Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Filologiya  elmləri  doktoru,  professor  Y.Axundlu  bu 
izahın  əksini  qəbul  edir  və  yazır:  «Mənə  belə  gəlir  ki,  bu 
inkişaf  əks  istiqamətdə  olmuşdur.  Yəni  A trobat-A trobad- 
Ortbad...  nəhayət,  Ordubad»  (2, s.  188).
Fikrimizcə,  şəhərin  adının  mənşəyi  haqqında  söylənilən 
fıkirlərdən  axırıncı  ikisi 
üzərində 
düşünməyə 
dəyər. 
M əlumdur  ki,  eramızdan  əvvəl  IV  yüzillikdə  Cənubi 
Azərbaycanda  A tropatena  dövləti  yarandıqdan  sonra  onun 
sərhədləri  genişlənmiş,  bəzi  vaxtlarda  Şimali  Azərbaycanm 
cənub  rayonlarım,  o  cümlədən  Naxçıvan  bölgəsini  də  əhatə 
etmişdir.  Çox  m üm kündür  ki,  həmin  vaxt  özünün  gözəl 
təbiəti,  əlverişli  coğrafı  mövqeyi,  iqlimi  ilə  fərqlənən  bu 
ərazi  A tropatena  dövlətinin  banisi  A tropatm   və  yaxud 
onun  xələflərinin  diqqətini  cəlb  etmiş  və  burada  onun  admı 
daşıyan  yaşayış  məskəni  saldırılmışdır.  Zam an  keçdikcə  bu 
ad  professor  Y.Axundlunun  söylədiyi  inkişaf  yolunu 
keçəcək O rdubad şəklinə düşmüşdür.
O rdubad  şəhərinin  əsasınm  nə  vaxt  qoyulması  məsələsi 
elmdə  hələ  tam  aydınlaşdınlmamışdır.  Şəhərin  ərazisində 
əsash  arxeoloji  tədqiqat  işləri  aparılmadığı  üçün  bu  haqda 
dəqiq  və  konkret  fıkir  söyləmək  çətindir.  Ancaq  O rdubad 
şəhərinin  daxil  olduğu  bölgədə  Gəmiqaya  kimi  möhtəşəm 
abidənin, 
X araba-G ilan 
kimi 
əhəmiyyətli 
yaşayış 
məskəninin 
mövcudluğu 
təsdiq 
edir 
ki, 
bu 
ərazi 
Azərbaycanm  qədim 
mədəniyyət  mərkəzlərindən  biri 
olmuşdur.  Ən  azı 5-4 min  il  yaşı  olan  Gəmiqaya  rəsmləri  (9, 
s.  51),  eramızdan  əw əl  II  minilliyin  ortalarından  bizim 
eranın  başlanğıcmadək  dövrü  əhatə  edən  Plovdağ,  I 
Sumbatan,  II  Sum batan  yaşayış  yerləri,  Qaratəpə  kurqanı, 
Dəlmə,  Muncuqlutəpə  və  M ərdangölü  nekropollarında 
aparılan  arxeoloji  tədqiqatlar  zamanı  aşkar  edilmiş  maddi- 
mədəniyyət  nümunələri  sübut  edir  ki  (44,  s.  4-5),  O rdubad 
bölgəsində  qədim  zam anlarda  yüksək  inkişaf  səviyyəsinə 
çatmış  yaşayış  məskənləri  olmuşdur.  Ərazjsində  əsaslı 
arxeoloji  qazıntı  işləri  aparılmasa  da,  ehtimal  etmək  olar ki,
23


Ordubad  şəhərinin  ərazisində  də  təxminən  adları  qeyd 
olunan 
yaşayış  məskənləri 
ilə  eyni 
vaxtda  yaşayış 
başlanmışdır  və  şəhərin  əsası  ən  geci  eramızm  əvvəllərində 
qoyulmuşdur.
ASE-nin  VII  cildindəki  «Ordubad»  məqaləsində  qeyd 
olunur 
ki, 
Ordubadm  
sahndığı 
tarix 
dəqiq 
müəyyənləşdirilməmişdir.  Onun  haqqm da  fars,  türk,  gürcü 
və  Avropa  mənbələrində  məlumat  verilmişdir.  Ordubadın 
adına ilk  dəfə  XİI  əsr yazılı mənbələrində  təsadüf olunur (3, 
s.  367).  Ümumiyyətlə,  son  dövrlərədək  elmi  ədəbiyyatlarda 
bu  fikir  hökm ran  olmuş,  şəhərin  əsasınm  qoyulması  XII 
əsrdən  hesablanmışdır.  Ancaq  axır  vaxtlar  bir  sıra 
tədqiqatçılar  Ordubad  şəhərinin  daha  əvvəlki  dövrlərdə 
yaranması fikrini irəli sürmüşlər.
Elmin  son  naliyyətlərinə  əsaslanaraq  Ordubad  şəhərinin 
tarixini 
daha 
qədim 
dövrlərə 
çəkmək 
mümkündür. 
Tədqiqatçılar  qaynaqlara  əsasən  eramızın  əvvəllərində 
bölgəmizdə  baş  verən  hadisələrdən  bəhs  edəıicən  Ordubadm 
adını çəkirlər (16, s.  212).
Ordubad  şəhərinin  miladdan  sonrakı  ilk  yüzilliklərdə 
mövcud  olmasını  digər  qaynaqlar  da  təsdiq  edir.  Tarix 
elmləri  doktoru,  orta  əsr  mənbələrinə  dərindən  bələd  olan 
Seyidağa Onullahi  «Ordubad»  adlı məqaləsində VII əsrə aid 
qaynaqlarda  Naxçıvanda  «Ordubad»  adlı  şəhərin  mövcud 
olmasmdan  bəhs  olunduğunu  qeyd  etmişdiı*  (23).  Bu 
məlumat  şəhərin  əsasınm  ən  geci  eramızın  əvvəllərində 
qoyulduğunu təsdiq edən sanballı faktlardandır.
Şəhərin  əsasınm  elmi  ədəbiyyatda  indiyədək  hökm ran 
olan 
tarixdən 
(XII 
əsr) 
daha 
əvvəlki 
zamanlarda 
qoyulmasmı  yaşayış  məskənlərinin  tarixini  təyin  etmək 
üçün  əvəzsiz  rol  oynayan  epiqrafik  abidələr-kitabələı*.  də 
təsdiq  edir.  1901-ci  ildə  O rdubad  şəhərinin  mərkəzində 
yerləşən  Came  məscidinin  ətrafmda  bərpa  işləri  aparılarkən 
torpağın  altından  bir  ədəd  yazılı  kərpic  parçası  tapılmışdır. 
Seyid  Səbrinin  yazdığma  görə  həmin  kərpicin  üzərində
24


«Harun»  ləfzi  (sözü,  kəlməsi-  H.S)  və  hicri-qəməri  təqvimi 
ilə  111-ci il  tarixi həkk edilibmiş  (28).
Hicri tarixi ilə  111 -cü il miladi ilə  729-cu  ilə müvafıqdir.
Ordubad  ərazisində  729-cu  ilə  aid  müsəlman  kitabəsinin 
tapılması,  burada  həmin  dövrdə  hətta  möhtəşəm  məscid 
binasmın  tikilməsi  bir  daha  təsdiq  edir  ki,  Ordubad  VII- 
VIII  əsrlərdə  inkişaf  etmiş  yaşayış  məskənlərindən  biri 
olmuşdur.  Ehtimal  ki,  O rdubad  şəhərinin  mərkəzində 
yerləşən  Came  məscidindən  bəhs  edərkən  «Məsciddə  bərpa 
işləri  apanlarkən  aşkar  edilən  qədim  kitabəyə  əsasən 
müəyyən  edilmişdir  ki,  məscid  1275  il  əvvəl  inşa  edilmişdir» 
söyləyən  Ə.Fərəcov  (64,  s.  22)  bu  kitabəni  nəzərdə 
tutmuşdur.
Bəzi  tədqiqatçılar  kitabədə  qeyd  olunan  «Harun»  admı 
Abbasi  xəlifələrindən  H arun  ər-Rəşidlə  eyniləşdirərək 
O rdubad  Came  məscidinin  IX  yüzillikdə  inşa  edilməsi 
qənaətinə  gəlmişdir.  Ancaq  məlumdur  ki,  H arun  ər-Rəşid 
766-809-cu  illərdə  hakimiyyətdə  olmuşdur.  Kitabə  isə  hicri 
111-ci,  miladi  729-cu  ilə  aiddir.  Fikrimizcə,  adı  kitabədə 
qeyd  olunan  H arun  bölgəni  tutan  ərəb  qoşunlarımn 
komandanı,  yaxud  da  Azərbaycan,  o  cumlədən  Naxçıvan 
islamlaşdırıldıqdan 
sonra 
əraziyə 
gələn 
ərəb 
din 
xadimlərindən  biri  olmuşdur.  G örünür,  islam  qayda- 
qanunlarmı  əhaliyə  öyrətmək  məqsədilə  O rdubada  gələn 
H arun  adlı  bu  adam  ərazidə  islamı  yaymaqla  bərabər,  həm 
də  orada  insanlarm  ibadət  etməsi  üçün  məscid  binası  inşa 
etdirmişdir.
Elmi  ədəbiyyatdan  məlumdur  ki,  O rdubad  şəhərində 
başqa  qədim  kitabələr  də  mövcud  olmuşdur.  Görkəmli  rus 
şərqşünası 
və 
diplomatı 
N.V.Xanıkov 
yazır 
ki, 
M.Arxangelski  1851-ci  ildə O rdubad  qəbiristanlığında onun 
üçün  bir  qəbirüstii  plitə  üzərində  227-ci  ilə  aid  kııfı  xətli 
kitabənin  estampım  götürm üşdür  (41,  s.  15;  39,  s.  10;  63,  s. 
142).  Hicri  227-ci  ilə  (miladi  ili  842-ci  il)  aid  olan  bu  kitabə 
haqqında  N.V.Xanıkovun  məlumatı  Ordubad  şəhərinin
25


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə