Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   34   35   36   37   38   39   40   41   42

Hüseynin  nəslindən  olan  «Hüseyni>*  soyadlı  bu  seyidlər 
Təbriz  şəhərində  vəqfləri  və  ətraf  kəndləri  idarə  edən  iri 
feodallar  olmuşlaı*.  Ehtimal  etmək  olar  ki,  Ordubad 
şəhərində  yaşayan  və  Hüseyni  soyadı  daşıyan  seyidlər 
həmin nəsildən olmuşlar (60,  s.  101).
123.  Kitabədə  mərhum  Məşədi  Əsgər  xanm  atası  Mehdi 
«ustad»  titulu ilə  təqdim  olunmuşdur.  Bu  onun zəmanəsinin 
tanmmış şəxsiyyətlərdən olmasmı göstərir.
124.  M ərhum un  atası  Əliəsgəriıı  adınm  sonunda  qeyd 
edilmiş  «Bərbəri»  nisbəsi  göstərir  ki,  o  əslən  Şimali 
Afrikanm  ən  qədim  sakinlərindən  olan  «bərbər»  tayfalarına 
mənsubdur.  Kitabə  Ordubad  şəhərinin  bir  sıra  yerlərlə,  o 
ciimlədən 
Şimali 
Afrika 
ölkələri 
ilə  mədəni-iqtisadi 
əlaqələrinin  olduğunu  göstərir.  G örünür,  Əliəsgər  Bərbəri 
hansı  səbəbdənsə  gəlib  O rdubadda  yaşamış,  yaxud  da 
licarət  və  ya  başqa  məqsədlə  şəhərə  gəlmiş,  orada  vəfat 
etmiş, 
vəfat 
etdikdən 
sonra 
«Malik 
İbrahim» 
qəbiristanlığmda dəfn  olunmuşdur.
126.  Məşhədi  Rəcəbəlinin  xatirəsinə  hazırlanmış  məzar 
kitabəsi  həkk  edilən  mərmər  lövhənin  səthi  bədii  tərtibat 
cəlıətdən  diqqəti  cəlb  edəcək  dərəcədə  gözəl  işlənmiş  və 
epitafiya aydm nəstəliq xətti ilə yazılmışdır.
127.  Kitabə  yazılan  mərmər  lövhə  bədii  tərtibat  cəhətdən 
gözəl  hazırlanmış  və  kitabələr  incə,  nəfls  şəkilədə  həkk 
olunmuşdur.  Başdaşı  bədii  daşyonma  sənətinin  gözəl 
niımunəsi  kimi  diqqəti  cəlb  edir.  Kitabənin  yazılmasmda 
ərəb əlifbasma məxsus iki xətdən istifadə olunmuşduı*.
128. 
Sadığın 
oğlu 
Ağanəsir 
babanm  
xatirəsinə 
hazırlanmış 
abidə 
mənsub 
olduğu 
qəbrin 
üsiündən 
götiırülüb  «Malik  İbrahim»  qəbiristanlığmm  mərkəzindəki
131


binanm  balkonuna  qoyulmuşdur.  Hansı  qəbrə  aid  olduğu 
məlum  deyildir.  Bədii  tərtibat  cəhətdən  çox  zəngindir  və 
orta  əsr  Azərbaycan  bədii  daşyonma  sənəti  nümunəsi  kimi 
diqqəti  cəlb  edir.Mərhum  Ağanəsirin  adma  əlavə  olunmuş 
«baba»  termini  onun  həmin  vaxt  şəhərdə  fəaliyyət  göstərən 
Bəktaşi  xənagahına  mənsub  olmasmı  ehtimal  etməyə imkan 
verir.
130. 
Kitabə  XVIII  yüzillikdə  Ordubad  şəhərində  yaşamış 
iki  bəyin-Qulambəxş  bəy  və  Əliqulu  bəyin  adını  bizə  təqdim 
edir.  Bədii  tərtibat  cəhətdən  gözəl  hazırlan.ması,  həmçinin 
kitabəsinin  məzmunu  və  incə şəkildə  həkk edilməsi  mərhum 
Əliqulu  bəyin  XVIII  əsrdə  O rdubad  şəhərinin  sosial-siyasi 
həyatmda  tamnmış  şəxsiyyətlərdən  biri  olduğunu  göstərir. 
Bu  da  daxil  olmaqla  dörd  kitabədə 
(jYq 
126,  128.  129,  130) 
««İxlas»dan  əvvəl  «əl-Həmd»  oxu»  sözləri  həkk  edilmişdir. 
«əl-İxlas»  Qurani-Kərimin  CXII,  «əl-Həmd»  isə  I  surəsidir. 
İslam  şəriətində  mərhum  üçiin  oxunması  nəzərdə  tutulan 
«Fatihə»  bu  iki  surənin  ardıcıl  (əvvəl  «əl-Həmd»,  sonra  «əl- 
Ixlas»)  oxunmasından  ibarətdir.  Qəbir  daşlarmda  yazılan 
bu  sözlər  mərhuma  «Fatihə»  oxunmasım  xatırlatmaq 
üçündür.
•  •
133. 
Daşıdığı  tıtular  və  epitetlər  («rəbbani  alim», 
«dövrün  və  zəmanənin  müctəhidi»)  göstərir  ki,  mərhum 
Mirzə  Həşim  zəmanəsinin  görkəmli  şəxsiyyətlərindən  və 
alimlərindən  olmuşdur.  Mərhumun  adına  əlavə  olunan 
«ı*əbbani  alim»  sözləri  onun  böyük  alim  olduğunu 
göstərməklə  bərabər  bəzi  müsbət  keyfıyyətlərini  də  açmağa 
yardım  edir.  Bir  sıra  alimlərin  fikrincə  insanlar  üç  qismə 
(ruhbani,  heyvani,  rəbbani)  bölünür.  Ruhbani  olanlar 
Allahın  cəhənnəmindən  qorxduqları  iıçiın  ibadət edənlərdir. 
Heyvanilər  Allahın  cənnətini  istədikləri  üçün  oııa  ibadət 
edənlərdir. 
Rəbbanilər 
isə 
Allahm 
cəhənnəmindən
132


qorxduqları  və  cənnətini  istədikləri  üçün  deyil,  sırf  Allahı 
sevdikləri üçün  Ona ibadət edənlərdir (66.  s.  290).
Bu fikirdən də  aydın olur ki,  adma «rəbbani  alim» sözləri 
əlavə  cdilmiş  mərhum  Mirzə  Həşim  pak  və  mömin  bir  din 
xadimi,  yııksək  səviyyəli  alim  olmuşdur.  Onun  adına  əlavə 
edilən  «Müctəhid»  sözü  isə  şiə  din  xadimləri  içərisində  ali 
ruhanilərə  verilən  titul  idi.  Onlar  hər  hansı  dini  və  hüquqi 
məsələdə  müstəqil  qərar  çıxara,  fıtva  verə  bilərdilər.  Mirzə 
Həşimin  bu  titulu  daşıması  onun  çox  nüfuzlu  din  xadimi 
olduğunu göstərir.
Kitabəni  həkk  edən  həkkak  mətnin  sonunda  öz  admı 
«Qəzvini»  nisbəsi  ilə  qeyd  etmişdir.  Bu  sübut  edir  ki,  o 
Təbriz-Qəzvin  memarlıq  məktəbinin  yetirməsidir.  Ehtimal 
etmək  olar  ki,  «Malik  İbrahim»  qəbiristanlığmdakı  məzar 
kitabələrinin bir neçəsi onun əməyinin məhsuluduı*.
134.  Kitabə  aşındığı  üçün  tam  oxumnasa  da,  orada  qalan 
sözlər XVIII  əsrdə  yaşamış  və  «Mövlaııa»  titulu  daşıyan bir 
şəxsiyyətin xatirəsinə həsr olunduğunu  göstərir.
135.  Başdaşı tipli bu xatirə  abidəsi  Ordubad  rayon Tarix- 
diyarşünaslıq  muzeyində  mühafizə  olunur.  Muzeyə  şəhərin 
hansı  qəbiristanlıqdan  gətirilməsi  məlum  deyildir.  Xatirə 
abidəsiııin  aşağı  hissəsiııdə  bir  neçə  təsvir  o  cümlədən  qayçı 
və  güzgiı  təsvirləri  həkk  edilmişdir.  M əzar  kitabəsində  ad 
yoxdur.  Ola  bilər  ki,  m ərhum un  adı  baş  tərəfdə,  Quran 
ayəsindən  əvvəl  yazılıbmış.  Ancaq  başdaşınm  baş  tərəfı 
sınıb  itdiyi  üçün  bu  haqda  qəti  fikir  söyləmək  mümkün 
deyildir.
137. 
Kitabə  hansı  isə  qadının  xatirəsinə  hazırlanmış, 
ancaq  hicab  səbəbindən  adı  qeyd  olunmamışdır.  Bu 
məzmunlu 
kitabəyə 
ilk 
dəfə 
təsadüf 
olunmuşdur. 
Başdaşmın  aşağı  hissəsində  qayçı,  güzgü  və  s.  təsvirlər  həkk 
olunmuşduı*.
133


138.  Vaxtilə  «Pir  Eyvaz»  qəbiristanlığmda  qeydə  alman 
bu  xatirə  abidəsi  qəbiristanlıq  dağıdılarkən  rayon  tarix- 
diyarşünaslıq 
muzeyinə 
aparılmışdıı*. 
Hazırda 
orada 
mühaflzə  olunur.  Kitabənin  yazılmasmda  istifadə  olunan 
farsca  şeir  parçasma  hələlik  ərazidə  başqa  qəbirüstü  xatirə 
abidəsi  üstündə təsadüf olunmamışdır.
139.  Dünyasını  vaxtsız  dəyəişmiş  Riıstəmin  xatirəsinə 
həsr  olunmuş  və  mətninin  böyük  hissəsi  mənzum  parçadan 
ibarət  olan  kitabənin  muzeyə  gətirildiyi  yer  bəlli  deyildir. 
Ehtimal  ki,  bu  epitafıya  da  Came  məscidinin  ətrafmdakı 
qəbiristanlıqda olmuşdur.
140.  141,  142,  145.  Mətnlərin  oxşaıiığı,  paleoqrafiya 
xüsusiyyətləri,  hazııiandıqları  materialın  eyniliyi,  qısa  bir 
zaman  çərçivəsində  hazırlanmaları  və  s.  əlamətləri  göstərir 
ki,  bu dörd  kitabo eyni  ustanın  əməyinin məhsuludur.
143. 
Pəricahan  xanımm  xatirəsinə  hazııianmış  başdaşınm 
aşağı  hissəsində,  kitabələrin  arasında  qayçı  və  güzgü  təsviri 
həkk edilmişdir.
•  •
146.  N urcahanm   xatirəsinə  kitabə  həkk  edilən  mərmər 
lövhəııin  səthi,  xüsusi  ilə  kənar  haşiyələri  incə  nəbati 
ornamentlər  ilə  bəzədilmiş,  mərkəz  hissədə  kitabələr 
yazılmışdır.  Məzar  daşmın  incə  şəkildə  hazırlanması  onun 
qadınm  xatirəsinə  hazııianması  ilə  əlaqədardır.  Nəzmlə 
yazılmış  kitabənin  altmcı  sətriııdə  qeyd  edilən  «ah,  əfsus» 
sözləri  ərəb  dilində əbcəd  hesabı  ilə  kitabənin  tarixini  (1230- 
cu  il)  əks  etdirir.  Kitabədə  tarix  həm  əbcodlə,  həm  də 
rəqəmlə qeyd  olunmuşdur.
147.  Kitabə  vaxtilə  şəhərin  cənubunda  ycrləşən  Kürdətal 
məscidinin  qarşısında  olan  nəhəng  çinarın  əkilmə  tarixi
134


haqqm da  məlumat  verir.  Azorbaycan  epiqrafik  abidələri 
içərisində bu məzmunlu kitabələrə çox da rast gəlinmir.
152. 
Kitabədən  aydın  olur  ki,  mərhumə  Bacıxamm  Şeyx 
Məhəmmədin  qızı  olmuşdur. 
Daşıdığı 
«şeyx» 
titulu 
mərhumənin  atası  Şeyx  Məhəmmədin  yaşadığı  dövrdə 
(XVIII  əsr)  şəhərdə  fəaliyyət  göstərən  sufı  xanəgahlarmdan 
birinə  mənsub  olmasım  göstərir.  Hərfi  mənası  «qoca» 
anlaımna  gələn  bu  titulla  orta  əsrlər  zamanı  hörmətli 
şəxslərə,  xüsusi  ilə  sufı  təriqəti  başçılarına,  xanəgah 
rəhbərlərinə  müraciət  edilirdi.  Başdaşı  üzərində  yazılan 
kitabənin  üçüncü  sətrində,  mərhumun  adındın  əvvəl,  tarix 
yazılan  hissədə 
qayçı, 
güzgü 
və 
s. 
təsvirləı*  həkk 
olunmuşdur.
151-155.  Mətnlərin  ifadə  tərzi,  kitabələrin  paleoqrafık 
xüsusiyyətləri,  həkk  edilən  təsvirlərin  oxşaıiığı,  qısa  zaman 
çərçivəsində  hazırlanmaları  göstərir  ki,  bu  abidələr  eyni 
ustanın  əməyinin  məhsuludur.  Bu  kitabələr  göstərir  ki, 
naxçıvanlı  ustalar  həmişə  şablon  formalardan  istifadə 
etməmiş, müxtəlif məzmunlu kitabələr yazmışlar.
156.  Şəhərin  mərkəzində  yeıiəşən  Təkeşiyi  məscidiniıı 
XIX  yüzilliyin  əvvələrində  bərpa  olunmasmdan  xəbər  verən 
və  şeiıiə  yazılan  kitabə  adı  indiyədək  başqa  mənbələrdən 
elmə  məlum  olmayan  bir  sənətkarın  (Məhəmməd  Əli  əl- 
Hüseyni  əl-  Qərəvi  əl-Həccar)  adını  təqdim  edir.  Həmçinin 
kitabədən  aydm  olur  ki,  məscid  bu  vaxtadək  daha  iki  dəfə 
təmir və bərpa etdirilmişdir.
157.  Kitabənin  sonunda  qayçı  və  güzgü  təsvirləri  həkk 
olunmuşdur.  Kitabənin  mətııi  151-155  saylı  kitabələrin 
mətni ilə oxşardır.
135


158. 
Kitabədə  m ərhum un  adına  əlavə  edilən  «Əlincəli» 
nisbəsi 
göstərir 
ki, 
mərhum 
Molla 
Həsənəli 
əslən 
Naxçıvamn  Əlincə  bölgəsindən,  ehtimal  ki,  Əlincə  qalası 
ərazisindən  olmuşdur.  Ehtimal  etmək  olar  ki,  Molla 
Həsənəli  O rdubad  şəhərində  yaşamış  və  orada  da  vəfat 
etmişdir.
160.  Kitabə  «Malik  İbrahim»  qəbiristanlığınm  şimahnda, 
təpənin  döşündə  yerləşən  qazma  tipli  binanın  Hacı  Ağacan 
Ordubadinin  oğlu Hacı  Zeynəlabidin  tərəfindən  1848-ci  ildə 
inşa  ctdirilməsi  haqqm da  xəbər  verir.  Kitabədə  «mübarək, 
şərəfli  məkan»  kimi  qiymətləndirilən  bu  bina  yerli  əhalinin 
məlumatma  görə  meyyidlərin  yuyulması  və  miiəyyən 
səbəblərdən  dəfnin  yubanmasma  görə  saxlanması  üçün 
nəzərdə tutulmuşdur.
161.  Beyt  vaxtilə  «Malik  İbrahim»  qəbiristanhğınm
mərkəzində yerləşən  binanın  cənuba baxan  pəncərəsinin  baş
tərəfındə  gəc  yzərində  qara  rənglə  yazılmışdı.  Ancaq  keçən
yüzilliyin  80-ci  illərində  bina  təmir  olunarkən  orada  divar
üzərində  rənglə  yazılmış  digər  kitabələr  kimi  bu  kitabə  də
qaşımb  məhv  edilmişdir.  Kitabə  1979-1980-ci  illərdə  qeydə
alınmışdır.  Beyt  Səfəvilər  dövründə  yaşamış  Möhtəşəm
Kaşaninin  İmam  Hüseynin  şərəfmə  yazıldığı  mərsiyədən 
• •   .  •• 
•• 
1
 
•• 
1
 
•• 
goturulmuşdur.
162.  Bişmiş  kərpic  üzərində  basma  üsulu  ilə  həkk  edilmiş 
bu  kitabə  Ordubad  şəhər  sakini,  diş  həkimi  Rafiq 
Fəttahovun  evində  aşkar  olunmuş  və  muzeyə  təhvil 
verilmişdir. 
Muzeydə  bu  həcmdə  olan  digər  bişmiş 
kərpiclərin  nümayiş etdirilməsi göstərir ki,  həmin  vaxt (XIX 
əsr)  O rdubadda  binaların  tikintisində  bu  cür  kərpicdən 
istifadə olunmuşdur.
136


163.  Kitabə  öz  məzmununa  görə  diqqəti  cəlb  edir.  O 
vaxtilə  şohərin  cənub  hissəsində,  Kürdətal  məhəlləsindəki 
ikimərtəbəli məscidin  qarşısında  olaıı  nəhəng çinarm  əkilmə 
tarixindən  bəhs  edir.  Kitabə  haqqında  Ordubad  şəhərinin 
tarix  və  mədəniyyət  abidələri  haqqm da  bir  çox  məqalələrin 
müəllin, jurnalist C.Rəfiyev məlumat vermişdir.
Bu  çinann  əkilmə  tarixi  haqqında  147  saylı  kitabədə  də 
məlumat  verilmiş  və  həmin  epiqrafik  sənəddə  bu  tarix  hicri 
1230-cu  il  kimi  qcyd  olunmuşdur.  Məsciddən  tapılmış  pərdi 
üzərində  yazılmış  kitabə  məscid  təmir  edilərkən,  yəni  hicri 
1280-ci ildə yazılmışdır.  Həmin  vaxt çinarm əkilməsindən  50 
ilə yaxm  bir vaxt keçirdi.  Xəttat Mirzəli  Məhəmməd  Məşədi 
Ağarəhim  oğlu  çinarm  əkilmə  tarixini  pərdidə  yazarkən 
yaddaşma  əsaslanmışdıı*.’  Fikrimizcə,  məhz  buna  görə  də 
çinarm  əkilmə  tarixini  pərdidə  iki  il  səhv  yazılrmşdır.  Çünki 
yaddaşa  əsaslanan  tarixin  50  il  sonra  səhv  yazılması 
mümkün  haldır.  Digər  tərəfdən  mərmər  lövhə  üzərindəki 
kitabə  birbaşa  çinarın  əkilməsinə  lıəsr  olunduğundan  və 
çinar  əkildiyi  zaman  yazıldığmdan  daha  etibarlı  mənbədir. 
Ona  görə  də  qətiyyətlə  demək  olar  ki,  vaxtilə  Ordubad 
şəhərinin  cənubunda,  indiki  Mədəniyyət  eviniıı  qarşısında 
əzəmətlə  ucalan,  sonradan  ekskavatorla  təsərrüfat  məqsədi 
ilə  yanmdan  dərin  kanal  qazılarkən  kökləri  kəsildiyindən 
tədricən  quruyan  nəlıəng  çinar  ağacı  (gövdəsinin  diametri  2 
metrdən  artıq  idi)  hicri  1230-cu  ildə  (miladi  1815-ci  ildə) 
əkilmişdir (30, s.  88-89).
164.  E1  arasında  yerləşdiyi  məhəllənin  adı ilə  adlandırılan 
Yuxarı  Anbaras  məscidində  tədqiq  olunan  bu  kitabədən 
aydın  olur  ki,  məscid  nə  vaxt  isə  (ehtimal  ki,  XVII  əsrdə) 
Ağa  Mirzo  Cəfər  adlı  şəxsiyyət  tərəfindən  inşa  etdirilmiş  və 
təmir  edilərkən  (1284-cıı  ildə)  «Ağa  Mirzə  Cəfər»  məscidi 
adlanırmış.
137


165.  Məscidin  tavanında  taxta  yzərindo  rənglə  yazılmış 
kitabə  körpiı,  hamam,  məscid,  minbər  tikdirəııləri  və  abad 
edənləri  təqdir  edir,  bu  işi  görənlərin  əməyinin  Allah 
tərəfındən cənnətdə evlə qiymətbndirəcəyini  vəd edir.
166.  Məscidin  tavam nda  taxta  üzərindo  yazılmış  bu 
kitabə  insanlara  yaşadığı  dövrdə  dünya  malına  aludə 
olmamağı,  axirət.  dünyasma  maddi  cəhətdən  heç  bir  şey 
aparmağın m üm kün olmadığım təlqin edir.
167.  Kitabə  adı  başqa  mənbələrdən  məlum  olmayan,
XIX  yüzillikdə  yaşamış,  əslən  Şəki  şəhərindən  olan  və 
«ustad»  titulu  daşıyan  Əbdulqaffar  adlı  sənətkann  admı 
təqdim  ediı*.  Bu  sənət  nümunəsinin  Şəkidə,  yaxud  da 
Ordubadda hazııianması  məlum  deyildir.  Ola bilor  ki,  ustad 
Əbdülqaffar  O rduoadda  yaşamış,  yaxud  da  kimsə  onu 
Şəkidən gətirmişdir.
171.  Kitabə  Ordubad  şəhər  Came  məscidinin  lıicri 
1319/1901-1902-ci 
illərdə 
Hacı 
Məhəmmədqulu 
ağa 
tərəfındən  təmir  olunması  haqqında  məlumat  verir.  Hacı 
Məhəmmədqulu ağa  tacir olmuşdur.  Ordubad  şəhərində  adı 
indi  də  hörmətlə  yad  edilən  Hacı  Məhənmıədqulu  ağa  həm 
də  şəhərdə  fəaliyyət  göstərən  2  kustar  zavoddan  birinin 
sahibi  idi.  Ordubadda  ipək  sənayesinin  inkişafı  ilə  əlaqədar 
olaraq  o,  1902-ci  ildə  şohərdə  qanovuz,  parça,  adyal  və  s. 
hazırlayan emalatxana  açmışdıı*.  Bu  emalatxanada  8  dəzgah 
işləyirdi  və  gündə  50 arşma yaxın  ipək  parça  istehsal edilirdi 
(60, s.  34).
172.  Kitabədən  aydın  olur  ki,  1901-ci  ildə  Ordubad  şəhəı* 
Came  moscidi  təmir  olunarkən  məscidin  daxili  divarlarma 
rənglə  yazılan  Quran  ayələrini,  hədisləri,  dini  xarakterli 
kəlamları  vo  başqa  kitabələıi  müctəhid  Ağa  Əlinin  oğlu  əl- 
Hac  Məhəmmədtəqi  yazmışdır. 
Bir  hissəsi  məscidin
138


divarlarıııda  indiyədək  qalan  kitabələrə  əsasən  deyə  bilərik 
ki,  əl-Hac  Məhəmmədtəqi  öz  sənətinin  kamil  ustası,  gözəl 
xəttat  olmuşdur.  Xəttatın  atası  miıctəhid  Ağa  Əli  isə 
Ordubadın  ictimai-siyasi  həyatmda  mühim  yeri  olan 
şəxsiyyət  olmuşdur.
173.  Nəqqaş  Zeynəlabidin  XIX  əsrdə  Ordubadm   mədəni 
həyatmda  mühim  rol  oynamışdır.  Məşhur  ııəqqaş  və  xəttat 
olan,  Naxçıvanda,  Təbrizdə,  Tiflisdo  və  başqa  şəhərlərdə bir 
sıra  binalarm  nəqqaşlıq  işlərini  yerinə  yetirən  Kərbəlayi 
Zeynəlabidin  Abdullaiızadə  1901-ci  ildə  Cameməscidi  təmir 
olunarkən  orada  nəqqaşlıq  işlərini  həyata  keçirmişdir. 
Onun  əl  işlərindən  bəziləri  Came  məscidində  və  başqa 
binalarda  iııdiyədək  qalmaqdadır.  Nəqqaş  Zeynəlabidin 
həm  də  yaxşı  bir  şair  kimi  əsası  1837-ci  ildə  Şeyxəli  bəy 
Kəngərli  tərəfındən  qoyulan  «Əncüməni-Şüəra»  ədəbi 
məclisinin  fəal  i'ızvü  olmuşdur.  1904-cü  ildə  vəfat  etmiş, 
«Malik  İbrahim» qəbiristanlığında dəfn  oluıımuşdur.
174.  Kitabənin mətni  T imam  Həzrəti  Əli  ilə əlaqədar olan 
«Nadi 
Əliyyən!» 
(«Əlini 
çağır!»)  duasmın 
başlanğıc 
hissəsindən  ibarətdir.  Bu  dua  orta  əsrlər zamanı  Anadoluda 
yaranmış  və  Azərbaycanda  da  gcniş  yayılmış  «Bəktaşiyyə» 
sufı  cəmiyyəti  ilə  sıx əlaqodardır.  Naxçıvanda  bir  neçə yerdə 
rast  gəlinən  bu  dua  orta  əsrlər  zamanı  «Bəktaşiyyə» 
dəL'vişləriııin  Azərbaycanın  bir  sıra  yerlərində  olduğu  kimi 
Naxçıvan  bölgəsindo də fəaliyyət göstərmələrini  təsdiq  edir.
175.  XIX  yüzilliyin  sonlarmda 
şüşə  iızərində  rənglə 
işlənən  bu  kitabə  məşhur  nəqqaş  Kərbəlayi  Zeynəlabidin 

Yüklə 1,07 Mb.


Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə