Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   2   3   4   5   6   7   8   9   ...   42

ermənilərə  aid  bir  dənə  də  olsun  abidə  yoxdıır.  Kütləvi 
informasiya  vasitələri  və  internet  məlumatlarmdan  məlum 
olduğu  kimi  saxtakar erməni  alimləri  2007-  ci  il  noyabrm  2- 
də  Amerika  Birləşmiş  Ştatlarmın  Harvard  Univerisitetində 
«Naxçıvanm 
erməni 
abidələri» 
adlı 
sərgi 
nümayiş 
etdirmişdir.  D ünyanm  ən  nüfuzlu  ali  təhsil müəssisələrindən 
biri  olan  Harvard  Universitetinin  rəhbərliyinin  erməni 
professorlarımn  fıtnəsinə  uyaraq  rəhbəıiik  etdikləri  ali təhsil 
ocağında  heç  bir  fakta  əsaslanmayan  belə  bir  sərginin 
açılmasına  razılıq  vermələri təəssüf doğurur.  Ömürləri  boyu 
bir dəfə də  olsun  Naxçıvana gəlməyən və  bu  diyaı* haqqmda 
məlumatları 
olmayan 
həmin 
adamlar 
Naxçıvan 
həqiqətlərini  görmüş  və  bilmiş  olsaydılar  yəqin  ki,  bu  cür 
fitnələrə  uymaz,  həmin  saxta  sərginin  niımayişinə  icazə 
verməzdilər.
Naxçıvan  M uxtar Respublikası  Ali  Məclisinin  sədri Vasif 
Talıbov  06  dekabr  2005-  ci  ildə  «Naxçıvan  M uxtar 
Respublikası  ərazisindəki  tarix-mədəniyyət  abidələrinin 
qorunması  və  pasportlaşdırılması  işiniıı  təşkili  haqqmda» 
sərəncam  imzalamışdır.  Sərəncamdan  irəli  gələn  vəzifələri 
yerinə yetirmək  üçün  Azərbaycan  Milli  Elmlər Akademiyası 
Naxçıvan  Bölməsinin  Tarix,  Etnoqrafıya  və  Arxeologiya 
Institutunun  əməkdaşları  Bölmənin  Incəsənət,  Dil  və 
Ədəbiyyat  İnstitutunun  və  Naxçıvan  Dövlət  Universitetinin 
bir  qrup  əməkdaşı  ilə  birlikdə  M uxtar  Respublikanın  bütün 
yaşayış  məskənlərinə  səfərlər  etmiş,  həmin  yeıiərdə  olan 
tarix  və  mədəniyyət  abidələrini  qeydə  almış,  ilkin  şəkildə 
tədqiq  etmişlər.  Keçən  müddət  ərzində  bu  iş  başa 
çatdırılmış,  bölgədə  1162  (dünya  əhəmiyyətli  56,  ölkə 
əhəmiyyətli  462,  yerli  əhəmiyyətli  644)  abidə  qeydə  alınmış, 
onlarm  ilkin  tədqiqi  aparılmış,  hər  bir  abidəyə  aid  ayrıca. 
pasport kartı hazııianmış və bu  abidələrin siyahısı Naxçıvan 
M R Nazirlər Kabineti tərəfındən təsdiq  olunmuşdur.
6


Qeydə  alman  bu  abidələrin  içərisində  emıənilorə  aid  bir 
dənə də olsun nümunə yoxdur.  M uxtar Respublikanm şəhər 
və  kəndlərinə  səfəıiər  zamanı  alimlər  bölgənin  şəhər,  kənd, 
dağ,  dərə,  çay,  göl,  köç  yolları,  ümumiyyətlə  bütün 
toponomik  vahidləri  ilə  maraqlanmış,  heç  bir  erməni 
mənşəli yer adına təsadüf etməmişlər.
Toplamlan  tarix-mədəniyyət  abidələri  və  onlar  haqqm da 
əldə  olunan  məlumatlar,  tədqiqatlaı*  zamanı  aşkar  olunan 
faktlar 
bölgənin 
qədim 
zam anlardan 
Azərbaycan 
türklərinin  yaşadığı  məskən  olduğunu  söyləməyə  tam  əsas 
verir.  Çünki  bu  faktlar  etibarlı  qaynaqlara  söykənir  və 
vicdanh  tədqiqatçılar belə  obyektiv faktlar qarşısmda  susur, 
ağa  qara  deyəmə  cürəti  çatmır.  Təəssüf  ki,  bu  sözləri 
saxtakar erməni alimləri haqqında söyləmək m üm kün  devil. 
Vaxtilə  saxtakarlıqları  gürcü  mütəfəkkiri  İ.Çavçavadze  (7, 
s.  9-10),  rus  alimi,  akademik  B.Piotrevski  (55,  s.  302-303)  və
s.  görkəmli  alimlər  tərəfindən  ifşa  edilən  erməni  alimləri  bu 
gün  də  öz  saxtakar  əməllərindən  əl  çəkmir,  Naxçıvan 
bölgəsinin  qədim zamanlardan ermənilərə  məxsus  olduğunu 
sübut  etmək  üçün  hər  cür  fitnələrə  əl  atır,  öz  yalan  və 
iftiralarmı beynəlxalq ictimayətə inandırmağa çalışırlar.
Faktlar  isə  başqa  söz  deyir.  F aktlara  müraciət  edək. 
Təqdim 
olunan 
kitab 
O rdubad 
şəhərinin 
epiqrafik 
abidələrinə-  müsəlman  kitabələriııə  həsr  olunduğundan  biz 
Naxçıvana  olan  erməni  iddialarmm  puçluğunu  sübuta 
yetirən  epiqrafik  faktlardan  bəhs  edəcəyik.  1901-  ci  ildə 
Naxçıvan  bölgəsinin  ikinci  böyük  şəhəri  olan  O rdubad 
şəhər  Came  məscidinin  ətrafında  bərpa  və  abadlıq  işləri 
aparılarkən  torpağın  altından  üstündə  ərəb  əlifbası  ilə 
«Harun»  şəxs  adlı  və  hicri  111-  ci  il  tarixi  həkk  edilmiş  bir 
kitabə  tapılmışdır.  Bu  kitabə  sübut  edir  ki,  şəhərin 
mərkəzində  əzəmətlə  ucalan  Came  məscidi 
hicri  qəməri 
təqvimi  ilə  111-  ci  ildə  (miladi  ilə  729-  cu  ildə)  inşa 
olunmuşdur.  Məlum olduğu  kimi məscid  xristian ermənilərə
7


cleyil,  müsəlmanlara  aıd  ibadot  yeridir.  Deməli,  Ordubad 
şəhəri  hələ  islamm  qəbul  olunduğu  ilk  vaxtlarda  inkişaf 
etmiş 
yaşayış  məskəni  olmuş  və  onun  əhalisi  tamamilə 
miisəlman türklərdən  ibarət olmuşdur.
Rus  diplomatı  və şərqşünası  N.V.Xanıkov XIX  yüzilliyin 
ortalarmda 
Naxçıvanda 
tədqiqatlaı* 
aparmış 
və 
tədqiqatlarmm  nəticələrinə  həsr  olunmuş  məqaləsində 
yazmışdır  ki,  Arxangelski  Ordubad  şəhər  qəbiristanlığında 
onun  üçün  hicri  227-  ci  il  tarixli,  kufı  xətli  ilə  həkk  edilmiş 
kitabə 
qeydə 
almış 
və 
həmin 
kitabənin 
cstampını 
götürmüşdiır.  Miladi  təqvimi  ilə  842-ci  ilə  aid  olan  bu 
kitabə  də  ərazinin  müsəlman  türklərə  məxsus  olmasmı 
təsdiq edən  çox  sanballı  qaynaqdır.
Yaxud  da,  Naxçıvan  şəhərində  indiyədək  əzəmətlə 
ucalaıı,  1162-ci  ildə  inşa  olunan  Yusif  Küscyir  oğlu 
türbəsini  və  inşası  1186-ci  ildə  başa  çatdırılan  Möminə 
xatun 
türbəsini 
götürək. 
Erməni 
alimləri 
Harvard 
Universitetində  təşkil  etdikləri  sərgidə  müsəlman  intibahı 
dövrünün  ən  gözəl  nümunəsi  olan  Möminə  xatun  kinıi 
möhtəşəm  abidəni  erməni  mədəniyyətinin  nümunəsi  kimi 
qələmə  versələr  də  elə  türbənin  özündə  olan  faktlar  bu 
iddiaları  inkar edir.
Möminə  xatun  türbəsinin  üstiindəki  kitabələr  təsdiq  edir 
ki, 
türbə 
Azərbaycan 
Atabəyləri 
dövlətinin 
banisi 
Şəmsəddin  Eldənizin  arvadı,  Eldəniz  hökm daıiarm dan 
Atabəy  Məhəmməd  Cahan  Pəhləvanın  və  Qızıl  Arslanm 
anası  Möminə  xatunun  şərəfınə  görkəmli  Azərbaycan 
memarı,  Naxçıvan  memarlıq  məktəbinin  banisi  Əcəmi 
Əbubəkr  oğlu  Naxçıvani  tərəfmdən  inşa  olunmuşdur.  1186- 
ci  ilə  aid  olan  bu  türbə  üzərində ərəb əlifbasmın  kufı xətti  ilə 
yazılan  və  umumi  uzunluğu  təxminən  500  metrə  çatan, 
abidənin  təyinatı,  sifarişçisi,  memarı,  inşa  tarixi  və  s. 
haqqında  müfəssəl  məlumat  veron  kitabələrin  heç  birində 
ermənilərlə  bağlı  kiçik  də olsa  fakt  vo ya  işarə voxdur.
8


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə