Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   2   3   4   5   6   7   8   9   ...   42

adlandırmışlar  (23).  XVII  əsrdə  yaşamış  alman  səyyahı 
Adam  Oleari  özünün  yol  qeydlərində  Ordubaddan,  xüsusilə 
orada  yetişən  meyvələrdən  bəhs  edir.  Səyyah  qeyd  edir  ki, 
Azərbaycanda  xüsusi  bir  ärmud  növü  var.  Bu  armud 
O rdubadda  bitir.  Rəngi  və  xarici  görünüşü  limona  oxşayır, 
xoşagələn  iyi  var,  fövqəladə  dərəcədə  sulu  arm uddur  (53,  s. 
757).
Azərbaycanın  görkəmli  alimi  və  səyyahı,  XVIII  əsrin 
sonu-  X IX  əsrin  əvvəllərində  yaşayan  Hacı  Zeynalabdin 
Şirvani  də  O rdubad  haqqm da  çox  maraqlı  məlumatlar 
vermişdir.  Özü  şəxsən  O rdubadda  olmasa  da,  o  yerin  bir 
çox  adamları  ilə  söhbət  edən,  onların  insaflı  və  mərhəmətli 
olduqlarını  göstərən  alim  yazır:  «Ordubad  ürəkaçan  bir 
qəsəbədir.  M öhkəm  qalası  vardır,  sulan  və  bağları  çoxdur. 
Meyvələri  gözəl  və  boldur.  O  dördiincü  iqlimə  daxildir, 
havası  xoşdur.  Azərbaycan  şəhərlənndən  biridir...  Əhalisi 
hüsn  və  camal  sahibidirlər»  (13,  s.  53).  Alimin  söylədiyi  son 
fikir  İ.Şopen  tərəfmdən  belə  ifadə  edilmişdir  ki,  şəhərdə 
xəstəlik  yox  dərəcəsindədir,  şəhər  əhalisinin  iızünün 
təravətliliyi  onlarm  sağlamlığınm  çiçəklənmə  vəziyyətində 
olmasını  göstərir  (65,  s.  481).  İ.Şopen  fikrinə  davam  edərək 
yazır  ki,  O rdubad  şəhəri  özünün  görünüşü  və  gözəlliyi  ilə 
İrəvan 
və 
Naxçıvandan 
fərqlənirdi. 
Küçələri 
Asiya 
şəhərlərində  olduğu  kimi  əyri-üyrü  olsa  da,  palçıq  divarları 
və  tikintiləri  yaşıllıqlara  qərq  olmuşdur.  Hər  addımbaşma 
axan  sular  sərinlik  gətirir,  həyətlərin  bir  çoxunda  fontana 
çevrilirdi (65,  s.  481-482).
Ordubad  şəhərinin  sağlam  iqlimə,  şəfaverici  təmiz 
havaya  malik  olmasım  digər  mənbələr  də  təsdiq  edirlər. 
Həmin  qaynaqlarda  göstəriliı*  ki,  1829-cu  ilin  iyun  ayında 
O rdubadda  yerləşdirilən  rus  əsgərləri  arasmda  bir  nəfər  də 
olsun  xəstə  olmamışdır.  Rusiya-İran  miıharibəsi  zamam 
Təbrizdən  və  başqa  yerlərdən  buraya  gətirilən  xəstələr  çox 
tezliklə 
sağalmışdılar 
(52, 
s. 
351). 
XIX 
əsr 
rus 
təbiətşünaslarından  N.Nefidov  özünün  yol  qeydlərində
20


Ordubadın  ləbiətindən  bəhs  edir,  onun giil və meyvə  bağları 
ilə  əhatə  olunmasmı, 
iımumiyyətlə  şəhərin  gül-çiçək 
içərisində  olmasım  göstərir.  Müəllif  fıkrinə  davam  edərək 
göstərir  ki,  Ordubadı  özünün  briliyantları  ilə  bərq  vuran 
cmdır  geyimli  gözəl  qadınla  müqayisə  etmək  olar  (19,  s.  54, 
68
).
X IX   əsrin  I  yarısmda  yaşamış  Cənubi  Azərbaycan  şairi 
Əndəlib  Qaracadaği  O rdubad  şəhərinin  gözəlliyi  qarşısmda 
vəcdə  gələrək  ona  xüsusi  bir  şer  həsr  etmişdir.  «Ordubadm 
vəsfı» adlanan  bu müxəımnəsində şair yazır:
Ordubadın nə deyim,  vəsfı güliıstanə dəyər,
Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər.
Hər dəm Əylis səfəri  Hindü-Sifahanə dəyər,
Eylə şahidləri var hiriyü-qılmana dəyər.
Müxtəsər,  ab-havası bütün İrana dəyər (14,  s.  197).
G öründüyü  kimi,  O rdubad  şəhəri  özünün  təbiəti  ilə 
müxtəlif  vaxtlarda 
orada 
olaıı 
alim, 
şərqşünas 
və 
səyyahlarm  diqqətini  çəkmiş,  onlar  bu  haqda  maraqlı 
məlumatlar vermişlər.
Şəhərin  tarixi  ətraflı  öyrənilmədiyi  kimi,  onun  admın 
mənşəyi 
də 
indiyədək 
tam 
aydınlaşdırılmamışdır. 
«Ordubad» 
sözünün 
necə 
yaranması 
haqqında 
tədqiqatçılarm  fıkri  miıxtəlifdir.  Bəzi  tarixçilər  şəhərin 
adının  müxtəlif vaxtlarda  səslənməsi  formälarım  (Ordubad, 
Orduvad,  Ortvat,  U rdubad,  O ’urdudad)  qeyd  edərək 
yazırlaı*  ki,  bu  adııı  mənşəyi  haqqm da  bizə  heç  nə  məlum 
deyildir.
1836-cı  ildə  Sankt  Peterburqda  nəşr  edilən 
« 0 6 o 3peHHe
PoCCHHCKHX  BJia.fl.eHHH  3a  K a B K a 30M ,  B  CTäTHCTHHeCKOM,
9
3TH0rpa(^HHeCK0M , 
TOnOI'pa(j)HHeCKOM 

([)HHaHCOBOM
O T H O ineH H jrx» 
kitabmm IV cildində göstərilir ki,  O rdubad və 
ya  O rdubat  tərcümədə  «düşərgə»  və  ya  «düşərgə  yeri» 
deməkdir (52,  s.  354).
21


Ordubad  şəhərinə  tarixi-iqtisadi  oçerk  həsr  etmiş  iqtisad 
elmələri  doktoru,  professor  Ə.Fərəcov  yazır  ki,  əgər 
Ordubad  admı  hərfən  tərcümə  etsək  o  «ordu  dayanacağı» 
və ya «düşərgə yeri» mənasmı verir.  Ancaq  yaşlı  əhali  təsdiq 
edir  ki,  indiki  ad  şəhərin  qədim  zamanlarda  daşıdığı  «Ord- 
behişt»  adının  təhrif olunmuş formasıdır (64,  s.  16).
Bəzi 
tədqiqatçilann 
fıkrincə  «Ordubad» 
sözü 
iki 
hissədən- 
«ordu» 
və 
«bad» 
(«abad») 
kəlmələrinin 
birləşməsindən  yaranmışdır.  Mənası  «ordu  yeri»  deməkdir 
(2,  s.  187).  Filologiya  elmələri  namizədi  Əbülfəz  Hüseyni 
belə  bir  fıkiı*  irəli  sürür  ki,  şəhər  əvvəllər  «Bəyin  qalası» 
mənasını  verən  «Ordubay»  adlanmış,  zaman  keçdikcə  «y» 
hərfi  «d»  hərfınə  çevrilmişdir və  şəhərin  adı  indiki  Ordubad 
şəklinə diışmüşdür (12).
Toponom ika  üzrə  tədqiqatçı  N.Məmmədov  özünün 
«Azərbaycan  yer  adları»  kitabm da  Şərur  bölgəsinin 
M ahm udkənd  kəndindəki  «Ordu  yurdu»  oronimini  izah 
edərkən  yazır  ki,  buradakı  «ordu»  sözünün  şübhəsiz  ki, 
müasir  Azərbaycan  dilində  qoşun  mənasmda  işlədilən 
«ordu»  sözü  ilə  əlaqəsi  yoxdur.  Qədim  türk  dillərində 
«ordu»-  «Xan  düşərgəsi»,  «Xanm  alaçığı  olan  yer» 
mənasmdadır  (15,  s.  70).  Alimin  1969-cu  ildə  Leninqradda
nəşı* 
edilm iş 
«,ZJpeBHeTK)pKCKHH 
cnoBapL» 
k ita b m d a n
gətirdiyi 
bu 
fikir 
Ə.Hüseyninin 
yuxarıda 
söylədiyi 
müddəanı möhkəmləndirir.
Tədqiqatçı  Ə.Fərəzli  isə  Ordubad  toponiminin  izahma 
tamamilə 
başqa 
cür 
yanaşır. 

yazır: 
«Atropat
(Atropatena)  yer,  dövlət  və  sərkərdə  adını  bu  günədək 
özündə  yaşadan 
yer  adlarımızdan 
biri  Ordubaddır. 
Araşdırmamız  göstərir  ki,  burada  söhbət  güman  edildiyi 
kimi,  sadəcə  ordu  (qoşun)  badından-ucalığmdan  yöx, 
bilavasitə  «od  ucalığı»ndan  gedir.  Yəni:  Odbad-Otbad- 
A tbad-O rtbad-O rd(u)bat-O trbad-A trbad-A tropat  kimi  bir 
inkişaf yolu  keçmiş  və  bildiyimiz  «Ordubad»  şəklində  tarixə 
dıışmüşdür (11,  s.  9).
22


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə