Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   2   3   4   5   6   7   8   9   ...   42

böyük  bir  hissəsi  ləbii  qiivvələrin  (yağış,  qar,  küiək,  isti, 
soyuq,  zəlzəiə  və  s.)  təsirindən  tamamilə  rnəhv  olub  sıradan 
çıxmışdır.  Bir  qrııp  kitabələr  isə  indiyədək  güclü  surətdə 
aşmmış  vəziyyətdə  gəlib  çatmışdır.  Hazırda  şəhərdə  onlarla 
belə kitabə vardır.  Ona görə də kitaba zəmanəmizədək yaxşı 
vəziyyətdə  qalmış  və  müəyyən  qədər  aşmsa  da  oxunması 
mümkün  olan kitabələr daxil edihnişdir.
12


GİRİŞ
t
Daş  dövründən  başlayaraq  insanlarm  məskunlaşdığı 
Naxçıvan 
M uxtar 
Respublikası 
ərazisində 
indiyədək 
miıxtəlif  tip  arxeoloji  abidələr,  ctnoqrafık,  numizmatik, 
antropoloji  və s.  materiallarla yanaşı  çoxlu  sayda müsəlman 
epiqrafıkası  abidələri  də  gəlib  çıxmışdır.  Zam an  keçdikcə 
bir  qismi  baş  verən  təbii  fəlakətlər  (zəlzələlər,  daşqmlar  və 
s.),  müharibələr,  yanğınlar  və  s.  nəticəsində  məhv  olmuş, 
böyük  bir  hissəsi  təbii  qüvvələrin  (yağış,  qar,  külək,  isti, 
soyuq)  təsirindən  aşmaraq  sıradan  çıxmış,  müəyyən  bir 
qrupu  isə  tamamilə  salamat,  yaxud  orta  və  yaxşı  vəziyyətdə 
qalan  bu  kitabələı*  nadir  hallar  istisna  olmaqla  yarandığı 
dövrdə 
necə 
olmuşdursa 
elə, 
təhrif 
olunmadan 
zəmanəmizədək gəlib çatmışlar.
Tədqiqatçılar  tərəfindən  «kiçik  mənbələr»,  «abidələrin 
daş  pasportu»  kimi  qiymətləndirilən,  dəqiq  və  mübahisə 
doğurmayan 
faktlarla 
zəngin 
olan 
bu 
abidələr 
tədqiqatçılara  daim yeni,  heç  bir mənbədən  məlum olmayan 
dəyərli  faktlar  təqdim  edirlər.  Onlaı*  digər  qaynaqlaıia 
birlikdə  orta  əsr  tarix  və  mədəniyyətimizin  bir  sıra 
problemlərinin 
obyektiv, 
dərindən 
və 
hərtərəfli 
araşdırılmasmda  müstəsna  rol  oynayırlar.  Kitabələrdə  əks 
olunan 
faktlar 
bir 
sıra 
miıhüm 
tarixi 
məsələlərin 
aydınlaşdırılmasında  xüsusi  əhəmiyyətə  malik  olduqları 
kimi,  tarix-mədəniyyət,  memarkq  abidələrinin  təyinatı,  inşa 
tarixi, 
sifarişçisi, 
memarı, 
yaşayış 
məskənlərinin 
və 
qəbiristanlıqlarm  dövrü,  orta əsıiər zamanı  bölgədə yaşamış 
görkəmli  şəxsiyyətlərin  dəfn  olunduğu  yeı*, .daşıdığı  titullar, 
yaşadığı  dövrün  ictimai-siyasi  həyatmda  tutduğu  mövqe  və 
s.  haqqında  da  dəqiq  və  müfəssəl  m əlum atlar  təqdim 
ediıiər.
Vaxtilə  sovet  alimi  İ.P.Petruşevski  qeyd  edirdi  ki, 
Naxçıvamn  XII-XIX  əsıiər  tarixi  üzrə  mənbələr  kifayət 
qədər  öyrənilməmişdir.  Bu  mənbələrin  böyük  hissəsi  nəşr
13


olunmamış 
və 
əlyazma 
şəklində 
dünyanın 
müxtəlif 
fondlannda  saxlanmaqdadır.  Alimin  bu  sözlərindən  keçən 
müddət  ərzində  orta  əsr  əlyazma  sənədlərinin  bir  qismi 
öyrənilsə,  Azərbaycan  və  rus  dillərinə  tərcümə  edilərək  nəşı* 
olunsa  da,  tədqiqini  gözləyən  çoxlu  qaynaqlar  mövcud 
olduğundaıı  bu  sahədə  tədqiqatların  genişlənməsinə  böyük 
ehtiyac  vardır.  Həmçinin,  hər  hansı  bir  tarixi  problemin 
həllinə  kompleks  şəkildə  yanaşıldıqda,  müxtəlif  elm 
sahələrinin,  xüsıısilə  tarixə  köməkçi  elmlərin  təqdim  etdiyi 
faktlardan  müqayisəli  şəkildə  istifadə  edildikdə  məsəJənin 
uğurlu həllinə nail  olmaq  mi'ımkündür.
Məhz  buna  görə  də,  yaranmış  boşluğu  doldurmaq, 
bölgənin  tarix  və  mədəniyyətinin  ayrı-ayrı  məsələlərinin 
hərtərəfli  öyrənilməsi  üçün  digər  məııbələrin,  o  cümlədən 
cpiqrafık  abidələrin  təqdim  etdiyi  faktlardan  yararlanmaq 
işin  xeyrinə  olaı*.  Ona  görə  də  ərazidəki  kitabələrin  kiçikdən 
böyüyə  hamısmın  qeydə  alınması,  tədqiq  və  nəşr  olunması 
tarixşünaslığımız  qarşısmda  duran  vacib  məsələlərdən 
biridir.  Çünki zaman  keçdikcə bu abidələr daha çox sıradan 
çıxır və məhv olur.
Islamm  yayıldığı  zamanlardan  meydana  gələn  müsəlman 
epiqrafıkası  abidələri  Naxçıvanm  ayrı-ayn  bölgələrində 
müxtəlif 
səviyyədo 
yayılmışdır. 
Ancaq 
rnüsəlman 
epiqrafıkası abidələrinin  zənginliyi  cəhətdən  Ordubad şəhəri 
xüsusi  ilə  seçilir.  Bu  baxımdan  Ordubad  şəhəri  nəinki 
Naxçıvanda,  hətta  bütün  Azərbaycanda  əvvəhnci  yeıiərdən 
birini  tutur.  Burada  indiyədək  çoxlu  sayda  müxtəlif  tip 
epiqrafık  abidələr- inşaat  kitabələri,  məzar  kitabələri, dövlət 
fərmanlannın  daş  nüsxələri  və  başqa  xarakteıii  kitabələr 
gəlib çatmışdır.
Miıxtəlif  növ  tarix-mədəniyyət  abidələri  ilə  zəngin  olan 
Ordubad  şəhəripdə  indiyədək,  həmçinin,  çoxlu  tarix- 
memarlıq  abidələri,  o  cümlədən,  Came  məscidi,  Ticarət 
mərkəzi,  Buzxana,  mədrəsə,  diqqəti  cəlb  edəcok  dərəcədə 
gözəl  olan  çoxlu  yaşayış  evləri,  kəhrizlər  (el  arasında
14


bunlara «qırxayaq»,  «qırxpilb»  də deyirbr),  məscidbr və s. 
gəlib 
çatmışdır. 
Ən 
başlıcası 
isə 
Ordubad 
şəhəri 
Azərbaycanda  orta  əsr  şəhərsalma  ü'slubunu  və  quruluşunu 
qoruyub  saxlayan  nadir  şəhərbrdən  biridir.  Məhz  buna 
görə  də  şəhərin  orta  əsr  quruluşunu  və  tarix-memarlıq 
abidələrini  qorum aq  məqsədib  Ordubad  şəhəri  Azərbaycan 
xalqınm  ümummilli  lideri  Heydər  Əliyevin  Azərbaycanda 
siyasi hakimiyyətinin  birinci dövründə-  1977-ci ildə  «Qoruq 
şəhər» elan edilmişdir.
Şəhərdəki 
tarixi 
abidələr 
içərisində 
müsəlman 
kitabəbrinin  xüsusi  yeri  vardır.  Nəinki  Azərbaycanm, 
həmçinin  bütün  Yaxııı  Şərq  ölkələrinin  orta  əsrləı*  dövrü 
tarix  və  mədəniyyətinin  müxtəlif problemlərinin  tədqiqində 
böyük  rolu  olan  bu  kitabəbr  daim  tədqiqatçıların  diqqət 
mərkəzində  olmuşdur.  Əraziyə  gəbn  tarixçilər,  dövlət 
məmurları  şəhərdəki  başqa  abidələrlə  yanaşı  epiqrafık 
abidələrə  də  diqqət  yetirmiş,  nəşr  etdirdikləri  kitab  və 
məqalələrdə  onlar  haqqm da  qısa  da  olsa  bəhs  etmişlər.  Bu 
kitabələrin 
tədqiqinə  XIX  yüzilliyn 
30-cu  illərindən 
başlanmışdır.  Ancaq  bu  tədqiqatlar  sistemli  və  elmi  şəkildə 
olmamış,  təsadüfı.  təsviri  xarakter  daşımış  çox  vaxt 
həvəskaı*  adamlar  tərəfmdən  həyata keçirilmiş,  bu  səbəbdən 
də bəzən kitabələr haqqm da səhv məlumatlar verilmişdir.
Şəhərin  epiqrafık  abidəbri  haqqında  ilk  dəfə  bölgənin 
Rusiya  ilə  birləşdirilməsindən  az  sonra  şəhərdə  olmuş  rus 
məmuru  V.Qriqoryev  məlumat  'vermişdiı*.  O  şəhərin 
mərkəzində  yerbşən  mədrəsənin  kitabələrindən  bəhs  etmiş, 
ancaq  yanlış  olaraq  bu  kitabəbri  Quran  ayələri  kinıi  qələmə 
vermişdir.  Həmin  yüzilliyin  ortalarında  Naxçıvanda  olmuş 
rus  diplomatı  və  şərqşünası  N.V.Xanıkov  Ordubad 
şəhərindəki  Came məscidinin kitabəsini və «Malik İbrahim» 
qəbiristanlığmda  Şeyx  Əbu  Səidin  məzar  kitabəsini  tədqiq 
etmiş,  tədqiqatmm  nəticələrini  1862-ci  ildə  Parisdə,  fransız 
dilində nəşr etdirdiyi məqaləyə daxil etmişdiı*.
XX 
yüzilliyın 
20-ci 
illərində 
Naxçıvanda 
olan
15


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə