Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   2   3   4   5   6   7   8   9   ...   42

Qeyd  etınək  lazımdır  ki,  Möminə  xatun  türbəsinin 
üzlərində  2  dəfə  təkrarlanän  kitabə  (I  dəfə  I-V,  ikinci  dəfə 
VI-  X  üzlərində)  islamın  müqəddəs  kitabı  Qurani-Kərimin 
36-cı  surəsindən  («Yasin»  surəsi)  ibarətdir.  Bu  surənin  də 
ermənilərlə  heç  bir  əlaqəsi  yoxdur.  Tarixdən  məlumdur  ki, 
ermənilər  XX  əsr  boyu  Axərbaycan  tiırklərinə  qarşı 
soyqırımlar  həyata  keçirərkən,  xalqımıza  məxsus  islamla 
əlaqədar  müqəddəs  yerləri  təhqir  etmiş  və  dağıtmış,  hətta 
Qurani-Kərimi  dəfələrlə  cırıb  parçalamış,  tonqala  atıb 
yandırmışlar.  Qəribədir  ki,  müqəddəs  kitab  Q urana  belə 
hörmətsiz  münasibət  bəsləyən  ermənilər,  üzərində  Quranın 
83  ayədən  ibarət  olan  və  2  dəfə  təkraıianan  «Yasin» 
surəsini'n  yazılmasına  baxmayaraq  Möminə  xatun  türbəsini 
Harvard  Universitetində  təşkil  etdikləri  sərgidə  özlərinə 
məxsus  abidə  kimi  nümayiş  etdirmişlər.  Əgər  bu  həqiqət 
olsa  idi,  onda  gərək  erməni  kilsələrinin  hamısı  Qurani- 
Kərimdən  götürülmüş  ayələıiə  süslənməli  idi.  Ancaq  belə 
bir  fakt  yoxdur. 
Çünki  müqəddəs 
kitaba  dəfələrlə 
hörmətsizlik  etmiş  ermənilər  özlərinə  məxsus  abidələr 
üzərində Quran  ayələri  həkk etmirlər.
Yeri  gəlmişkən  bir məsələyə  də münasibətimizi  bildirmək 
istərdik.  Erməni  alimləri  utanm adan  dünyaya  car  çəkirlər 
ki,  XX  əsrdə  Naxçıvanda  27-30  min  erməni  abidəsi 
olmuşdur.  Əlbəttə,  Naxçıvan  diyarmı  yaxşı  tanıyan  və  ağlı 
başmda olan  tədqiqatçı  belə  bir iddiada ola  bilməz.
Hörmətli  oxucu!  Diqqətinizə  çadtırmaq  istəyirəm  ki, 
sahəsi  5,5  min  km2 olan Naxçıvan M R -da  hazırda  təxminən 
200  yaşayış  məskəni  vardır.  Erməni  alimləri  görəsən  həmin 
rəqəmi  söyləyərkən  adi  bir  hesablama  aparmışlarmı?  Əgər 
onların  iddia  etdikləri  kimi  Naxçıvanda  30  min  abidə 
olsaydı  onda  bölgədə  hər  bir  yaşayış  məskəninə  150  abidə 
düşərdi.  Beləliklə  Naxçıvan  ərazisindəki  yaşayış  məskənləri 
bütünlüklə  tarixi  abidələr altm da qalmış olardı.
9


Ancaq  yuxarıda  qeyd  olunduğu  kimi  Naxçıvanda  qeydə 
almıb  pasportlaşdırılan  tarix-mədəniyyət  abidələrinin  heç 
biri  eıməni  mənşəli  deyil.  Yəqin  ki,  ermənilər  Möminə 
xatun türbəsini erməniləşdirdikləri kimi  ərazidəki miısəlman 
türklərə  məxsus  digər  aidələri  də  özlərininki  hesab  edirlər. 
Çünki,  onlar  bütün X X   əsr  boyu  xalqımıza  məxsus  maddi- 
mədəniyyət  nümunələrini  oğurlamaq  və  mənimsəməklə 
məşğul  olmuşlar..  Bu  iş  indi  də  planlı  surətdə  həyata 
keçirilir.  Ennənilərin  bu  hərəkəti  tədqiqatçılarm  da  nəzər 
diqqətindən  yayınmamışdır.  1926-cı  ildə  Naxçıvanda  olan 
rus  alimi  Y.M.Sısoyev  1929-cu  ildə  yazırdı  ki,  XIX 
yüzillikdə  Naxçıvana  köçürülən  ermənilər  türk  xalqlarmm 
qədim  inamları  ilə  bağlı  olan  və  orta  əsr  Azərbaycan 
sənətkarları  tərəfindən  yaradılan  daş  qoç  və  qoyun 
heykəllərinə 
yerli  əhalinin  böyük  ehtiranıla  yanaşdığmı 
görüb,  köhnə  müsəlman  qəbirstanlıqlarında  olan  bu  cür 
fıqurları  gətirib  öz  qəbirlərinin  üstünə  qoyurlar.  Bu  sözləri 
türk-müsəlman  alimi  deyil,  ermənilər  kimi  xristian  dininə 
etiqad edən  rus  alimi yazmışdır.
Ermənilər 
bütün 
XX 
əsr 
boyu 
Naxçıvan 
qəbirstanlıqlarmda  olan  daş  qoç  və  qoyun  fiqurlarmı 
oğurlayıb  indiki  Ermənistana  aparmış,  onlarm  üstündəki 
ərəb  əlifbası  ilə  yazılan  kitabələri,  xalqımıza  məxsus 
ornament  və  təsvirləri  pozmuş,  yerinə  özlərinə  məxsus 
kitabələr,  təsvirlər həkk  edərək  böyük  şəhərlərin  küçələrinə, 
meydanlarma  yerləşdirmiş,  xaricdən  gələn  alim  və  turistlərə 
erməni  mədəniyyəti  nümuməsi  kimi  təqdim  etmiş,  indi  də 
bu işi davam etdirməkdədirlər.
1828-ci  il  Tiırkmənçay  müqaviləsindən  sonra  İrandan 
O rdubad  rayonunun  D arkənd  kəndinə  köçürülən  ermənilər. 
isə  daha  irəli  gedərək  kənddəki  orta  əsrlərə  aid  müsəlman 
türk  qəbirstanlığmdakı  xalqmııza  məxsus  qəbirüstü  xatirə 
abidələlərini  məhv  etmiş  və  məzarlığı  mənimsəmişlər.  Bizim 
həmiıı  qəbirstanlıqda  keçən  əsrin  70-ci  illərinin  sonlarında
10


apardığımız  tədqiqatlar  zamam  orada  torpağm  altmda  itib 
batmış  və  üzərində  ərəb  əlifbası  ilə  XIV-XVII  əsrlərə  aid 
kitabələı*  həkk  edilmiş,  xalqımıza  məxsus  sənduqə  tipli 
qəbirüstü  xatirə  abidələri  aşkar  edilmişdir.  Keçən  yüzilliyin 
20-ci 
illərində 
kənddə 
olmuş 
I.Əzimbəyov 
da 
bu 
qəbirstanlıqda  1234-cü  il  və  1576-cı  ilə  aid  məzar  kitabələri 
qeydə alıb tədqiq etmişdir.
Yaşlı  adamlar  yaxşı  xatııiayır  ki,  Naxçıvanda  yaşayan 
ermənilər  XX  əsrdə  öz  ölülərini  aparıb  İrəvanda,  yaxud  da 
indiki  Ermənistanm  başqa  yeıiərində  dəfn  edərdilər. 
Naxçıvanda  ancaq  imkansız  adamlar  dəfn  mərasimləri 
keçirərdilər.  Onlar  isə  yüzilliyin  otralarm dan  başlayaraq 
Ermənistana  köçərkən  bütün  əmlakları  ilə  birlikdə  öz 
ölüİərinin  sümüklərini  və  qəbirüstü  abidələrini  də  götürüb 
apardılar.  Məhz  bu  səbəbdən  də  Naxçıvanda  erməni 
qəbiristanlığı qalmamışdır.
Diqqətinizə  təqdim  olunan  kitab  O rdubad  şəhəri 
ərazisində  indiyədək  gəlib  çatmış  epiqrafık  abidələrin- 
müsəlman 
kitabələrinin 
tədqiqinə 
həsr 
olunmuşdur. 
Kitabda  176  kitabə  haqqm da  ətraflı  məlumat  və  kitabələrin 
mətnlərinin Azərbaycan dilinə tərcüməsi verilmişdir.
Naxçıvan  bölgəsinin  əsas  yaşayış  məskənlərindən  biri 
olan,  ərazisində  başqa  xalqlara,  o  cümlədən  ermənilərə  aid 
bir  dənə  də  olsun  maddi-  mədəniyyət  nümunəsi  olmayan 
Ordubad  şəhərində,  bölgənin  aborigen  sakinləri  olan 
müsəlman-türklərə  məxsus,  sayı  3  rəqəmlə  ifadə  olunan 
tarix-mədəniyyət  abidələrini,  zaman  keçdikcə  aşınmış  və 
məhv  olmuş,  oxunuşu  çətinləşmiş  kitabələri  nəzərə  almasaq 
belə,  indiyədək  tarixin  müxtəlif  dövıiəriənə  aid  176 
epiqrafik  abidənin-  kitabənin  qalması  ərazinin  qədim 
zamanlardan  hansı  xalqa  mənsub  olmasmı  sübut  edən  ən 
sanbalh  qaynaqlardan  biridir.
Ordubad  şəhərində  orta  əsrlərə  aid  çoxlu  sayda  inşaat  və 
xatirə  kitabələri  olmuşdur.  Ancaq  zaman  keçdikcə  onların
11


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə