Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   2   3   4   5   6   7   8   9   ...   42

«Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti»nin  elnıi 
katibi,  rus  alimi  V.M.Sısoyev  və  Cəmiyyətin  üzvü,  epiqraf- 

alim  Isa  Əzimbəyov  (Məddah)  da  Ordubad  şəhərində 
olarkən  həmin  iki  kitabəni  tədqiq  etmişlər.  Şəhərdə  olarkən 
,  • 

epiqraf  Isa  Əzimbəyov 
həmin kitabələri 
oxumuş  və
mətnlərini  rus  dilinə  tərcümə  etmişdir.  V.M.Sısoyev  isə 
onun 
tədqiqatınm 
nəticələrini Naxçıvana 
elmi
ezamiyyətinin hesabatına daxil etmişdir.
Ömrünün 
60 
ilini 
Cənubi 
Qafqazın 
müsəlman
epiqrafıkası  abidələrinin  tədqiqinə  həsr  etmiş  görkəmli  alim 
M.Nemət  də  Ordubad 
şəhərinin  epiqrafık  abidələrinin
tədqiqi  ilə  məşğul  olmuşdur.  AMEA-nm  müxbir  üzvü 
M.Nemət  kcçən  əsrin  50-ci  illərinin  sonlarında  Naxçıvan 
M R -da  olarkən  Ordubad  şəhərinə  də  epiqrafık  səfər  etmiş,

qeyd  olunan  iki  kitabə  ilə  yanaşı  «Malik  Ibrahim» 
qəbiristanlığmda  əlavə  olaraq  7  ədəd  məzar  kitabəsini 
tədqiq  və  nəşr  etdirmişdir  (20;  50).  Alim  80-ci  illərdə 
Naxçıvanda  epiqrafık  material  toplayarkən  Ordubad 
şəhərində  də  tədqiqatlar  aparmışdır.  Tədqiqatlar  zamanı 
Ordubad  şəhərində  məlum  kitabələıiə  yanaşı  yeni  kitabələr 
də  qeydə  alınnnş,  mətnləri  oxunaraq  rus  dilinə  tərcümə 
edümiş  və  2001-ci  ildə  nəşr  etdirilən  «Azərbaycanm 
epiqrafık  abidələrinin  koı*pusu»nun  III  cildinə  daxil 
edilmişdir (49).
Keçən  yüzilliyin  70-ci  illərindən  başlayaraq  Naxçıvan 
MR-sı  ərazisindəki  müsəlman  epiqrafıkası  abidələrinin 
sistemli  şəkildə  öyrənilməsi  ilə  əlaqədar  olaraq  Ordubad 
şəhərində  bizim  tərəfımizdəıı  də  epiqrafık  tədqiqatlar 
aparılmış,  yeni  kitabələr qeydo alınmış,  onlar əsasında çoxlu 
məqalələr 
yazılmış, 
62 
ədəd 
kitabədən 
namizədlik 
dissertasiyasmm  yazılmasmda  istifadə  edilmişdir.  Həmçinin 
80-ci  illərin  sonu- 
90-cı  illərdə  Ordubad  şəhərində 
tərəfımizdən  yeni  kitabələr  qcydə  alınmış,  tədqiq  olunan 
məzar  kitabələri  əsasıııda  2001-ci  ildə  «Ordubad  şəhərinin 
epiqrafik  abidələri  (xatirə  kitabələri)»  adlı  kitab  nəşr
16


etdirilmiş,  orada  72  ədəd  epitafıyadan  (məzar  kitabəsindən) 
bəhs  olımmuşdur.
Həmin  vaxtdan  keçən  müddətdə,  xüsusilə  Naxçıvan  M R 
Ali  Məclisi  sədrinin  Naxçıvan  M R  ərazisiııdəki  tarix- 
mədəniyyət 
abidələrinin 
pasportlaşdırılması 
haqqm da 
məlum sərəncammdan  sonra bu məqsədlə  Ordubad şəhərinə 
təşkil  edilən  səfərlər  zamanı  ərazidə  olan  tarix-memarlıq 
abidələri,  digər  maddi  mədəniyyət  nümunələri  ilə  yanaşı, 
çoxlu  yeııi  kitabələr  də  qeydə  alınmış  və  tədqiq  edilmişlər. 
Oxucularm  diqqətinə  təqdim  olunan  bu  əsər  vaxtilə 
Ordııbad  şəhərində  tədqiqatçılar  tərəfındən  öyrənilən,  elmə 
məlum  olan  kitabələrlə  yaııaşı  son  illərdə  aşkar  olunan  və 
tədqiq  edilən  müsəlman  kitabələri  də  daxil  olmaqla 
bütövlükdə  Ordubad  şəhərinin  müsəlman  epiqrafıkası 
abidələrinə lıəsr olunmuşdur.


ORDUBAD ŞƏHƏRİNİN TARİXİ HAQQINDA QISA
MƏLUMAT
Naxçıvan  M uxtar  Respublikasının  tərkibinə  daxil  olan 
Ordubad 
bölgəsinin 
mərkəzi, 
Azərbaycan 
xalqmın 
ümummilli  lideri  Heydər  Əliyev  tərəfmdən  «Azərbaycanm 
incisi»  kimi  dəyərləndirilən  O rdubad  şəhəri  Arazm  sol 
sahilində,  dəniz səviyyəsindən  950 metr yüksəklikdə yerləşir. 
Şimaldan  Aşağı  Əndəmic,  qərbdən  Dəstə,  şərqdən  Kotam 
kəndləri  ilə  qonşu  olan  Ordubad  şəhəri  cənubdan  İran 
İslam  Respublikası  ilə  həmsərhəddir.  Mənbəyini  uca 
dağlardan  alan  kiçik  Dübəndi  çayı  şəhərin  mərkəzindən 
keçərək  onu iki  hissəyə ayırır və axıb Araza qovuşur.
Şəhərin  yerləşdiyi  Ordubad  bölgəsinin  əlverişli  coğrafı 
mövqeyi  və  zəngin  təbii  şəraitə  malik  olması,  burada 
insanlarm  qədim  zamanlardan  məskunlaşması  üçün  imkan 
yaratmışdır.  Şəhər  və  şəhər  ətrafı  ərazilərin  müxtəlif 
dövrlərə  aid  maddi-mədəniyyət  nümunələri  ilə  zəngin 
olması  bunu  təsdiq  edir.  Ancaq  Ordubad  şəhərinin 
təşəkkülü  bu  ərazidə  insanlarm  məskunlaşmasmdan  xeyli 
sonralar baş vemıişdir.
Azərbaycanın  dilbər  guşələrindən  biri  olan  Ordubad 
şəhəri  vaxtilə  buraya gələn  bir çox səyyah,  tarixçi, şərqşünas 
və  dövlət  məmurlarının  diqqətini  cəlb  etmiş,  onlar  nəşr 
etdirdikləri  kitab  və  məqalələrdə,  yol  qeydlərində  ondan 
geniş 
bəhs  etmişlər. 
Ordubad  şəhərinin 
Rusiya  ilə 
birləşdirilməsindən  az  sonra  nəşr  edilən,  1836-  cı  ilə  aid  bir 
mənbədə  qeyd  edilir  ki,  Naxçıvan  əhalisi  Ordubadı  «Yer 
üzünün  cənnəti»  adlandırırlar  və  iqlim  cəhətdən  bu 
həqiqətən  belədir  (52,  s.  351).  Keçən  yüzilliyin  əvvəllərində 
O rdubadda 
olan 
rus 
alimi 
V.M.Sısoyev 
bu 
fıkri 
qüvvətləndirərək  yazır  ki,  iqliminə,  özünün  bağlarma, 
florasının  zənginliyinə  və  ətrafmm  mənzərələrinə  görə  bu 
həqiqətən  belədir.  Ordubadı  Azərbaycanm,  hətta  bütün 
Qafqazm  ən  gözəl  guşələrindən  biri  hesab  etmək  olar  (63,  s.
18


Orta  əsr  qaynaqlarında  O rdubad  şəhəri  haqqında  zəngin 
materiallar  vardır.  XIV  əsr  tarixçı  və  coğrafıyaşünası 
Həmdullah  Qəzvini  özünün  məşhur  «Hüzhət  əl-Qülub» 
əsərində  şəhər  haqqm da  yazır  ki,  O rdubad  bağlarla  əhatə 
olunmuş  əyalət  şəhəridir.  Burada  gözəl  üzüm,  taxıl  və 
pambıq  yetişdirilir.  Kaban  (Qafan)  dağlarından  axan  sular 
Araz çayına tökülür (45,  s.  51).
XV-XVI  əsrlərdə  O rdubad  o  qədər  gözəl,  möhtəşəm  və 
füsunkar  şəhər  olmuşdur  ki,  o  Səfəvi  hökm darı  I  Şah 
Təhmasibin  diqqətini  cəlb  etmişdi.  Buna  görə  də  I  Şah 
Təhmasibin  fərmanı  ilə  1557-ci  ildə tikintisi  başa çatdırılmış 
Qəzvin  dövlətxanasmm  («Çehel  sütun  sarayı»  adı  ilə 
məşhurdur)  tavanm da  dövrün  məşhur  rəssamları  və 
nəqqaşlarmm  fırçası  ilə  Ordubad  şəhərinin  təsviri mənzərəsi 
və plan-modelini çəkdirmişdiı* (23).
I  Şah  Abbasın  tarixçisi  və  dövlət  xadimi,  bir  ııeçə  dəfə 
O rdubadda  olmuş  Isgəndər  bəy  Münşi  də  Ordubad 
şəhərindən məhəbbətlə söhbət açmışdır.  Fars  dilində yazdığı 
iki  beytlik  şerində  Tsgəndər  bəy  şəhəri  tərifləyərkən  yazır: 
«Giınəş  O rdubadm   ulduzudur.  O  behiştə  nisbət  verilən 
tərifə  layiqdir.  Hər  bir  daşın  altmda  gizlənmiş  yüz  bulağı 
var.  Hurilər  və  mələklərin  gözünü  onun  Nəzarə  dağı 
işıqlandırır»  (23).
Tarix  elmləri  doktoru  Seyidağa  Onullahi  XVII  əsr 
coğrafıyaşünası  və  təzkirəçisi  Məhəmməd  Müfıd  Yəzdidən 
Ordubad  haqqm da  belə  bir  fikir  gətiriı*  ki,  O rdubad 
ürəkaçan  bir  qəsəbədir. 
Çox  gözəl  ab-havası,  xeyli 
bulaqları,  tamlı  suları,  bostanları,  meyvə  'bağları  vardır. 
Ordubadm  sakhılərinin  bir  hissəsi  ustad 
əl-bəşər  Xacə 
Nəsirəddin  Məhəmməd  Tusinin  nəslindəndir.  A bad  qəsəbə 
olan  O rdubadm   ortasm dan  72  çeşmədən  su  axır.  Elə  bir  ev 
yoxdur  ki,  oradan  su  axmamış  olsun.  Onlar  binalar 
tikintisində  də  səliqəli  və  diqqətlidiıiər.  Buna  görə  də  atalar 
zərb-məsəllərində 
ordubadlılan 
«xanəpərəst, 
evpərəst»
137
).
19


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə