Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
  1   2   3   4   5   6   7   8   9   ...   53


AZƏRBAYCAN MİLLİ ELMƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN 
ŞİFAHİ XALQ  
ƏDƏBİYYATINA DAİR 
TƏDQİQLƏR 
 
 
 
 
 
 
2014 / 1 (44) 
 
 
 
 
 
 
 
BAKI – 2014 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
2
 
 
 
 
 
 
Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur. 
 
 
Redaksiya heyəti: 
Adil  Cəmil,  Afaq  Ramazanova,  Ağaverdi  Xəlil,  Atilla  Yorma  (Finlan-
diya),  Baxıtjan  Azibayeva  (Qazaxıstan),  Elxan  Məmmədli,  Əfzələddin  Əsgər, 
Əli  Şamil,  Əziz  Ələkbərli,  Firdaus  Xisamitdinov  (Rusiya),  İlseyar  Zakirova 
(Tatarıstan), İsa Həbibbəyli, Kamal Abdulla, Kamran Əliyev, Qəzənfər Paşa-
yev, Ləman Süleymanova, Lyubov Çimpoyeş (Moldova), Mahmud Allahman-
lı, Mamatkul Jurayev (Özbəkistan), Metin Ekici (Türkiyə), Məhərrəm Qasım-
lı,  Muradgəldi  Soyeqov  (Türkmənistan),  Nizami  Cəfərov,  Ramazan  Qafarlı, 
Rayisa  Kıdırbayeva  (Qırğızıstan), Rza  Xəlilov,  Rəhilə  Davut  (Çin),  Seyfəddin 
Rzasoy, Vasiliy İllariyonov (Rusiya)  
 
 
Baş redaktor:  
 
Muxtar KAZIMOĞLU-İMANOV 
 
Baş redaktorun müavini:   Füzuli BAYAT 
 
Məsul katib:   
 
Səbinə İSAYEVA 
 
Nəşriyyat redaktoru:  
Nigar Həsənova 
 
 
 
“Azərbaycan  şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər”.  Elmi-ədəbi 
toplu, I. Bakı. Bakı, “Elm və təhsil”, 2014, -142 səh. 
 
 
Ş
 4603000000    
Qrifli nəşr
 
    N-098-2013  
 
© Folklor İnstitutu, 2014 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
3
Folklorşünaslıq məsələləri 
 
V.Y.Propp 
 
SEHRLİ NAĞILLARIN TRANSFORMASİYASI
1
 

Nağılın tədqiqi bir çox cəhətdən təbiətdə üzvi törəmələrin öyrənilməsiylə 
müqayisə edilə bilər. Naturalist kimi, folklorçu da əslində oxşar hadisələrin növ 
və  variantları  ilə  işləyir.  “Növlərin  mənşəyi”  haqqında  Darvin  tərəfindən  irəli 
sürülmüş  məsələ  bizim  sahəmizdə  də  qoyula  bilər.  Hadisələrin  oxşarlığı  təbiət 
aləmində olduğu kimi, bizdə də bilavasitə dəqiq, obyektiv və tamamilə inandırı-
cı izahata davam gətirə bilmir. O, problem törədir. Burada olduğu kimi, orada da 
iki nöqteyi-nəzər mümkündür: ya iki zahirən bağlı olmayan və əlaqələndirilmə-
yən  hadisənin  daxili  oxşarlığı  ümumi  genetik  kökə  gətirib  çıxarmır  (növlərin 
müstəqil  törəməsi  nəzəriyyəsi),  ya  da  bu  morfoloji  oxşarlıq  məlum  genetik 
əlaqənin nəticəsidir (bu və ya digər səbəblərlə törəyən metamorfozalar və trans-
formasiyalar yolu ilə əmələ gəlmə nəzəriyyəsi).  
Bu  məsələni  həll  etmək  üçün,  hər  şeydən  əvvəl  nağılların  oxşarlığının 
xarakteri  haqqındakı  məsələni  işıqlandırmaq  lazımdır.  İndiyə  qədər  oxşarlıq 
həmişə  süjetlə  və  onun  variantları  ilə  müəyyən  edilirdi.  Belə  metod,  yalnız 
növlərin müstəqil törəməsi nöqteyi-nəzərindən yanaşdıqda qəbul oluna bilər. Bu 
metodun  tərəfdarları  süjetləri  öz  arasında  müqayisə  etmir  və  belə  müqayisəni 
qeyri-mümkün  və  ya  hər  halda  yalnış  hesab  edirlər
1
.  Süjet  vasitəsilə  tədqiqat 
aparmağın faydalarını göstərərkən süjet oxşarlığı nöqteyi-nəzərindən müqayisə-
ləri inkar etmədən, müqayisənin başqa vahidini, başqa metodunu da irəli sürmək 
olar. Məsələn, nağılları kompozisiya və ya struktur nöqteyi-nəzərindən müqayi-
sə etmək olar və onda onların oxşarlığı da  yeni  nöqteyi-nəzərdən göz qabağına 
gələcəkdir
2

Müşahidə  etmək  olar  ki,  sehrli  nağılların  personajları  öz  siması,  yaşı, 
cinsi,  məşğuliyyət növünə görə müxtəlif olmalarına baxmayaraq, öz nomenkla-
turası və başqa statik, atributiv əlamətlərinə görə hərəkət zamanı tamamilə eyni 
şeyi edirlər. Bununla daimi simaların dəyişən simalara münasibəti müəyyən edi-
lir.  İştirak  edən  şəxslərin  funksiyaları  daimi  simaları  təqdim  edir,  qalanları  isə 
dəyişə bilər. Məsələn: 
1. Çar şahzadənin arxasınca İvanı yollayır. İvan yola düşür. 
                                         
1
 Rus dilindən tərcümə edən – Fidan Qasımova 
1
  Aarne  «Leitfaden  der  vergleichenden  Marchenforschung»  (1913,  FFC,  №  13)    əsərində  belə 
“yanlışlıqdan” çəkindirir. 
2
 Mənim "Poetika məsələləri" seriyasının növbəti sayında nəşr ediləcək "Nağılın morfologiyası" 
adlı  tədqiqatım  bu  məsələyə  həsr  edilmişdir.  Bu  haqda  qeyd  "Coğrafi  Cəmiyyətin  Nağıl 
Komissiyasının işlərinin İcmalında"dır (1926-cı il). 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
4
2. Çar təəccüblü şeyin arxasınca İvanı yollayır. İvan yola düşür. 
3. Bacı dərman üçün qardaşı yollayır. Qardaş yola düşür. 
4. Ögey ana od üçün ögey qızı yollayır. Ögey qızı yola düşür. 
5. Dəmirçi inəyin arxasınca muzduru yollayır. Muzdur yola düşür və s. 
Axtarışlara yollanma və çıxma daimi simaları təqdim edir. Göndərilən və 
yola  düşən  personajları,  göndərmənin  əsaslandırılması  və  s.  dəyişən  simaları 
təqdim  edir.  Bundan  sonra  axtarış,  maneə  və  s.  mərhələləri,  obrazlarda  öz  
tərtibinə  görə  uyğun  olmasa  da,  əslində  yenə  üst-üstə  düşə  bilər.  İştirak  edən 
şəxslərin  funksiyalarını  ayırmaq  olar.  Sehrli  nağılların  31  funksiyası  vardır. 
Bütün  nağıllar  bütün  funksiyaları  vermir,  amma  birinin  olmaması  digərlərinin 
növbələşməsi sırasına təsir etmir. Onların məcmusu eyni sistemi, kompozisiyanı 
təşkil edir. Bu sistem son dərəcə sabit və çox yayılmış bir sistem kimi göstərilir. 
Tədqiqatçı tamamilə dəqiq şəkildə iki qardaş haqqındakı qədim misir nağılının, 
simurq  quşu,  Morozka,  balıqçı  və  balıq  haqqındakı  nağılların,  həm  də  bir  sıra 
miflərin  tədqiqində  ümumi  konsepsiyaya  yol  verildiyini  müəyyən  etməyə 
müvəffəq  olur.  Bu  detalların  analizi  ilə  də  sübut  edilir.  31  funksiya  ilə  sistem 
tükənmir. "Küpəgirən qarı İvana at verir" kimi motiv yalnız bir ünsürü funksiya-
nı təşkil edən, qalan üç elementi isə statik xarakter daşıyan dörd elementdən iba-
rətdir. Nağıla bütün element və tərkib hissələrindən təxminən 150-si məlumdur. 
Bu  elementlərdən  hər  biri  hadisələrin  gedişinə  əsasən  öz  mənasına  görə  adlan-
dırıla bilər. Belə ki, göstərilən nümunədə küpəgirən qarı hədiyyə edən personaj-
dır,  söz  "verir",  təchizat  anını  təşkil  edir,  İvan  hədiyyə  edilən  personajdır,  at 
hədiyyədir. Əgər sehrli nağılların bütün 150 elementi üçün başlıqlar eyni qayda 
ilə  yazılmışdırsa,  onda  bütün  sehrli  nağıllar  belə  bir  cədvəl  əsasında  və  yaxud 
əksinə yazılsa, belə cədvəl əsasında yazılanlar sehrli nağıllardırsa, yazılmayanlar 
isə  digər  formasiyanın,  kateqoriyanın  nağıllarıdırsa,  onda  nağılın  özündə  bu 
necə diktə oluna bilər. Hər rubrika nağılın tərkib hissəsini təşkil edir və cədvəlin 
şaquli xətt əsasında oxunması əsas və törəmə formalar sırasını verər.   
Belə  tərkib  hissələri  də  müqayisəyə  aid  olurlar.  Bu  zoologiyada  fəqərə-
lərlə  fəqərələrin,  dişlərlə  dişlərin  və  s.  müqayisəsinə  uyğun  olar.  Amma  üzvi 
törəmələrlə  nağıl  arasında  bizim  məsələni  yüngülləşdirən  böyük  bir  fərq  var. 
Belə halda orada olduğu kimi, bir hissənin  və  ya  bir başqa əlamətin dəyişikliyi 
öz  arxasınca  digər  əlamətin  dəyişikliyinə  səbəb  olar  və  nağılda  hər  bir  hissə 
digər  hissələrdən  asılı  olmayaraq  dəyişə  bilər.  Bu  hadisə  bir  çox  tədqiqatçılar 
tərəfindən qeyd edilir, hərçənd ki, indiyə qədər ondan bütün metodoloji və başqa 
nəticələr  çıxarmaq  cəhdi  yoxdur
3
.  Beləliklə,  Kron, tərkib  hissələrinin  yerdəyiş-
                                         
3
 
Bax:  F.  Panzer,  Marchen,  Sage  und  Dichtung,  Mtinchen,  1905:  «Seine  Komposition  ist  eine 
Mosaikarbeit, die das schillernde Bild aus deutlich abgegrenzten Steinchen gefugt hat. Und diese 
Steinchen  bleiben  um  so  leichter  auswechselbar,  die  einzelnen  Motive  konnen  um  so  leichter 
variieren,  als  auch  nirgends  fur  eine  Verbindung  in  die  Tiefe  gesorgt  ist».  Burada  açıq-aydın 
şəkildə  sabit  kombinasiyaların  və  ya  daimi  əlaqələrin  nəzəriyyəsi  inkar  edilir.  Həmin  fikri 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə