Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   45   46   47   48   49   50   51   52   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
125
 
 
 
Yar ilə gedimmi mən, 
Yolunda qalımmı mən? 
Könül verməz yarımın 
Könlünü alımmı mən? 
 
Yarımı atıb gəldim, 
Daşkənd dediyin yerə. 
Dildə deməyə baxma, 
Könlü başqa yardadır. 
 
Yar ilə biz ikimiz 
Bir məhlədən olmuşuq. 
Başdan vədəmiz vardır – 
Heç bir vaxt ayrılmayaq. 
 
Daim ah-fəğan ilə, 
Heç nə gözə görünmür. 
Yarın baxışlarından 
Ötən günlər bilinmir. 
 
Xəyalım uçub getdi, 
Daşkənd yoluna tərəf. 
Gözümün nuru getdi 
Yarın yoluna tərəf. 
 
Mən özüm kiçik bağda, 
Kəklik bəslərdim dağda. 
Bəy oğluna satdılar, 
Qaldım qəmdə, fərağda. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gördünmü bayaqkını, 
Şaftalı ağacını. 
Anası yazıq neynəsin, 
Qızı gəzəyən olsa? 
 
Bu yollarda azdım mən, 
Hanı mənim yoldaşım? 
Arğın-yorğun gələndə 
Su verən qarındaşım.
21
 
 
Su şırıldayıb axsa, 
Gözüm nuru deyirəm. 
Yar üçün ölüb getsəm, 
Alın yazım deyirəm. 
 
Gecələri mən gəldim, 
İtlərinə yalvardım. 
Vədə verib, çıxmadın, 
Zəfəran tək saraldım. 
 
Açıq sözümü deyim, 
Sırğa et qulağına. 
Gecə vaxtı mən gəlim, 
Apar məni bağına. 
 
Daşkəndin yollarında, 
Səbəti əllərində. 
Min can verməyə dəyər, 
Sevdiyin yarın üçün. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
126
 
 
 
Yardan gəlmədi səda, 
Eşqə tuş edən fələk! 
Otuz yaşda yar tapıb, 
Yara doymadı ürək. 
 
Atlaz donun geymir o, 
Gəl deyəndə gəlmir o. 
Qızlar özün öysə də, 
Nazlı yara çatmazlar. 
 
Səmadakı ulduzun, 
Yanan şamı varmıdır? 
Canım, ürəyimi yar, 
Bax gör, dağı varmıdır? 
 
Ayı aya satımmı, 
Yar, səni gözləyimmi? 
Yaxud sənin dərdində 
Astananda yatımmı? 
 
Uca yerə çıxsam mən, 
Dörd tərəfimə baxıb, 
Qapım önündən keç sən, 
Bülbül kimi oxuyub. 
 
O tərəfə ötər bir gül, 
Açılıbdı qızılgül. 
Yarımın gülzarında, 
Oxumaqdadır bülbül. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yarım, yetibdi boyun, 
Nə vaxt olacaq toyun? 
Toyun olsa-olmasa, 
Gəl, qucaqlayıb doyum! 
 
Qapını geniş açın, 
Bir boyunuzu görüm. 
Bir az da səbir edin, 
İyinizə bir doyum! 
 
Oynamağa xəyal var, 
Mənim ürəyim dardır. 
Heç vaxt deyib-gülmürsən, 
Sənin başqa dərdin var. 
 
Qapı önündə durar, 
Qara canlıq əynində. 
Zərif qızın biləyi, 
Hələ tutmamış sınar. 
 
Kaş ki, gülzar olaydım, 
Sevgilimi görəydim. 
Göz qabağında olsa, 
Qoynunda can verəydim! 
 
Canım fəda yolunda, 
Haçan girim yanına? 
Əsla yazığın gəlmir, 
Mənim kimi yarına. 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
127
 
 
 
Əzəldən qalan adət, 
Aşiq-məşuq olmaqdı. 
Gəl, yarım, deyək-gülək, 
Vüsal qədrini bilək. 
 
Sevgilim, yeyin gəlin,
22 
 
Yollardan ayıq keçin. 
Yolunuzu gözlərəm, 
Alma bağına girin! 
 
Uca dağa qalxdım mən, 
Yol tapıb düşəcəmmi? 
Sizin üçün yandım mən, 
Murada yetəcəmmi? 
 
Bülbül kimi ötürəm, 
Yarımın gülzarında. 
Məcnun kimi ağlaram, 
Yarımın fərağında. 
 
Bu küçə uzun küçə, 
O yanına keçməyin. 
Qızını sevdiyimi, 
Anasına deməyin! 
 
Səmadan aldım ayı, 
Qoynuma salam yarı. 
Ərzi-halımı deyib, 
Halını soram yarın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səmadan uçub keçən 
Yalqız qara qarğadı. 
Getsəniz, salam deyin 
Canım Mərifətxana. 
 
Qol-qola girib gəzmək, 
Yarım sevən mənzərə. 
Bir az da söhbət edək, 
Canına can verdiyim! 
 
Bülbüllər ötməz oldu, 
Güllər açılmaz oldu. 
Düşmən sözünə girib, 
Yar bizə baxmaz oldu. 
 
Gedirəm demədiniz, 
Bir deyib-gülmədiniz. 
Qızıl almanı bölüb, 
Mənimlə yemədiniz. 
 
Bivəfa imişsiniz, 
Çoxcəfa imişsiniz. 
Vüsal sözünü verib, 
Ayrılan imişsiniz. 
 
Bu aləmdə sən tapdığım 
Yeganə mehribanımsan. 
Sənə edirəm ah-fəğan, 
Könül nisgilim, canımsan!
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
128
 
 
 
Bağınıza girdim mən, 
Şaftalınıza doydum. 
Bir də qıyqacı baxın, 
Öləcəmsə, ölüm mən! 
 
Bağındakı almanı, 
Qoy bir iyləyim, yarım! 
Mən qərib biçarəni 
Yerə vurmayın, yarım! 
 
Bağına girdim sənin, 
Alman dərməli olub. 
Dedim mənim sevdiyim, 
Qaçırmalı olubdu. 
 
Bağa girsən, alma ye, 
Bağ alması yaxşıdı. 
Yarına şirin söz de, 
Yar vədəsi yaxşıdı. 
 
Belinizi bağlayıb, 
Düymənizə dəymirsiz. 
Çox ağır günlər gördüm, 
Halımı soruşmursuz. 
 
Bağında gül olsaydım, 
Qapında qul olsaydım, 
Heç nisgilim qalmazdı, 
Eşqində kül olsaydım. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu gün gecə yuxumda 
Sevdiyim yar gəlibdi. 
Dindirirəm, danışmır, 
Nədənsə inciyibdi. 
 
Bülbül qondurma bağına, 
Məni yandırma dağına. 
Atlaz donun yaraşır, 
Sənin ay tək camalına. 
 
Həyətindən çıxırsan, 
Sən özünü göstərib. 
Nədən belə edirsən, 
Mən qəribi ağladıb? 
 
O sevgilimin, görən, 
Şəkili gələrmi heç? 
Yar yandıran ürəyin 
Sağ yeri olarmı heç? 
 
Bazardakı ipəkdən 
Sizə gətirəcəyəm. 
Qoynumdakı yarımdan 
Mən ayrılsam, ölərəm! 
 
Ağ atının quyruğu, 
Yer il sürünürmü? 
Mənim sevdiyim, görən, 
Məni bir soruşurmu? 
 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə