2
Asinxron maşınları.
Asinxron maşınların vəzifəsi və tədbiq sahələri.
Elektrik enerjisi ilə işləyən və ya elektrik enerjisini hasil edən maşınlara
elektrik maşınları deyilir. Elektrik maşınları dəyişən və sabit cərəyan maşınlarına
bölünür
Asinxron maşınlar dəyişən cərəyan maşınlarının böyük bir təşkil edir. Xalq
təsərrüfatının bütün sahələrində kənd təsərrüfatında əsasən asinxron maşınlarından
istifadə edilir.
Gücü 0,5 kv-dan az olan asinxon mühərriklər bir və ya iki fazalı hazırlanır.
Onlar əsasən mühərrik kimi əl alətlərində (deşici, cilalayıcı, kəsici və s.) alətlərdə
istifadə edilir.
Məişətdə belə mühərriklərdən soyuducuda, tozsoran, paltar yuyan və s.
məqsədlər üçün istifadə edilir.
Gücü 0,5 kv-dan böyük olan asinxron mühərriklər üç fazalı hazırlanır.Belə
mühərriklər yonucu, presləyici, cilalayıcı və s nasos kompresor qurğularında geniş
istifadə olunur. Asinxron mühərriki generator kimi nadir hallarında istifadə olunur.
Çünki bu məqsədlə texniki iqtisadi göstəricilərə daha yüksək olan asinxron
generatorlardan istifadə olunur. Asinxron mühərrikindən həmçinin elektromaqnit
tormoz rejimində istifadə olunur.
İlk dəfə asinxron mühərriki 1889-cu ildə Dolivo-Dabrarolski tərəfindən icad
olunub. Həmçinin alim tərəfindən qısa - qapalı rotorlu, faza rotorlu mühərriklərin
konstruksiyası verilib. Asinxron mühərrikin konstruksiyası sadə, qiyməti ucuz
olduğundan və istismar zamanı heç bir qulluq tələb etmədiyindən qısa müddət
əvəzində bir çox sahələrdə sabit cərəyan maşınlarını sıradan çıxmarmışdı.1920-
1930-cu
illərdə
yaradılmış
asinxron
mühərriklərin
çox
seriaları
DAO,DAOZ,UT,MT olub. Elektrosila və XEM3 zavod larında kütləvi istehsal
olunurdu. Sonralar HZ,AD,MA,-200,AM seriaları yaradıldı. Bu tip maşınların heç
biri o dövr üçün yüksək səviyyədə layihələndrilmişdir. Beynəlxalq standartlar
səviyyəsində layihələndirilmişdir və qabaqcıl ölkələrin ən yaxşı nümunələri
sırasında hesab olunurdu. Çatmayan cəhəti odur ki, qarşılıqlı əvəz olunması
mümkün deyildir.Nəhayət 1946-1949-cu illərdə dünya təcrübəsində ilk dəfə olaraq
birinci seriya asinxron mühərriki yaradıldı. Bu tip mühərriklərin gücü 0,6 kv dan
100 kv –dək olub mühafizə olunma dərəcəsinə görə 2-tipdə buraxılırdı
1.
Mühafizə olunan –A IP23
2.
Qısa –qapalı ufurulən tipli mühavizə dərəcəsi IP44
3
Elektrik izalyasiya materiallarının yaranması elektromaqnit və istilik
proseslərinin tədqiqində əldə edilmiş naliyyətlər 1957-1959-cu illərdə 2-ci
seriya asinxron mühərriklərinin yaradılmasına gətirib çıxardı. Bu mühərriklərdə
güc diapazonu 0,6-100 kv arasında olubkonstruksiyaca A2, A0-2 tipli istehsal
olunurdu. Yeni tipli mühərriklər birinci seriya mühərriklərə nisbətən böyük idi.
1969-1971-ci illərdə 4A seriyalı asinxron mühərriklər yeniləşdirilməyə
başladı.