Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

Vənənd  Came  məscidinin  bərpa  olunması,  ölkəni  büı ümüş 
qəhətlik, 
ti'ığyan 
edən 
bahalıq, 
satışda 
olan 
ərzaq 
məhsullarmm 
qiyməti 
haqqm da 
dəyərli 
məlumatlar 
verilməklə  yanaşı  həmin  vaxt  baş  verən  Osmanlı-Səfəvi 
müharibələrinin  bölgəyə  vurduğu  ağır  zərərdən  də  bəhs 
edilir.  Bu  haqda  kitabədə  deyilir:  «Bahalıq  və  rəhətlik 
nəticəsində  zəmanə  cəhənnəmi  andırırdı.  Zəmanə  elə  pis 
olmuşdu  ki,  Vənənd  kəndi  və  onun  ətrafı  bir  il  içərisində  i'ıç 
dəfə  talan  olunmuşdu.  Bir  çox  müsəlman  qadm  və  kişilər 
öldürülüb  və  əsir  alınmışdı.  Digər  Allah  bəndələri  qaçaraq 
Araz  çaymı  keçib  o  taydakı  kəndlərdə  məskən  salmışdılar»
(5, s.  19-20;  60,  s.  16).
Kitabədə  qeyd  olunan  «Vənənd  kəndinin  ətrafı»  fıkri  lıeç 
şübhəsiz 
ki, 
Vəııəndin 
yaxmlığmdakı 
digər 
yaşayış 
məskənləri  ilə  yanaşı,  kənddən  təxminən  18-20  km  aralı 
yerləşən  Ordubad  şəhərinə  də  aiddir.  Həqiqətən  bu 
hadisələr  zamanı  Ordubad  şəhəri  bölgənin  ən  mühüm 
yaşayış  məskəni  kimi  böyük  zərər  çəkmiş,  dağıntılara, 
mərhumiyyətlərə məruz qalmışdı.
1736-cı  ildə  Səfəvilər  dövlətinin  süqutu  və  N adir  şah 
Əfşarın  hakimiyyətə  keçməsi  ilə  Ordubad  şəhəri  Əfşarlar 
dövlətinin  idarəsi  altma  düşür.  Ordubadm   bu  dövr  tarixi 
haqqında  orta  əsı*  qaynaqlarmda  materiallar  vardır.  Bu 
qaynaqlarm  içərisində  Ordubad  şəhərində  qeydə  alınmış  bir 
qəbirüstü  abidə  üzərindəki  kitabə xüsusi  yeı* tutur.  Kitabədə 
N adir  şah  Əfşarın  Hindistana  yiırüşü  xatırlanır.  Bu  kitabə 
ordubadlıların 
Hindistan 
yürüşündə  iştirakmı 
təsdiq 
etməklə yanaşı,  Azərbaycan epiqrafık  abidələri içərisində bu 
haqda  məlumat  verən  ilk  epiqrafık  sənəd  kimi  çox 
qiymətlidir  (59,  s.  16;  60,  s.  64-65).
Məlum  olduğu  kimi,  1747-ci  il  iyunun  20-də  N adir  şah 
sui-qəsd  nəticəsində  öldürüldü.  Bundan  sonra  onun  zor 
gücünə  yaratdığı  dövlət  tamamilə  dağılaraq  parçalandı, 
onun  yerində  bir  sıra  kiçik  dövlətlər  yarandı.  Bu  zaman 
Azərbaycanda  da  bir  çox  müstəqil  və  yanmmüstəqil  feodal
42


dövlətləı-xanhqlar  meydana  gəldi.  Belə  xanlıqiardan  biri  də
Naxçıvan xanlığı  idi.
Naxçıvan  xanlığı  yarandıqdan  sonra  onun  tərkibinə 
daxii  olan  Ordubad  m ahahnm   O rdubad şəhəri  xanlığm  əsas 
şəhərlərindən  biri  idi.  1797-ci  ildə  Naxçıvan  xanlığı  Iran 
tərəfmdən  işğal edildikdən  sonra  xanlığın ərazisi  iki  dairəyə- 
Naxçıvan  və  Ordubad  dairələrinə  böliındü.  Yeni  yaradılan 
inzibati  ərazi  bölgüsünə  görə  bu  dairələr  mahallara 
bölünmüşdü. 
Həmin 
bölgüyə  görə  O rdubad  dairəsi 
Ordubad,  Əylis,  Dəstə,  Çənnəb  və  Biləv  mahallarına 
bölünmüşdü.  O rdubad  şəhəri  ayrıca  mahal  mərkəzi 
olmaqla,  Naxçıvan xanlığının  ikinci  böyük  şəhəri  idi.
Xanlıqlar  dövründə  Ordubad  mahalınm,  o  cıımlədən 
Ordubad  şəhərinin  idarəsi  Naxçıvan  hakimi  I  Kəlbəlı  xanm 
oğlu  Şeyxəli 
bəyə  tapşırılmışdı. 
Yi'ıksək 
təşkilatçılıq 
qabiliyyəti  olan  və  hərbi  işdən  yaxşı  baş  çıxaran  Şeyxəli  bəy 
Ordubad  şəhərinin  abadlığma,  quruculuq  işlərinə  xüsusi 
diqqət  yetirirdi.  Ona  görə  də  o,  xalq  içərisində  böyük 
hörmət  qazanmış,  yüksək  ni'ıfuz  sahibi  olmuşdur.  Təsadüfı 
deyildir  ki,  onunla  bir  dövrdə  yaşamış  bir  sıra  şairlər  öz 
yaradıcılığmda Şeyxəli  bəyə də yer ayırmışlar.
Şeyxəli  bəy  Kəngərli  Rusiya  hökuməti  tərəfindən  hərbi 
riıtbə  alan  ilk  Kəngərli  zabiti  olmuşdur.  Rus  ordularınm 
birinci 
Rusiya-İran 
müharibəsi 
zamanı 
(1804-1813) 
Azərbaycanda  keçirdiyi  döyıışlərdə  fəal  iştirak  edən,  onlara 
yardım  göstərən  Şeyxəli  bəyin  xidmətləri  çar  hökuməti 
tərəfindən  qiymətləndirilmişdir.  Belə  ki,  Rusiya  imperatoru 
I  Aleksandr  1809-cu  ildə  arvadı  Yelizavetanm  ad  günü 
münasibəti  ilə  rus  ordusunun  bir  qrup  zabitinə  yüksək 
rütbələr  vcrərkən  Şeyxəli  bəy  Kəngərliyə  polkovnik  rütbəsi 
vermişdi.  Hətta  imperatoı*  I  Aleksandr  Şeyxəli  bəy 
Kəngərliyə  aşağıdakı  məzmunda  məktub  da  göndərmişdi: 
«Alİahın  adı  ilə!  Biz  birinci  Aleksandr,  imperator  və 
Ümumrusiya  hökmdarı  və  sairə  və  sairə  və  sairə.  Bizim 
polkovnik  Şeyxəli  bəyə!  Siz  tərəfdən  bizim  imperator  taxt-
43


tacına 
göstərdiyiniz 
sədaqət 
və 
canfəşanlıq 
bizim 
diqqətimizi  cəlb  etdi.  Bu  münasibətlə  göstərdiyiniz  xidmətə 
görə  Sizə  rus  ordusunun  polkovniki  rütbəsi  və  dövlət  gəliri 
hesabma  gümüş  pulla  maaş  verilir.  Giıman  edirik  ki,  bizim 
bu  xeyirxahlığımız  sizin  daha  sədaqətli  qulluq  edəcəyinizə 
səbəb  olacaqdır.  Sankt-Peterburq,  5  aprel,  1809-cu  il»  (8,  s. 
83-84).
M əktubdan  göründüyü  kimi,  Şeyxəli  bəy  Kəngərlinin 
imperator 
tərəfiııdən 
mükafatlandırılması, 
onun 
xidmətlərini  qiymətləndirməklə  yanaşı,  onu  daha  yaxşı 
xidnıət etməyə rəğbətləndirmək məqsədi  də güdürdü.
Məlumdur  ki,  1826-cı  ildə  Rusiya  ilə  İran  arasmda  baş 
verən  ikinci  Rusiya-İran  müharibəsi  10  fevral  1828-ci  ildə 
Türkmənçay 
müqaviləsi 
ilə 
nəticələndi. 
Müqavilənin 
şərtlərinə  görə  Ordubad  şəhəri  Ordubad  mahalı  ilə  birlikdə 
Rusiyaya  birləşdirildi.  Bundan  sonra  Ordubad  şəhərinin  və 
Ordubad 
dairəsinin  idarəsi 
Rusiya-İraıı  müharibələri 
zamanı  Rusiyanm  tərəfinə  keçdiyi  və  onları  müdafıə 
etdiklərinə  görə,  xidməti  müqabilində  Kəlbəlı  xanın  oğlu 
Şeyxəli  bəyə  tapşırıldı.  Ancaq  o  da  Naxçıvanm  naibi, 
qardaşı  Ehsan  xan  kimi  heç  də  müstəqil  deyildi.  Belə  ki, 
həmin  şəhəıiərdə  rus  məmurlarından  pristavlar  təyin 
olunmuşdu.  Ərazini  naib  kimi  idarə  edən  Ehsan  xan  və 
Şeyxəli  bəy.  pristavlardan  icazəsiz  heç  bir  müstəqil  qərar 
qəbul  edə  bilməzdi.  Ərazinin  idarəsi  ilə  bağlı  bütün 
məsələlər  pristavm  razılığı  ilə  həll  olunmalı  idi.  Əgər  hər 
hansı  məsələdə  qarşılıqlı  razılıq  əldə  oluna  bilmirdisə,  oııda 
həmin  məsələ  1827-ci  ilin  oktyabırmda  yaradılmış  erməni 
vilayət  idarəçiliyində  həll  olunurdu.  Bu məsələlərin  həlli  çox 
vaxt  naiblərin,  o  cümlədən  Şeyxəli  bəyin  ürəyincə  olmurdu 
və onu razı salmırdı.
23  iyun  1833-cü  ildə  nəşr  olunmuş  «Erməni  vilayəti 
idarəçiliyinin  quruculuğu  haqqında  əsasnamə»yə  əsasən 
Ordubad  qəzasında  köhnə  polis  idarəçiliyi  saxlandı,  yeni 
əsasnaməyə  görə  polismeysteı*  təyin  olunan  Şeyxəli  bəy
44


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə