti  və  onun  azərbaycanlı  məzunları. 

"Təhsil  sistemində  gənc  nəslin  təlim- 

tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdı­

rılması  istiqamətləri"  Respublika  elmi  kon­

fransının  materaialları.  Bakı:  Mütərcim, 

2012,  s.247-248.

6.  Xəlilov  B.  Təhsil 

tariximizdən: 

İrəvan  pedaqoji  məktəbi.  /Xalq,  25  iyul, 

2017.

7.  Məhərrəmov  Z.  İrəvanda  məktəbdar- 



lıq 

və  maarifçilik  (1800-  1920-ci  illər). 

Bakı: Nurlan, 2010,  320  s.

8.  Nəcəfov  N.  İrəvan  Pedaqoji  İnsti­

tutunun  Azərbaycan  bölməsinin  acı  taleyi. 

//Azərbaycan  müəllimi, 1  mart, 2013-cü  il.

9.  Hüseynzadə L.Həqiqi.  Şeirlər. İrəvan, 

1966.


10.  Cəfərov  C.,  Allahverdiyev  C.  İrə­

vanda  maarifçilik  mühiti.  Bakı:  Şərq-Qərb, 

2017,440 s.

Р.Гусейнзаде

Иреванские образавательные 

среда 

Резюме

До  российского  завоевания  в  начале 

19-го века абсолютное большинство насе­

ления  Иреванского  ханства  составляли 

азербайджанские  тюрки. 

Иреванское 

ханство  ничем  не  отличалось  от  прочих 

азербайджанских  ханств,  существовав­

ших  в тот период.  За все время его  суще­

ствования  на  территории  Иреванского 

ханства строились многочисленные  азер­

байджанские  села  и  города,  тысячами 

возводились  исторические  памятники  -

крепости,  мечети,  минареты,  караван- 

сараи,  бани.  Все названия  мест  - топони­

мы  -  в  этом  регионе имели  азербайджан­

ское  происхождение.  В  этих  периодах 

при  мечетов  существовали  мусульман­

ские мектепи и медресе.

При Эриванской ханство существова­

ло  мужская  и  женская  гимназии  и  учи­

тельский  институт  в  Эривани,  женская 

прогимназия  в  Александрополе,  город­

ских  училищ  5,  городских  начальных 

общественных  —  12,  городских  началь­

ных  казенных  —  1,  сельских  казенных 

нормальных  —  4,  сельских  —  12,  мини­

стерства  народного  просвещения  —  18, 

начальных  —  39  и  частных  —  8. 

Учащихся  в  1900  году  было  6983.  При 

некоторых  училищах  ремесленные  и 

сельскохозяйственные отделения.

Захват  Иреванского  ханства,  рас­

положенного 

на 

границе 


между 

Османским  государством  и  Каджарским 

Ираном,  также  входил  в  завоевательные 

планы  Российской  империи,  и  в  этих 

периодах  организовано  русские  школы, 

прогимназии, 

гимназии, 

реальные 

школы,  воскресные школы  и т.д.

Делается  экскурс  в  историю  воз­

никновения,  развития  и  деятельности 

Иреванский  Учительской  Семинарии, 

анализируется  прогрессивная  деятель­

ность  Семинарии  в  подготовке  педагоги­

ческий  кадров.  Материал  построен  на 

основе  архивных  документов,  педагоги­

ческих  и  литературных  источников.  В 

работе  перечисляются  азербайджанские 

выпускники  Иреванской  Учительской 

Семинарии  и  их  дальнейшая  деятель­

ность за её пределами.

После 


возглавещения  в  Армении 

Советской 

Социалистической

67



Azərbaycan Respublikası  Təhsil Nazirliyi

Республики  в  Иреване  1924  году  органи­

зовано  Тюркские  Педагогические  учили­

ще  и  другие  образовательные  предприя­

тии,  которые  в  этом  статье говориться

R.Huseynzadeh 

The Irevan imagery 

Summary

Before  the  Russian  conquest  in  the 

beginning  of the  19th  century,  the  absolute 

majority  of  the  population  of  the  Irevan 

Khanate  was Azerbaijani  Turks.  The  Irevan 

khanate  was  no  different  from  the  other 

Azerbaijani  khanates  that  existed  at  that 

time.  During its  existence  in the territory  of 

the  Irevan  Khanate,  numerous  Azerbaijani 

villages  and towns  were  built,  thousands  of 

monuments  were  erected  -  fortresses,  mos­

ques,  minarets,  caravanserais,  baths.  All 

names  of places - place names -  in this regi­

on  were  of Azerbaijani  origin.  During these 

periods  Muslim  mosques  and  madrassas 

existed with mosques.

Under  the  Erivan  Khanate,  there  were 

male and female gymnasiums and a teacher's 

institute in Erivan, a women's gymnasium in 

Alexandropol, urban schools,  5  initial urban 

public  schools,  12  initial urban public  insti­

tutions,  1  official rural public  institutions,  4 

rural  ones,  12  public  education  ministries, 

18 , primary - 39 and private - 8.  Students in 

1900 were 6983. With some schools handic­

raft and agricultural departments.

The  article  contains  material  on  the 

establishment  and  further  development  of 

Irevan Teachers' Seminary. Make an excursi­

on  into  the  history  of the  origin,  develop­

ment  and  operation  of  Irevan  Teachers' 

Seminary,  a progressive analysis of the acti­

vities  of the  Seminary  in  the  preparation  of 

teachers.  The  material  is  based  on  archival 

documents, educational and literary sources. 

The  paper  lists  the  Azerbaijani  graduates 

Irevan  Teachers  Seminary  and  their  further 

activities beyond its borders.

The  seizure  of the  Irevan  khanate  loca­

ted on the border between the Ottoman state 

and the Kajar Iran  was  also  part  of the con­

quest  plans  of  the  Russian  Empire,  and  in 

these periods  Russian  schools,  progymnasi­

ums,  gymnasiums,  real  schools,  Sunday 

schools,  etc.  were organized.

After  the  leadership  of  the  Soviet 

Socialist  Republic  in  Armenia  in  Irevan  in 

1924,  the  Turkic  Pedagogical  School  and 

other  educational  enterprises  were  organi­

zed, which in this article are discussed.



68



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə